Məhkəmə qərarları › İş №e-2(004)-2958/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2958/2024

05.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2958/2024 05.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs qismində Maraqlı şəxs2 və Maraqlı şəxs1 cəlb etməklə “ölüm faktının müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs qismində Maraqlı şəxs2 və Maraqlı şəxs1 cəlb etməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, XX.XX.1943-cü ildə anadan olmuş X3nın ölüm faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra ərizəçi dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, X3nın xx.xx.2024-cü il tarixdə Abşeron, Xırdalan şəhərində ev şəraitində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsalandırılmışdır ki, X3 XX.XX.1943-cü il tarixində Cəbrayıl rayonu Yarəhmədli kəndində anadan olmuşdur. Anası X1 rayonundan məcburi köçkün olmaqla, ünvan 1 ünvanında məskunlaşmışdır. X3 xx.xx.2024-cü il tarixdə qəflətən yaşadığı evdə vəfat etmişdir. Həmin günü Təcili və X11 stansiyasına xəbərdarlıq etdi. Təcili və X11 satnsiyası xx.xx.2024-cü il tarixdə gələrək artıq gec olduğunu və həkimə qədər ölüm qadın cinsində meyit üzərində heç bir zorakılıq əlamətinin olmadığı barədə xəbərdarlıq vərəqəsi verdi. Onu da qeyd edir ki, X6 xx.xx.2021-ci il tarixdə dəqiqləşdirilməmiş kəskin miokard infarkt diaqnozu ilə Abşeron rayon Xırdalan şəhərində rəhmətə getmişdir. Bu barədə Maraqlı şəxs2 ölüm haqqında şəhadətnamədə vermişdir. O, anası Pərizad Məmişovanın ölüm haqında şəhadətnamə verilməsi üçün yaşadığı Maraqlı şəxs2nə ərizə ilə müraciət etdi, lakin mərhum anasının ölümü haqqında akt qeydi Maraqlı şəxs2ndə aşkar olunmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Bundan başqa o xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquq şəxs “Abşeron rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsə ərizə ilə müraciət edərək, X3nın adına ölüm haqqında tibbi şəhadətnamı verilməsi ilə bağlı müraciət etmişdi. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquq şəxs “Abşeron rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi müraciətə cavab olaraq, 29 aprel 2024-cü il tarixli məktubundan görünür ki, X4 ölümünü baş vermə səbəbi məlum olmadığından ölüm haqqında şəhadətnamə vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibbi müəssisəsi tərəfindən verildiyini bildirmişdir. Beləliklə hesab edir ki, XX.XX.1943-cü ildə doğulmuş X3nın ölüm faktı məhkəmə qaydasında qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxs2nə və Maraqlı şəxs1nə məlumat verilmiş, lakin onların nümayəndələrinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə Maraqlı şəxs2 və Maraqlı şəxs1 hüquqi şəxsin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı 04567539 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 XX.XX.1943-cü il tarixdə Cəbrayıl rayonunda anadan olmuşdur. İş materiallarında olan Cəbrayıl rayonu Sirik kənd soveti tərəfindən verilmiş X-JQ 845488 saylı 20.06. 1985-ci il tarixli doğum haqqında şəhadərnamənin surətindən görünür ki, İddiaçı xx xxxx 1985-ci il tarixdə anadan olmuşdur. X6, X3dır. İş materiallarında olan Maraqlı şəxs2 tərəfindən verilmiş AZ-İİ 199285 saylı xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadərnamənin surətindən görünür ki, X14 26 avqust 2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasi Təcili və X11 Stansiyasının xx.xx.2024-cü il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 17:30 radələrində Xırdalan şəhəri, R.Xəlilov küçəsi ünvanına X4 adına çağırış daxil olmuş, çağırışı bölmənin həkimi G.Məmmədova yerinə yetirmişdir. Həkimə qədər ölüm, qadın cinsli meyit qeyd edilmişdir. İş materiallarında olan 5 saylı MKİS-nin 30 aprel 2024-cü il tarixli 840 saylı arayışından görünür ki, X2 şəhəri R.Xəlilov küçəsi 1-ci dalan ev 1 ünvanında xx.xx.2024cü il tarixinədək yaşamışdır. İş materiallarında olan Maraqlı şəxs2 İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3- 16-5/8-15-1055/2024 nömrəli məktubundan müəyyən olunur ki, X4 barəsində ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınmasından imtina edilərək, aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan Abşeron rayon X13 hüquqi şəxsin İddiaçı “ölüm haqqında tibbi şəhadətnamə’’ verilməsi ilə bağlı 29 aprel 2024-cü il tarixli, 18-1-20/2-Ə-42-114/2024 nömrəli məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”-nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3. bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. P.Məmişovanın ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” tərəflərindən verilmir. Məhkəmə iclasında iştirak edən şahid X12 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşıdır. Anası ayın 21-i rəhmətə getmişdir, tarixi dəqiq yadında qalmayıb. Anası qardaşı ilə birlikdə yaşayırdı, insult keçirmişdi, xəstə idi. Dəfnində özü də iştirak etmişdi. Məhkəmə iclasında iştirak edən şahid X10 ifadəsində bildirmişdir ki, ərizəçi onun həyat yoldaşıdır. Qaynanası öz evində, Xırdalan şəhərində rəhmətə gedib, xəstəliyi var idi. Dəfndə iştirak etmişdi. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, XX.XX.1943-cü ildə anadan olmuş X4 xx.xx.2024-cü il tarixində ölməsi faktı iş materialları ilə sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. XX.XX.1943-cü ildə anadan olmuş X4 xx.xx.2024-cü il tarixində Abşeron rayonu Xırdalan şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar