Məhkəmə qərarları › İş №e-2(004)-3232/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3232/2025

14.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3232/2025 14.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs 1 saylı Bakı Maraqlı şəxs Qeydiyyat şöbəsi olmaqla ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair iş üzrə (açar sözlər: ölüm faktının təsdiqi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, ərizəçinin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs 1 saylı Bakı Maraqlı şəxs Qeydiyyat şöbəsi olmaqla ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilən 399402 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən X6 ilə X7 arasında xx.xx.1977-ci il tarixdə nikah bağlanmış və akt qeydləri kitabında 300 nömrə ilə qeydə alınmışdır. Nikahdan sonra arvada Kərimova soyadı verilmişdir.

2. 1 saylı Bakı Maraqlı şəxs qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X3 xx.xx.1979-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində doğulmuş və bu barədə xx.xx.1979-cu il tarixdə Naxçıvan şəhər 1 saylı Nikah evi tərəfindən 896 nömrəli doğum akt qeydi ilə tərtib olunmuşdur.

3. 1 saylı Bakı ASAN Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X5 xx.xx.1979-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş və bu barədə xx.xx.1979-cu il tarixdə Naxçıvan şəhər 1 saylı Nikah evi tərəfindən 897 nömrəli doğum akt qeydi ilə tərtib olunmuşdur.

4. Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X6 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir.

5. Naxçıvan Şəhər İcra Hakimiyyəti tabeliyində Vətəndaşlara Dəfn xidməti bürosu tərəfindən verilən arayışdan görünür ki, xx.xx.1979-cu ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində doğulmuş X3 və X5 xx.xx.1979-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində ölmüş və Naxçıvan şəhər qəbirstanlığında, Kərimli Məcid, Mehdiyev Məhəmməd, Fizzə Cəlil qızına məxsus qəbrlərin yanında dəfn olunmuşlar.

6. Naxçıvan Muxtar Respublikası Zərifə Əliyeva adına Naxçıvan şəhər poliklinikası publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, 1979cu il tarixdə vəfat etmiş Səidə Kərimova və Səfurə Kərimova barədə Uşaq poliklinikası tərəfindən tibbi şəhadətnamə verilib-verilməməsi haqqında məlumat olmadığından ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır.

7. 1 saylı Bakı Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktublarından görünür ki, Səidə Kərimova və Səfurə Kərimovanın barəsində ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınması imkan xaricində olmuşdur.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

8. Ərizəçi maraqlı şəxs 1 saylı Bakı Maraqlı şəxs Qeydiyyat şöbəsi olmaqla ərizə, sonradan tələbin dəqiqləşdirilməsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1979-cu ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinə doğulmuş X1 xx.xx.1979-cu il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində və xx.xx.1979-cu ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində doğulmuş X2 xx.xx.1979-cu il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində ölmələri faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Ərizənin əsaslarına görə, Ərizəçi mərhum əri X6 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Bundan sonra ondan miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi, ünvan 3şən fərdi yaşayış evi və Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsinin vərəsəlik qaydasında əldə edilməsi üçün Bakı şəhəri, 19 saylı Notariat ofisinə müraciət edilmiş, vərəsəlik işi açılmış və digər vərəsələr ərizəçinin xeyrinə miras əmlaklardan imtina etmişlər. Vərəsəlik işi açılan zaman ərizəçinin vəfat etmiş əkiz övladlarının - Naxçıvan MRnın Naxçıvan şəhərində doğulmuş xx.xx.1979-cu il təvəllüdlü X4 və Naxçıvan MR-nın Naxçıvan şəhərində doğulmuş xx.xx.1979-cu il təvəllüdlü X2 ölüm haqqında qeydinin olmadığı aşkar olunmuşdur. Həmin şəxslərin sağ görsənməsi səbəbi ilə onlarda qanun üzrə vərəsələrə aid edilirlər. Bu isə miras əmlaka ərizəçinin tam mülkiyyət hüququnun əldə edilməsinə maneə yaradır. Halbuki Naxçıvan MR-nın Naxçıvan şəhərində doğulmuş xx.xx.1979-cu il təvəllüdlü X4 və X5 əkiz övladlar olaraq doğulmuş və doğumlarından sonra, xx.xx.1979-cu il tarixində Naxçıvan MR Naxçıvan şəhərində vəfat etmişlər. Həmin şəxslər Naxçıvan şəhər Qəbirstanlığında dəfn edilmişlər, bu Naxçıvan MR Naxçıvan şəhər İcra Hakimiyyəti vətəndaşlara Dəfn Xidməti Bürosunun xx.xx.2025-ci il tarixli arayışı və qəbirlərin şəkilləri ilə təsdiq olunur. Həmin şəxslərin ölüm haqqında tibbi şəhadətnamələrinin alınması üçün aidiyyatı üzrə müraciət edilmiş və müvafiq qəbirstanlıq arayışı əlavə olunmuş, lakin Naxçıvan MR Zərifə Əliyeva adına Naxçıvan şəhər Poliklinikası publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 39 nömrəli arayışa əsasən ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin mümkün olmadığı göstərilmişdir. Ölüm haqqında tibbi şəhadətnamə olmadığından və eyni zamanda həmin övladların ölümləri qeydə alınmadığından maraqlı şəxs tərəfindən ölüm haqqında şəhadətnamə təqdim edilə bilməmiş və xx.xx.2025-ci il tarixində 3-16-5/8-826 və 3-16-5/8- 825 nömrəli imtinalar verilərək məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. B

b) ərizəyə qarşı etiraz

10. Ərizə tələbinə qarşı etiraz daxil olmamışdır.

c) məhkəmə icraat iştiakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən ərizəçinin vəkili və nümayəndəsi ərizə ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etmişdir.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.

13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, ərizəçi onun qardaşının arvadı olmuşdur. Uşaqların adlarını da o qoymuşdur. Həmin illərdə o, Bakı şəhərində yaşamışdır. Uşaqlar doğulandan təxmini 10-15 gün sonra uşaqların öldüyünü bilir. Dəqiq tarix yadında gəlməsə də, 1979-cu ilin soyuq ayları olmağı xatirindədir. Dəfn prosesi Naxçıvan şəhərində olmuş, uşaqlar Naxçıvan şəhər qəbirstanlığında dəfn edilmişlər.

14. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, ərizəçi onun əmisinin arvadı olmuşdur. Əmisinin uşaqları təxminən 1-2 həftə yaşadıqdan sonra ölmüşlər. Hadisə 1978 ya da 1979-cu illərdə baş vermişdir. Həmin vaxtlar o Bakıda olmuş, hadisədən telefonla xəbər almışdır.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarı: -1.4. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. - 9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. - 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydası: Maddə 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

Məhkəmə baxışının hədləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

20. Məhkəmə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir.

21. Belə ki, işdəki sübutlara məcmu halında qiymət verilərkən müəyyən olunur ki, xx.xx.1979-cu ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində doğulmuş X3 və X5 xx.xx.1979-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində ev şəraitində vəfat etmiş, ailə üzvləri və yaxınlarının iştirakı ilə dəfn edilmiş, onların qəbri mövcuddur. Ölümün hansı səbəbdən baş verdiyini təsdiq edən sənəd və həkim rəyi olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamış, ölüm haqqında müvafiq tibbi şəhadətnamə olmadığı üçün isə ölümün dövlət qeydiyyatının aparılması mümkün olmamışdır.

22. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1979-cu ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində doğulmuş X1 xx.xx.1979-cu il tarixdə ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində və xx.xx.1979-cu ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində doğulmuş X2 xx.xx.1979-cu il tarixdə ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində ölmələri faktı müəyyən edilməlidir.

23. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. xx.xx.1979-cu ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində doğulmuş X1 xx.xx.1979-cu il tarixdə ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində və xx.xx.1979-cu ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində doğulmuş X2 xx.xx.1979-cu il tarixdə ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində ev şəraitində ölmələri faktı müəyyən edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar