Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3433/2023 03.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 02 may 2023-cü il tarixdə keçirilən mediasiya prosesində Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış MŞB/18/2023-00651 nömrəli Barışıq sazişinin 2 və 5-ci bəndləri hissəsində təsdiq edilməsi və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 (əlli) manat pulun Maraqlı şəxs tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizə onunla əsasladırmışdır ki, O, Maraqlı şəxs ilə 24 dekabr 2022-ci il tarixdə nikaha daxil olmuşdur. Hazırda hamilədir. Ailə qurduqları ilk günlərdən Maraqlı şəxs ilə xüsusiyyətləri uyğun gəlməmişdir. Hazırda faktiki olaraq, ayrı yaşayırlar. Nikahları formal xarakter daşıyır, ailənin qorunub saxlanılması qeyri-mümkündür. Bu səbəbdən də, Maraqlı şəxs qarşı “nikahın pozulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və hazırda həmin işə Yasamal Rayon Məhkəməsinin icraatında baxılmaqdadır. Mediasiya Şurası Bakı 18 saylı Mediasiya təşkilatında X1 mediatorluğu ilə 02 may 2023-cü il tarixdə keçirilən mediasiya prosesi nəticəsində birinci tərəf Ərizəçi və ikinci tərəf Maraqlı şəxs arasında bağlanmış MŞB/18/2023-00651 nömrəliBarışıq sazişinin 2-ci bəndinə əsasən, Maraqlı şəxs onun hamiləliyi dövründə və doğulacaq uşaq 3 yaşına çatanadək saxlanılmağı üçün mənə hər ay 100 manat məbləğində aliment ödəməyi, 5-ci bəndinə əsasən, birgə nikah dövründə ipoteka kreditinə ödənilmiş 1300 manatın yarısını (650 manat) ona ödəməyi, eləcə də, barışıq sazişinin digər bəndləri ilə sairələri öhdəsinə götürmüşdür. Tam medisiya xərcini (100 manat) tərəflər bərabər şəkildə ödəmişlər. Maraqlı şəxs barışıq sazişinin 3 və 4-cü bəndləri üzrə üzərinə götürdüyü öhdəliyi könüllü qaydada icra etdiyindən, 6-cı bənddə qeyd olunanlar barədə isə aralarında razılıq əldə edilmədiyindən, hazırkı iş üzrə həmin bəndlərdə qeyd olunanlarla bağlı mübahisə mövcud deyil. Hazırda barışıq sazişinin yuxarıda qeyd olunan 2 və 5-ci bəndləri hissəsində təsdiq edilməsi zərurəti yaranmışdır. MŞB/18/2023-00651 nömrəli barışıq sazişi üzrə sazişin icra olunma müddəti 10 gün müəyyən edilmişdir. Lakin, barışıq sazişinin bağlandığı 02 may 2023-cü il tarixdən 1 aya yaxın müddətin keçməsinə baxmayaraq, Maraqlı şəxs sazişin 2 və 5-ci bəndləri üzrə üzərinə götürdüyü öhədiyi icra etməmişdir. Belə ki, onun tərəfindən bu günədək hər ay ödəməli olduğu 100 manat məbləğində alimenti və birgə nikah dövründə ipoteka kreditinə ödənilmiş 1300 manatın yarısını təşkil edən 650 manatı ona ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edirki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan birinci tərəf qismində Ərizəçi və ikinci tərəf qismində Maraqlı şəxs arasında bağlanmış 02 may 2023-cü il tarixli Barışıq sazişinin 2-ci bəndinə əsasən, ikinci tərəf hamiləliyi dövrü və doğulacaq uşaq 3 yaşına çatanadək birinci tərəfə hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment ödəməyi; 5-ci bəndinə əsasən, ikinci tərəf birgə nikah dövründə ipoteka kreditinə ödənilmiş 1300 manatın yarısını təşkil edən 650 manat pulu birinci tərəfə ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin barışıq sazişnin ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş bəndləri hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında 02 may 2023-cü il tarixdə bağlanmış barışıq sazişinin 2-ci və 5-ci bəndləri təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən, məhkəmə xərcinə daxil olan ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi də maraqlı şəxsdən alınaraq ərizəçiyə ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355- 23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin 2-ci və 5-ci bəndləri aşağıdakı məzmunda təsdiq edilsin.
1. Maraqlı şəxs Ərizəçinna hamiləliyi dövrü və doğulacaq uşaq 3 yaşına çatanadək hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment ödəməyi öhdəsinə götürür.
2. Maraqlı şəxs birgə nikah dövründə ipoteka kreditinə ödənilmiş 1300 manatın yarısını təşkil edən 650 manat pulu Ərizəçi ödəməyi öhdəsinə götürür. Maraqlı şəxs ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 (əlli) manat pul tutularaq Ərizəçi ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: Kərim Xudayev