Məhkəmə qərarları › İş №e-2(004)-3319/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3319/2024

17.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3319/2024 17.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh "xxxx" ASC-nin nümayəndələri X8 və X2 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüquq ilə İddiaçı məxsus olan, BAİC X7 1.5T 7DCVT LV 5 minik, ** NT *** (əvvəlki nömrə nişanı ** GY ***) dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə cavabdehlərin əməlləri nəticəsində vurulmuş 9 293,68 (doqquz min iki yüz doxsan üç manat, 68 qəpik) manat məbləğində zərərin (buraya 7 876 (yeddi min səkkiz yüz yetmiş altı) manat əsas borc və həmin borca hesablanmış ƏDV borcu daxildir) cavabdehlər "xxxx" ASC-dən, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq (alınaraq) İddiaçı ödənilməsi (verilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, BAİC X7 1.5T 7DCT LV 5 minik, ** GY *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilk əvvəl mülkiyyət hüququ ilə X3 məxsus olmuşdur. Mülkiyyət hüququ Əfsanə Muxtarovun mülkiyyətinə keçdikdən sonra, 28 iyul 2023-cü il tarixli, AZ/MİP/23/0059 saylı müqavilə üzrə adı çəkilən nəqliyyat vasitəsi tam sığrotalanmışdır. Sığortanın müddəti bir illik olmaqla, xx.xx.2024-Öü il, saat 23:59-a kimi nəzərdə tutulmuşdur. Həmçinin, Əfsanə Muxtarova hazırkı iş üzrə İddiaçı Əlyar oğlu ilə nikahda olmuşlar. Həmin nikahdan onların 3 (üç) oğlan övladları dünyaya gəlmişdir. Qısa bir müddət sonra, yəni 11 oktyabr 2023-cü il tarixdə Əfsanə Muxtarova dünyasını dəyişmişdir. Bundan sonra, mərhum Əfsanə Muxtrarovun adında olan əmlaklarla bağlı müvafiq vərəsələlik işi açılmış və vərəsəlik işi üzrə miras əmlak kütləsinə daxil olan əmlaklardan biri də haqqında danışılan nəqliyyat vasitəsi olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixli müvafiq vərəsəlik şəhadətnaməsinə əsasən, Əfsanə Muxtarovanın vərəsələrinin dairəsi müəyyən olunmuş və yekunda bu nəqliyyat vasitəsinə mülkiyyət hüququ hazırki iş üzrə İddiaçı hüquqları tanınmışdır. Nəqliyyat vasitəsi iddiaçının olduğu müddət ərzində də mərhum Əfsanə Muxtarova ilə cavabdeh sığorta təşkilatı arasında olan sığorta müqaviləsi qüvvədə olmuşdur. Lakin, 27 fevral 2024-cü il tarixdə cavabdehlərdən Cavabdeh1 idarə etdiyi, FORD TRANZİT TOURNEO YÜK markalı avtomaşının etdiyi qəza nəticəsində iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə ziyan dəymişdir. Belə ki, iddiaçı İlqar Muxtrarov hadisə zamanı avtomaşını idarə etməyib, kənarda saxlasa da, lakin cavadeh Cavabdeh1 idarə etdiyi nəqliyyat vasitəsi başqa maşına dəymiş və sonra da həmin avtomaşın İddiaçı maşınına çırpılmışdır. Nəticədə, İddiaçı nəqliyyat vasitəsinə ciddi ziyan dəymişdir. Bu barədə 29 fevral 2024-cü il tarixdə inzibati xəta haqqında protokol və qərar tərtib edilmiş və müəyyən olunmuşdur ki, Cavabdeh1 AR-nın İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törtəmişdir. Daha sonra, yəni 28 fevral 2024cü il tarixdə iddiaçı Chevrolet "Babək" Servisa dəymiş ziyanın müəyyən olunması üçün müraciət etmiş və nəticədə zərər aktı (preyskurant) tərtib edilmişdir. Zərər aktına əsasən, müəyyən olunmuşdur ki, 11 228 (on bir min iki yüz iyirmi səkkiz) manat məbləğində ümumi ziyan və həmin ziyanın ödəniləcəyi təqdirdə, 2 021 (iki in iyirmi bir) manat ƏDV olmaqla, ümumilikdə 13 249 (on üç min iki yüz qırx doqquz) manat ziyan dəymişidr. Vurulmuş ziyanın 2 850 (iki min səkkiz yüz əlli) manat hissəsi xidmət haqqı üçün, 8378 manat hissəsi isə ehtiyat hissələri üçün nəzərdə tutulmuş xərclər olmuşdur. Qeyd edilən zərərdən Atəşgah Sığorta şirkəti tərəfindən cavabdehin icbari sığortası 3 352 (üç min üç yüz əlli iki) manat məbləğində ödənişi həyata keçirmişdir. Hal-hazırda, cavabdehlərin iddiaçıya qalan borcu ƏDV daxil olmaqla, 9 293,68 (doqquz min iki yüz doxsan üç manat, 68 qəpik) manat borcu qalmışdır. Bu məbləğdən 7 876 (yeddi min səkkiz yüz yetmiş altı) manat əsas borc və həmin borca hesablanmış ƏDV olmaqla qalan borc məbləğidir. Bundan sonra, iddiaçı dəfələrlə həm yazılı, həm də şifahi qaydada cavabdeh sığorta təşkilatına müraciət etmiş olsa da, ona heç bir cavab verilməmişdir. Sonda, AR-nın Mərkəzi Bankına edilmiş müraciətdən sonra, cavabdeh sığrota təşkilatının 08 aprel 2024-cü il tarixli, 708 nömrəli məktubu iddiaçıya rəsmi qaydada göndərilmiş və həmin məktubla da sığorta ödənişinin verilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi də, AR-nın MM-nin 919.1.2.1-ci maddəsini əsas gətirərək, mərhum Əfsanə Muxtarovanın dünyasını dəyişənə qədər İlqar Muxtrarovun sığorta şəhadətnaməsində sığortadan faydalanan şəxs kimi qeydə alınmaması bildirilmişdir. Cavabdehlərin hər üçü iddiaçıya vurduqları ziyana görə məsuliyyət daşıyırlar. Hər bir halda, avtomaşının zədələnməsi fiziki şəxslərin üzündən, baş vermiş nəqliyyat hadisəsinə görə ödənilməli olan sığorta ödənişinin verilməməsi isə heç bir hüquqi əsası olmadan "xxxx" ASC-nin təqsiri üzündən ödənilmir. Bu səbəbdən, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcbriyyətində qalmışdılar. Hal-hazrda, cavabdehlərin bu hərəkətləri iddiaçıya olan borcun ödənilməsi üçün müvafiq məhkəmə qərarının çıxarılıması üçün əsasdır. Odur ki, verilmiş iddia tələbi təmin olunmalı və cavabdehlər tərəfindən vurulmuş ziyanın iddiaçıya ödənilməsi barədə müvafiq qətnamə qəbul olunmalıdır. Məhkəmə gedişatında iddiaçı tələbinin artırılmasına dair ərizə verərək, digər tələblərin qüvvədə saxlanılmaqla, mülki iş üzrə müvəqqəti təminat tədbirinin verilməsi üçün 13 manat və iddia ərizəsinin verilməsi üçün 114 manat məbləğində pulun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" ASC iddiaya etiraz verərək qeyd etmişdir ki, iddia ərizəsi "xxxx" ASC-yə münasibətdə əsassız olduğundan həmin hissədə rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.3-cü maddəsinə əsasən sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. Qeyd edilənlərə görə "xxxx" ASC-nin sığorta ödənişinin edilməsindən imtinası tam qanuni və əsaslı olmuşdur. Odur ki, iddianın "xxxx" ASC-yə münasibətdə rədd edilməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə verdiyi izahatında iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Həsənov Azər iddia tələbini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. Bildirmək istəyir ki, könüllü sığorta müqaviləsi mülki məcəlləyə və sığorta qaydalarına uyğun olaraq tənzimlənmişdir.Müqaviləyə şamil etdikləri şərtlərə uyğun olaraq iddiaçı müqaviləyə qeyd edilməmişdir. Burada vərəsiliklə bağlı mübahisə predmenti olduğunu hesab etmir. Məhkəmə iclasında cavabdeh X7 etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin cavabdeh "xxxx" ASC-yə münasibətdə rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə AR Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC məhkəməyə mülahizə ünvanlayaraq qeyd etmişdir ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə DYP tərəfindən tərtib edilən arayışa (forma 4) əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli "xxxx" ASC-də sığortalanan X4 idarə etdiyi avtomobil olduğundan tərəflərindən yolnəqliyyat hadisəsi zamanı zərər vurulmuş hər iki nəqliyayt vasitəsinə 5000 manat məbləğində sığorta ödənişi mütənasib qaydada ödənilmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 28 iyul 2023-cü il tarixli, AZ/MİP/23/0059 saylı Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsindən görünür ki, BAİC X7 1.5T 7DCT LV 5 minik, ** GY *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tam sığortalanmışdır. Gəncə şəhər Kəpəz rayon VVADQ Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 252867 saylı Nikah Haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X5 14 sentyabr 2006-cı il tarixdə 620 saylı akt qeydli nikaha daxil olmuş, nikaha daxil olduqdan sonra ərə Muxtarov, arvada isə Muxtarova soyadı verilmişdir. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 380287 Ölüm haqqında şəhadətnamədən görünür ki, X6 27 sentyabr 2023-cü il tarixdə ölmüşdür. 28 dekabr 2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, İddiaçı mərhum X1 vərəsəsidir. Avtonəqliyyatvasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan, müvafiq inzibati xəta haqqında protokol və qərardan görünür ki, 27 fevral 2024-cü il tarixdə saat 09:16 dəqiqədə Bakı şəhərində baş verən yolnəqliyyat hadisəsində Cavabdeh2 mülkiyyətində olan 99VB949 dövlət qeydiyyat nişanlı, X13 Yük markalı avtobili idarə edən Cavabdeh1 AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş, 40 manat məbləğində cərimə edilmişdir. Zərərçəkən qismində İddiaçı (BAİC X7 1.5T 7DCT LV5 minik markalı, ** NT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü) müəyyən edilmişdir. "xxxx"ASC-nın 708 saylı, 08 aprel 2024-cü il tarixli “Sığorta ödənişinin verilməsindən imtina olunması barədə bildiriş”dən görünür ki, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC ilə X6 arasında AZ/MİP/23/0059 saylı müqavilə bağlanmış, “BAİC” markalı, ** GY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası şəhadətnaməsi” üzrə sığorta təminatı almışdır. X1 vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə Cəmiyyətimizə təqdim edilmişdir. Qanunvericiliyin tələbinə istinad edilərək, sığorta ödənişinin ödənilməsindən imtina edilmişdir. 29 aprel 2024-cü il tarixli Ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı Elyar oğlunun hesabına 3352 manat pul köçürülmüşdür. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/7177 saylı, 06 sentyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında “İdeal Motors” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2022-ci il buraxılışlı “BAİC X7 1.5 7DCT LV minik” markalı **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 11020,00 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 8370,00 manat; Təmir-bərpa işlərinin qiyməti - 2650,00 manat. Avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 10363,00 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 7713,0 manat; Təmir-bərpa işlərinin qiyməti - 2650,00 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 909.1-ci maddəsinə əsasən sığortalı sığorta müqaviləsi bağlayarkən istənilən şəxsi (şəxsləri) faydalanan şəxs kimi təyin etmək, habelə sığorta hadisəsi baş verənədək onu dəyişdirmək hüququna malikdir. 919.1.2.1-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsini bağlamış sığortalı sığorta müqaviləsi bağlayarkən sığortalanmış əmlakı qəbul edəcək hər hansı şəxsi təyin etmiş olduğu, habelə sığorta hadisəsi baş verənədək sığortaçının razılığı ilə onu dəyişdirmiş olduğu hallarda sığortalı fiziki şəxs vəfat edərsə, onun həmin müqavilə üzrə hüquq və vəzifələri bu Məcəllə ilə müəyyən olunmuş vərəsəlik qaydasında sığortalanmış əmlakı qəbul edən şəxsə keçir. Mülki Məcəllənin 926.1, 926.2 və 926.3-cü maddələrinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Beləliklə, məhkəmə gedişatında müəyyən edilmişdir ki, iddiaçının mərhum həyat yoldaşı X6 ilə Cavabdeh3 ASC arasında bağlanmış 28 iyul 2023-cü il tarixli, AZ/MİP/23/0059 saylı Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsinə əsasən BAİC X7 1.5T 7DCT LV 5 minik, ** GY *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tam sığortalanmışdır. Sığortalı Əfsanə Muxtarova İddiaçıla nikahda olmuş, Ə.Muxtarova 27 sentyabr 2023-cü il tarixdə vəfat etmişdir. 27 fevral 2024-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində sığorta olunmuş avtomobilə (BAİC X7 1.5T 7DCT LV 5 minik markalı, **-GY-*** dövlət nömrə nişanlı avtomobilə) zərər dəymiş, Cavabdeh1 təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Zərərin məbləği “CHEVROLET BABƏK” Servis A-da 13.249 (on üç min iki yüz qırx doqquz) manat müəyyən edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 10363,00 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti-7713,0 manat; təmir-bərpa işlərinin qiyməti - 2650,00 manat kimi müəyyən edilmişdir. Avtomobilə dəymiş zərərin 3352 (üç min üç yüz əlli iki) manat məbləğində olan hissəsi Cavabdeh1 mülki məsuliyyətini “icbari sığorta” qaydasında sığortalamış "xxxx" ASC tərəfindən ödənilmişdir. Qalan borcla bağlı, iddiaçı sığortaçıya müraiət etdikdə imtina cavabı almışdır. Halbuki, sığortalı mərhum Əfsanə Muxtarova ilə iddiaçı nikah münasibətlərində olubdurlar və Əfsanə Muxtarovanın sığorta münasibətlərindəki hüquq və vəzifələrinə münasibətdə İddiaçı da səlahiyyətləri yaranmış, o, sığorta müqaviləsi üzrə faydalanan şəxsdir. Həmçinin Ə.Muxtarovanın ölümündən sonra iddiaçı mərhum yoldaşının qanun üzrə vərəsəsi kimi rəsmi olaraq, tanınıb, miras əmlakı (avtomobili) qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Odur ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 7011 (yeddi min on bir) manat məbləğində pul və ödənilmiş dövlət rüsumu 90,11 (doxsan manat on bir qəpik) manat tutularaq, İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 121, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 7011 (yeddi min on bir) manat məbləğində pul və ödənilmiş dövlət rüsumu - 90,11 (doxsan manat on bir qəpik) manat tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar