Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2617/2024 02.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı” ərizə ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Ərizəçi və Maraqlı şəxs arasında Bakı şəhəri 11 saylı Mediasiya Təşkilatında bağlanmış aliment tutulmasına dair xx.xx.2024-cü il tarixli MŞB/11/2024-00215 nömrəli barışıq sazişinin təsdiq edilməsini, barışıq sazişinə əsasən birgə nikahından doğulmuş övladı - xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2024-cü ilin mart ayından başlayaraq Maraqlı şəxs hər ayın 5-dək 1400 (min dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı şəhəri 11 saylı Mediasiya Təşkilatında xx.xx.2024-cü il tarixdə mediasiya prosesi keçirilmişdir. Mediasiya prosesi nəticəsində tərəflər arasında razılıq əldə olunmuş və barışıq sazişi bağlanmışdır: Mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetrilməsinin üsul və müddətləri: Maraqlı şəxs Ərizəçi xx.xx.2024-cü il tarixdən başlayaraq birgə nikahdan doğulmuş övladları xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ayın 05-nə qədər 1400 (bir min dörd yüz) manat olmaqla sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürmüşdür. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli barışıq sazişi üzrə aliment ödənilməsi hissəsində öhdəliyini icra etməmişdir. Odur ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş edir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi və AZEMİS vasitəsilə SMS bildirişi göndərilməklə məlumat verilsə də, onlar məhkəməyə gəlməmişlər. Maraqlı şəxs gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ərizəçi nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-c il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı” ərizəni müdafiə etdiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 355-25.2-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin ərizəni müdafiə etməsinə dair ərizəsini, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Ərizəçi və Maraqlı şəxs oğlu arasında Bakı şəhəri 11 saylı Mediasiya Təşkilatında bağlanmış aliment tutulmasına dair xx.xx.2024-cü il tarixli MŞB/11/2024-00215 nömrəli barışıq sazişinə əsasən Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq birgə nikahdan doğulmuş övladları xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ayın 05-nə qədər 1400 (bir min dörd yüz) manat olmaqla sabit pul məbləğində alimenti Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. “Mediasiya haqqında” qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinin tələbinə uyğun olaraq qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 234.2.1, 355-23, 355-24, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında Bakı şəhəri 11 saylı Mediasiya Təşkilatında bağlanmış aliment tutulmasına dair xx.xx.2024-cü il tarixli MŞB/11/2024-00215 nömrəli barışıq sazişi təsdiq edilsin. xx.xx.2024-cü il tarixli MŞB/11/2024-00215 nömrəli barışıq sazişinə əsasən tərəflərin birgə nikahından doğulmuş övladı – xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Maraqlı şəxs hər ayın 5-dək 1400 (min dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-2617/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2617/2024
02.05.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver