Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3521/2024 19.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-nın X2 Consulting Company MMC-yə qarşı (Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmlakın qaytarılması və mənəvi ziyanın ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-nın X2 Consulting Company MMC-yə qarşı “əmlakın qaytarılması və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı, BAN: WDBRF81J84F521352 nömrəli, 2003-cü il buraxılışlı avtomobilin Cavabdeh1 alınaraq İddiaçı qaytarılması, cavabdehlər Cavabdeh1 və Royal Bank ASC-nin ləğv edicisi X3 Company MMC-dən mənəvi ziyana görə 500 manat pulun tutulması, Cavabdeh1 ödənilmiş 100 dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış 19 yanvar 2012-ci il tarixli 001553 saylı ipoteka müqaviləsinə əsasən “Mercedes Benz C240” markalı, 2003-cü il buraxılışlı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobil yüklü edilmişdir. İpoteka iddiaçının adına rəsmiləşdirilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-6162/2015 saylı qətnaməsinə əsasən iddiaçıdan 11.653,55 ABŞ dolları faiz, 1900 ABŞ dolları cərimə borcu, cəmi 20.681,35 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin ləğvedicisi "xxxx" MMC-yə ödənilməsi barədə məhkəmə qətnaməsi qəbul edilmişdir. Həmin borcun "xxxx" ASC ilə iddiaçının arasında 19 yanvar 2012-ci il tarixli 001553 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş iddiaçıya məxsus “Mercedes Benz C240” markalı, 2003-cü il buraxılışlı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satışından əldə olunmuş pul vəsaitinə yönəldilməsi qət edilmişdir. İddiaçının bundan Yasamal rayon İcra və Probasiya şöbəsinin icraata başlamaq haqqında qərarı qəbul edib onun ünvanına göndərdikdən sonra məlumatı olmuşdur. İddiaçı X7 25 aprel 2012-ci il tarixdə etibarnamə vermişdir. Razılaşmaya əsasən X9 adlı şəxs iddiaçı"xxxx" ASC-yə olan borcu ödəməyi öz üzərinə götürmüşdür. Sonra onun ödənişlərdən məlumatı olmamışdır. Hadisə ona məlum olduqdan sonra iddiaçı maşını axtarıb tapıb banka təhvil vermək istəmişdir. Bu məqsədlə X7 qarşı iddia verilmiş, lakin iddia təmin edilməmişdir. Məhkəmə araşdırmasına əsasən hesab edilmişdir ki, X1 nəqliyyat vasitəsi olmadığından X9 nə iddiaçı, nə də bank qarşısında heç bir öhdəlik daşımır. Həmin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, sonuncu dəfə nəqliyyat vasitəsi bankın razılığı ilə xx.xx.2012-ci il tarixdə Cavabdeh1 verilmişdir. Bank nümayəndələri Cavabdeh1 ilə əlbir olaraq nəqliyyat vasitəsini cavabdehə təhvil vermişdir. Baxmayaraq ki, Cavabdeh1 Xətai Rayon məhkəməsində iştirak etmişdir, o, nə nəqliyyat vasitəsini qaytarmamış, nə də girov hüququ ilə ona verilən nəqliyyat vasitəsindən istifadə nəticəsində iddiaçının bank qarşısında olan öhdəliyini icra etməmişdir. Hazırda Yasamal icra şbəsi tərəfindən nəqliyyat vasitəsi axtarışda olsa da, nə nəqliyyat vasitəsi tapılır, nə də Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi icra etməyərək iddiaçını bank qarşısında borclandırmışdır. Etibarnamə nəqliyyat vasitəsinin idarə edilməsinə səlahiyyət verən sənəd olduğundan, mübahisəli nəqliyyat vasitəsinin idarə edilməsinə dair mülkiyyətçi olan iddiaçı tərəfindən X7 etibarnamə verilmişdir. Sonuncu etibarnamə cavabdeh qismində göstərilən Cavabdeh1 verilmişdir. Etibar edilən digər şəxslərin sahibliyində isə avtomobilin olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilməmişdir, eyni zamanda etibarnamə olmayan şəxs tərəfindən avtomaşının idarə olunması və həmin şəxsin sahibliyində olması məntiqli və mümkün ola bilən hal kimi hesab edilə bilməz. Hesab edir ki, həmin avtomaşının sonuncu etibar edilən şəxsdə olması ehtimal edilməli və məhz Cavabdeh1 hazırkı tələbə dair cavabdehlik daşıması nəzərə alınmalıdır. İddiaçının mülkiyyətində olan və cavabdehin etibarnaməli idarəçiliyində olan avtomaşına dair iddiaçının bank qarşısında olan öhdəliklərin icrası barədə pulun tutulması və tələbin həmin avtomaşına yönəldilməsinə dair məhkəmə qərarı mövcud olduğundan, tələbin həmin avtomaşına yönəldilməsi üçün onun axtarışına dair qərar qəbul edildiyindən, avtomaşının digər şəxsin sahibliyində olması iddiaçının mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməli olduğundan, cavabdeh avtomaşına dair hər hansı bir hüquqlara malik olmadığından, iddiaçı mülkiyyətində olan daşınar əmlakın geri qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddianı müdafiə edir. "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış 19 yanvar 2012-ci il tarixli 001553 saylı ipoteka müqaviləsinə əsasən “Mercedes Benz C240” markalı, 2003-cü il buraxılışlı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobil yüklü edilmişdir. İpoteka iddiaçının adına rəsmiləşdirilmişdir. Daha sonra maşın Cavabdeh1 istifadəsinə verilmişdir. Cavabdeh1 müqavilə üzrə öhdəlikləri yerinə yetirəcəyini bildirsə də və müəyyən ödənişlər etsə də, sonradan ödənişləri dayandırmışdır. Nə bank, nə də Cavabdeh1 tərəfindən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı onlara məlumat verilməmişdir. Nəticədə iddiaçı bank qarşısında borclu olmuşdur. Bank əslində müqavilə üzrə öhdəliklərin Cavabdeh1 tərəfindən yerinə yetirilməli olduğu və avtomobilin onun istifadəsində olduğunu bilsə də, iddiaçının xəbəri olmadan notariat kontoruna məktubla müraciət edərək, avtomobilin Cavabdeh1 tərəfindən müvəqqəti idarə edilməsinə etiraz etmədiyini bildirmişdir. Daha sonra Cavabdeh1 X7 etibarnamə vermişdir. X9 3-4 ay ödəniş etmiş, sonradan bank avtomobili ondan almış və Cavabdeh1 vermişdir. Cavabdeh1 Xətai rayon Məhkəməsində şahid qismində ifadə verərək, avtomobilin onda olduğunu, avtomobili digər şəxslərə verdiyini bildirmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh1 Xətai rayon Məhkəməsində şahid qismində ifadə verərək, avtomobilin onda olduğunu, maşını digər şəxslərə verdiyini bildirmişdir. Bu, 2022-ci ildə olmuşdur. Həmin protokoldan çıxarışı məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddianın rədd edilməsini xahiş edir. 2012-ci ilin iyul ayında bank müflis elan edilmişdir. Ləğvedici olaraq həmin vaxta qədər olan hadisələrdən məlumatları yoxdur. Avtomobilin harada olması barədə məlumatı yoxdur. Cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-nin X2 Consulting Company MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin Azərbaycan Respublikası Notariat Kontoruna ünvanladığı xx.xx.2012-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı məxsus olan “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh1 sürücülük vəsiqəsinin qeydiyyat nömrəsi AB№578175 olan girovda qalmaq şərtilə müvəqqəti idarə etməyə bank etiraz etmir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6162/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi, cavabdeh İddiaçı 11653,55 ABŞ dolları əsas, 7127,80 ABŞ dolları faiz, 1900 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 20681,35 ABŞ dolları məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" ASC-nın X2 Consulting Company MMC-nə ödənilməsi, həmin borcun "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 19 yanvar 2012-ci il tarixli 001553 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satışından əldə olunmuş pul vsaitinə yönəldilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-436/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh X7 qarşı ““Mercedes Benz C240” markalı, 2003-cü il buraxılışlı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin geri qaytarılması” barədə iddia tələbin rədd edilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi ilə bağlı 100 manat məbləğində dövlət rüsumu məhkəmənin hesabına köçürülmüşdür. İş materiallarında olan AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli mərkəzi informasiya sistemindən çıxarışdan görünür ki, ““Mercedes Benz C240” markalı, **- GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2012-ci il tarixdən İddiaçı adında qeydiyyatdadır. X7 xx.xx.2012-xx.xx.2019-cu il tarixlərində qüvvədə olan həmin nəqliyyat vasitəsindən istifadə hüququ ilə bağlı etibarnamə verilmişdir. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2(81)-2410/2012 saylı, xx.xx.2016-cı il tarixli qərardadına əsasən "xxxx" ASC-yə ləğvedicisi qismində təyin olunmuş X4 Company MMC-nin Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. “Loizidu Türkiyəyə qarşı”iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6162/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı 11653,55 ABŞ dolları əsas, 7127,80 ABŞ dolları faiz, 1900 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 20681,35 ABŞ dolları məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" ASC-nın X2 Consulting Company MMC-nə ödənilməsi, həmin borcun "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 19 yanvar 2012-ci il tarixli 001553 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satışından əldə olunmuş pul vəsaitinə yönəldilməsi qət edilmişdir. Bundan sonra, qətnamə icraya yönəldilmiş, lakin İddiaçı banka olan borcunun İddiaçı məxsus “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yerini müəyyən etmək mümkün olmadığından nəqliyyat vasitəsinin satışından əldə edilən pul vəsaitinə yönəldilməsi mümkün olmamışdır. AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli mərkəzi informasiya sistemindən çıxarışdan görünür ki, ““Mercedes Benz C240” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2012-ci il tarixdən İddiaçı adında qeydiyyatdadır. X7 xx.xx.2012-xx.xx.2019-cu il tarixlərində qüvvədə olan həmin nəqliyyat vasitəsindən istifadə hüququ ilə bağlı etibarnamə verilmişdir. Bu səbəbdən İddiaçı cavabdeh X7 qarşı ““Mercedes Benz C240” markalı, 2003-cü il buraxılışlı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin geri qaytarılması” barədə iddia tələbi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-436/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddianın rədd edilməsi qət edilmişdir. Hazırda iddiaçı "xxxx" ASC-nin Azərbaycan Respublikası Notariat Kontoruna ünvanladığı xx.xx.2012-ci il tarixli məktubuna istinad edərək X5 MMC-yə qarşı “əmlakın qaytarılması və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı, BAN: WDBRF81J84F521352 nömrəli, 2003-cü il buraxılışlı avtomobilin Cavabdeh1 alınaraq İddiaçı qaytarılması, cavabdehlər Cavabdeh1 və Royal Bank ASC-ninləğv edicisi X3 Company MMCdən mənəvi ziyana görə 500 manat pulun tutulması, Cavabdeh1 ödənilmiş 100 dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi faktları təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməlidir. İddiaçının iddia ərizəsinin məzmunundan və məhkəmə iclasında verdiyi izahatından da müəyyən edilən odur ki, iddiaçı “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh1 olmasını güman edir. Lakin həmin nəqliyyat vasitəsinin Cavabdeh1 olmasını təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə İddiaçı məhkəməyə təqdim etdiyi dəlillə- iş materiallarında olan "xxxx" ASC-nin Azərbaycan Respublikası Notariat Kontoruna ünvanladığı xx.xx.2012-ci il tarixli məktubla bağlı onu qeyd etməyi zəruri hesab edir ki, həmin məktuba istinad edərək mübahisəli nəqliyyat vasitəsinin Cavabdeh1 olmasına istinad etmək olmaz. Belə ki, "xxxx" ASC-nin Azərbaycan Respublikası Notariat Kontoruna ünvanladığı xx.xx.2012-ci il tarixli məktubdan görünən odur ki, İddiaçı məxsus olan “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh1 sürücülük vəsiqəsinin qeydiyyat nömrəsi AB№578175 olan girovda qalmaq şərtilə müvəqqəti idarə edilməyə verilməsinə bank etiraz etmədiyini bildirmişdir. Həmin məktuba istinad edərək “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh1 olduğunu söyləmək düzgün deyildir. AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli mərkəzi informasiya sistemindən çıxarışdan görünür ki, ““Mercedes Benz C240” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2012-ci il tarixdən İddiaçı adında qeydiyyatdadır. X7 xx.xx.2012-xx.xx.2019-cu il tarixlərində qüvvədə olan həmin nəqliyyat vasitəsindən istifadə hüququ ilə bağlı etibarnamə verilmişdir. AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli mərkəzi informasiya sistemindən çıxarışdan da görünür ki, Cavabdeh1 “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə istifadə hüququ verən hər hansı etibarnamə verilməmiş, əksinə tarix olaraq sonuncu dəfə xx.xx.2012-xx.xx.2019-cu il tarixlərində qüvvədə olan həmin nəqliyyat vasitəsindən istifadə hüququ ilə bağlı etibarnamə X7 verilmişdir. Tarixdən də görünən odur ki, X7 nəqliyyat avsitəsinə istifadə hüququ verən etibarnamə, "xxxx" ASC tərəfindən İddiaçı məxsus olan “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh1 müvəqqəti idarə edilməyə verilməsinə etiraz etmədiyini bildirməsilə ilə bağlı məktub ünvanladıqdan (xx.xx.2012) xeyli müddət sonra, yəni xx.xx.2012-ci il tarixdə verilmişdir. Məhz bu səbəbdən də iddiaçının gətirdiyi bu dəlil mötəbər sübut hesab edilə bilməz. Bu baxımdan iddia tələbi cavabdeh “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı, BAN: WDBRF81J84F521352 nömrəli, 2003-cü il buraxılışlı avtomobilin Cavabdeh1 alınaraq İddiaçı qaytarılması hissəsində təmin edilə bilməz. Məhkəmə həmçinin iddia tələbinin “Cavabdeh1 mənəvi ziyana görə 500 manat pulun tutulması” hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi bu hissədə “cavabdeh “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı, BAN: WDBRF81J84F521352 nömrəli, 2003-cü il buraxılışlı avtomobilin Cavabdeh1 alınaraq İddiaçı qaytarılması” hissəsindən asılı olduğundan və məhkəmənin yuxarda qeyd edilən qənaəti ilə iddia həmin hissədə təmin edilmədiyindən, həmin hissələrdə də iddia təmin edilə bilməz. Məhkəmə eyni zamanda digər cavabdeh "xxxx" ASC-nın X2 Consulting Company MMCnin mülki məsuliyyətini araşdıraraq hesab edir ki, "xxxx" ASC-nın X2 Consulting Company MMC iddia tələbinə cavab verməli olmayan tərəf olduğundan iddia tələbi həmin cavabdehə aid olan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin dispozisiyasına əsasən məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq deyil, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Həmin Məcəllənin 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasəm iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatlarını, iş materiallarına əlavə edilmiş sübutları nəzərə alaraq hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2(81)- 2410/2012 saylı, xx.xx.2016-cı il tarixli qərardadına əsasən "xxxx" ASC-yə ləğvedicisi qismində təyin olunmuş X4 Company MMC Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edildiyindən cavabdeh qismində X4 Company MMC deyil, Əmanətlərin Sığortalanması Fondu qoyulmalı idi, Bu baxımdan cavabdehlər Cavabdeh1 və Royal Bank ASC-nin ləğv edicisi X3 Company MMC-dən mənəvi ziyana görə 500 manat pulun tutulması iddiası X3 Company MMC-yə münasibətdə iddiaya cavab verməli olmayan şəxsə qarşı irəli sürüldüyündən hazırda təmin edilə bilməz. Belə ki, məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil cavabdeh Royal Bank” ASC-nın X2 Consulting Company MMC-nin əsl cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilməsi təklif edilmiş, lakin təklifə İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən etiraz edilmişdir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-nın X2 Consulting Company MMC-yə qarşı (Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmlakın qaytarılması və mənəvi ziyanın ödənilməsi” tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Bu baxımdan iddia tələbi Cavabdeh1 ödənilmiş 100 dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi hissəsində də təmin edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-nın X2 Consulting Company MMC-yə qarşı (Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmlakın qaytarılması və mənəvi ziyanın ödənilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-3521/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3521/2024
19.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver