Məhkəmə qərarları › İş №e-2(004)-3455/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3455/2021

01.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3455/2021 01.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yerləşən 67 saylı fərdi yaşayış evinin qanunsuz olaraq sökülməsinə və yerində çoxmənzilli yaşayış binası tikilməsinə görə ona və digər payçılara ümumilikdə 462940.00 (dörd yüz altmış iki min doqquz yüz qırx) AZN məbləğində maddi ziyanın, ona isə 100000.00 (bir yüz min) manat mənəvi ziyanın Cavabdeh MMC-dən alınıb verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində (köhnə 4-cü Xrebtovı Bçəsi) yerləşən 67 saylı, istifadədə olan 0.01328 ha torpaq sahəsinin içərisində yerləşən, A və B tikililərindən ibarət, ümumi sahəsi 96,10 kv metr 6 otaqdan ibarət, həyətyanı tikili və qurğuları olan, sanitar qovşaq, hamam, darvazası olan, həmçinin hər mərtəbəsi 35 kv metr sahədən ibarət olan iki mərtəbəli bir otaqlı əlavə yaşayış otağından ibarət fərdi yaşayış evi və həmçinin 15 kv metr zirsəmisi olan 17.05.2012-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsaəsən paylı mülkiyyət hüququ əsasında onun X18, X3 mülkiyyətindədir. O həmin evdə doğulub boya başa çatmışdır. Uşaqlığı bu evdə keçmişdir. Ev atasının adında olmuş və vərəsəlik yolu ilə onun mülkiyyətinə keçmişdir, Bildirir ki, o 10 ildən çoxdur ki, Norveç Respublikasında yaşayır və 2014-cü ildən isə Norveç Respublikasının vətəndaşlığını əldə etmişdir. O uzun müddət Norveç Respublikasında qaldıqdan sonra 2018-ci ilin iyul ayında bir aylıq məzuniyyət götürüb Azərbaycana gəlmişdir. Gəldiyində ona məlum oldu ki, mülkiyyətçisi olduğu Bakı şəhəri, Bgər Ələkbərov küçəsi 67 saylı fəırdi yaşayış evi sökülmüş və yerində çoxmərtəbəli yaşayış binası tikilmişdir. Onun Azərbaycanda qalmaq müddəti məhdud olduğuna görə heç bir araşdırma apara bilməmiş və bir ay sonra Norveçə getmişdir. 2019-cu ildə Norveçdə olan evini satıb Azərbaycana gəlmişdir. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində mənzil alıb ora yerləşmiş və yataq xəstəsi olan anasına qulluq etməyə başlamışdır. 2020-ci ildə vəkillə müqavilə bağlamışdır ki, onun mülkiyyət hüquqlarını müdafiə etsin və mülkiyyətçisi olduğu fərdi yaşayış evinin söküb yerində çoxmənzilli yaşayış binası tikən şirkətlə bağlı məlumat ə etsin. Uzun sorğulardan sonra nəhayət məlum oldu ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.05.2004-cü il xılı. 115 saylı, 30.12.2004-cü il tarixli, 323 saylı, 27.07.2005-ci il tarixli, 203 saylı və 22.11,2007-ci il tarixli Tikintiyə icazə Sərəncamlarına əsasən, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 21.10.2015-ci il di. 18/04-420 saylı məktubu əsasında mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi saylı Fərdi yaşayış evinin yerində, indiki adı ilə Bakı şəhəri Yasamal rayonu, 566-cı məhəllə H.Cavid prospekti ilə faqveriyev küçəsinin kəsişməsindəki ərazidə Cavabdeh tərəfindən 10 bloklu, mərtəbəli, 4 ədəd yaşayış binası inşa edilmişdir. Lakin Cavabdeh MMC evin mülkiyyətçisi kimi, onun xəbəri olmadan, onun razılığını almadan və onunla müqavilə bağlamadan mülkiyyətində olan evi söküb yerində qanunsuz olaraq çox mərtəbəli yaşayış binası inşa etmişdir. Beləliklə cavabdeh MMC onun Konstitusiya və qanunla qorunan mülkiyyət hüququnu pozmuşdur. Ona görə də mülkiyyət hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edir. Sifarişi əsasında "xxxx" MMC tərəfindən tərtib edilən 14.04.2021-ci il tarixli, 220/E saylı Qiymətləndirmə Aktı-Ekspertiza Rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yerləşən ümumi sahəsi 96.10 kv metr olan 67 saylı mənzilin 2021-ci il aprel ayı üçün baza qiyməti 230.000 (iki yüz otuz min) AZN dəyərləndirilmişdir. Qiymətləndirmə rəyi ilə həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yerləşən 1 kv metr tikilinin 2021-ci ilin aprel ayı üçün oturuşmuş bazar qiymətinin dəyəri 2400 manata uyğun olmuşdur. Qeyd edir ki, mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yerləşən 67 saylı evin 96.10 kv sahəsindən başqa, həyətyanı tikili və qurğuları olan, sahəsi 2.2 kv metr olan sanitar qovşaq, 8.4 kv metr olan hamam, darvaza, həmçinin evin həyətində iki mərtəbəli, hər mərtəbəsi 35 kv metr yaşayış otağı sahəsindən ibarət olan bir otaqlı əlavə tikili mövcud idi. Bundan başqa evin 15 kv metr zirzəmisi də var idi. Bunların cəmini hesablayanda (2.2+8.4+35+35+15=95.6) 95.6 kv metr həyətyanı tikililər və əlavə tikililər, bunu da 2400 manata vuranda 229.440.00 (iki yüz iyirmi doqquz üç min dörd yüz qırx) AZN pul edir. Bundan başqa evin həyətinə girmək üçün dəmir darvaza quraşdırılmış və həmin dəmir darvazanın qiyməti 500 manat edir. Evin həyətinin ümumi sahəsi isə 65 kv metrdir ki, həmin sahəyə də tamet döşənmişdir və tamet örtüyünün orta qiyməti 3000 manat pul edir. Beləliklə cavabdeh mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yerləşən 67 saylı fərdi yaşayış evinin qanunsuz olaraq sökülməsinə görə ona və digər payçılara ümumilikdə 462940.00 (dörd yüz altmış iki min doqquz yüz qırx) AZN əğində maddi ziyan, ona isə 100000 (bir yüz min) manat mənəvi ziyan vurmuşdur. Hesab edir ki, cavabdehdən mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yerləşən 67 saylı fərdi yaşayış evinin qanunsuz olaraq sökülməsinə və yerində çoxmənzilli yaşayış binası tikilməsinə görə ona və digər payçılara ümumilikdə 459440.00 (dörd yüz əlli doqquz min dörd yüz qırx) AZN məbləğində maddi ziyanın, ona isə 100000.00 (bir yüz min) manat mənəvi ziyanın alınıb ona ödənilməsi qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları alınması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçıların istifadəsində olan qarajlar cavabdehin hər hansı inzibati aktı, sərəncamı və ya xəbərdarlığı, eyni zamanda hər hansı dövlət və ya ictimai ehtiyac olmadan, qabaqcadan əvəzi ədalətli kompensasiya edilmədən cavabdeh tərəfindən dağıdılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.3-cii maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmalakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Miilki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə» Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, «Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, dənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar, gülərüz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və ; əgər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir». «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008- ci il tarixli 7 saylı Qərarından görünür ki, «İnsan hüquqlarının və X17 haqqında Konsensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə mili qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən Qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsinə dair ərizə verərək, mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yerləşən 67 saylı fərdi yaşayış sahəsinin qanunsuz olaraq sökülməsinə və yerində çoxmənzilli yaşayış binası tikilməsinə görə 462940 manat məbləğində maddi ziyanın, 100000 manat mənəvi ziyanın Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi, hüquqlarının müdafiəsi üçün vəkilə ödədiyi 1850 manat hüquqi yardım xərcinin və iddia tələbi üçün məhkəməyə ödədiyi 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək iddia tələbinin rədd edilməsini, X36 və X12 tərəfindən ünvanlanan ərizənin iş materiallarına əlavə edilməsini xahiş etmişdir. Etirazını onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "dəymiş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yerləşən 67 saylı fərdi yaşayış evinin qanunsuz olaraq sökülməsinə və yerində çoxmənzilli yaşayış binası tikilməsinə görə ona və digər payçılara ümumilikdə 462940.00 (dörd yüz altmış iki min doqquz yüz qırx) AZN məbləğində maddi ziyanın, ona isə 100000.00 (bir yüz min) manat mənəvi ziyanın cavabdeh "xxxx" MMC-dən alınıb verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Lakin hesab etmişdir ki, İddiaçı tərəfindən verilən iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, ünvan 1 ünvanında qeydiyyatda olan X36 və ünvan 2 ünvanında qeydiyyatda olan X1 orqanlara ünvanlanan ərizədə qeyd etmişlər ki, adlarına olan Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yerləşən 67 saylı fərdi yaşayış evinin hər birinə 2/18 hissə olmaqla (torpağın) satılmasına, sökülməsinə və istifadə hüququna xitam verilməsinə etiraz etmirlər, razıdırlar və həmin əmlakın dəyəri 210 000 (iki yüz on min) AZN tam şəkildə X6 almışlar, gələcəkdə bu ünvanla bağlı onların və ailəsinin heç bir iddiası, tələbi və məhkəməyə şikayəti olmayacaqdır. 1 həftə ərzində qeydiyyatdan çıxmağı, evi təhvil verməyi və bununla bağlı məsuliyyəti öz üzərlərinə götürürlər. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, X7 nəvəsidir. Onlara evləri söküldüyü zaman X32 tərəfindən ödəniş edilmişdir. Qeyd etmişdir ki. İddiaçı həmin dövrdə Azərbaycanda yaşamamışdır. Lakin, evləri sökülərkən onun qohumlarına ödəniş edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X36 və X12 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Üçüncü şəxslərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İş materiallarına əlavə edilmiş ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 2/18 hissəsi X21, 2/18 hissəsi X4, 2/18 hissəsi İddiaçı, 3/6 hissəsi X13, 1/6 hissəsi X15 məxsusdur. Daşınmaz əmlakın ümumi sahəsi 96.10 kv.metrdir. İş materiallarına olan 28.09.2020-ci il tarixli, 12 saylı arayışa əsasən İddiaçı Ə.Ələkbərov küçəsində yerləşən 67 saylı mənzildə qeydiyyatdadır. Keçmiş yaşadığı ünvan 67 saylı evdə əlavə tikililər mövcuddur. Hüseynov Bəşirin və X29 Aydının mülkiyyət payına heç bir aidiyyəti yoxdur. İş materiallarında olan Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 14.01.2021-ci il tarixli vəkil sorğusuna 22.02.2021-ci il tarixli müşaiyət məktubuna əlavə edilmiş 27.10.2015-ci il tarixli 074 saylı tikilən obyektin mövcud vəziyyətdə uçot nişanına əsasən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 29 may 2004-cü il tarixli, 115 saylı sərəncamının 7-ci, 30 dekabr 2004-cü il tarixli, 323 saylı sərəncamının 33-cü, 27 iyul 2005-ci il tarixli, 203 saylı sərəncamının 12-ci və 22 noyabr 2007-ci il tarixli, 574 saylı sərəncamının 10-cu bəndlərinə əsasən 2014-cü ilin dekabr ayında X5 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, 566-cı məhəllə, H.Cavid prospekti ilə Ə.Haqverdiyev küçəsinin kəsişməsindəki ərazidə obyektin tikintisi başlanılmışdır. 189/E saylı, 14 aprel 2021-ci il tarixli "xxxx" MMC tərəfindən təqdim edilmiş ekspertiza qiymətləndirmə fəaliyyəti haqqında 220/E saylı ekspert rəyinə əsasən İddiaçı sifarişi ilə Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yerləşən 67 saylı fərdi yaşayış sahəsi qiymətləndirmə aparılmış, ümumi sahəsi 96,10 kv.m olan mənzilin 2021-ci ilin aprel ayı üçün bazar qiyməti 230000 manat dəyərləndirilmişdir. Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Nümayəndə1 ünvanlanmış 16.12.2020-ci il tarixli, **********54 saylı cavab məktubuna əsasən görünür ki, ünvan 6 ; Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Həsrət Ağamaliyev k., ev 3, mənzil 7 və ünvan 5 ünvanları X18 adına qeydiyyata alınmışdır və mülkiyyətindədir. ünvan 6 ünvanının X18 adına tərtib edilmiş ********** qeydiyyat nömrəli, 17.05.2012-ci il tarixli çıxarışının ləğv edilməsinə dair hər hansı məlumat aşkar edilməmişdir və çıxarış dövlət reyestrində olan məlumatlara əsasən qüvvədədir. 02.04.2021-ci il tarixli etibarnaməyə əsasən İddiaçı tərəfindən müəyyən səlahiyyətlərin icrası Nümayəndə1 etibar edilmişdir. 16.11.2020-ci il tarixli orderə əsasən Nümayəndə1 201 saylı müqavilə əsasında mülkiyyət hüququnun müdafiəsi üçün İddiaçı hüquqi yardım göstərməyə başlamışdır. 16.11.2020-ci il tarixli mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən Nümayəndə1 150 manat məbləğində ödəniş edilmişdir. 30.04.2021-ci il tarixli mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən Nümayəndə1 1700 manat məbləğində ödəniş edilmişdir. 16 noyabr 2020-ci il tarixdə İddiaçı ilə Nümayəndə1 arasında 201 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 1850 manat müəyyən edilmişdir. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən 02.08.2021-ci il tarixli, 2(004)-3455/2021 saylı sorğuya 13 avqust 2021-ci il tarixli, 7- 3296/17 saylı cavab məktubuna əlavə edilmiş 30.12.2001-cü il tarixli, 323 saylı sərəncama əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 29.05.2004-cü il tarixli, 115 saylı sərəncamının 7-ci bəndinə əsasən, "xxxx" MMC-nə Yasamal rayonu, H.Cavid prospekti ilə Ə.Haqverdiyev küçəsinin kəşisməsində, 566-cı məhəllədə yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün icarə əsasında istifadəyə verilmiş 0,2 ha torpaq sahəsinə əlavə olaraq 1,28 ha torpaq sahəsinin eyni məqsədlə həmin MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. 22.11.2007-ci il tarixli, 574 saylı 27.07.2005-ci il tarixli, 203 saylı sərəncamın addanada keçirilməsi haqqında sərəncama əsasən, Cavabdeh MMC-nin 14.11.2007-ci il tarixli, 01 saylı müraciəti və "xxxx" MTK-nın 14.11.2007-ci il tarixli, 015 saylı razılıq məktubu nəzərə alınaraq, Yasamal rayonu, H.Cavid prospekti ilə Ə.Haqverdiyev küçəsinin kəsişdiyi ünvandakı 566-cı məhəllədə yerləşən torpaq sahəsinin Cavabdeh MMC-nin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır. 29.05.2004-cü il tarixli, 115 saylı sərəncama əsasən Yasamal Rayon İcra Hakimiyyətinin 20.05.2004-cü il tarixli, 150/d-MŞ saylı razılıq məktubu, "xxxx" MMC-nin 07.05.2004-cü il tarixli, 01 saylı müraciəti nəzərə alınaraq Yasamal rayonu, H.Cavid prospekti ilə Ə.Haqverdiyev küçəsinin kəsişdiyi ünvandakı 566-cı məhəllədə 0,2 ha torpaq sahəsinin icarə əsasında yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün həmin MMCnin istifadəsinə verilməsi qərara alınmışdır. 22.09.2021-ci il tarixli 21/75-201 saylı vəkil sorğusuna əsasən Bakı şəhəri 12 saylı Notariat Ofisi tərəfindən Nümayəndə1 ünvanlanmış 24 sentyabr 2021-ci il tarixli, 3606 saylı cavab məktubuna əlavə edilmiş elektron notariat sistemindən çıxarışa əsasən görünür ki, X22, X23 və X8 27.07.2018-ci il tarixdə, notarial qaydada qeydiyyatda olduqları ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsinə və həmin fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsinə razı olduqlarını bildirmişlər. Qeyd etmişlər ki, istifadələrində olan 75,81 kv.m təşkil edir və ümumilikdə həmin sahəyə görə 174400 manatın X32 tərəfindən onlara tam şəkildə ödənilmişdir. Gələcəkdə bununla bağlı heç bir iddiaları, tələbləri və şikayətləri olmayacaqdır. 01.08.2018-ci il tarixli çıxarışa əsasən X24 ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsinə və həmin fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsinə razı olduğunu bildirmişdir. Qeyd etmişdir ki, istifadələrində olan 75,81 kv.m təşkil edir və ümumilikdə həmin sahəyə görə 174400 manatın X32 tərəfindən ona tam şəkildə ödənilmişdir. Gələcəkdə bununla bağlı heç bir iddiası, tələbi və şikayəti olmayacaqdır. 02.10.2018-ci il tarixli çıxarışa əsasən X25, X26, X9, X27 ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsinə və həmin fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsinə razı olduqlarını bildirmişlər. Qeyd etmişlər ki, istifadələrində olan 76 kv.m təşkil edir və ümumilikdə həmin sahəyə görə 187000 manat X32 tərəfindən onlara tam şəkildə ödənilmişdir. Gələcəkdə bununla bağlı heç bir iddiaları, tələbləri və şikayətləri olmayacaqdır. 10.10.2018-ci il tarixli çıxarışa əsasən X37, X2, X11, X33 və X19 ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsinə və həmin fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsinə razı olduqlarını bildirmişlər. Qeyd etmişlər ki, istifadələrində olan 88,5 kv.m təşkil edir və ümumilikdə həmin sahəyə görə 230000 manat X32 tərəfindən onlara tam şəkildə ödənilmişdir. Gələcəkdə bununla bağlı heç bir iddiaları, tələbləri və şikayətləri olmayacaqdır. 04.11.2016-cı il tarixli ərizəyə əsasən X34, X21 məxsus olan Bakı şəhəri, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinin (2/18 hissəsinə) satılmasına, sökülməsinə və istifadə hüququna xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. 04.11.2016-cı il tarixli ərizəyə əsasən X34, X4 məxsus olan Bakı şəhəri, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinin (2/18 hissəsinə) satılmasına, sökülməsinə və istifadə hüququna xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş 04.11.2016-cı il tarixli, AR-İ 483485 nömrəli etibarnaməyə əsasən X12 və X36 müəyyən səlahiyyətlərin icrasını X16 etibar etmişlər. 04.11.2016-cı il tarixli ərizəyə əsasən Talıbov Elnur və Talıbova Seyran olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin hər birinə 2/18 hissə olmaqla satılmasına, sökülməsinə və istifadə hüququna xitam verilməsinə etiraz etmədiklərini bildirmişlər. Həmin əmlakın dəyəri olan 210000 manat məbləğində pulu X10 tam şəkildə aldıqlarını, gələcəkdə bu ünvanla bağlı özlərinin və ailələrinin heç bir iddiaları, tələbləri və məhkəməyə şikayətləri olmayacağını qeyd etmişlər. 1 həftə ərzində evdən qeydiyyatdan çıxmağı, evi təhvil verməyi bə bununla bağlı məsuliyyətləri öz üzərlərinə götürmüşlər. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş sübutlara əsasən görünür ki, iddiaçının da payı olduğu mənzilin digər mülkiyyətçiləri (iddiaçının anası və qardaşı) mənzilin sökülməsinə görə təklif olunan 210000 manat məbləğində pul vəsaitini X10 tam şəkildə almışlar və notarial qaydada təsdiq edilmiş ərizədə gələcəkdə bu ünvanla bağlı özlərinin və ailələrinin heç bir iddiaları, tələbləri və məhkəməyə şikayətləri olmayacağını qeyd etmişlər. Bununla bağlı məhkəmə qeyd edir ki, İddiaçı məhkəməyə izahatında qardaşı X21 2012-ci il tarixdə etibarnamə verdiyini bildirmişdir. İş materiallarından da göründüyü kimi, "xxxx" MMC tərəfindən sözügedən yaşayış sahəsinin 2021-ci ilin aprel ayı üçün bazar qiyməti 230000 manat məbləğində dəyərləndirilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən isə görünür ki, iddiaçının anası X4 və qardaşı X21 mübahisəli evin sökülməsinə görə ümumilikdə 210000 manat ödəniş edilmişdir. Göründüyü kimi, iddiaçının ailəsinə Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, ev 67 ünvanında yerləşən fərdi yaşayış evinin dəyərləndirildiyi məbləğə uyğun məbləğdə ödəniş edilmişdir. Lakin iddiaçı iddia ərizəsində cavabdehdən 462940 manat pul vəsaiti tələb etmişdir. Həmçinin, yuxarıda göstərildiyi kimi, ünvan 9 ünvanında yerləşən 75,81 kv.m təşkil edən fərdi yaşayış evinin sökülməsinə görə ümumilikdə 174400 manat pul vəsaitinin ödənilməsi və həmin ünvanda yerləşən 76 kv.m təşkil edən digər fərdi yaşayış evinin sökülməsinə görə ümumilikdə 187000 manat pul vəsaitinin ödənilməsi - iddiaçının mübahisələndirdiyi sözügedən ünvanda yerləşən 96.10 kv.m təşkil edən fərdi yaşayış evinin sökülməsinə müvafiq olaraq 210000 manat pul vəsaitinin ödənilməsinin həmin ödənişlərə (hər kv.metrə ödənilən pul məbləği) uyğun olduğunu təsdiq edir. Bundan başqa, iş materiallarına əlavə edilmiş ərizələrdən görünür ki, X4 və qardaşı X21 210000 manat məbləğində ödəniş X28 tərəfindən, digər payçılara isə müvafiq olaraq, 174400 manat, 187000 və 230000 manat məbləğində ödənişlər X32 tərəfindən edilmişdir. Göründüyü kimi, ödənişlər müxtəlif şəxslər tərəfindən həyata keçirilmişdir. Həmin şəxslərin isə cavabdeh qismində cəlb edilmiş Cavabdeh MMC ilə hər hansı münasibətlərinin olmasını sübut edən faktlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin, mənzilin digər mülkiyyətçiləri pul vəsaitini tam almaları və gələcək müddətdə heç bir tələblərinin olmayacğı barədə notarial qaydada ərizə yazmış və bunu öz imzaları ilə təsdiq etmişlər. İddiaçı iddia ərizəsində tikilinin qanunsuz olaraq söküldüyünü iddia etsə də, iş materiallarında bunu təsdiq edən heç bir mötəbər sübut yoxdur. İş materiallarına əlavə edilmiş sərəncamlara əsasən görünür ki, yaşayış evlərinin sökülməsi və sakinlərin köçürülməsi şirkətin səlahiyyətlərinə aiddir. Məhkəmə qeyd edir ki, sərəncamlara əsasən torpaq sahəsində tiktinti işlərinin aparılması əsaslı şəkildə həyata keçirilmişdir. Sakinlərin köçürülməsi üçün onlara yaşayış evlərinin dəyərinə uyğun ödəniş edilmiş, bu hal sakinlər tərəfindən notarial qaydada təsdiq edilmiş ərizələrdə öz əksini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, ona evləri söküldüyü zaman X32 tərəfindən ödəniş edilmişdir. Qeyd etmişdir ki. İddiaçı həmin dövrdə Azərbaycanda yaşamamışdır. Lakin, evləri sökülərkən onun qohumlarına ödəniş edilmişdir. Məhkəmə İddiaçı 100000 (bir yüz min) manat məbləğində mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X17 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X17 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X17 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən məhkəmə qeyd edir ki, cavabdehin hər hansı hərəkəti nəticəsində iddiaçıya hər hansı bir mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də iddia tələbi mənəvi zərər hissədə də təmin olunmamalıdır. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyi üçün iddiaçı tərəfindən çəkilmiş xərclər özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən birdir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” barədə tələbi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar