Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3183/2024 12.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi Nümayəndə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X7 qarşı "cavabdehlər X5 Cavabdeh2 Vaqif qızı və Cavabdeh2 Vaqif qızının Cavabdeh1 ilə bağladıqları müvafiq olaraq xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2939/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə təsdiq olunan və baxış keçirməklə yerləşdiyi yeri müəyyən edilmiş ünvan 1 ünvanında ümumi girişi olan həyətin sonunda yerləşən və ayrı girişi olan təxminən 25 kvadratmetr sahəsi olan mənzil (otaq) boşaldılaraq İddiaçı təhvil verilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X7 qarşı "cavabdehlər X5 Cavabdeh2 Vaqif qızı və Cavabdeh2 Vaqif qızının Cavabdeh1 ilə bağladıqları müvafiq olaraq xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2939/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə təsdiq olunan və baxış keçirməklə yerləşdiyi yeri müəyyən edilmiş ünvan 1 ünvanında ümumi girişi olan həyətin sonunda yerləşən və ayrı girişi olan təxminən 25 kvadratmetr sahəsi olan mənzil (otaq) boşaldılaraq İddiaçı təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X9 xx.xx.2003-cü il tarixdə yazdığı və iltizam adlandırılan notarial təsdiqi əlyazısında göstərmişdir ki, o, İddiaçı 2700 ABŞ dolları alaraq əvəzində sonuncuya ünvan 2 ünvanında olan 1 otaqlı evi satmışdır. İddiaçı xx.xx.2003-cü il tarixdən ünvan 2 ünvanında pasport qeydiyyatındadır və 2015-ci ilin sonların qədər həmin evdə yaşamışdır. Bütün kommunal sayğaclar öz adına olmuş və kommunal xərcləri də ödəmişdir. Lakin, xəstəliyi və evin şəraitsizliyi səbəbi ilə sonradan həmin evdə yaşamağı mümkün olmamış və qızı ilə birlikdə yaşamaq üçün bacısının evinə köçmüşdür. İddiaçı vaxtaşırı öz evini yoxlamaq üçün gedib-gəldiyi vaxtların birində, 21 fevral 2021-ci il tarixdə bacısı ilə birlikdə evin qapısının söküldüyü və başqa qapı qoyulduğunun görüb. Evin əvvəlki sahibi X6 oğlu Cavabdeh3 ona bu evin özünə məxsus olduğunu bildirərək, İddiaçı evinə buraxmayıb. Analoji hal İddiaçı bacısı X2 da başına gəlib. Belə ki, iddiaçının bacısı X6 qaynı X4 2300 ABŞ Dolları müqabilində notarial iltizam yolu ilə mənzil satın almış və illər sonra öz evinə girməsi Cavabdeh3 tərəfindən maneələr yaradılaraq mümkünsüz hala gətirilmişdir. Cavabdeh3 ünvan 3 ünvanında pasport qeydiyyatındadır. Lakin əvvəllər də həmin mənzildə yaşamamışdır. Onun evi İddiaçı məxsus olan evin yanında yerləşir. İddiaçı Cavabdeh3 qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin qanunsuz olaraq zəbt etdiyi və ona özünə aid olan ünvan 2 ünvanında olan 1 otaqlı mənzildən əşyaları ilə birlikdə çıxarılması və həmin otağın ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilən xx.xx.2022-ci il tarixli qətnamə ilə iddia təmin edilməmiş və iddiaçının həmin mənzilə mülkiyyət hüquqlarının DƏDRX-də qeydə alınmaması və naturada bölgü aparılmadığı səbəbi ilə rədd edilmişdir. Oxşar əsaslarla eyni şəxsdən, eyni notarial qaydada ev almış, iddiaçı X2 iddiası isə təmin edilmişdir. Qətnamədən İddiaçı tərəfindən şikayət verilərək mübahisə mənzilin ümumiyyətlə DƏDRXdə qeydiyyatda olmadığını və bu səbəbdən də mülkiyyət hüquqlarının qeydə alınmasının mümkünsüz olduğunu, həmin mənzilə sahiblik, istifadə hüququ olan şəxs olduğunu və mübahisəli yaşayış sahəsinin eyni ünvanda ayrı giriş qapısı olan bir otaq olduğu üçün də naturada bölgüyə ehtiyyac olmadığını bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya instansiyası məhkəməsi işə baxan aşağı instansiya məhkəmələrinin iddianı rədd edərkən mübahisəyə aidiyyəti olmayan maddi hüquq normalarına istinad etdiklərini, iddia tələbinin hüquqi əsasının, müvafiq olaraq iddiaçının subyektiv hüququnun olmaması kimi işin hallarına uyğun olmadığı qənaətinə gəlmələrinin əsassız olduğu mövqeyini bildirmişdir. Bundan başqa, mübahisəli mənzilin həyətin hansı hissəsində yerləşməsi və otağın neçə kvadrat metr sahədən ibarət olması faktını müəyyən etmək üçün məhkəmə tərəfindən yerində baxış keçirtməklə həqiqətə nail olmağın mümkünlüyünü qeyd edərək, bildirilmişdir ki, məhkəmələr iddiaçının bu hüquqlarının həyata keçirilməsinə köməklik göstərməmişdir. Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunaraq işə yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı, kassasiya məhkəməsinin qərarındakı göstərişə uyğun olaraq məhkəmə kollegiyası mübahisəli mənzilə baxış keçirtmiş və baxış zamanı müəyyən olunmuşdur ki, həmin mənzil ayrı girişi olan bir otaqdır və müxtəlif şəxslərin yaşadığı, ümumi girişi olan həyətin sonunda yerləşir. Apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbi dövlət reystrində qeydiyyatdan keçməyən, hüquqi statusu etibari ilə özbaşına tikili hesab edilən evlə bağlı olsa da, həmin tikiliyə öz əmlakı qismində sahiblik edən şəxsin üçüncü şəxslər tərəfindən müdafiə olunmaq hüququ vardır. Əlavə olaraq, mübahisəli mənzil Cavabdeh3 anası X1 olmuş və 2003-cü ildə 2700 ABŞ Dolları müqabilində notarial qaydada iltizam əsasında sahiblik hüququ İddiaçı verilmişdir və cavabdehin həmin mənzilə dair hər-hansı hüququ müəyyən edilməmişdir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2939/2023 nömrəli qətnaməsinə əsasən İddiaçı Cavabdeh3 qarşı “mənzildən çıxarılma və mənzilin təhvil verilməsi” tələbinə dair apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-1038/2022 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbuledilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)- 2939/2023 nömrəli Qətnaməsi qanuni qüvvəyə minmiş və qətnamə icrta edilməsi üçün Yasamal Rayon İcra şöbəsinə göndərilmiş, Yasamal rayon İcra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək icra sənədi üzrə icraata başlanılmışdır. Lakin, adı sonradan məlum olan X8 Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)- 2939/2023 nömrəli qətnaməsindən, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunulan şəxs qismində cəlb edilməsinə dair ərizə ilə Ali Məhkəməyə müraciət etmişdir. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(102)-1165/2024 nömrəli Qərardadı ilə ərizəçinin ərizəsi təmin edilməmişdir. Kassasiya məhkəməsi mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2939/2023 nömrəli Qətnaməsində Cavabdeh1 adı keçmir, onunla bağlı hər hansı əmlak mübahisəsi həll edilmir və üzərinə vəzifə qoyulmur. Odur ki, qətnamə və qətnamə əsasında verilmiş icra sənədi ona münasibətdə məcburiliyə malik deyil. Bu əsasdan ərizəçinin cəlb olunma ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2939/2023 nömrəli qətnaməsinə əsasən Cavabdeh3 ünvan 3 ünvanında yerləşən, təxminən 25 kvadratmetr sahəsi olan 1 otaqlı mənzildən əşyaları ilə birlikdə çıxarılması və həmin otağın İddiaçı təhvil verilməsi qət edilmişdir. Lakin, sonradan, cavabdehin maraqlarına toxunulan şəxs qismində ərizə verdiyi vaxt məlum olmuşdur ki, əslində sözügedən mübahisəli mənzil xx.xx.2020-ci il tarixdə dırnaqarası“alqı-satqı müqaviləsi” əsasında Cavabdeh3 tərəfindən Cavabdeh2, xx.xx.2021-ci il tarixdə isə yenidən etibarsız “alqı-satq ımüqaviləsi” ilə Cavabdeh2 tərəfindən Cavabdeh1 satılmışdır. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin Yasamal rayon Məhkəməsinə ünvanladığı məktubdan da aydın olduğu kimi mübahisəli evin ümumiyyətlə dövlət reystrində qeydiyyatı aşkar edilmir. Dövlət reyestrində qeydiyyata alınmamış əmlaka dair alqı-satqı müqaviləsinin bağlanması isə qanunun tələbinə ziddir və bağlandığı andan etibarsızdır. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2939/2023 nömrəli qətnaməsi üzrə apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ünvan 2 ünvanında yerləşən mənzilə sahiblik hüququnun İddiaçı məxsusdur. X5 həmin mübahisəli mənzilə dair hər hansı bir hüququnun olduğu müəyyən edilmir. Daxili İşlər Nazirliyinin ******* nömrəli arayışından da göründüyü kimi İddiaçı sahibi olduğu ünvan 5 ünvanında qeydiyyatda olanlar arasında nə Cavabdeh2, nə də, Cavabdeh1 adı yoxdur. Təqdim edilmiş sübutlardan və Apellyasiya məhkəməsinin mövqeyindən bəlli olur ki, xx.xx.2003-cü il tarixdə X6 notarial qaydada yazdığı və iltizam adlandırılan notarial təsdiqi əlyazısında göstərdiyi qaydada 2700 ABŞ dolları alaraq mübahisəli mənzili İddiaçı qızına satdığı işin mübahisəsiz halıdır. Təkrar apellyasiya baxışı zamanı, kassasiya məhkəməsinin qərarındakı göstərişə uyğun olaraq məhkəmə kollegiyası mübahisəli mənzilə baxış keçirtmiş və baxış zamanı müəyyən olunmuşdur ki, həmin mənzilayrı girişi olan bir otaqdır və müxtəlif şəxslərin yaşadığı, ümumi girişi olan həyətin sonunda yerləşir. Bununla da mübahisəli evin faktiki olaraq yerləşdiyi yer və sahəsi barədə mübahisələr aradan qalxmışdır. Mübahisəli evin yerləşdiyi ərazidə heç bir evin çıxarışı yoxdur və dövlət reystrində qeydiyyatı yoxdur. Həmin ərazidə alqı-satqı müqaviləsiz qaydada, notariat qaydasında iltizam əsasında həyata keçirilir.Həmin mənzilin İddiaçı satılması, mənzilin ona məxsus olaraq həmin mənzilə köçürülməsinin zəruri olması və X5 isə ümumiyyətlə həmin mənzilə hər hansı bir hüququnun olmaması öz təsdiqini tapmışdır. Mənzilin sonrada qeyriqanuni yolla tanımadığı iki nəfərə satılması ilə bağlı məlumatı olmayıb. X5 mübahisəli mənzilə dair hər-hansı hüquq təsdiqedici sənədlərinin olmaması və qanunvericiliyin tələbinə əsasən dövlət reystrində qeydə alınmamış daşınmaz əmlaka dair notariat qaydasında alqı-satqı müqaviləsinin bağlanması qanunsuzdur və həmin əqdlər etibarsızdır. Bu səbəbdən də, Bakı şəhəri 14 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli, 1691 reystr nömrəli ilkin alqı satqı müqaviləsi məhkəmə qaydasında etibarsız sayılmalı və mənziləşyalarla birlikdə boşaldılaraq öz sahibinə, İddiaçı təhvil verilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş materiallarına mübahisəli əmlaka dair cavabdehlər X5 Cavabdeh2 Vaqif qızı və Cavabdeh2 Vaqif qızının Cavabdeh1 ilə bağladıqları müvafiq olaraq xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqavilələri əlavə edilmişdir. İş materiallarına mübahisəli əmlaka yerli baxış prosessual hərəkətinin keçirilməsi barədə protokol əlavə edilmişdir. Protokola əsasən müəyyən edilir ki, mübahisəli əmlak ünvan 1 ünvanında ümumi girişi olan həyətin sonunda yerləşən və ayrı girişi olan təxminən 25 kvadratmetr sahəsi olan mənzildir (ən sonda, girişdən sol əl istiqamətində küncə doğru yerləşən tək otaq). İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2939/2023 nömrəli qətnaməsinə əsasən müəyyən edilir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi qətnamə üzrə müəyyən edilmiş xüsusatlar öz təsdiqini tapır (mənzilə dair yerli baxış protokolu nəzərə alınmaqla). Həmin mülki iş Bakı Apellyasiya Məhkəməsindən sorğu əsasında götürülmüş və tərəflərə sözügedən işlə tanış olmaq hüquqları izah edilmişdir. Cavabdeh tərəf sözügedən mülki işlə tanış olmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən, əsassız varlanmanın 3 dispozitiv şərti var : 1. Bir tərəf varlanmalıdır. 2. Digər tərəf məhrum olmalıdır. 3. Tərəflər arasında qanuni əsas və ya müqavilə əsası olmamalı, olduğu təqdirdə aradan qalxmış olmalıdır. Belə ki, qeyd olunan hər 3 dispozitiv əsas birlikdə mövcud olduqda əsassız varlanma halı baş verir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmaqla, sosial münasibətlərin mahiyyəti gərəyi ədalətli olmayan məhkəmə qərarı qanuni hesab oluna bilməz. Məhkəmə qərar qəbul edərkən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2939/2023 nömrəli qətnaməsində müəyyən edilmiş xüsusatları və həmin mülki iş üzrə həyata keçirilmiş yerli baxış prosessual hərəkəti əsasında tərtib edilmiş protokolu preyudisiallıq baxımından əsas götürür. Məhkəmə nəzərə alır ki, dövlətin adından qərar qəbul edən orqan olaraq eyni məsələyə dair 2 (iki) müxtəlif əks mövqe müəyyən etmək yolverilməzdir. Əks halda, həmin qərarlardan ikisindən birinin icrası mümkünsüz olacaqdır ki, bu da dövlətin, məhkəmə hakimiyyətinin nüfuzuna zərərdir, “hüquqi müəyyənlik” prinsipinə ziddir. Nəzərə alınır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)- 2939/2023 nömrəli qətnaməsi kifayət qədər əsaslı, qanuni, ədalətli q ərardır. Məhkəmə qərar qəbul edərkən subyektlərin şəxsi istəklərini deyil, qanunu əsas götürməli, qəbul etdiyi qərarı sübutlarla əsaslandırmalıdır. Məhkəmə qeyd edir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Cavabdehlər X5 Cavabdeh2 Vaqif qızı və Cavabdeh2 Vaqif qızının Cavabdeh1 ilə bağladıqları müvafiq olaraq xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqavilələri notarial qaydada təsdiq edilmədiyindən forma şərtinə cavab verməməklə etibarsız hesab edilməlidir. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən, müqavilənin restitusiyasının (əvvəlki vəziyyətin bərpa edilməsi) həyata keçirilməsi hüququ pul ödənişini ödəmiş müvafiq tərəflərə izah olunur. Cavabdehin nümayəndələri keçirilmiş 4 (dörd) məhkəmə iclasında müvafiq vəsatətlər verməmiş, məhkəmə baxış iclasında şahidlərin dindirilməsi və digər vəsatətlər vermişlər. Məhkəmə izah edir ki, mülki prosessual qanunvericiliyinin və “prosessual qənaət” prinsipinin tələblərinə əsasən, sübutetmə fəaliyyəti və çəkişmə məhkəmə hazırlıq mərhələsində təşkil edilməli, gərək olmayan, mülki işin nəticəsinə təsir etməyən prosessual hərəkətlərin təşkilindən və icrasından çəkinilməli, mülki işə ağlabatan müddətdə, operativ qaydada baxılmaqla qərar qəbul edilməlidir. Buna baxmayaraq, cavabdeh tərəf şahidlərin dindirilməsi ilə bağlı vəsatət versə də, həmin şahidlərin məhkəmə iclasına gətirilməsini təşkil etməmişlər. Əgər, həmin şəhidlər məhkəmə iclasına gətirilmiş olsaydı, vəsatətin məhkəmə baxış mərhələsində verilməsinə baxmayaraq tərəfin prosessual hüquqlarının təmin edilməsi məqsədilə şahidlərin dindirilməsi həyata keçirilə bilərdi. Lakin, nümayəndə əvvəlki iclaslarda iştirak etməsinə baxmayaraq bu barədə məhkəməyə vəsatət verməmişdir. Hətta şahidlərin şəxsiyyəti barədə məhkəməyə bildirilməmiş, sadəcə qonşuların şahid qismində dindirilmələri xahiş edilmişdir. Bununla da, mülki prosessual qanunvericiliyin tələbləri cavabdeh tərəfindən pozulmuşdur. Məhkəmə “prosessual qənaət” prinsipinin tələblərini, qanuni sahibin (iddiaçı) maraqlarını əsas götürərək, həmçinin cavabdehlərin işə baxılması vaxtının süni şəkildə uzadılmaqla istəklərinə nail olmasının (ehtimal olunan) qarşısının alınması məqsədilə mülki iş üzrə ekspertizasının keçirilməsini əsaslı hesab etməmişdir. Cavabdeh tərəf müvafiq otağın 2020-ci il tarixdə onun tərəfindən tikildiyini bildirsə də, məhkəmə həmin dövrün pandemiya dövrü (tətbiq edilmiş məhdudiyyətlə baxımından) olduğunu nəzərə alır. Həmçinin, o da nəzərə alınır ki, apellyasiya instansiyası məhkəməsinin müvafiq qətnaməsi məhz 2023-cü ilin iyun ayında, yəni, hazırki mübahisə üzrə iddia ərizəsi məhkəməyə daxil olduqdan cəmi bir neçə ay əvvəl qəbul edilmiş, hətta həmin otağa, həyətə yerli baxış keçirilmiş, hətta cavabdeh Cavid Hüseynov da həmin mülki işdən məlumatlı olmuşdur. C.Hüseynovun bu barədə mənzili satdığı hazırki iddia tələbi üzrə digər cavabdehlərə məlumat vermək imkanı olmuşdur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər X5 Cavabdeh2 Vaqif qızı və Cavabdeh2 Vaqif qızının Cavabdeh1 ilə bağladıqları müvafiq olaraq xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqavilələri etibarsız hesab edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2939/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə təsdiq olunan və baxış keçirməklə yerləşdiyi yeri müəyyən edilmiş ünvan 1 ünvanında ümumi girişi olan həyətin sonunda yerləşən və ayrı girişi olan təxminən 25 kvadratmetr sahəsi olan mənzil (ən sonda, girişdən sol əl istiqamətində küncə doğru yerləşən tək otaq) boşaldılaraq İddiaçı təhvil verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X7 qarşı "cavabdehlər X5 Cavabdeh2 Vaqif qızı və Cavabdeh2 Vaqif qızının Cavabdeh1 ilə bağladıqları müvafiq olaraq xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2939/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə təsdiq olunan və baxış keçirməklə yerləşdiyi yeri müəyyən edilmiş ünvan 1 ünvanında ümumi girişi olan həyətin sonunda yerləşən və ayrı girişi olan təxminən 25 kvadratmetr sahəsi olan mənzil (otaq) boşaldılaraq İddiaçı təhvil verilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər X5 Cavabdeh2 Vaqif qızı və Cavabdeh2 Vaqif qızının Cavabdeh1 ilə bağladıqları müvafiq olaraq xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqavilələri etibarsız hesab edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2939/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə təsdiq olunan və baxış keçirməklə yerləşdiyi yeri müəyyən edilmiş ünvan 1 ünvanında ümumi girişi olan həyətin sonunda yerləşən və ayrı girişi olan təxminən 25 kvadratmetr sahəsi olan mənzil (ən sonda, girişdən sol əl istiqamətində küncə doğru yerləşən tək otaq) boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-3183/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3183/2024
12.09.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver