Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2668/2023 21.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y ƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “əmlak və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh bir ədəd Tufan M 50 modelli, göy rəngli, LTD 74 LHL 34263 ban nömrəli moped, bir ədəd Tufan M 50 modelli, boz rəngli, LTD 68 LHL 74621 ban nömrəli moped, bir ədəd Tufan M 50 modelli, boz rəngli, LTD 71 LHL 28332 ban nömrəli moped, bir ədəd Tufan M 50 modelli, boz rəngli, LTD 64 LHL 33264 ban nömrəli mopedlərin, 8190 manat pulun və ödənilmiş 132 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh bir ədəd Tufan M 50 modelli, göy rəngli, LTD 74 LHL 34263 ban nömrəli moped, bir ədəd Tufan M 50 modelli, boz rəngli, LTD 68 LHL 74621 ban nömrəli moped, bir ədəd Tufan M 50 modelli, boz rəngli, LTD 71 LHL 28332 ban nömrəli moped, bir ədəd Tufan M 50 modelli, boz rəngli, LTD 64 LHL 33264 ban nömrəli mopedlərin, 8140 manat pulun və ödənilmiş 132 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, iddiaçı, 25 oktyabr 2022-ci il tarixdə «Lalafo» elan saytında dörd ədəd mopedin hazır biznes kimi satıldığı barədə elan görmüşdür. Mopedin hazır biznes kimi satılması dedikdə, yəni bir nəfərin 4 ədəd mopedi var və həmin mopedləri digər tərəfə verir, ikinci şəxs də həmin mopedləri kuryerlərə verərək qazanc əldə edir. Birinci şəxs kuryerlərdən əldə etdiyi qazancdan həmin mopedlərin mülkiyyətisinə pul verir, həmçinin özü də gəlir qazanır. Elanı qoyan şəxs guya mopedlərin mülkiyyətçisi Abdullayev Elmir (tel.***-***-**-** və ***-***-**-**) adlı şəxs idi. O, Elmirlə telefon əlaqəsi yaradaraq mopedlər barədə məlumat aldıqda sonuncu mopedlərin kuryerlərə verən şəxsin Cavabdeh olduğunu demişdir. İddiaçı Elmirlə söhbət etdikdə hazır biznesi almaq qərarına gəlmiş və buna görə də növbəti gün görüşmüşlər, növbəti gün iddiaçı, Elmir və Rəşad görüşdükdə razılığa gəlmişlər ki, o, 5700 manat məbləğində pula 4 mopedin hazır biznesini alır, Rəşad da həmin dörd ədəd mopedi kuryerlərə icarrəyə verərək əldə edilən qazancdan hər moped üçün 260 manat olmaqla, hər ay 4 mopedə görə ümumilikdə 1040 manat pul ödəyir. Mopedləri daha yüksək qiymətə icarəyə verərsə Rəşad özü bundan qazanc əldə edəcəkdir. Razılığa gəldikdən sonra 01 noyabr 2022-ci il tarixdə Rəşadla Kaspian plaza – nın yaxınlığındakı ofusdə 4 mopedin alqı-satqısına dair müqavilə bağlanmış və Rəşada 5700 manat məbləğində pul verilmişdir. Bundan sonra iddiaçı ilə cavabdeh arasında həmin dörd ədəd mopedin icarəyə verilməsi barədə müvafiq müqavilələr bağlanılmışdır və həmin müqaviləyə əsasən hər ay iddiaçıya 260 manat icarə haqqı ödənilməli idi. 2022-ci ilin noyabr ayının sonlarında Cavabdeh iddiaçıya zəng vuraraq daha üç mopedin 1950 manata hazır biznes kimi satıldığını və alacağı təqdirdə aylıq 840 manat qazanacağını bildirdi. Razılaşandan sonra 22 noyabr 2022-ci il tarixdə 5 saylı Asan Xidmət Məkəzinin yaxınlığında görüşmüş və iddiaçı Rəşada 1950 manat pul vermişdir. Bu zaman Rəşad ona söz vermişdir ki, səhəri gün alqı-satqı və icarə müqavilələrini hazırlayaraq ona tqdim edəcəkdir, lakin bundan uzun müddət vaxt keçməsinə baxmayaraq, cavabdeh iddiaçıya müqavilələri təqdim etməmişdir. Eləcə də alqı-satqısı olmuş 4 ədəd mopedin də icarə haqqını ödəməmişdir. Bununla da, cavabdeh iddiaçıya ödənilməmiş icarə haqqlarına görə 6240 manat pulu verməmiş, onun 5700 manata aldığı 4 ədəd mopedləri iddiaçıya qaytarmamış və üç ədəd moped üçün ödədiyi 1950 manat pulu da qaytarmayaraq ələ keçirmişdir. Bu səbəbdən polis orqanlarına müraciət etmiş, lakin araşdırma zamanı cavabdehin yerini müəyyən etmədiklərindən cinayət işinin başlanılması rədd edilmişdir. İddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “əmlak və pul” tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxılması qəraran alınmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 0042 saylı 26 oktyabr 2022-ci il tarixli motorlu nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh Tufan M 50 modelli, boz rəngli, LTD 71 LHL 28332 ban nömrəli mopedi alıcı İddiaçı təhvil verir. İş materiallarında olan 0043 saylı 26 oktyabr 2022-ci il tarixli motorlu nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh Tufan M 50 modelli, boz rəngli, LTD 68 LHL 74621 ban nömrəli mopedi alıcı İddiaçı təhvil verir. İş materiallarında olan 0044 saylı 26 oktyabr 2022-ci il tarixli motorlu nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh Tufan M 50 modelli, göy rəngli, LTD 74 LHL 34263 ban nömrəli mopedi alıcı İddiaçı təhvil verir. İş materiallarında olan 0045 saylı 26 oktyabr 2022-ci il tarixli motorlu nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh Tufan M 50 modelli, boz rəngli, LTD 64 LHL 33264 ban nömrəli mopedi alıcı İddiaçı təhvil verir. İş materiallarında olan 01 noyabr 2022-ci il tarixli 4 ədəd icarə müqavilələrindən görünür ki, icarəyə verən İddiaçı 4 ədəd Tufan M 50 modelli, göy rəngli, LTD 74 LHL 34263 ban nömrəli, Tufan M 50 modelli, boz rəngli, LTD 68 LHL 74621 ban nömrəli, Tufan M 50 modelli, boz rəngli, LTD 71 LHL 28332 ban nömrəli, Tufan M 50 modelli, boz rəngli, LTD 64 LHL 33264 ban nömrəli mopedləri icarəyə götürən Cavabdeh hər moped üçün aylıq 260 manat icarə haqqı olmaqla 1 illik icarəyə vermişdir. İş materiallarında olan Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Nicat Osmanovun 10 yanvar 2023-cü il tarixli HK-1/39 nömrəli materialı üzrə 18 fevral 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından müəyyən olunur ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan CD diskdə baxış zamanı müəyyən edilmişdir ki, cavabeh Cavabdeh şahid X1 ilə telefon danışığı zamanı 5700 mamat məbləğində pulun və 1900 manat məbləğində pulun ona verildiyini etiraf etmiş, hal-hazırda işləri ilə əlaqədar olaraq ödəniş edə bilmədiyini, lakin qısa müddətdə mopedləri və ya onların dəyərini, eləcə də 1900 manat məbləğində pulu İddiaçı qaytaracağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, iddiaçı ilə “Lalafo” saytı vasitəsilə tanış olmuşdur. “Lalafo” saytında 4 ədəd mopedin biznesinin satışının elanını yerləşdirmişdir. Həmin mopedlərin satışı ilə Cavabdehlə birgə məşğul olurdular. Rəşad həmin mopedləri icarəyə kuryerlərə verərək gəlir əldə edir, həmin gəliri moped sahibləri ilə bölüşürdü. 4 ədəd Mopedə görə 5700 manat məbləğində pulu Rəşad İddiaçı almışdır. Bu barədə onunla telefon danışığı zamanı Rəşad özü etiraf etmişdir. Lakin sonradan həmin mopedlərin icarə haqqlarını və mopedləri də iddiaçıya qaytarmamışdır. Çünki onun ailədə maddi problemləri yaranmışdır. Bu barədə özü ona demişdir. Ancaq o bildirmişdir ki, hər kəsin mopedini, bu olmadıqda isə pulunu mütləq geri verəcəkdir. Daha sonra 1900 manat iddaiçıdan 3 mopedin dəyəri olaraq almış, lakin həmin məbləği də iddiaçıya qaytarmamışdır. Həmin borc məbləğini də telefon danışığı zamanı etiraf etmişdir. Ümumiyyətlə Vasif kimi bir neçə şəxslə də bu formada müqavilələr bağlayaraq, nə pullarını nə də mopedləri qaytarmamışdır. Hal-hazırda harada olduğu bilinmir. Çünki polisə də müraciət olunmuş, lakin polis də onu tapa bilməmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, bəli hal –hazırda dinlənilən cd diskdəki səs danışıqları onunla Cavabdeh arasında aparılmışdır. 5700 manat məbləğində pulu da, eləcə də 1900 manat məbləğində pulu da etiraf edən səs Cavabdeh məxsusdur. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, mübahisə predmeti olan 4 ədəd mopedlər cavabdeh tərəfindən iddiaçıya cəmi 5700 manat olmaqla aralarında bağlanmış yazılı alqı-satqı müqaviləsi əsasında satılmış, daha sonra tərəflər arasında icarə müqaviləsi əsasında həmin mopedlər cavabdehə 1 il müddətinə icraəyə verilmişdir. Alğısatqı və icarə müqavilələri üzrə öhdəlik iddiaçı tərəfindən icra edilsə də yerinə yetirilməmişdir. Belə ki, cavabdeh mopedləri geri qaytarmamış, eyni zamanda bugünədək icraə haqqlarını ödəməmişdir. Bundan əlavə cavabdeh iddiaçıdan götürdüyü 1900 manat məbləğində pulu da qaytarmayaraq əsassız varlanmışdır. Hazırda iddiaçı ona məxsus 4 ədəd mopedin, həmin mopedlərin icarəsi üzrə ödənilməmiş 6 aylıq icraə haqlarının və 1900 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, mübahisə predmeti olan avtomobil iddiaçıya məxsusdur, lakin cavabdeh həmin mopedləri mülkiyyətçisinə geri qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 650-ci maddəsinə əsasən, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 27-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatını Azərbaycan Respublikasının rayon, şəhər və bölgələrində aşağıdakılar aparırlar: 1) hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı; “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 27-ci bəndinə əsasən, moped — iş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üç təkərli nəqliyyat vasitəsidir (asma mühərrikli velosipedlər, motosiklet və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri də mopedlərə bərabər tutulur). “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 1.2-ci bəndinə əsasən, mülkiyyət və təşkilati- hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər (bundan sonra "nəqliyyat vasitələrinin mülkiyyətçiləri") onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində; Göründüyü kimi moped, iş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üç təkərli nəqliyyat vasitəsi olduğundan, onun dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması tələb olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia tələbinin ödənilməmiş icarə haqlarına münasibətdə məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixdən 6 aylıq ödənilməmiş icarə haqqı hər mopedə görə 260manat x 6ay=1560 manat olmaqla, 4 moped üçün cəmi 1560x4=6240 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2. və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -675-ci maddəsinə görə, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. -684.1-ci maddəsinə görə, əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Məhkəmə iddia tələbinin 1900 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı qeyd edir ki, bu hissədə də iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan CD diskdə cavabdeh iddiaçıdan 1900 manat məbləğində pulu almasını və geri qaytaracağını bildirmişdir. Həmin pulun cavabdehə verilməsi sübuta yetirildiyindən, iddiaçının ona verdiyi pulu qaytarmasını sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. Lakin həmin pulun bugünədək qaytarılmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının pulunu qaytarmalı olduğu halda onun pulunu qaytarmamaqla əsassız olaraq varlandığından 1900 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Beləliklə məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh bir ədəd Tufan M 50 modelli, göy rəngli, LTD 74 LHL 34263 ban nömrəli moped, bir ədəd Tufan M 50 modelli, boz rəngli, LTD 68 LHL 74621 ban nömrəli moped, bir ədəd Tufan M 50 modelli, boz rəngli, LTD 71 LHL 28332 ban nömrəli moped, bir ədəd Tufan M 50 modelli, boz rəngli, LTD 64 LHL 33264 ban nömrəli moped alınaraq İddiaçı verilməli, Cavabdeh ödənilməmiş icarə haqlarına görə 6240 (altı min iki yüz qırx) manat, əsassız varlanmaya görə 1900 (min doqquz yüz) manat olmaqla, cəmi 8140 (səkkiz min yüz qırx) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 132 (yüz otuz iki) manat tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119.1-ci, 216-220ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh bir ədəd Tufan M 50 modelli, göy rəngli, LTD 74 LHL 34263 ban nömrəli moped, bir ədəd Tufan M 50 modelli, boz rəngli, LTD 68 LHL 74621 ban nömrəli moped, bir ədəd Tufan M 50 modelli, boz rəngli, LTD 71 LHL 28332 ban nömrəli moped, bir ədəd Tufan M 50 modelli, boz rəngli, LTD 64 LHL 33264 ban nömrəli moped alınaraq İddiaçı verilsin. Cavabdeh ödənilməmiş icarə haqlarına görə 6240 (altı min iki yüz qırx) manat, əsassız varlanmaya görə 1900 (min doqquz yüz) manat olmaqla, cəmi 8140 (səkkiz min yüz qırx) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 132 (yüz otuz iki) manat tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-2668/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(004)-2668/2023
21.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver