Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3435/2024 21.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Ərizəçi İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs qismində Cavabdeh cəlb edilməklə “barışıq sazişinin şərtinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi İddiaçı maraqlı şəxs qismində Cavabdeh cəlb edilməklə “barışıq sazişinin şərtinin təsdiq edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlu ilə bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/16/2024-00719 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı (Birinci tərəf) ilə Cavabdeh (İkinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/16/2024-00719 nömrəli barışıq sazişinin 2-ci bəndindən görünür ki, “1. İkinci tərəf Cavabdeh razılaşır ki, birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər ay əmək haqqı və digər rəsmi gəlirlərinin 70%-ni aliment olaraq tutulmasına razılıq verir. 2. Alimentin ödənilməsi hər ayın ilk 3 günü ərzində həyata keçiriləcək. Aprel və may ayları üzrə aliment məbləğləri də daxil olmaqla aliment Birinci tərəf İddiaçı kart hesabına ödəniləcəkdir. 3. Hər iki tərəf razılaşır ki, bir-birilərinin valideynlik hüquqlarının həyata keçirilməsinə maneə yaratmayacaqlar”. Ərizəçi İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Barışıq sazişinin könüllü icrasından Cavabdeh tərəfindən imtina edilməsi əsasları mövcuddur. Maraqlı şəxs Cavabdeh tərəfindən bunun təkzib edilməsi istiqamətində sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmişdir. Saziş üzrə tərəflər üzərinə götürdüyü öhdəliklərə əməl etməlidirlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməli və ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/16/2024-00719 nömrəli barışıq sazişi “1. İkinci tərəf Cavabdeh razılaşır ki, birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər ay əmək haqqı və digər rəsmi gəlirlərinin 70%-ni aliment olaraq tutulmasına razılıq verir. 2. Alimentin ödənilməsi hər ayın ilk 3 günü ərzində həyata keçiriləcək. Aprel və may ayları üzrə aliment məbləğləri də daxil olmaqla aliment Birinci tərəf İddiaçı kart hesabına ödəniləcəkdir. 3. Hər iki tərəf razılaşır ki, bir-birilərinin valideynlik hüquqlarının həyata keçirilməsinə maneə yaratmayacaqlar.” hissəsində təsdiq edilməlidir. Yuxarıda sadalananlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 355-23-355-26, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi İddiaçı maraqlı şəxs qismində Cavabdeh cəlb edilməklə “barışıq sazişinin şərtinin təsdiq edilməsi” tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/16/2024-00719 nömrəli barışıq sazişi “1. İkinci tərəf X3 razılaşır ki, birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər ay əmək haqqı və digər rəsmi gəlirlərinin 70%-ni aliment olaraq tutulmasına razılıq verir. 2. Alimentin ödənilməsi hər ayın ilk 3 günü ərzində həyata keçiriləcək. Aprel və may ayları üzrə aliment məbləğləri də daxil olmaqla aliment Birinci tərəf İddiaçı kart hesabına ödəniləcəkdir. 3. Hər iki tərəf razılaşır ki, bir-birilərinin valideynlik hüquqlarının həyata keçirilməsinə maneə yaratmayacaqlar.” hissəsində təsdiq edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-3435/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3435/2024
21.06.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver