Məhkəmə qərarları › İş №e-2(004)-3142/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3142/2025

25.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3142/2025 25.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına X1 nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına X2 cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına X2 cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan Ərizəçi (Birinci tərəf) ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına X2 (İkinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli MŞS.MT.030.2024-00510 nömrəli barışıq sazişindən görünür ki, “1. Tərəflər Ərizəçi əmək hüquqlarının pozulmasını etiraf etdilər. 2. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına X1 (xx.xx.2024-cü il tarixli 32/31(Ş) nömrəli etibarnamə üzrə nümayəndəsi X5 (AA1399716/xx.xx.1993/5LS3NA6) mediasiya prosesində xx.xx.2008-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan müddət ərzində həmin Rəsədxananın “Kosmik plazma və heliogeofiziki problemlər” şöbəsinin elmi işçisi Ərizəçi (AA*******/xx.xx.1985/1CBJJ75) əmək haqqına əlavə olaraq 25% əlavə əmək haqqının, illik 42 gün məzuniyyətinin həftəlik iş vaxtı normasının 35 saat olmasını nəzərə almaqla pozulmuş əmək hüquqlarının bərpasına dair üzərinə öhdəlik götürdü.” Ərizəçi məhkəmə iclasında iştirak edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına X1 nümayəndəsi X4 məhkəmə iclasında iştirak edərək ərizənin əsassız olduğunu bildirmiş və təmin edilməməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsaəsən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmaqla Ərizəçi (Birinci tərəf) ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına X2 (İkinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli MŞS.MT.030.2024-00510 nömrəli barışıq sazişinin prosessual baxımdan etibarsızlığı xüsusatı (tamamilə və ya qismən) barədə əsaslı sübutlar mövcud deyildir. Mülki hüquq münasibətlərinin subyektləri öhdəliklərini hüquqi baxımdan vicdanla həyata keçirtməyə borcludurlar. Hüquqdan sui-istifadə etmək qadağandır. Maraqlı şəxsin arqumentlərinə münasibətdə məhkəmə bildirir ki, sözügedən sazişin etibarsızlığı xüsusatına digər mülki iş üzrə yekun hüquqi qiymət veriləcəkdir. Hazırki mülki iş üzrə işə baxılmasının prosessual müddəti nəzərə alındığından və sazişin etibarsızlığı digər mülki iş üzrə (şamaxı rayon Məhkəməsinin icraatında olan mülki iş) ayrıca mübahisələndirildiyindən hazırki ərizə üzrə etibarsızlıq əsaslarını yoxlamaq imkanı həm məhduddur, həm də buna zərurət yoxdur. Etibarsızlığın yalnız prosessual baxımdan əsaslılığını yoxlamaq imkanı hazırki mülki iş üzrə mümkün olsa da, ümumiyyətlə əqdin etibarsızlığı digər mülki iş üzrə mübahisələndirilmişdir. Belə ki, sözügedən sazişin etibarsızlıq xüsusatının əsasını maraqlı şəxsi təmsil etmiş nümayəndənin təmsilçilik səlahiyyətinin həddləri ilə (imza etmək, saziş bağlamaq səlahiyyəti ilə bağlı) bağlıdır. Həmin xüsusat və səlahiyyət barədə müvafiq etibarnamə üzrə etibarnamənin həqiqi məzmununun geniş və ya dar çərçivədən şərhi, etibarnamə verilən zaman tərəflərin, xüsusən maraqlı şəxsin rəhbərliyinin həqiqi iradə ifadəsini, niyyətlərini şərh etmək, nümayəndənin həqiqi səlahiyyətli olub-olmadığını müəyyən etmək geniş araşdırma tələb edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına X2 arasında mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli MŞS.MT.030.2024-00510 nömrəli barışıq sazişi “1. Tərəflər Ərizəçi əmək hüquqlarının pozulmasını etiraf etdilər. 2. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına X1 (xx.xx.2024-cü il tarixli 32/31(Ş) nömrəli etibarnamə üzrə nümayəndəsi X5 (AA1399716/xx.xx.1993/5LS3NA6) mediasiya prosesində xx.xx.2008-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan müddət ərzində həmin Rəsədxananın “Kosmik plazma və heliogeofiziki problemlər” şöbəsinin elmi işçisi Ərizəçi (AA*******/xx.xx.1985/1CBJJ75) əmək haqqına əlavə olaraq 25% əlavə əmək haqqının, illik 42 gün məzuniyyətinin həftəlik iş vaxtı normasının 35 saat olmasını nəzərə almaqla pozulmuş əmək hüquqlarının bərpasına dair üzərinə öhdəlik götürdü.” hissəsində təsdiq edilməlidir. Yuxarıda sadalananlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 355-23-355-26, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına X2 cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına X2 arasında mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli MŞS.MT.030.2024- 00510 nömrəli barışıq sazişi “1. Tərəflər Ərizəçi əmək hüquqlarının pozulmasını etiraf etdilər. 2. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına X1 (xx.xx.2024-cü il tarixli 32/31(Ş) nömrəli etibarnamə üzrə nümayəndəsi X5 (AA1399716/xx.xx.1993/5LS3NA6) mediasiya prosesində xx.xx.2008-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan müddət ərzində həmin Rəsədxananın “Kosmik plazma və heliogeofiziki problemlər” şöbəsinin elmi işçisi Ərizəçi (AA*******/xx.xx.1985/1CBJJ75) əmək haqqına əlavə olaraq 25% əlavə əmək haqqının, illik 42 gün məzuniyyətinin həftəlik iş vaxtı normasının 35 saat olmasını nəzərə almaqla pozulmuş əmək hüquqlarının bərpasına dair üzərinə öhdəlik götürdü.” hissəsində təsdiq edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar