Məhkəmə qərarları › İş №e-2(004)-3159/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3159/2024

03.06.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3159/2024 03.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Ərizəçi (maraqlı şəxs Cavabdeh) tərəfindən verilmiş “barışıq sazişinin təsdiq olunması” barədə ərizəsinə dair mülki iş (açar sözlər: barışıq sazişi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə Çərkəz oğlunun iştirakı ilə, Ərizəçi tərəfindən verilmiş (maraqlı şəxs Cavabdeh) “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İ. Xüsusi icraat üzrə tələbin mahiyyəti

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməklə məcburi icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə Çərkəz oğlu ərizənin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək, Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal r-nu, Əsəd Əhmədov küçəsi, ev-43a, mənzil-15, giriş-1-də yaşayan Cavabdeh həyat yoldaşım olmuş və nikahımız məhkəmə qaydasında pozulmuşdur. Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən təsdiq edilmiş 06 aprel 2024-cü il tarixli barışıq sazişinə əsasənCavabdeh birgə nikah dövründə əldə edilmiş və öz adına olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 95,7 kv.metrlik mənzilin 06 may 2024-cü il tarixinə kimi Ərizəçi mülkiyyətinə və adına keçirilməsinə razılaşaraq zəruri sənədləşmə işlərinin aparılmasını öhydəsinə götürmüş, bu razılaşma icra edildikdən sonra Ərizəçi birgə nikah dövründə əldə edilmiş “İsuzu NKR 55 L” markalı 90 ZG828 dövlət qeydiyyat nişanlı yük avtomobilində (qeydiyyat şəhadətnaməsi: AS 506828) və “X4 –Prado” markalı, 90OS770 dövlət nömrə nişanlı minik avtomobilində (qeydiyyat şəhadətnaməsi: BA 253830) olan pay hüquqlarından Cavabdeh xeyrinə imtina etmiş və zəruri sənədləşmə işlərinin aparılmasını öhydəsinə götürmüş, bundan başqa, birgə nikah dövründə əldə edilmiş əmlakların bölgüsü zamanı çatışmayan məbləğin kompensasiya edilməsi məqsədilə Ərizəçi 06 may 2024-cü il tarixə kimi Cavabdeh 70.000 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, barışıq sazişinin 2.4-cü bəndinə əsasən Cavabdeh birgə nikahdan xx.xx.2010-cu ildə anadan olmuş X1 və xx.xx.2016-cı ildə anadan olmuş X2 üçün 01 mart 2024-cü ildən etibarən hər ay 470 manat alimenti Ərizəçi adına olan bank hesabına ödəməyi öhdəsinə götürmüşdür.

İİ. Ərizəçi və maraqlı şəxsin mövqeyi

4. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə Çərkəz oğlu ərizənin məzmununa uyğun izahat verərək barışıq sazişinin təsdiq edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.

2. Məhkəmə iclasının maraqlı şəxsin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.

İİİ Məhkəmə baxışının hədləri:

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. – 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. – 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır – 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355- 26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.

İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. Ərizəçi ilə maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən:

1. Birinci tərəf kimi çıxış edən Cavabdeh birgə nikah dövründə əldə edilmiş və öz adına olan ünvan 2 ünvanında yerləşən 3 (üç) otaqlı, ümumi sahəsi 95.7 (doxsan beş tanı onda yeddi) kv.m-lik mənzilin xx.xx.2024-cü il tarixinə kimi ikinci tərəf kimi çıxış edən Ərizəçi mülkiyyətinə və adına keçirilməsinə razılığını bildirir, zəruri sənədləşmə işinin aparılmasını öhdəsinə götürür.

2. Bu sazişin 2.1-ci bəndi icra olunduğu təqdirdə, ikinci tərəf kimi çıxış edən Ərizəçi birgə nikah dövründə əldə edilmiş “İsuzu NKR 55 L” yük markalı, 90ZG828 dövlət qeydiyyat nişanlı yük avtomobili (qeydiyyat şəhadətnaməsi: AC №506828) və “Toyoto Land-Cruiser-PRADO” minik markalı, 90OS770 dövlət qeydiyyat nişanlı minik avtomobilində (qeydiyyat şəhadətnaməsi: BA №253830) olan pay hüquqlarından birinci tərər kimi çıxış edən Cavabdeh xeyrinə imtina edir, xx.xx.2024-cü iİ tarixə kimi onun mülkiyyətinə və adına keçirilməsinə razılığını bildirir, zəruri sənədləşmə işinin aparılmasını öhdəsinə götürür.

3. Birgə nikah dövründə əldə edilmiş əmlakların bölgüsü zamanı çatışmayan məbləğin kompensasiya edilməsi məqsədilə ikinci tərəf kimi çıxış edən Ərizəçi xx.xx.2024cü İİ tarixə kimi birinci tərəf kimi çıxış edən Cavabdeh toray oğluna 70.000 (yelmiş mln) AZN məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürür.

4. Birinci tərəf kimi çıxış edən Cavabdeh birgə nikahdan anadan olmuş xx.xx.2010-cu iİ təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 üçün xx.xx.2024-cU il tarixindən etibarən, hər biri üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) AZN məbləğində aliment haqqını hər ayın 15-nə kimi ikinci tərəf kimi çıxış edən Ərizəçi adına olan bank hesabına ödəməyi öhdəsinə götürür.

5. Tərəflər bu sazişin 2.1 və 2.2-ci bəndlərində qeyd edilən əmlaklar ilə bağlı bu günədək aralarında olan mübahisəyə son qoyduqlarını və bundan sonra qeyd edilən əmlaklarla bağlı bir birilərinə qarı iddialarının olmayacaqlarını təsdiq bəyan edir, razılaşırlar.”

8. Məhkəmə maraqlı şəxsi dinləyib ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir.

5. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflərin barışıq sazişi qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, maraqlı şəxs sazişlə müəyyən edilmiş könüllü icra müddəti ərzində üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Odur ki, ərizə təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilməlidir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

7. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

9. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur.

10. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

V Nəticə:

11. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Ərizə təmin edilsin. Ərizəçi ilə Cavabdeh arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin:

1. Birinci tərəf kimi çıxış edən Cavabdeh birgə nikah dövründə əldə edilmiş və öz adına olan ünvan 2 ünvanında yerləşən 3 (üç) otaqlı, ümumi sahəsi 95.7 (doxsan beş tanı onda yeddi) kv.m-lik mənzilin xx.xx.2024-cü il tarixinə kimi ikinci tərəf kimi çıxış edən Ərizəçi mülkiyyətinə və adına keçirilməsinə razılığını bildirir, zəruri sənədləşmə işinin aparılmasını öhdəsinə götürür.

2. Bu sazişin 2.1-ci bəndi icra olunduğu təqdirdə, ikinci tərəf kimi çıxış edən Ərizəçi birgə nikah dövründə əldə edilmiş “İsuzu NKR 55 L” yük markalı, 90ZG828 dövlət qeydiyyat nişanlı yük avtomobili (qeydiyyat şəhadətnaməsi: AC №506828) və “Toyoto Land-Cruiser-PRADO” minik markalı, 90OS770 dövlət qeydiyyat nişanlı minik avtomobilində (qeydiyyat şəhadətnaməsi: BA №253830) olan pay hüquqlarından birinci tərər kimi çıxış edən Cavabdeh xeyrinə imtina edir, xx.xx.2024-cü iİ tarixə kimi onun mülkiyyətinə və adına keçirilməsinə razılığını bildirir, zəruri sənədləşmə işinin aparılmasını öhdəsinə götürür.

3. Birgə nikah dövründə əldə edilmiş əmlakların bölgüsü zamanı çatışmayan məbləğin kompensasiya edilməsi məqsədilə ikinci tərəf kimi çıxış edən Ərizəçi xx.xx.2024cü İİ tarixə kimi birinci tərəf kimi çıxış edən Cavabdeh toray oğluna 70.000 (yelmiş mln) AZN məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürür.

4. Birinci tərəf kimi çıxış edən Cavabdeh birgə nikahdan anadan olmuş xx.xx.2010-cu iİ təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 üçün xx.xx.2024-cU il tarixindən etibarən, hər biri üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) AZN məbləğində aliment haqqını hər ayın 15-nə kimi ikinci tərəf kimi çıxış edən Ərizəçi adına olan bank hesabına ödəməyi öhdəsinə götürür.

5. Tərəflər bu sazişin 2.1 və 2.2-ci bəndlərində qeyd edilən əmlaklar ilə bağlı bu günədək aralarında olan mübahisəyə son qoyduqlarını və bundan sonra qeyd edilən əmlaklarla bağlı bir-birilərinə qarşı iddialarının olmayacaqlarını təsdiq bəyan edir, razılaşırlar.” Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar