Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3018/2023 05.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi Ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə Ərizəçi İddiaçı Maraqlı şəxs qismində cəlb etdiyi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçi ilə Maraqlı şəxs arasında 11 aprel 2023-cü il tarixdə mediaisya qaydasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, maraqlı şəxs ərizəçinin qızı X4 ilə xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Bu nikahdan xx.xx.2005-ci ildə X7 anadan olmuşdur. X4 xx.xx.2009-cu il tarixdə xəstəlik səbəbindən vəfat etmişdir. Bundan sonra Maraqlı şəxs övladı X1 bilməyəcəyini bildirmişdir. Bu səbəbdən, ərizəçi məcbur olub Yasamal rayonu İcra Hakimiyyətinə X5 qəyyumluğa götürülməsi barədə müraciət etmişdir. Müraciəti əsasında xx.xx.2010-cu il tarixdə Yasamal rayon İcra Başçısının sərəncamı ilə ərizəçi X5 qəyyumu təyin olunmuşdur. Həmin tarixdən bu günə qədər X7 ərizəçi ilə ünvan 1 ünvanında yaşayır. X7 X2 1-ci kursunda təhsil alır. 2010-cu ildən keçən bu dövr ərzində uşağın saxlanılması, təhsili, tərbiyəsi və bütün xərcləri ərizəçinin üzərində olmuşdur. Ərizəçi dəfələrlə Maraqlı şəxs uşağın xərclərinin ödənilməsində ona kömək göstərilməsini xahiş etmişdir. Xahişlərə baxmayaraq o, uşaqla maraqlanmamış, onun saxlanılması üçün nə maddi, nə də mənəvi köməklik göstərməmişdir. Maraqlı şəxs yenidən 2 dəfə ailə qurmuş və uşaqları da vardır. Maraqlı şəxs bir valideyn kimi üzərinə düşən vəzifələri yerinə yetirməmiş, 5 yaşından sonra uşağına maddi və mənəvi dəstək göstərməmiş, ümumiyyətlə, uşağı ilə maraqlanmamışdır. O, yeni qurduğu ailəyə və uşaqlarına qayğı göstərmiş, lakin ərizəçinin nəvəsi olan oğluna heç bir maddi və mənəvi dəstək verməmişdir. Bununla əlaqədar olaraq, ərizəçi Maraqlı şəxs valideyinlik hüququndan məhrum olunması ilə bağlı mediasiyaya müraciət etmişdir. Mediasiya prosesində yuxarıda göstərilən məsələ üzrə razılıq əldə olunaraq, xx.xx.2023-cü il tarixdə barışıq sazışı imzalanmışdır. Barışıq sazişinə əsasən, Maraqlı şəxs ilə aşağıdakılar barədə razılığa gəlinmişdir: “xx.xx.2023-cü il tarixdə keçirilən tam mediasiya prosesində İkinci tərəf uşağı ilə maraqlanmadığı üçün Birinci tərəfin tələbini (valideyinlik hüququndan məhrum etmə) qəbul edir”. Mediasiya haqqında razılaşmanın olmasına baxmayaraq, Maraqlı şəxs razılaşmanın icra olunması ilə bağlı ərizəçiyə dəstək verməmişdir. Bu hal onun öz öhdəliyindən imtina kimi qiymətləndirilir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə rədd edilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 65. Valideynlik hüquqlarından məhrumetmə qaydası 65.1. Valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir. Məhkəmə hesab edir ki, valideynlik hüquqlarından məhrum etmə məhkəmə qaydasında həll edilməli olduğundan bu barədə bağlanılmış barışıq sazişi təsdiq edilə bilməz. Odur ki məhkəmə hesab edir ki, ərizə təmin edilə bilməz və rədd edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə rədd edilsin. Ərizənin verilməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-3018/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3018/2023
05.06.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver