Məhkəmə qərarları › İş №e-2(004)-3529/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3529/2024

01.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3529/2024 01.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İHakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” (Maraqlı şəxs qismində cəlb edilməklə) barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmış MŞB/13-2024-00439 saylı Barışıq sazişinin aliment hissəsində təsdiq edilməsi və Barışıq Sazişinin məcburi icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsasladırılmışdır ki, onunla cavabdeh Maraqlı şəxs arasında 20 iyun 2019cu il tarixdə 3 Saylı Bakı ASAN Xidməti mərkəzi qeydiyyat şöbəsi tərəfindən 1992 saylı rəsmi nikahları qeydə alınmışdır. Onların birgə nikahlarından 2 övladı – xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Belə ki, onların aralarında olan ailə münasibətləri normal olmadığı üçün və aralarında tez-tez gərginlik yarandığı üçün azyaşlı övladları ilə valideynlərinin yanında yaşayır və ona övladlarının təlabatını ödəməkdə valideynləri kömək edir. Ailələrinin artıq bərpa olmayacağını düşünərək 13 saylı Mediasiya təşkilatına nikahın pozulması, uşaqlarının onun himayəsinə verilməsi və onların saxlanması üçün qanunla müəyyən edilmiş qaydada alimentin tutulması ilə bağlı ərizə ünvanlamışdır. Onların arasında xx.xx.2024-cü il tarixdə Barışıq Sazişi bağlanılmışdır. Həmin Barışıq sazişində iddiaçı onun bütün təkliflərnmə razılıq vermişdir. Barışıq Sazişində maraqlı şəxs uşaqlarının saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat məbləğində alimentin verilməsinə razılıq vermiş, lakin bu günə kimi Barışıq sazişi ilə üzərinə götürdüyü heç bir öhdəliyi yerinə yetirməmişdir. Sazişdən irəli gələn öhdəliklərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahatında barışıq sazişinin təsdiq olunmasına etiraz edərək, sazişdə qeyd edilən məbləğdə aliment ödəyə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edirki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan birinci tərəf qismində Ərizəçi və ikinci tərəf qismində Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/13/2024-00439 nömrəli Barışıq sazişinin alimentə dair 3-cü hissəsinə əsasən, 3. (uşaqlar üçün aliment tələbi) tərəflər 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs birgə nikahdan anadan olan xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024cü il tarixdən başlayaraq, hər ay, hər uşağa görə 235 (iki yüz otuz beş) manat, ümumi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin 1-ci tərəf Ərizəçi ödənilməsini tələb edir.

3. 2-ci tərəf Maraqlı şəxs 1-ci tərəf Ərizəçi tələbini qəbul edir, birgə nikahdan anadan olan uşaqları xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay, hər uşağa görə 235 (iki yüz otuz beş) manat, ümumi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin 1-ci tərəf Ərizəçi ödənilməsinə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin barışıq sazişinin ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş bəndləri hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/13/2024-00439 nömrəli barışıq sazişi ərizəçinin tələb etdiyi alimentə dair hissədə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355- 23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/13/2024-00439 nömrəli Barışıq sazişi (aliment hissəsində) aşağıdakı məzmunda təsdiq edilsin:

3. (uşaqlar üçün aliment tələbi) tərəflər 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs birgə nikahdan anadan olan xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay, hər uşağa görə 235 (iki yüz otuz beş) manat, ümumi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin 1-ci tərəf Ərizəçi ödənilməsini tələb edir.

3. 2-ci tərəf Maraqlı şəxs 1-ci tərəf Ərizəçi tələbini qəbul edir, birgə nikahdan anadan olan uşaqları xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay, hər uşağa görə 235 (iki yüz otuz beş) manat, ümumi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin 1-ci tərəf Ərizəçi ödənilməsinə razılaşır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar