Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3053/2023 08.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs MMC cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair xüsusi icraat qaydasında verilmiş ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs MMC cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi və Maraqlı şəxs MMC arasında27 fevral 2023-cü il tarixində mediasiya prosesi nəticəsində bağlanmış MŞB/16-00388 nömrəli barışıq sazişinin təsdiq edilməsi və Maraqlı şəxs MMC-dən dövlət rüsumunun əvəzi olaraq 100,4 manat, hüquqi xidmətə görə vəkilə ödənilmiş xərcin əvəzi olaraq 150 manatın, cəmi 250,4 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs MMC arasında ödənilməmiş əmək haqqının könüllü ödənilməsi haqqında 27 fevral 2023-cü il tarixli MŞB/16-00388 nömrəli Barışıq sazişi imzalanmış, saziş mediator X1 tərəfindən təsdiq edilmişdir. Barışıq sazişinin şərtlərinə əsasən Maraqlı şəxs MMC 2023cü ilin may ayının 1-dən 15-dək ümumi məbləği 10 000 (on min) manat məbləğində borcu Ərizəçi tam ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin, şirkət Barışıq sazişinin şərtlərini pozaraq, borcu bu günədək ödəməmişdir. Ərizəçi müraciətlərinə baxmayaraq, Şirkət rəhbərliyi maliyyə çətinlikləri olduğunu əsas gətirərək, ödənişdən yayınmışdır. Buna görə də Barışıq sazişinin məcburi icrası məqsədi ilə onun təsdiqi məqsədi ilə bağlı məhkəməyə müraciət etmişlər. Eyni zamanda ərizəçi məhkəmədə təmsilçiliklə bağlı hüquqi xidmətlərin göstərilməsi üçün vəkilə 150 manat, dövlət rüsumu olaraq 100,4 manat xərc çəkməli olmuşdur. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə xüsusi icraat qaydasında verilmiş ərizədə qeyd olunan tələbi müdafiə edərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/16-00388 saylı Barışıq sazişinə əsasən tərəflər öz aralarında razılığa gələrək Maraqlı şəxs MMC Ərizəçi 10000 manat məbləğində puly may ayının 1dən 15-dək ödənilməsini öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, ərizə Ərizəçi və Maraqlı şəxs MMC arasında 27 fevral 2023-cü il tarixində mediasiya prosesi nəticəsində bağlanmış MŞB/16-00388 nömrəli barışıq sazişinin təsdiq edilməsi və Maraqlı şəxs MMC-dən dövlət rüsumunun əvəzi olaraq 100,4 manat məbləğində tutulması hissəsində qanuni və əsaslı olduğundan təmin edilməli, hüquqi xidmətə görə vəkilə ödənilmiş xərcin əvəzi olaraq 150 manatın Maraqlı şəxs MMC-dən tutlması hissəsində təmin edilməməlidir. Belə ki, Ərizəçi hüquqi xidmətə görə vəkilə ödənilmiş xərcin əvəzi olaraq 150 manatın ona ödənilməsi tələbini irəli sürsə də tələbini təsdiq edən hər hansı qəbzi məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan tələb həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi və Maraqlı şəxs MMC arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməli, Maraqlı şəxs MMC-dən 10000 (on min) manat məbləğində pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 100.4 (yüz manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq Ərizəçi ödənilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi və Maraqlı şəxs MMC arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs MMC-dən 10000 (on min) manat məbləğində pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 100.4 (yüz manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq Ərizəçi ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-3053/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3053/2023
08.06.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver