Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2387/2025 14.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X3 oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış 17 fevral 2025-ci il tarixli MŞB/6-00288 saylı barışıq sazişinin məcburi qaydada icra olunması üçün təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, ərizə üzrə Maraqlı şəxs ilə 17 fevral 2018-ci il tarixdə rəsmi nikaha daixl olaraq ailə qurmuşdur. Birgə nikah dövründə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 55,6 kv.m. olan mənzili əldə etmişlər. Bəhs edilən mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə Maraqlı şəxs adına qeydiyyata alınaraq müvafiq Çıxarış verilmişdir. Birgə nikah dövrü əldə edilmiş əmlakda payların müəyyən edilməsi qərarına gəlmişlər. Qanunvericiliyə uyğun olaraq, məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesinin keçirilməsi üçün mediasiya qurumuna müraciət etmişdir. Bakı şəhəri 6 saylı Mediasiya təşkilatında bütün mübahisəli məsələləri müzakirə edərək, razılığa gəlmişlər və xx.xx.2025-ci il tarixdə MŞB/6-00288 saylı Barışıq Sazişi bağlamışlar Barışıq Sazişinin şərtlərinə əsasən, Maraqlı şəxs Bakı şəhəri, ünvan 1 ümnvanda yerləşən ümumi sahəsi 55,6 kv.m. olan mənzildə ½ hissədə payımın olduğunu təsdiq etmişdir. Bundan sonra həmin ½ hissədə payının öz adına rəsmiləşdirilməsi mümkün olmamışdır. Belə ki, ərizə üzrə maraqlı şəxs həmin hissəni onun adına rəsmiləşdirməkdən faktiki olaraq boyun qaçırır. Mediasiya təşkilatının Barışıq Sazişi isə özü-özlüyündə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat üçün əsas deyil. Belə olan halda Barışıq Sazişinin məhkəmə qaydasında təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı 6 saylı X1 Aytən Fizuli qızı ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış 17 fevral 2025-ci il tarixli MŞB/6- 00288 saylı barışıq sazişindən görünür ki, İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 55,6 m2 olan, Maraqlı şəxs adına olan (daşınmaz əmlakın reyestr nömrəsi: **********03-05301-093054; qeydiyyat nömrəsi: **********) daşınmaz əmlakın (mənzilin) birgə nikah dövründə əldə edildiyini və əmlak üzərində Ərizəçi ½ hissədə payının olduğunu təsdiq və bəyan edir. 3 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 256478 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə X2 17 fevral 2018-ci il tarixdə nikaha daxil olmuş və bu barərə 433 saylı akt qeydi tərtib edilmişdir. Ərə “Hacıyev”, arvada “Hacıyeva” soyadı verilmişdir. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin verdiyi xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan müəyyən edilir ki Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 55,6 m2 olan mənzilin mülkiyyətçisi Maraqlı şəxsdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin sazişin sözügedən bəndləri hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatında bağlanmış 17 fevral 2025-ci il tarixli MŞB/6-00288 saylı barışıq sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatında bağlanmış 17 fevral 2025-ci il tarixli MŞB/6-00288 saylı aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 55,6 m2 olan, Maraqlı şəxs adına olan (daşınmaz əmlakın reyestr nömrəsi: **********03-05301-093054; qeydiyyat nömrəsi: **********) daşınmaz əmlakın (mənzilin) birgə nikah dövründə əldə edildiyini və əmlak üzərində Ərizəçi ½ hissədə payının olduğunu təsdiq və bəyan edir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-2387/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2387/2025
14.03.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver