Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-243/2023 02.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi zərərə görə cavabdehdən 8000 manat, mənəvi zərərə görə 3000 manat, vəkil tərəfindən göstərilmiş hüquqi xidmətə görə cavabdehdən 500 manat miqdarında pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qanuni qüvvəsini almış Bakı Hərbi Məhkəməsinin 1-1(093)-63/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, cavabdeh Əliyev X5 Nazirliyinin Şəmkir rayonunda yerləşən N nömrəli hərbi hissəsinin aviasiya eskadriliyasının radioelektron avadanlıqları xidməti qrupunun baş aviasiya texniki vəzifəsində, leytenant hərbi rütbəsində xidmətdə olarkən, 30 dekabr 2021-ci il tarixdə saat 17:30 radələrində müvafiq sürücülük vəsiqəsi olmaqla, etibarnamə əsasında idarə etdiyi “Chevrolet Cruze” markalı “**-TM-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bakı- Kənar-Dairəvi yolunun Yasamal rayonu ərazisindən keçən 6-cı kilometrliyində yolun orta zolağı ilə Bakı şəhəri istiqamətində saatda 40-50 kilometr sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin “sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, onunla eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun” kimi tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub, lazımi ara məsafəsi saxlamadığı üçün anidən tıxacın yaranması səbəbindən idarə etdiyi avtomobili saxlaya bilməyərək avtomobilin ön hissəsi ilə qarşısında, həmin zolaqla eyni istiqamətdə hərəkətdə olan X1 20-30 kilometr sürətlə idarə etdiyi “Kia Ceed” markalı “**-CD-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa hissəsinə vurması nəticəsində “Kia Ceed” markalı avtomobildə olan sərnişin, xx xxxxxx 1971-ci il təvəllüdlü Sumqayıt şəhərində anadan olmuş vətəndaş İddiaçı ehtiyatsızlıqdan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid “büzdüm sümüyünün distal fərəqəsinin yerdəyişmiş sınığı ilə müşayiət olunmuş bel-oma nahiyəsinin şişkinliyi qançırı, hər iki baldır nahiyəsinin qançırları” xəsarətlərini yetirmişdir. Hökmə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM-nin) 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə sürücülük hüququndan məhrum edilməklə 5.000 (beş min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini maddiz zərər hissəsində qismən - 2000 manat məbləğində qəbul edir. Məhkəmə işdə iştirak edən tərəfin izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan X4 Mehdiyevanın xx.xx.2022-ci il tarixli paranazal sinusların Kompüter Tomoqrafiyasının nəticələrindən görünür ki, İddiaçı hər iki tərəf alt konxalarda hipertrofiya, orta konxalarda konxa büllozalar, burun çəpərinin anteriorda cüzi sağa deviyası müəyyən edilmişdir. Bakı Hərbi Məhkəməsinin 1-1(093)-63/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, bir il müddətə sürücülük hüququndan məhrum edilməklə 5000 manat məbləğində cərimə cəzası təyin edilməlidir. İş materiallarında olan Cavabdeh xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı onun təqsirindən iddiaçı X2 dəymiş maddi ziyana görə 2000 manat pul vəsaiti ödəməyə hazırdır. İş materiallarında olan X4 Mehdiyevanın xx.xx.2022-ci il tarixli paranazal sinusların Kompüter Tomoqrafiyasının nəticələrindən görünür ki, İddiaçı büzdüm sümüyün distalında Cy4 fəqərəsində sınıq, sağa doğru dislokasiya, ətraf yumşaq toxumada minimal ödem qeyd olunur, sağ böyrəkdə 3 mm daş izlənilir. İş materiallarında olan Liman Qrup MMC-nin 01 dekabr 2022-ci il tarixli, 321 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixində Pararektal fistulanın liqatur üsulu ilə ləğvi və hemorroyektomiya cərrahi əməliyyatları aparılmışdır. Xəstəyə kassa mədaxil ordeni qəbzləri və kassa çeki təqdim olunmuşdur. İş materiallarında olan ******* nömrəli Liman Klinikasından verilmiş Xəstəlik tarixindən görünür ki, İddiaçı pararektal fistula, xroniki kombinə olunmuş babasil diaqnozu ilə xx.xx.2022- 5.09.2022-ci il tarixlərdə xəstəxanada yatmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Epikrizdən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə pararektal fistulanın liqatur üsulu ilə ləğvi, hemorroidektomiya əməliyyatı icra olunub. İş materiallarında olan Liman Qrup MMC-nin xx.xx.2022-ci il tarixli, 319526 nömrəli qəbzindən görünür ki, İddiaçı pararektal fistulanın liqatur üsulu ilə ləğvi əməliyyatına görə 200 manat pulu Liman Qrup MMC-yə ödəmişdir. İş materiallarında olan Liman Qrup MMC-nin xx.xx.2022-ci il tarixli, 319527 nömrəli qəbzindən görünür ki, İddiaçı hemorroidektomiya əməliyyatına görə 500 manat pulu Liman Qrup MMC-yə ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən 2000 manat maddi ziyanın ondan alınaraq iddiaçıya ödənilməsi hissəsində etiraf edilərək, qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməli, Cavabdeh dəymiş maddi ziyana görə 2000 (iki min) manat tutularaq İddiaçı ödənilməlidir. Göstərilən maddi ziyan hissəsindəki tələb məhkəmənin gəldiyi qənaətə görə qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı məhkəməyə məhz 8 000 məbləğdə maddi ziyanın vurulduğunu təsdiq edən mötəbər sübutlar təqdim edə bilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbini 3000 manat mənəvi ziyanın ödənilməsi hissəsində də qismən qanuni və əsaslı olduğundan, Cavabdeh mənəvi ziyana görə 100 manat tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi vəkil tərəfindən göstərilmiş hüquqi xidmətə görə cavabdehdən 500 manat miqdarında pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı tələbin əsası kimi istinad etdiyi faktı təsdiq edən sənədi məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 2000 (iki min) manat və mənəvi ziyana görə 100 (yüz) manat tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-243/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-243/2023
02.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver