Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2418/2024 05.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC cəlb edilməklə “əmlakın qanunsuz sahiblikdən geri qaytarılması, maddi və mənəvi zərərə görə pul” tələbinə dair iddia ərizəsi mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC cəlb edilməklə “əmlakın qanunsuz sahiblikdən geri qaytarılması, maddi və mənəvi zərərə görə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan “İphone 14, 128gb, Midnight” markalı smartfonun (İMEİ kodu **********97259) istifadəyə tam yararlı və saz vəziyyətdə geri qaytarılması, bu mümkün olmadıqda onun müqavilə dəyəri olan 2550 (iki min beş yüz əlli) manat maddi təzminatın ödənilməsi; bundan əlavə 1000 (bir min) manat mənəvi zərərin; məhkəmə xərcləri olaraq 300 (üç yüz) manat vəkilin göstərdiyi yardıma görə xərcin və dövlət rüsumu kimi 60 (altmış) manat məbləğində təzminatın tutulub ona ödənilməsi barədəbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixdə “İphone 14, 128gb, Midnight” markalı smartfonu (İMEİ kodu **********97259) kreditlə (nisyə satışlar) əldə etmişdir. Müqavilə şərtərinə görə 400 AZN ilkin ödəniş edilmiş və 12 ay ərzində hər ay 180 AZN olmaqla ödəniş etməli idi. Lakin həmin smartfon alındıqdan dərhal sonra keçmiş tanışı olan cavabdeh tərəfindən ondan aldadılmaqla əlindən alınmış və bu günə qədər qaytarılmamışdır. Məsələ ilə bağlı bir neçə dəfə polis orqanlarına oğlurluq və dələduzluq faktları üzrə şikayətlər edilmiş, Bakı şəhəri, Yasamal RPİ 29-cu Polis Bölməsində araşdırma aparılmışdır. Həmin araşdırmanın yekunu barədə iddiaçıya rəsmi qərar verilmiş və vəkil sorğusu vasitəsilə həmin materialın əldə edilməsinə çalışır. (sorğunun və çatdırılma barədə poçt qəbzinin surəti əlavə edilir). Eyni zamanda mübahisə predmeti olan telefon onun sahiblik və istifadəsindən çıxdığına görə onun bağlanması (bloklanması) üçün bir neçə dəfə İrshad Electronics MMC-yə, eyni zamanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə və onun qurumu olan AzİnTelekom MMC-yə rəsmi müraciətlər də etmişdir. Son bir ayda cavabdehlə iddiaçı və vəkili dəfələrlə danışıqlar aparsa da onun mülkiyyəti olan smartfonun qaytarılmasından imtina edir və o, öz əmlakından məhrum olur, mülkiyyətinə sahiblik, istifadə və sərəncam verə bilmir. İşin hallarından göründüyü kimi cavabdeh əşyanı ondan qanunsuz yolla alaraq ona vicdansız sahiblik edir və buna görə də əlavə çəkilən bütün xərclərə görə məsuliyyət daşımalıdır. Eyni zamanda ondan aldılaraq alınan əşyasının geri qaytarılması üçün çoxsaylı sarsıntılar keçirmiş (polis orqanlarına müraciət, vəkillə müqavilə bağlamaq, onun ağır təhqir olunmağı) və nəticədə bu proses iddiaçıda bir sıra ağrılı izlər buraxmışdır. Buna görə də 1000 AZN (bir min manat) məbləğində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənişlər edilmədiyindən smartfonun istifadəsinə məhdudiyyət qoyulmuşdur. Cavabdeh baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə, AZEMİS vasitəsilə SMS bildiriş göndərilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirakın etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının namayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin 12 fevral 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, ********* saylı müqavilə üzrə İddiaçı tərəfindən 400 manat ilkin ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 12 fevral 2024-cü il tarixli zənamət talonundan görünür ki, 12 fevral 2024-cü il tarixli ********* saylı müqavilə üzrə “İphone 14, 128gb, Midnight” markalı smartfonu (İMEİ kodu **********97259) üçün İddiaçı 12 ay müddətində zəmanət verilmişdir. İş materiallarında olan İddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə və onun qurumu olan AzİnTelekom MMC-yə ünvanlanmış ərizələrin məzmunundan görünür ki, “İphone 14, 128gb, Midnight” markalı smartfonunun (İMEİ kodu **********97259) istifadəsinə məhdudiyyət qoyulması xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Yasamal RPİ-nin 29-cu PŞ-nin 19 mart 2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Razi adlı tanışının onun adına İrşad Telecom mağazasından İphone 14 markalı mobil telefonu kreditlə götürməsi lakin sonradan telefonu geri qaytarmasını tələb etdikdə sonuncu tərəfindən təhqir olunması barədə xx.xx.2024-cü il tarixdə 29-cu PŞ-yə ərizə ilə müraciət etmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh əməində xırda xuliqanlıq hərəkətləri olduğuna görə barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, 50 manat cərimə edilmişdir. İş materiallarında olan 16243 saylı 28 fevral 2024-cü il tarixli qəbzdən görünür ki, “Pənah.M.M” (Femida vəkil bürosu) 300 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan ********* saylı xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, Nümayəndə tərəfindən 60 (altmış) manat dövlət rüsumu ödənilmişdir. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, "xxxx" MMC ilə bağlanmış nisyə alğısatqı müqaviləsi əsasında mübahisə predmeti olan “İphone 14, 128gb, Midnight” markalı smartfon iddiaçının mülkiyyətinə olmuş, Daha sonnra cavabdeh telefonu iddiaçıdan götürərək, oa geri qaytarmamışdır. Hazırda iddiaçı mülkiyyətində olan əmlakın cavabdehdən alınaraq ona verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iddia əmlakın qaytarılması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, mübahisə predmeti olan telefon iddiaçının mülkiyyətindədir, lakin cavabdeh tələb edilməsinə baxmayraq, mobil telefonu iddiaçıya qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıya məxsus olan “İphone 14, 128gb, Midnight” markalı smartfon (İMEİ kodu **********97259) istifadəyə tam yararlı və saz vəziyyətdə geri qaytarılmalı, bu mümkün olmadıqda isə onun müqavilə dəyəri olan 2550 (iki min beş yüz əlli) manat, hüquqi xidmətə görə ödənilmiş 300 (üç yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 60 (altmış) manat məbləğində pul tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə, eyni zamanda qeyd edir ki, mənəvi zərər cavabdehin hüquq pozuntusunun (təqsirli hərəkətlərinin) nəticəsi olduğuna görə iddiaçı haqlı olaraq mənəvi zərərin ödənilməsini tələb etmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər –inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məhkəmə bildirir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə hesab edir ki, İddiaçı əmalkından məhrum olması nəticəsində, eləcə də cavabdeh tərəfindən ona yazılan yazılar nəticəsində iddiaçının mənəvi sarsıntı (stress və əzab) keçirməsi qaçılmazdır. Məhkəmə iş üzrə cavabdehdən tutulmalı olan mənəvi zərərin məbləğinin 200 (iki yüz) manat müəyyən edilməsini ağlabatan hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə qeyd edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh iddiaçıya məxsus olan “İphone 14, 128gb, Midnight” markalı smartfon (İMEİ kodu **********97259) istifadəyə tam yararlı və saz vəziyyətdə geri qaytarılmalı, bu mümkün olmadıqda isə onun müqavilə dəyəri olan 2550 (iki min beş yüz əlli) manat Cavabdeh tutularaq İddiaçı verilməli, Cavabdeh vurulmuş mənəvi zərərin əvəzi olaraq 200 (iki yüz) manat, hüquqi xidmətə görə ödənilmiş 300 (üç yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 60 (altmış) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119.1-ci, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçıya məxsus olan “İphone 14, 128gb, Midnight” markalı smartfon (İMEİ kodu **********97259) istifadəyə tam yararlı və saz vəziyyətdə geri qaytarılsın, bu mümkün olmadıqda isə onun müqavilə dəyəri olan 2550 (iki min beş yüz əlli) manat Cavabdeh tutularaq İddiaçı verilsin. Cavabdeh vurulmuş mənəvi zərərin əvəzi olaraq 200 (iki yüz) manat, hüquqi xidmətə görə ödənilmiş 300 (üç yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 60 (altmış) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-2418/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2418/2024
05.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver