Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3481/2021 05.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu, İddiaçı cavabdehlər Cavabdeh2, “xxxx” MMC və Cavabdeh1nə qarşı müqavilənin bağlanılması və mənzilin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh2, “xxxx” MMC və Cavabdeh1nə qarşı müqavilənin bağlanılması və mənzilin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıtələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu, Zülalov İsfəndiyar küçəsi ev 19, mən. 22- üzrə ¾ hissəyə dair onunla, ¼ hissəyə dair Cavabdeh2 ilə həmin ünvanda inşa edilmiş yeni tikilmiş binanın 4-cü mərtəbəsində tam təmirli mənzilin verilməsinə dair mənzilin dəyişdirilməsi müqaviləsinin bağlanması, həmin yerdə inşa edilmiş, 4-cü mərtəbədə paylarına uyğun olaraq şərtlərə uyğun olaraq 2 otaqlı mənzilin verilməsi öhdəliyinin cavabdeh şirkət “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərkən müəyyən olundu ki, tələb aydın deyildir. Belə ki, iddia ərizəsinin xahiş etdim hissəsində cavabdehlərin hər birinə qarşı yönələn tələb aydın göstərilməmişdir. Qannunvericiliyin tələbindən də, görsəndiyi kimi iddia bir neçə cavabdehə qarşı verildikdə, onların hər birinə qarşı yönələn tələbin nədən ibarət olması dəqiq gösdərilməlidir. İddiaçı tərəfindən isə cavabdehlərdən yalnız “xxxx” MMC-yə qarşı tələb irəli sürülərək, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı tələbin nədən ibarət olması ümumiyyətlə qeyd edilməmişdir. Hesab edirəm ki, iddia ərizəsinin forması Azərbaycan Respublikası MPM-nin 149.2ci maddəsinin tələblərinə uyğun olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh2, “xxxx” MMC və Cavabdeh1nə qarşı müqavilənin bağlanılması və mənzilin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-3481/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3481/2021
05.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver