Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-2640/2024 23.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “əmlak” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “əmlak” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, “Hyundai Sonata” minik markalı 2009-cu il buraxılışlı **-KS-*** dövlət nömrə nişanlı avtomobilin satılması nəticəsində əldə edilən 18.000 manat pulun cavabdehlər Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada tutularaq onlara ödənilməsi, həmçinin mülkiyyətlərində olan “KİA Sorento” minik markalı 2009-cu il buraxılışlı **-KR-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini və “KİA Sorento” minik markalı 2012-ci il buraxılışlı **-KN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin cavabdehlərdən əldə edilərək onlara verilməsi, bu mümkün olmadıqda isə avtomobillərin dəyərinin cavabdehlərdən müştərək qaydada tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı yazılı vəsatətlə məhkəməyə müraciət edərək, bildirmişdir hazırda məhkəmənin icraatında tərəfindən cavabdeh qoyduğu şəxlərin iddia ərizəsi üzrə 2(004)- 262/2024 saylı işi vardır. Bildirir ki, hər iki idda ərizəsinin təsviri hissəsindən göründüyü kimi iddiaların predmeti eynidir. Hesab edir ki işlərin daha tez nəticələnməsi həmçinin, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün icraatda olan işlərə birgə baxılmalıdır. Odur ki, tərəfindən verilmiş iddia ərizəsini icraatda olan 2(004)-262/2024 saylı işlə birləşdirərək işlərə birlikdə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak iddiaçının nümayəndəsi və vəkili X5 vəsatəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər biri ayrı-ayrılıqda vəsatətin təmin edilməsinə etiraz etmədiklərini bildirdilər. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hər iki tələb bir-biri ilə əlaqəli olduğundan, hər iki işlərin bir icraatda baxılması tərəflər arasında olan mübahisələrin daha tez və obyektiv həllinə xidmət etdiyi üçün hazırkı mülki işlər bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən, bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. İş materiallarında olan iddia ərizəsinin surətindən görünür ki, Birinci iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər X2 və Cavabdeh5 qarşı “pul” tələbinə, ikinci iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və X2 qarşı “avtomobil tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birinci iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh X2, Cavabdeh5 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona etibarnamə ilə satılmış “Kia Sarento” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomaşınına etdiyi 22800 manat pulun, avtomobilin təmirinə verdiyi 350 manat pulun ümumilikdə 23150 manat pulun və iddia tələbinə görə ödənilmiş dövlət rüsumu 160 manat pulun müştərək qaydada cavabdehlərdən birdəfəlik tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş; İkinci iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və X2 qarşı “avtomobil tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cənubi Koreyadan Azərbaycana gətririlmiş bütün xərcləri ümumilikdə 46000 manat dəyərini ödədikləri cavabdeh İddiaçı Kia Sorento markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı və X1 adına sənədləşdirdikləri Kia Sorento **-KR-*** dövlət qeydiyyat nişanlı avtomaşınların mülkiyyət hüququnun adına keçməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan Birinci iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər X2 və Cavabdeh5 qarşı “pul” tələbinə, ikinci iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və X2 qarşı “avtomobil tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birinci iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh X2, Cavabdeh5 qarşı “pul” tələbinə dair 2(004)-262/2024 saylı mülki iş məhkəmənin icraatına daha öncə daxil olduğundan, eyni zamanda hər iki tələb bir-biri ilə əlaqəli olduğundan, hər iki işlərin bir icraatda baxılması tərəflər arasında olan mübahisələrin daha tez və obyektiv həllinə xidmət etdiyi üçün hazırkı mülki işlər bir icraatda birləşdirilməli və mülki işə 2(004)-262/2024 nömrə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 169.3, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “əmlak” tələbinə dair 2(004)-2640/2024 saylı və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan Birinci iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər X2 və Cavabdeh5 qarşı “pul” tələbinə, ikinci iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və X2 qarşı “avtomobil tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birinci iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh X2, Cavabdeh5 qarşı “pul” tələbinə dair 2(004)- 262/2024 saylı mülki işlər bir icraatda birləşdirilsin və mülki işə 2(004)-262/2024 nömrə verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-2640/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-2640/2024
23.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver