Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3375/2021 28.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilin özgəsinin qanunsuz sahibliyindən qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “avtomobilin özgəsinin qanunsuz sahibliyindən qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan “Renault Megane” markalı, ** SG *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin və ya onun dəyərini təşkil edən 10.000 (on min) manat pul vəsaitinin, habelə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, O, 28 may 2019-cu ildə mülkiyyətimdə olan “Renault Megane” markalı, ** SG *** dövlət qeydiyyat nişanlı minik avtomobilini Cavabdeh “Ford Tranzit” markalı, 99K0711 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə dəyişdirmiş, dəyişdirmə zamanı qarşılıqlı razılıq əsasında onun “Renault Megane” markalı avtomobilinin qiyməti 11.500 manat, cavabdehin “Ford Tranzit” markalı avtomobilinin qiyməti isə 9.000 manat müəyyən edilmişdir. Cavabdeh avtomobillərin qiyməti arasındakı fərqin kompensasiyası məqsədilə nağd şəkildə ona 1.500 manat pul ödəmiş və qalan 1000 manatı qısa vaxt ərzində ödəyəcəyini bildirmişdir. Elə həmin gün 28 may 2019-cu ildə Mingəçevir şəhər Regional “ASAN XİDMƏT" mərkəzinin notariat ofisində o, “Renault Megane” markalı avtomobillə bağlı Cavabdeh, Cavabdeh isə “Ford Tranzit” markalı avtomobillə bağlı ona sərəncam vermək hüququ ilə etibarnamə verilmişdir. Etibarnamə ilə yanaşı onlar qeyd edilən avtomobilləri də həmin gün biri-birilərin sahibliyinə vermişdir. Bir müddət sonra cavabdeh ona zəng edərək onun avtomobilinin nasazlıq səbəbindən öz-özünə yandığını bildirmiş və “Ford Tranzit” markalı avtomobili geri qaytarmağı tələb etmişdir. O, avtomobilinin nasaz olmasına və ümumiyyətlə, onun yanmasına dair cavabdehdən sübutlar təqdim etməsini tələb etsə də o, ona hər hansı sübut təqdim etməmişdir. Bu yaxınlarda o icra məmurundan Cavabdeh Ağdam rayon Məhkəməsində ona qarşı “Ford Tranzit” markalı avtomobilin ondan alınaraq ona qaytarılması ilə bağlı iddia qaldırdığını və həmin məhkəmənin 2(013)-636/2020 saylı, 06.07.2020-ci il tarixli qətnaməsi ilə həmin iddianın təmin edildiyini öyrənmişdir. X1 Məhkəməsinə apellyasiya şikayəti vermiş və hazırda həmin şikayətə həmin məhkəmədə baxılır. Qeyd olunanlardan görünür ki, cavabdeh onun “Renault Megane” markalı, 99SG480 dövlət qeydiyyat nişanlı minik avtomobilimi gizlədərək ona qaytarmaqdan imtina edir və buna baxmayaraq, həmin avtomobilin verilməsi müqabilində aldığı “Ford Tranzit” markalı, 99K0711 dövlət qeydiyyat nişanlı yük avtomobilini ondan tələb edir. Ağdam rayon Məhkəməsinin qətnaməsindən görünür ki, Cavabdeh “Ford Tranzit” markalı avtomobillə bağlı 28.05.2019-ci il tarixdə ona verdiyi avtomobilə sərəncam verilməsi hüququ ilə etibarnaməni 7 gün sonra 04.06.2019-cu il tarixdə Bakı şəhəri 3 saylı “ASAN Xidmət” Mərkəzində ləğv etdirmişdir. Onun “Renault Megane” markalı avtomobillə bağlı Cavabdeh verdiyi etibarnamənin qüvvədə olma müddəti isə 29.05.2020-ci il tarixdə bitmişdir. O, öz avtomobilinin ona qaytarılmasını tələb etsə də o, bundan imtina edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə barışıq sazişi təqdim edərək, hazırda iddia ərizəsi üzrə İddiaçı Cavabdeh ilə razılığa gəldiklərini və barışıq sazişi tərtib edildiyini bildirmişdir. Barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı hazırda iddia ərizəsi üzrə Cavabdeh ilə razılığa gəldiklərini və barışıq sazişi tərtib edildiyini bildirmişdir. Barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmiş və bu barədə yazılı ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh İddiaçı ilə onun arasında barışıq sazişinin imzalandığını və barışıq sazişinin şərtləri ilə razı olduğunu bildirmişdir. Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: Cavabdeh: - “Ford Tranzit” markalı, 99KO711 dövlət qeydiyyat nişanlı yük avtomobilinin qaytarılması ilə bağlı İddiaçı qarşı Ağdam rayon Məhkəməsində qaldırdığı iddia tələbinin təmin edilməsinə dair Ağdam rayon Məhkəməsinin 06.07.2020-ci il tarixli, 2(103)-636/2020 saylı qətnaməsinin qüvvədə saxlanılması barədə Gəncə Apellyasiya Məhkəməsinin 16.04.2021-ci il tarixli, 2(104)-988/2021 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatına daxil olduqdan sonra həmin iddia tələbindən imtina etməyi; - bu barışıq sazişi məhkəmə qaydasında təsdiq olunduqdan sonra ən geci 20 (iyirmi) gün müddətində xüsusi mülkiyyətində olan “Ford Tranzit” markalı, 99KO711 dövlət qeydiyyat nişanlı yük avtomobilini əvəzsiz olaraq İddiaçı mülkiyyətinə verməyi, bununla bağlı bütün zəruri əqdləri və digər sənədləri səlahiyyətli dövlət orqanında imzalamağı və zəruri olan digər hüquqi hərəkətləri etməyi, habelə gələcəkdə bu avtomobillin onun mülkiyyətinə və ya sahibliyinə qaytarılması ilə bağlı İddiaçı qarşı hər hansı tələblər irəli sürməməyi; - bu barışıq sazişi məhkəmə qaydasında təsdiq olunduqdan sonra ən geci 30 (otuz) gün müddətində öz iradəsi ilə və ya iradəsindən kənar olan hər hansı səbəblər üzündən xüsusi mülkiyyətində olan “Ford Tranzit” markalı, 99KO711 dövlət qeydiyyat nişanlı yük avtomobilini əvəzsiz olaraq İddiaçı mülkiyyətinə vermədikdə və ya verə bilmədikdə, yuxarıda qeyd olunan 30 (otuz) günlük müddət ötdükdən sonra növbəti 10 (on) gün müddətində İddiaçı “Renault Megane” markalı, 99SG480 dövlət qeydiyyat nişanlı minik avtomobilin dəyərinin kompensasiyası məqsədilə könüllü şəkildə 10.000 (on min) manat məbləğində pul vəsaiti ödəməyi öhdəsinə götürür. Cavabdeh yuxarıda qeyd olunan 10.000 (on min) manat pul vəsaitini 10 gün müddətində könüllü ödəməyəcəyi təqdirdə barışıq sazişininin şərtlərinin məcburi qaydada icrası məqsədilə məhkəmə tərəfindən icra vərəqəsinin veriləcəyi və onun məhkəmə qərarlarının icrası orqanları tərəfindən icra olunacağı barədə xəbərdar olduğunu bildirir. İddiaçı: - Cavabdeh bu barışıq sazişində göstərilən öhdəlikləri üzərinə götürməsi müqabilində Bakı şəhəri Yasamal məhkəməsinin icraatında olan e-2(004)-3375/2021 №-li mülki iş üzrə həmin cavabdehə qarşı qarşı qaldırdığı iddia tələblərindən (“Renault Megane” markalı, 99SG480 dövlət qeydiyyat nişanlı minik avtomobilinin və ya onun dəyərini təşkil edən 10.000 (on min) manat pul vəsaitinin, habelə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya verilməsi) tam şəkildə imtina etməyi və gələcəkdə “Renault Megane” markalı, 99SG480 dövlət qeydiyyat nişanlı minik avtomobilin onun mülkiyyətinə və ya sahibliyinə qaytarılması ilə bağlı Cavabdeh qarşı hər hansı tələblər irəli sürməməyi; - Cavabdeh hər hansı səbəbdən “Ford Tranzit” markalı, ** KO *** dövlət qeydiyyat nişanlı yük avtomobilini əvəzsiz olaraq İddiaçı mülkiyyətinə vermədikdə və ya verə bilmədikdə və kompensasiya məqsədilə bu barışıq sazişində göstərilən 10.000 (on min) manat məbləğində pulu İddiaçı tam ödədikdən sonra 3 (üç) gün ərzində “Ford Tranzit” markalı, 99KO711 dövlət qeydiyyat nişanlı yük avtomobili Cavabdeh qaytarmağı öhdəsinə götürür.
3. Tərəflər razılaşırlar ki, yuxarıda qeyd edilən öhdəliklərin yerinə yetirilməməsi zamanı hüququ pozulan tərəf müvafiq məzmunlu icra vərəqəsinin verilməsi üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etməyə haqlıdır.
4. Tərəflər razılaşırlar ki, hazırkı sazişi imzalamaqla Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatında olan e-2(004)-3375/2021 nömrəli mülki iş üzrə mübahisənin yuxarıda göstərilən şərtlərlə həll edilməsini öz üzərlərinə götürürlər.
5. Tərəflər bildirirlər ki, bu barışıq sazişinin bağlanmasının və bununla da e-2(004)- 3375/2021 №-li mülki iş üzrə icraata xitam verilməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsində göstərilmiş nəticələri onlara məlumdur.
6. Bu sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə sazişin etibarsızlığına səbəb olmur.
7. Bu Barışıq sazişi Azərbaycan dilində və onu bağlayan şəxslərdən hər biri və məhkəmə üçün bir nüsxə olmaqla, cəmi 3 (üç) nüsxədə tərtib olunub və imzalanıb. Barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra qanuni qüvvəyə minir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3 və 52.4-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 52.4-cü maddəsinə əsasən, məhkəmə prosesin istənilən mərhələsində tərəfləri iddia üzrə və ya onun bir hissəsi üzrə barışdırmağa kömək etməlidir. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci və 262.4-cü maddələrinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə barışıq sazişini iş materiallarını ilə müqayisəli şəkildə araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, İddiaçı Cavabdeh qarşı “avtomobilin özgəsinin qanunsuz sahibliyindən qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş ilə əlaqədar bağlanmış və müvafiq şərtləri özündə əks etdirən 28.07.2021-ci il tarixli barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, təsdiq edilməli, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA A L D İ:
İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28.07.2021-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Cavabdeh: - “Ford Tranzit” markalı, 99KO711 dövlət qeydiyyat nişanlı yük avtomobilinin qaytarılması ilə bağlı İddiaçı qarşı Ağdam rayon Məhkəməsində qaldırdığı iddia tələbinin təmin edilməsinə dair Ağdam rayon Məhkəməsinin 06.07.2020-ci il tarixli, 2(103)-636/2020 saylı qətnaməsinin qüvvədə saxlanılması barədə Gəncə Apellyasiya Məhkəməsinin 16.04.2021-ci il tarixli, 2(104)-988/2021 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatına daxil olduqdan sonra həmin iddia tələbindən imtina etməyi; - bu barışıq sazişi məhkəmə qaydasında təsdiq olunduqdan sonra ən geci 20 (iyirmi) gün müddətində xüsusi mülkiyyətində olan “Ford Tranzit” markalı, 99KO711 dövlət qeydiyyat nişanlı yük avtomobilini əvəzsiz olaraq İddiaçı mülkiyyətinə verməyi, bununla bağlı bütün zəruri əqdləri və digər sənədləri səlahiyyətli dövlət orqanında imzalamağı və zəruri olan digər hüquqi hərəkətləri etməyi, habelə gələcəkdə bu avtomobillin onun mülkiyyətinə və ya sahibliyinə qaytarılması ilə bağlı İddiaçı qarşı hər hansı tələblər irəli sürməməyi; - bu barışıq sazişi məhkəmə qaydasında təsdiq olunduqdan sonra ən geci 30 (otuz) gün müddətində öz iradəsi ilə və ya iradəsindən kənar olan hər hansı səbəblər üzündən xüsusi mülkiyyətində olan “Ford Tranzit” markalı, 99KO711 dövlət qeydiyyat nişanlı yük avtomobilini əvəzsiz olaraq İddiaçı mülkiyyətinə vermədikdə və ya verə bilmədikdə, yuxarıda qeyd olunan 30 (otuz) günlük müddət ötdükdən sonra növbəti 10 (on) gün müddətində İddiaçı “Renault Megane” markalı, 99SG480 dövlət qeydiyyat nişanlı minik avtomobilin dəyərinin kompensasiyası məqsədilə könüllü şəkildə 10.000 (on min) manat məbləğində pul vəsaiti ödəməyi öhdəsinə götürür. Cavabdeh yuxarıda qeyd olunan 10.000 (on min) manat pul vəsaitini 10 gün müddətində könüllü ödəməyəcəyi təqdirdə barışıq sazişininin şərtlərinin məcburi qaydada icrası məqsədilə məhkəmə tərəfindən icra vərəqəsinin veriləcəyi və onun məhkəmə qərarlarının icrası orqanları tərəfindən icra olunacağı barədə xəbərdar olduğunu bildirir. İddiaçı: - Cavabdeh bu barışıq sazişində göstərilən öhdəlikləri üzərinə götürməsi müqabilində Bakı şəhəri Yasamal məhkəməsinin icraatında olan e-2(004)-3375/2021 №-li mülki iş üzrə həmin cavabdehə qarşı qarşı qaldırdığı iddia tələblərindən (“Renault Megane” markalı, 99SG480 dövlət qeydiyyat nişanlı minik avtomobilinin və ya onun dəyərini təşkil edən 10.000 (on min) manat pul vəsaitinin, habelə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya verilməsi) tam şəkildə imtina etməyi və gələcəkdə “Renault Megane” markalı, 99SG480 dövlət qeydiyyat nişanlı minik avtomobilin onun mülkiyyətinə və ya sahibliyinə qaytarılması ilə bağlı Cavabdeh qarşı hər hansı tələblər irəli sürməməyi; - Cavabdeh hər hansı səbəbdən “Ford Tranzit” markalı, 99KO711 dövlət qeydiyyat nişanlı yük avtomobilini əvəzsiz olaraq İddiaçı mülkiyyətinə vermədikdə və ya verə bilmədikdə və kompensasiya məqsədilə bu barışıq sazişində göstərilən 10.000 (on min) manat məbləğində pulu İddiaçı tam ödədikdən sonra 3 (üç) gün ərzində “Ford Tranzit” markalı, 99KO711 dövlət qeydiyyat nişanlı yük avtomobili Cavabdeh qaytarmağı öhdəsinə götürür.
3. Tərəflər razılaşırlar ki, yuxarıda qeyd edilən öhdəliklərin yerinə yetirilməməsi zamanı hüququ pozulan tərəf müvafiq məzmunlu icra vərəqəsinin verilməsi üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etməyə haqlıdır.
4. Tərəflər razılaşırlar ki, hazırkı sazişi imzalamaqla Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatında olan e-2(004)-3375/2021 №-li mülki iş üzrə mübahisənin yuxarıda göstərilən şərtlərlə həll edilməsini öz üzərlərinə götürürlər.
5. Tərəflər bildirirlər ki, bu barışıq sazişinin bağlanmasının və bununla da e-2(004)- 3375/2021 №-li mülki iş üzrə icraata xitam verilməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsində göstərilmiş nəticələri onlara məlumdur.
6. Bu sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə sazişin etibarsızlığına səbəb olmur.
7. Bu Barışıq sazişi Azərbaycan dilində və onu bağlayan şəxslərdən hər biri və məhkəmə üçün bir nüsxə olmaqla, cəmi 3 (üç) nüsxədə tərtib olunub və imzalanıb. Barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra qanuni qüvvəyə minir. İddiaçı Cavabdeh qarşı “avtomobilin özgəsinin qanunsuz sahibliyindən qaytarılmasına” dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Gülnar Babazadə