Məhkəmə qərarları › İş №e-2(004)-3026/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3026/2025

19.06.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3026/2025 19.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və mənəvi zərərin ödənilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış 01 may 3017-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə 07 mart 2025-ci il tarixli əmrin ləğv edilməsi, onun əvvəlki iş yerimə bərpa olunmağının təmin edilməsi, xx.xx.2025-cü il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının və mənəvi zərərin əvəzi olaraq 100.000 (yüz min) manat pulun cavabdeh "xxxx" Məhdud Məsiliyyətli Cəmiyyətindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2013-cü il tarixdən Cavabdeh Məhdud Məsiliyyətli Cəmiyyətində işləyir. 2024-cü ilin sonlarınadək MMC-də taxtabənd işləri üzrə supervayser vəzifəsində işləmişdir. Əsas iş yeri dənizdə fəaliyyət göstərən “Çıraq 1” platformasında olmuşdur. xx.xx.2024-cü il tarixdə “Çıraq 1” platformasında işdə olduğu zaman rəhbər işçilərdən biri qəfil onu yanına çağıraraq Cavabdeh MMC (baş ofisdən) tərəfindən narkaloji testdən keçməyi barədə onlara e-mail göndərildiyini ona dedilər. O, buna heç bir etiraz etmədi, çünki özünə əmin idi ki yaşadığı müddət ərzində istifadə etmədiyi narkotik vasitə heç vaxt onda poztiv ola bilməz. O, test olmağa razılaşdı və platformada xüsusi tibb işçiləri tərəfindən ondan analiz götürdülər. Analizin götürdükdən sonra ona bildirdilər ki, platformadan dərhal düşməlidir. O, buna qəti etiraz etsə də, lakin buna məhəl qoymadan dərhal onu platformdan quruya düşürüb evinə göndərdilər. xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-dən yaşadığı ünvana məktub göndərilmişdir, həmin məktubu qəbul edən həyat yoldaşı X6 məktubu oxduqdan sonra ona zəng edərək evə çağırdı. Məktubu oxuyarkən məlum oldu ki, guya o, cari ilin 13 dekabr tarixində “Çıraq1” platformasında işdə olduğu zaman onun narkoloji testinin cavabının müsbət çıxaması səbəbindən təkrara narkoloji test götürülməsinə zəruriət yarandığını, bu səbəbdən xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-nin insan xidmətləri şöbəsinə gəlməsi və təkrar narkoloji testdən keçməsi qeyd olunmuşdur. Həmin məktubda onun narkoloji testinin cavabının müsbət çıxaması qeydini görən həyat yoldaşı və övladları məktubda qeyd olunanlara əsasən onun narkoloji testdən cavabının müsbət çıxmasını deyib ailələrində böyük mübahisə yaranmağa başladı. O, nə qədər ailəsini bunun yalan olduğuna inandırmağa çalışsa da bu mümkün olmadı. xx.xx.2024-cü il tarixdə o, baş ofisə getdi və bu məktubda onun bir başa narkotik maddələrin istifadəsində ittiham etdiklərini və həmin analizlərin cavabının verilməsini onlardan tələb etdi, amma buna baxamayaraq ona analizin cavabları verilmədi. Sonra ordan onu MMC-nin üç nəfərdən ibarət işçisi ilə birlikdə xidməti avtomobilləri ilə Bakı şəhərində fəaliyyət göstərən "xxxx" tibb mərkəzinə apardılar. "xxxx" tibb mərkəzində MMC-nin üç nəfərdən ibarət olan işçilərin birgə iştirakı ilə həkim mütəxəsisslər tərəfindən ondan təkrar analiz götürdülər. Tibbi müayinə olunduqdan bir neçə saat sonra müayinənin cavabını ona demədən MMC-nin üç nəfərdən ibarət olan işçisilərinin iştirakı ilə onlara məxsus avtomobillə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzənə apardılar və orda onu yenidən həkim mütəxəssislərin iştirakı ilə sidikdən analiz götürməklə müayinə etdilər. Bir neçə saat mərkəzdə qaldıqdan sonra ona müayinənin nəticələri barədə heç bir cavab demədən mərkəzdən çıxdılar və üç nəfər işçi ilə birlikdə MMC-nin baş ofisinə gəldilər. Ofisdə kadrlar üzrə mütəxəssislə görüşüb nə baş verdiyini, niyə ona qarşı bu cür qərəzli olduqlarını, onu narkotik maddələrin istifadəsində əsassız ittiham edib evinə məktub göndəridiklərini və həmin məktubu alan həyat yoldaşının və övladlarının onu narkotik vasitənin istifadəsində günahlandırdıqlarını onlara dedi və ailə üzvlərini inandırmaq üçün analizlərin cavabının ona dərhal təqdim edilməsini onlardan tələb etdi. Amma buna baxmayaraq işdən azad etməklə onu təhdid edib analizin cavablarını təqdim etmədilər və evə getməsini, bu barədə ona məlumat veriləcəyini dedilər. Analizin cavablarının təqdim edilməməsi və ən əsası onu işə çağırmadıqları üçün istər ailəsində, istərsə də 15 ilə yaxın işlədiyi əmək kolletivi arasında günü-gündən nüfuzdan düşməyə başladı. Həyat yoldaşı, övladları, iş yoldaşları və dostları onun narkotik maddələrin istifadəsində təqsirli olduğuna kifayət qədər şübhəli yanaşmağa başladılar. 17 il birlikdə mehriban yaşadığı həyat yoldaşı və övladları birgə yaşadıqları evdən çıxaraq başqa yerdə yaşamağa başladılar. Qohumlar ondan üz döndərdi, münasibətləri pozulmağa başladı. Uzun illər tanıdığı dostları və iş yoldaşları ondan üz döndərməyə başladılar. O, özünə əmin olaraq bunun yalnış olmasını, iş yeri tərəfindən ona qarşı ona məlum olmayan səbəbdən niyə etdiklərini anlamadığını bildirdi. Amma buna baxamayraq yenə də heç kim ona inanmadı. O, yenidən baş ofisə getdi, analizin nəticələrini tələb etdi və bildirdi ki, artıq bu qanunsuz hərəkətlər onun ailəsinin dağılmasına, övladlarının ondan üz döndərməsinə səbəb olmuş, iş yoldaşları və tanıdığı dostları ilə olan səmimi münasibətləri pozulmuş, onlar ona inanmır. Lakin cavabdeh bununla bağlı ona müayinənin nəticələrini vermədən evə gedib gözləməsini tələb etdilər. Cavabdehin yuxarıda qeyd etdiyi qanunsuz hərəkətlərindən sonra artıq ailə münasibətləri tamamilə pozuldu və nəticədə xx.xx.2007-ci il tarixdən rəsmi nikahda olduğu və həmişə mehriban yaşadığı həyat yoldaşım X6 aralarında olan nikahın pozulması yetkinlik yaşına çatmayan övladlarının onun yanında saxlanması və aliment tələbinə dair iddia ərizəsi ilə Qaradağ rayon Məhkəməsinə müraciət etdi. Qaradağ rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)-641/2025 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilərək aramızda olan nikah pozuldu və yetkinlik yaşına çatmayan övladlarımız xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək onun yanında saxlanması və alimentin tutulması qət edildi. Məhkəmə qətnaməsindən də görünür ki, həyat yoldaşının aramızda olan nikahın pozulması üçün iddia tələbinin əsası onun iş yerində narkoloji testinin cavabının müsbət çıxması və bu barədə evlərinə rəsmi məktub göndərilməsi səbəbindən olmuş və o, narkotik maddələrin istifadəsi ilə bağlı keçirilən müayinlərin cavabını onlara təqdim edib bunu sübut edə bilməməsi əsaslardan ibarətdir. Bu olanlar azmış kimi cavabdeh qurum tərəfindən xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində yaşadığı ünvana məktub göndərilərək işlədiyi 13 il müddət ərzində peşəkarlığım və platformalarda çalışan rəhbərlikdə daxil olmaqla əmək kollektivi arasında yüksək hörmət sahibi qazanaraq bir dəfə belə olsun ki, rəhbərlik tərəfindən intizam tənbehi almayan onun aldığı əmək haqqının yarısı qədər olan iş yerini dənizdən cavabdeh MMC-nin Qaradağ rayonu, Salyan şossesi 25 və 35 ünvanda yerləşən anbarında işləməyə çağırdılar. Bu hal cavabdehin təqsirli hərəkətləri nəticəsində ona inanmayan ailə üzvlərində və tanıyan insanlar arasında bir daha inam yaratdı ki, o, həqiqətən narkotik vasitə qəbul etdiyi üçün işəgötürən onu işdən azad etmədən cəza olaraq onu platformadan düşürüb yarı əmək haqqına quruda iş təklif etmişdir. Artıq onda fikir yarandı ki ona məlum olmasa da cavabdeh qurum hansısa səbəblərdən ona qarşı qərəzli mövqe nümayiş etdirir və bu qanunsuz hərəkətlər onun ailəsinin dağılmasına səbəb olmaqla yanaşı onun işdən azad olunmağı üçün atılan ilkin addımlardandır. Bundan sonra o, bütün ümidləri qırılmış vəziyyətdə onların təklifinə cavab vermədi və sonda ona qarşı qərəzli olmaqlarını qanunsuz olaraq qısa müddət ərzində işdən azad edəcəklərini gözləyirdi, nəhayət xx.xx.2025-ci il tarixdə qeydiyyatda olduğu evə rəmi məktub göndərilərək onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyini qeyd etmişdilər. xx.xx.2025-ci il tarixdə, yəni bir gün sonra, yenidən qeydiyyatda olduğu ünvana yenidən rəsmi məktub göndərilərək artıq onunla bağlanmış əmək müqaviləsinə AR-nın ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildiyini qeyd etmişdirlər. Hesab edir ki, cavabdeh əsassız olaraq onu bu gün cəmiyyətdə hər kəs tərəfindən nifrətlə qarşlanan narkokit maddənin istifadəsində ittiham edib ailəsini dağıtması halı xarakterinə və ağırlıq dərəcəsinə görə onun ən ağır mənəvi iztirab keçirməyinə səbəb olmuşdur. Cavabdehin təqsirli hərəkətləri nəticəsində onun güclü mənəvi sarsıntı keçirməsi ilə yanaşı ailə üzvlərinin də mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 idda ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmiş, verilən suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2025-ci il tarixli məktubu alandan sonra iddiaçı cavabdeh şirkətə müraciət edərək, niyə iş yerinin dəyişdirildiyini soruşmuşdur. Cavabdeh tərəf ona qarşı qərəzli olmuşdur. Analiz nəticəsini uzun müddət ona təqdim etməyiblər. İddiaçı 20 il platformada supervisor kimi işləyib, həmin vəzifədə çalışmaq üçün sertifikatlar almışdır. İddiaçının həyat yoldaşı ilə əvvəllər problemləri olmayıb, onun narkotik aludəçisi olmaması barədə analiz nəticəsi təqdim edilmədiyi üçün aralarında mübahisə olmuş və uşaqları götürüb evdən getmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Socar Cape" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, onun rədd edilməsini məhkəmədən xahiş etmiş, izahatında bildirmişdir ki, iddiaçının çalışdığı platforma BP-nin (Böyük Britaniyanın enerji şirkəti) nəzarətindədir. İddiaçı ilk başda testdən keçmək istəməmişdir. Hətta özü də ifadəsində bildirmişdir ki, platformadan düşəndən sonra iki nəfər əməkdaş tərəfindən ona narkoloji testdən keçməsi bildirilib, lakin o qaçıb getmiş, testə girməkdən yayınmışdır. Ona görə rəsmi bildiriş yazılmışdı ki, gəlib testdən keçsin. Kifayət qədər müddət keçəndən sonra işçi yoxlamadan keçmiş və nəticəsi mənfi çıxmışdı. Daha sonra işçinin ünvanına xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli iş yerinin dəyişdirilməsi barədə, xx.xx.2025-ci il tarixdə isə işə gəlməməsi barədə bildirişlər göndərilmişdir. Bundan sonra iddiaçı xx.xx.2025-ci il tarixdə xəstə olduğuna görə işə gəlməməsi ilə bağlı izahat yazmışdır. xx.xx.2025-ci il tarixdə isə əmək müqaviləsinin ləğv olunması haqqında əmr verilmişdir. Ümumiyyətlə işəgötürən hüququ vardır ki, işçinin ünvanına bildirişlər göndərsin, onu təkrar müayinəyə dəvət etsin. Onun ailəsində problemlərin yaranmasında isə işəgötürənin məsuliyyət daşımır. Həmçinin işəgötürən onun dostlarına da narkotik istifadəçisi olması barədə məlumat yaymamışdır. Bu səbəbdən qeyd olunan hallarla bağlı mənəvi zərərin tələb olunması əsassızdır. Beləliklə işçiyə dəfələrlə iş yerinin dəyişdirilməsi barədə bildiriş göndərilmiş, lakin iddiaçının həmin bildirişlərə münasibət bildirməməsi və 10 fevral 2025-ci il tarixdən əmək funksiyalarının icra yerinə gəlməməsi səbəbindən işəgötürən əmək müqaviləsinə xitam vermişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: İşəgötürən "xxxx" MMC ilə işçi İddiaçı arasında bağlanmış 29 avqust 2013-cü il tarixli, SC603 nömrəli Əmək müqaviləsindən görünür ki, İddiaçı “quraşdırıcı” vəzifəsinə götürülür və işəgötürənin mülahizəsinə müvafiq olaraq müəyyən edilmiş iş yerləri ilə bağlı neft-qaz əməliyyatlarına göndərilir. Əmək müqaviləsi xx.xx.2013-cü ildən xx.xx.2024-cü il tarixinədək müddətə bağlanmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən, iş müddətinin ilk 3 ayı sınaq müddəti hesab olunur. Müqavilənin 4.1-ci bəndinə əsasən, işçiyə 1331 manat tam aylıq maaş ödənilir. xx.xx.2016-cı il tarixli “Alkoqol və Narkotikə qarşı prinsiplər haqqında hesabat” İşçi təsdiqindən görünür ki, İddiaçı şirkətin alkoqol və narkotik vasitələrə qarşı prinsiplərini əks etdirən sənədin nüsxəsini almış, oxuyub anlamış və tam olaraq bunlara riayət etməyə razılaşmışdır. İşəgötürən "xxxx" MMC ilə işçi İddiaçı arasında bağlanmış 01 may 2017-ci il tarixli, Off/0771/3240 nömrəli Əmək müqaviləsindən görünür ki, İddiaçı “taxtabənd quraşdırıcısı” vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsi xx.xx.2017-ci ildən 1 il müdətinə bağlanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən, işçinin əsas iş yeri müxtəlif iş sahələri və Xəzər dənizində BP şirkəti tərəfindən idarə olunan müxtəlif neft-qaz platformalarında və ya işəgötürənin göstərişinə əsasən, Əmək Məcəlləsinin müddəalarına müvafiq olaraq Azərbaycan ərazisi daxili və ya xaricində yerləşən hər hansı ofis və ya iş yeri olacaqdır. Müqavilənin 5.1-ci bəndinə əsasən, işçiyə hər ay 576 manat məbləğində əmək haqqı ödənilir. Müqavilənin 5.8-ci bəndinə əsasən, işçiyə Xəzər dənizində işlədiyi müddətdə əmək haqqına əlavə olaraq 602 manat məbləğində aylıq ödəniş ediləcəkdir. İşəgötürən "xxxx" MMC ilə işçi İddiaçı arasında bağlanmış 01 may 2017-ci il tarixli, Off/0771/3240 nömrəli Əmək müqaviləsinə xx.xx.2019-cu il tarixli 2 nömrəli əlavədən görünür ki, əmək müqaviləsinin 1-ci maddəsinin 1.1-ci bəndi dəyişdirilmiş və işçi “taxtabənd işləri üzrə supervayzer” vəzifəsinə işə qəbul edilməsi, Əmək Müqaviləsinin 5ci maddəsinin 5.1-ci bəndi dəyişdirilərək, işçiyə hər ay 832 manat əmək haqqı ödənilməsi, 5-ci maddəsinin 5.8-ci bəndi dəyişdirilərək, işçiyə Xəzər dənizində işlədiyi müddətdə əmək haqqına əlavə olaraq 865 manat məbləğində aylıq ödəniş edilməsi barədə qarşılıqlı razılıq əldə edilmişdir. Cavabdeh MMC tərəfindən təqdim olunmuş xx.xx.2019-cu il tarixli vəzifə təlimatlarından görünür ki, bütün işlərin qüvvədə olan müvafiq norma və qaydalara uyğun və təhlükəsiz şəkildə həyata keçirilməsini təmin etmək, taxtabənd işçilərinə nəzarət etmək, göstəriş vermək və onları yönləndirmək, sifarişçi və lazım gəldikdə Cavabdeh rəhbərliyi ilə əlaqə saxlamaq işçinin əsas vəzifələrindəndir. İşəgötürən "xxxx" MMC ilə işçi İddiaçı arasında bağlanmış 01 may 2017-ci il tarixli, Off/0771/3240 nömrəli Əmək müqaviləsinə xx/xx/2022-ci il tarixli 4 nömrəli əlavədən görünür ki, əmək müqaviləsinin müqaviləsinə 3.5-ci bənd aşağıdakı redaksiyada verilmişdir: İşçi alkoqol, narkotik və ya digər psixotrop maddələrlə əlaqədar aşağıdakı öhdəlikləri daşıyır: - alkoqol içkilər, narkotik vasitələr, psixotrop, toksik və digər - zəhərli maddələrdən istifadə etməmək, habelə həmin içkilər, < vasitə və maddələri qəbul edərək işə gəlməmək; həkim tərəfindən təyin edilən və ya reseptsiz istifadə etdikləri dərman vasitələri səbəbindən işçinin fəaliyyətinə etdiyi təsirlə bağlı İşəgötürəni əvvəlcədən məxfi şəkildə məlumatlandırmaq və həkim tərəfindən təyin edilmiş dərman vasitələrinin düzgün istifadə etmək; digər şəxsləri alkoqol, narkotik və ya digər psixotrop maddələrlə təmin etməmək və ya belə maddələri satmamaq, almamaq və paylaşmamaq; alkoqol, narkotik və ya digər psixotrop maddənin təsiri altında olduqda əmək funksiyasının icra etməmək və ya əraziyə daxil olmamaq. İşçi bununla razılıq verir ki, alkoqollu içkilər, narkotik vasitələr və digər psixotrop, toksik və zəhərli maddələr qəbul etdiyini, habelə onları təsiri altında sərxoş vəziyyətdə olub-olmaması faktını müəyyən etmək məqsədilə İşəgötürənin tələbi əsasında bioloji mühitlərin müayinəsi, ilkin (təsadüfi, test üsulu ilə) və narkoloji tibb müəssisəsinin həkim-narkoloqu (və ya feldşer-narkoloq) tərəfindən tibbi müayinələrdən (tibbi testlərdən) keçmək öhdəliyini daşıyır. Əmək Müqaviləsinə 3.6-cı bənd aşağıdakı redaksiyada verilmişdir: İşçi öz əmək funksiyalarını icra edərkən İşəgötürən, işəgötürənin müştəriləri və Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyənləşdirilmiş əmək və sağlamlığın qorunması (o cümlədən alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələrlə bağlı qaydalar), həmçinin təhlükəsizlik qaydalarına riayət etməsi öhdəliyini daşıyır. İşçi iş vaxtı qəzaların qarşısını almaq üçün tələb olunan təhlükəsizlik qaydalarına riayət etməlidir. İşçi onun tərəfindən riayət edilməli təhlükəsizlik qaydaları və fövqəladə hallarda hərəkət qaydaları ilə tanış olmalıdır. Əmək Müqaviləsinə aşağıdakı məzmunda 4.7-ci bənd əlavə edilmişdir:İşəgötürən işçinin alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edib-etməməsi, habelə belə içki və maddələrin təsiri altında sərxoş vəziyyətdə olub-olmaması faktını müəyyən etmək məqsədilə işçidən tibbi müayinələrdən (tibbi testlərdən), o cümlədən bioloji mühitlərin (qan, tüpürcək, sidik və s.) müyinəsindən keçməyi tələb etmək hüququna malikdir. Əmək Müqaviləsinin 5-ci maddəsinin 5.1-ci bəndi dəyişdirilərək, işçiyə hər ay 879 manat əmək haqqı ödənilməsi, 5-ci maddəsinin 5.8-ci bəndi dəyişdirilərək, işçiyə Xəzər dənizində işlədiyi müddətdə əmək haqqına əlavə olaraq 910 manat məbləğində aylıq ödəniş edilməsi müəyyən edilmişdir. Əmək müqaviləsinin aşağıdakı məzmunda 11.1.13-cü bənd əlavə edilmişdir: tibbi müayinələrin (tibbi testlərin) nəticələri, o cümlədən bioloji mühitlərin (qan, tüpürcək, sidik v s.) müayinəsi İşçinin alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul etməsi halını müəyyən edərsə müqaviləyə xitam verilə bilər. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Hərbi-Tibb Baş İdarəsinin Mərkəzi laboratoriyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Xromotoqrafik analiz nəticəsindən görünür ki, İddiaçı 1409 ml Lidocaine (diocaine), 215,622 ml Methamphetamine, 19,439 ml Paracetamol, 4,037 ml Tramadol, 85,927 ml Venlofaxine aşkar edilmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli “işçinin təkrar narkoloji testdən keçməsi ilə bağlı” bildirişdən görünür ki, cari ilin 13 dekabr tarixində “Çıraq 1” platformasında (Chirag 1) işdə olduğu zaman onun narkoloji testinin cavabının müsbət çıxması səbəbindən təkrar narkoloji testin götürülməsi zərurəti yaranmışdır. Bu səbəbdən, ondan 19 dekabr 2024-cü il tarixində “SOCAR CAPE' MMCnin İnsan Xidmətləri şöbəsinə aşağıdakı qeyd edilən ünvana və göstərilən saat aralığında gələrək, təkrar narkoloji testdən keçməsi xahiş edilmişdir. Bildirilmişdir ki, məktubda qeyd edilən ünvana göstərilən saat aralığında təkrar narkoloji testdən keçmək üçün gəlməməsi onunla bağlanmış əmək müqaviləsinə Əmək qanunvericiliyinin müvafiq maddəsi ilə xitam verilməsi üçün əsas olacaqdır. “Respublika Narkoloji Mərkəzi” PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1/4055 nömrəli Narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında aktdan görünür ki, İddiaçı yoxlanılan narkotik vasitə və psixotrop maddələr aşkar edilməmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli “işçinin iş sahəsinin dəyişdirilməsi ilə bağlı” bildirişdən görünür ki, onunla bağlanmış 01 may 2017ci il tarixli, Off/0771/3240 nömrəli əmək müqaviləsinin 1.2-cı bəndinə əsasən, işçinin əsas iş yeri müxtəlif iş sahələri və Xəzər dənizinin BP şirkəti tərəfindən idarə olunan neft-qaz platformalarında və ya işəgötürənin göstərişinə əsasən Əmək Məcəlləsinin müddəalarına müvafiq olaraq Azərbaycan ərazisi daxili və ya xaricində yerləşən hər hansı ofis və ya iş yeri olacaqdır. Bununla əlaqədar olaraq, 10 fevral 2025-ci il tarixindən etibarən əmək funksiyalarının icra yeri kimi iş sahəsinin işəgötürənin mülahizəsinə əsasən, şirkətin Salyan şosesi 35, Ümid qəsəbəsi və Salyan şosesi 25, Qaradağ rayonunda yerləşən anbarlarda olacaq, 10 fevral 2025-ci il tarixindən etibarən bildirişdə qeyd edilən ünvanda əmək funksiyalarının icrasına başlamamağı işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir və Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün əsasdır. Bu səbəbdən ondan ki, 07 fevral 2025-ci il tarixinədək "xxxx" MMC-nin ("Cəmiyyət") İnsan Xidmətləri şöbəsinə aşağıdakı qeyd edilən ünvana gələrək, bu Bildirişə münasibət bildirməsi xahiş edilmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli “işçinin iş sahəsinin dəyişdirilməsi ilə bağlı” bildirişdən görünür ki, onunla bağlanmış 01 may 2017ci il tarixli Off/07713240 nömr H əmək müqaviləsinin 1.2-ci bəndinə əsasən, onun əsas iş yeri müxtəlif iş sahələri və Xəzəi dənizinin BP şirkəti tərəfindən idarə olunan neft-qaz platformalarında və ya işəgötürənin göstərişinə əsasən Əmək Məcəlləsinin müddəalarına müvafiq olaraq Azərbaycan ərazisi daxili və xaricində yerləşən hər hansı ofis və ya iş yeri kimi müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq, ona 30 Yanvar 2025-ci il tarixli bildiriş göndərilmiş və tərəfindən 31 yanvar 2025-ci il tarixdə qəbul edilmişdir. Həmin bildirişə əsasən ona 10 Fevral 2025-ci il tarixdən etibarən əmək funksiyalarının Qaradağ rayonu Salyan şosesi 25 və 35-də ünvanında yerləşən anbarlarda icra olunması barədə məlumat verilmişdir. Bundan əlavə ona 7 Fevral 2025-ci il tarixə qədər Bakı şəhəri Nizami rayonu Babək prospekti 31 H ünvanında yerləşən şirkətin baş ofisinin insan xidmətləri şöbəsinə gələrək, 30 yanvar 2025-ci il tarixli bildirişə münasibət bildirməsi xahiş olunmuşdu. Lakin o, ərnək funksiyaların icra olunması üçün qeyd olunan ünvana gəlməmiş və göndərilən bildirişə münasibət bildirməmişdir. Bununla əlaqədar olaraq bu günə qədər işə çıxmamağının səbəbləri barədə 2 (iki) iş günü ərzində yazılı izahatın verilməsi ondan xahiş olunmuşdur. 3 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş SN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli Əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı kəskin bronxit diaqnozu qoyulmuş, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək işdən azad olunması, xx.xx.2025-ci il tarixdə işə başlaması qeyd edilmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli “işçinin işə gəlməməsi ilə bağlı” bildirişdən görünür ki, onunla bağlanmış 01 may 2017-ci il tarixli, 0ff/0771/3240 nömrəli əmək müqaviləsinin 1.2-ci bəndinə əsasən, onun əsas iş yeri müxtəlif iş sahələri və Xəzər dənizinin BP şirkəti tərəfindən idarə olunan neft-qaz platformalarında və ya işəgötürənin göstərişinə əsasən Əmək Məcəlləsinin müddəalarına müvafiq olaraq Azərbaycan ərazisi daxili və ya xaricində yerləşən hər hansı ofis və ya iş yeri kimi müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq, ona 30 Yanvar 2025-ci il tarixli bildiriş göndərilmiş və tərəfindən 31 Yanvar 2025-ci il tarixində qəbul edilmişdir. Həmin bildirişə əsasən, ona 10 fevral 2025-ci il tarixdən etibarən əmək funksiyalarının Qaradağ rayonu Salyan şosesi 25 və 35 ünvanında yerləşən anbarlarda icra olunması barədə məlumat verilmişdir. Bundan əlavə ona 7 fevral 2025-ci il tarixə qədər Bakı şəhəri Nizami rayonu Babək prospekti 31 H ünvanında yerləşən şirkətin baş ofisinin insan xidmətləri şöbəsinə gələrək 30 yanvar 2025-ci il tarixli bildirişə münasibət bildirməsi xahiş olunmuşdur. Lakin əmək funksiyaların icra olunması üçün qeyd olunan ünvana gəlmədiyinə və göndərilən bildirişə münasibət bildirmədiyinə görə ona 12 fevral 2025-ci il tarixində ikinci bildiriş təqdim olunmuşdur. Bu bildirişdən sonra tərəfindən 03 mart 2025-ci il tarixində Şirkətin baş ofisinə 19-28 fevral 2025-ci il tarixlərində əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı ******* saylı xəstəlik vərəqəsi təqdim edilmişdir. Xəstəlik vərəqəsində işçinin işə başlamalı olduğu tarix 01 mart 2025-ci il qeyd edilsə də, o, indiyə qədər əmək funksiyalarının icra olunması üçün qeyd olunan ünvana gəlməməşdir. Buna görə də işə başlamalı olduğu tarixdən indiyə kimi işə çıxmamağın səbəbləri barədə dərhal yazılı izahatın verilməsi ondan xahiş olunmuşdur. Bildirilmişdir ki, işə çıxmamağın səbəbləri barədə dərhal məlumat verilməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir və Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün əsas yaradır. İddiaçı xx.xx.2025-ci il tarixli izahatından görünür ki, xx.xx.2025-xx.xx.2025-ci il tarixlərində xəstə olduğuna görə nə işə, nə də ofisə yaxınlaşa bilməmişdir. Yuxarıda qeyd edilən tarixlərdə heç bir xəstəlik və ya məzuniyyət vərəqəsi təqdim etməmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, məlumat verildiyi kimi iş yerinin ünvanı onunla bağlanmış 01 may 2017-ci il tarixli, Off/0771/3240 saylı əmək müqaviləsinin 1.2-ci bəndinə müvafiq olaraq işəgötürənin göstərişi ilə dəyişdirilmişdir. Həmin bəndə əsasən, işçinin əsas iş veri müxtəlif iş sahələri və Xəzər dənizinin BP şirkəti tərəfindən idarə olunan neft-qaz platformalarında və ya işəgötürənin göstərişinə əsasən Əmək Məcəlləsinin müddəalarına müvafiq olaraq Azərbaycan ərazisi daxili və ya xaricində yerləşən hər hansı ofis və və iş yeri kimi müəyyən olunmuşdur. Ona əmək funksiyalannızın icrası yerinin dəyişdirilməsi barədə 30 yanvar 2025-cı il tarixli bildirişlə məlumat verilmişdir. Lakin o, bildirişdə qeyd olunan vaxtdan etibarən işə çıxmamış, işə çıxmamasının səbəbləri barədə məlumat verilməsi üçün ona təqdim edilmiş 12 fevral 2025-ci il tarixli ikinci bildirişə də vaxtında münasibət bildirməmişdir. Şirkətə 19-28 fevral tarixlərində əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə xəstəlik vərəqəsi təqdim etsə də, 12-18 fevral tarixlərində va xəstəlik vərəqəsində qeyd edilmiş sonuncu gündən (28 fevral 2025-ci il) indiyə kimi işdə olmaması barədə işəgötürənə heç bir məlumat verməmişdir. Yalnız Şirkət tərəfindən ona təqdim edilmiş üçüncü bildirişdən sonra 04 mart 2025-cı il taxində Şirkətin baş ofisində izahat yazaraq 12-18 fevral 2025-ci il tarixlərində xəstə olduğunu bildirmiş, lakin işəgötürənə bu halı təsdiq edən heç bir sənəd tərəfindən təqdim edilməmişdir. Bununla yanaşı 28 fevral 2025-ci il tarixindən etibarən indiyə kimi işə çıxmamağa davam etmiş va izahatında bunun səbəbləri barədə məlumat verməmişdir. Tərəfindən edilmiş bu hərəkətlərlə əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, əmək intizamına riayət edilməsi ilə bağlı Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş işçinin əsas vəzifəsinə dair qanunvericiliyin tələblərini və onun bağlanmış əmək müqaviləsinin 3-cü maddəsi ilə müəyyən edilmiş işçinin əsas vəzifələrinə dair tələbləri pozmuşdur. Cavabdeh MMC-nin 025/227 nömrəli, xx.xx.2025-ci il tarixli əmrinə əsasən, Cavabdeh MMC-nin “Taxtabənd İşləri üzrə Supervavzer" vəzifəsini tutan İddiaçı ilə bağlanmış 01 may 2017-ci il tarixli, Off/0771/3240 saylı əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən (əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini verinə yetirmədiyinə görə) və Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndində göstərilmiş qaydaya uyğun olaraq 7 mart 2025-ci il tarixindən etibarən ləğv edilmişdir. Həmin əmrin məzmunundan görünür ki, “SOCAR CAPE MMC-də (bundan sonra - Şirkət) Taxtabənd İşləri üzrə Supervayzer vəzifəsini tutan İddiaçı (bundan sonra İşçi) ilə bağlanmış 01 may 2017-ci il tarixli. Off70771/3240 nömrəli əmək müqaviləsinin 1.2-ci bəndinə əsasən, işçinin əsas iş yeri müxtəlif iş sahələri və Xəzər dənizinin BP şirkəti tərəfindən idarə olunan neft-qaz platformalarında və va işəgötürənin göstərişinə əsasən Əmək Məcəlləsinin müddəalarına müvafiq olaraq Azərbaycan ərazisi daxili və ya xaricində yerləşən hər hansı ofis və ya iş yeri kimi müəyyən olunmuşdur. İşçiyə təqdim edilmiş 30 yanvar 2025-ci il tarixli bildirişlə 10 fevral 2025-ci il tarixindən onun əmək funksiyalarının Qaradağ rayonu Salyan şosesi 25 və 35 ünvanında yerləşən anbarlarda icra olunacağı barədə məlumat verilmişdir. Bununla bağlı 07 fevral 2025-ci il tarixinə qədər Şirkətin baş ofisinə gələrək həmin bildirişə münasibət bildirməsi işçidən xahiş olunmuşdur. İşçinin həmin müddət ərzində bildirişə münasibət bildirməməsi və 10 fevral tarixindən əmək funksiyalarının icra yerinə gəlməməsi səbəbindən ona işə çıxmaması barədə iki iş günü ərzində yazılı izahat verməsi barədə 12 fevral 2025-ci il tarixli ikinci bildiriş təqdim edilmişdir. Təqdim edilmiş hər iki bildirişdə işçi tərəfindən işə çıxmaması barədə məlumat verilməməsinin əmək funksiyalarının pozulması hesab edildiyi barədə xəbərdarlıq edilmişdir. İkinci bildiriş işçiyə təqdim edildikdən sonra işçi 03 mart 2025-ci il tarixində Şirkətin baş ofisinə 19-28 fevral 2025-ci il tarixlərində əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı ******* saylı xəstəlik vərəqəsi təqdim etmişdir. Xəstəlik vərəqəsində işçinin işdən azad edildiyi sonuncu gün 28 fevral 2025-ci il tarixi qeyd olunsa da, işçi həmin tarixdən etibarən işə çıxmamışdır və bununla bağlı işçiyə dərhal yazılı izahat verməsi barədə 04 mart 2025-ci il tarixli bildiriş təqdim edilmişdir. İşçi 04 mart 2025-ci il tarixli izahatında 12-18 fevral 2025-ci il tarixlərində xəstə olduğunu bildirmiş, lakin işəgötürənə bu halı təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Eyni zamanda, işçi 28 fevral 2025-ci il tarixindən işə çıxmamağa davam etmiş və izahatında 28 fevral 2025-ci il tarixindən etibarən işə çıxmamağının səbəbini qeyd etməmişdir. Qeyd edilən hallar Şirkətin müəssisədaxili nizam və əmək intizamı qaydalarının tələblərini kobud şəkildə pozmaqla yanaşı, işçinin əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə də səbəb olmuşdur. Müqavilənin 3.10-cu bəndinə əsasən, işçi müqavilə üzrə əmək funksiyasını nizam-intizamla, vaxtlı-vaxtında, keyfiyyətlə, özünün bütün qabiliyyəti və imkanları daxilində icra etməlidir. Bununla yanaşı, Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək işçinin əsas vəzifəsidir. Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə işəgötürən onunla bağlanmış əmək müqaviləsini ləğv edə bilər. Beləliklə, işçinin sözügedən tarixlərdə işə gəlməməsi və əmək funksiyalarını icra etməməsi Şirkətin daimi müştəriləri qarşısında götürdüyü öhdəliyin vaxtında icra olunmasına mane olmuş və nəticə etibarilə, işin normal ahəngini pozaraq Şirkətin nüfuzuna mənfi təsir göstərmişdir.” Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-641/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdeh İddiaçı qarşı «nikahın pozulması və aliment» tələbinə dair iddiası təmin edilərək, İddiaçı ilə X6 arasında 09 mart 2007- ci il tarixdə Bakı şəhəri Qaradağ rayon VVADQ şöbəsində 184 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X5 anaları X3 yanında saxlanılması, xx.xx.2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün cavabdeh İddiaçı hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,72 misli həddində olmaqla, cəmi 1,44 misli həddində (246 manat / 345 manat = 0,7130, yuvarlaşdırdıqda 0,72 misli * 2 uşaq = 1,44 misli) sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bakı 6 saylı Mediasiya Təşkilatının MŞB/6-00470 nömrəli, xx.xx.2025-ci il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsininə əsasən, Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. 11-ci maddəsinə əsasən, Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; ç) işgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək; d) işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək; e) işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək; ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək; f) əmək kollektivi ilə və ya həmkarlar ittifaqları təşkilatı ilə kollektiv müqavilə bağlamaq və bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək; g) əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək; ğ) işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsilini təşkil etmək. 46.1-ci maddəsinə əsasən, Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. 57-ci maddəsinə əsasən, İşəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. 59-cu maddəsinə əsasən, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. 68-ci məddənin 1-ci bəndinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddənin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddənin 2-ci bəndinə əsasən, Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddənin 3-cü bəndinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. 186.2-ci maddəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 29 avqust 2013-cü il tarixli, SC603 nömrəli Əmək müqaviləsinə əsasən, İddiaçı “quraşdırıcı” vəzifəsinə götürülmüş, əmək müqaviləsi xx.xx.2013-cü ildən xx.xx.2024-cü il tarixinədək müddətə bağlanmışdır. İşəgötürən "xxxx" MMC ilə işçi İddiaçı arasında bağlanmış 01 may 2017-ci il tarixli, Off/0771/3240 nömrəli Əmək müqaviləsi ilə İddiaçı “taxtabənd quraşdırıcısı” vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsi xx.xx.2017-ci ildən 1 il müdətinə bağlanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən, işçinin əsas iş yeri müxtəlif iş sahələri və Xəzər dənizində BP şirkəti tərəfindən idarə olunan müxtəlif neft-qaz platformalarında və ya işəgötürənin göstərişinə əsasən, Əmək Məcəlləsinin müddəalarına müvafiq olaraq Azərbaycan ərazisi daxili və ya xaricində yerləşən hər hansı ofis və ya iş yeri olacaqdır. İşəgötürən "xxxx" MMC ilə işçi İddiaçı arasında bağlanmış 01 may 2017-ci il tarixli, Off/0771/3240 nömrəli Əmək müqaviləsinə edilmiş xx.xx.2019-cu il tarixli 2 nömrəli əlavəyə əsasən əmək müqaviləsinin 1-ci maddəsinin 1.1ci bəndi dəyişdirilmiş və işçi “taxtabənd işləri üzrə supervayzer” vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh MMC-nin 025/227 nömrəli, xx.xx.2025-ci il tarixli əmrinə əsasən, Cavabdeh MMC-nin “Taxtabənd İşləri üzrə Supervavzer" vəzifəsini tutan İddiaçı ilə bağlanmış 01 may 2017-ci il tarixli, Off/0771/3240 saylı əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən (əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini verinə yetirmədiyinə görə) və Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndində göstərilmiş qaydaya uyğun olaraq 7 mart 2025-ci il tarixindən etibarən ləğv edilmişdir. Hazırda iddiaçı əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinə əməl edilmişdir və müqaviləyə xitam verilməsi əsaslı olmuşdur. Belə ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilmə əsası kimi işçinin sözügedən tarixlərdə işə gəlməməsi və əmək funksiyalarını icra etməməsinin Şirkətin daimi müştəriləri qarşısında götürdüyü öhdəliyin vaxtında icra olunmasına mane olması və nəticə etibarilə, işin normal ahəngini pozaraq Şirkətin nüfuzuna mənfi təsir göstərməsi göstərilmişdir. İşin hallarından görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə “Çıraq 1” platformasında işdə olduğu zaman narkoloji testdən keçmiş, testin nəticəsi müsbət olduğundan xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-dən yaşadığı ünvana məktub göndərilmiş, təkrarən narkoloji test götürülməsinə zərurət yarandığını, bu səbəbdən xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-nin insan xidmətləri şöbəsinə gəlməsi və təkrar narkoloji testdən keçməsi qeyd olunmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixdə təkrar narkoloji testdən keçmiş və testin nəticəsi mənfi olmuşdur. İşəgötürən Cavabdeh MMC tərəfindən İddiaçı xx.xx.2025-ci il tarixli “işçinin iş sahəsinin dəyişdirilməsi ilə bağlı” bildiriş ünvanlanaraq, 10 fevral 2025-ci il tarixindən etibarən əmək funksiyalarının icra yeri kimi iş sahəsinin işəgötürənin mülahizəsinə əsasən, şirkətin Salyan şosesi 35, Ümid qəsəbəsi və Salyan şosesi 25, Qaradağ rayonunda yerləşən anbarlarda olacağı bildirilmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli “işçinin iş sahəsinin dəyişdirilməsi ilə bağlı” bildirişdə isə xx.xx.2025-ci il tarixli bildirişə münasibət bildirilməməsi qeyd olunmuş və 10 fevral 2025-ci il tarixdən işə çıxmaması barədə izahat verməsi xahiş edilmişdir. 3 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş SN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli Əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı kəskin bronxit diaqnozu qoyulmuş, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək işdən azad olunması, xx.xx.2025-ci il tarixdə işə başlaması qeyd edilmişdir. İşdə olan sübutlarla, iddiaçının işəgötürənə təqdim etdiyi izahatından və işin hallarından görünür ki, işçi 04 mart 2025-ci il tarixli izahatında 12-18 fevral 2025-ci il tarixlərində xəstə olduğunu bildirmiş, lakin işəgötürənə bu halı təsdiq edən heç bir sənəd təqdim etməmiş, həmçinin 28 fevral 2025-ci il tarixindən işə çıxmamağa davam etmiş və izahatında 28 fevral 2025-ci il tarixindən etibarən işə çıxmamağının səbəbini qeyd etməmişdir. Göründüyü kimi, iddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək kimi vəzifələrini layiqincə yerinə yetirməmiş, işəgötürən tərəfindən ona dəfələrlə bildirişlər göndərilməsinə və işə gəlməyəcəyi təqdirdə əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq edilməsinə baxmayaraq işə getməməyə davam etmiş və işə çıxmadığı günlərin üzrlü səbəbləri barədə işəgötürənə məlumat verməmişdir. Qeyd olunan hallar iddiaçı tərəfindən əmək qanunvericiliyinin şərtlərinin kobud şəkildə pozulmasını təsdiq edir. Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Bundan başqa iddiaçı bildirmişdir ki, cavabdeh tərəfindən xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində yaşadığı ünvana məktub göndərilərək onun aldığı əmək haqqının yarısı qədər olan iş yerinin cavabdehin Qaradağ rayonu, Salyan şossesi 25 və 35 ünvanda yerləşən anbarına dəyişdirilərək, onu orada işləməyə çağırmışdılar. Artıq onda fikir yaranmışdır ki, ona məlum olmasa da, cavabdeh qurum hansısa səbəblərdən ona qarşı qərəzli mövqe nümayiş etdirirdi və bu hərəkətlər onun işdən azad olunmağı üçün atılan ilkin addımlardan idi. Bundan sonra o, onların təklifinə cavab verməmiş və sonda ona qarşı qərəzli olmaqlarını, qanunsuz olaraq qısa müddət ərzində işdən azad edəcəklərini gözləmişdir. Göründüyü kimi, işçi işəgötürən tərəfindən ona ünvanlanmış bildirişlərə qəsdən cavab vermədiyini təsdiq etmişdir. Halbuki tərəflər arasında bağlanmış əmək müqaviləsinin 1.2-ci bəndinə əsasən, işçinin əsas iş yeri müxtəlif iş sahələri və Xəzər dənizində BP şirkəti tərəfindən idarə olunan müxtəlif neft-qaz platformalarında və ya işəgötürənin göstərişinə əsasən, Əmək Məcəlləsinin müddəalarına müvafiq olaraq Azərbaycan ərazisi daxili və ya xaricində yerləşən hər hansı ofis və ya iş yeri olacaqdır. Buna baxmayaraq işçi tərəfindən işəgötürənin göstərişinə tabe olmayaraq ona bildirilən tarixdə işə üzrsüz səbəblərdən çıxmamasını məhkəmə əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirir. Həmçinin Məhkəmə hesab edir ki, işəgötürən tərəfindən tərəflər arasında bağlanmış əmək müqaviləsinin xitam edilməsi zamanı Əmək Məcəlləsinin 84-cü maddəsində nəzərdə tutulan əmrin (sərəncamının, qərarının) məzmunda göstərilməli olan məlumatların hər birinə əməl edilmiş, həmçinin əmrdə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi kifayət qədər əsaslandırılmışdır. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsi “ç” bəndində işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Qeyd olunan qanunvericilik normaları müqavilənin ləğv edilməsini işəgötürənin səlahiyyətinə buraxır. Ona görə də məhkəmə hesab edir ki, əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürən tərəfindən verilmiş əmr qanunvericiliyin normalarına əməl olunaraq verildiyindən və işçinin işdən çıxarılması barədə kifayət qədər əsas olduğundan iddia təmin edilə bilməz. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 8-ci bəndində qeyd edilir ki, “...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur...” Məhkəmə baxışından tədqiq olunan və iş materiallarında olan sübutlardan da müəyyən edilmişdir ki, cavabdeh tərəfindən bildirişlər iddiaçının yaşadığı ünvana göndərilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə işəgötürənin işçinin xəbərdarlıq edilməsi məqsədilə ünvanına bildiriş və ya məktub göndərməsini məhdudlaşdıran norma yoxdur. Həmçinin, aparılmış məhkəmə araşdırması zamanı cavabdehin hərəkətləri nəticəsində iddiaçıya mənəvi ziyan dəyməsi halı aşkar edilməmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar