Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2855/2023 20.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, Ərizəçi İddiaçı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (Maraqlı şəxs) mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1939-cu ildə Astara rayonunda anadan olmuş atası X5 19 aprel 2023-cü il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası xx.xx.1939-cu ildə Astara rayonunda anadan olmuşdur. Yasamal rayonu, Qurbanov küçəsi, ev 1, mənzil 23-də qeydiyyatda olmaqla yaşayan X7 19 aprel 2023-cü il tarixində, səhər saatlarında ziyarət edərkən vəziyyətinin pis olduğunu və özündə olmadığını görmüş, Təcili və X4 Stansiyasına müraciət etmişdir. Təxminən saat 11 radələrində həkim briqadası hadisə yerinə gəlmiş və atasının artıq öldüyünü bildirmiş, ölüm haqqında xəbərdarlıq vərəqəsi vermişlər. Atasını Yasamal qəbiristanlığında dəfn etmişlər. Ölüm şəhadətnaməsi almaq üçün ərazi aidiyyatı üzrə Azərbaycan Respublikası “TƏBİB” X10 “Bakı Baş Səhiyyə Mərkəzi” X10 “3 nömrəli şəhər poliklinikası”na müraciət etmişdir. xx.xx.2023-cü il tarixində 31 saylı cavab məktubunda atasının evdə dünyasını dəyişməsi səbəbindən “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsinin mümkün olmadığını qeyd edilmişdir. Bundan sonra ölüm haqqında şəhadətnamə almaq üçün 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə xx.xx.2023-cü il tarixində müraciət etmiş və ona xx.xx.2023-cü il tarixində verilmiş cavab məktubunda “Ölüm haqqında tibbi şəhadətnamə” olmadıqda ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməli olması və məhkəməyə müraciət olunmasını tövsiyyə etmişlər. Yasamal bələdiyyəsinin dəfn barədə 544 saylı, 10 may 2023-cü il tarixli arayışını da ərizəyə əlavə etmişdir. Atasının 84 yaşı var idi. Yaşlı xəstə adam idi. Ona verilmiş imtinalardan sonra məhkəməyə ölüm faktının təsdiqi üçün müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda sənədləşmə işləri üçün ölüm haqqında şəhadətnamə vacibdir. Atasının Bakı şəhərində ölməsi faktı təqdim etdiyi rəsmi sənədlərlə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt məhkəmə tərəfindən təsdiq edilməlidir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı, 14976622 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 10 avqust 1939-cu il tarixində Astara rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X10 “Bakı Baş Səhiyyə Mərkəzi” X10 “3 nömrəli şəhər poliklinikası”nın xx.xx.2023-cü il tarixli, 31 saylı məktubundan görünür ki, 10 avqust 1939-cu il təvəllüdlü X5 ölüm səbəbi məlum olmadığından Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli, 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ölüm haqqında şəhadətnamə”-nin verilmə qaydasının 4.4.5-ci bəndinə əsasən poliklinika tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin mümkün hesab edilməmişdir. 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X5 ölüm haqqında tibbi şəhadətnaməsi təqdim olunmadığı üçün ölümün qeydə alınması qeydiyyat şöbəsinin imkanı xaricindədir. Azərbaycan Respublikasi Təcili və X4 Stansiyasının 8 saylı bölməsinin 0880 nömrəli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanına X5 adına çağırış daxil olmuş, 11:00-da xəstənin yanına gəlmə vaxtı qeyd olunmuş, çağırışı 8 saylı bölmənin həkimi Bayramzadə Orxan yerinə yetirmişdir. Həkimə qədər kişi cinsli meyid aşkar olunmuşdur. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 544 saylı arayışından müəyyən olunur ki, xx.xx.1939-cu il təvəllüdlü X1 yerləşən Dağüstü 1 qəbiristanlığında xx.xx.2023-cü il tarixdə dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, 10 avqust 1939-cu il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixində Bakı şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa yolla ala bilmədiyindən, ərizəçi İddiaçı ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 10 avqust 1939-cu il tarixində Astara rayonunda anadan olmuş X5 19 aprel 2023-cü il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-2855/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2855/2023
20.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver