Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-353/2022 03.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2, Müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı "X2" MMC-nin Cavabdeh qarşı "avtomobilin qanunsuz sahiblikdən alınması tələbinə dair" ilkin, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “avtomobilin özgəninkiləşdirilməsi əsaslarının etibarsız hesab olunması, avtomobilə dair verilmiş texniki pasportun ləğv edilməsi və mübahisəli avtomobilə iddiaçının mülkiyyət hüquqlarının tanınması tələbinə dair” qarşılıqlı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər İddiaçı MMC-yə və Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilən əmlakın bölgüsü tələbinə dair” iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "X2" MMC Cavabdeh qarşı "avtomobilin qanunsuz sahiblikdən alınması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Kia Carnival" minik markalı, KNAMC81ABJ6441330 BAN nömrəli **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin qanunsuz sahibliyindən alınıb iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, “Kia Carnival” minik markalı, KNAMC81ABJ6441330 BAN nömrəli **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. Həmin avtomobilin mülkiyyətdə olmasına dair 03.06.2021-ci il tarixdə AE № 130719 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Cavabdeh Cəmiyyətin təsisçilərindən biridir. Cavabdeh əvvəllər cəmiyyətin qanuni təmsilçisi (direktor) olmuş, qısa müddət əvvəl Cəmiyyətin qanuni təmsilçiliyindən çıxarılmışdır. Həmin vaxt “Kia Carnival” minik markalı, KNAMC81ABJ6441330 BAN nömrəli **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin istifadəsində olmuşdur. 2021-ci ilin iyul-avqust aylarında cavabdeh həmin avtomobili istifadə edərək öz yaşadığı ünvana aparmış və geri qaytarmamışdır. Dəfələrlə avtomobilin geri qaytarılması barədə xəbərdarlıq edilsə də, cavabdeh həmin avtomobili cəmiyyətə qaytarmaqdan imtina etmişdir. Cavabdeh tərəfindən avtomobilin iddiaçıya geri qaytarılmaması onun mülkiyyət hüquqularını kobud şəkildə pozur. Proses gedişində Cavabdeh İddiaçı MMC-yə qarşı “avtomobilin özgəninkiləşdirilməsi əsaslarının etibarsız hesab olunması, avtomobilə dair verilmiş texniki pasportun ləğv edilməsi və mübahisəli avtomobilə iddiaçının mülkiyyət hüquqlarının tanınması tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Kia Carnival” minik markalı, KN AMC 81ABJ6441330 BAN nömrəli 10-AS -550 dövlət qeydiyyat nişanlı avtomobilin 03.06.2021-ci il tarixli özgəninkiləşdirilməsi əsaslarının etibarsız hesab olunması, avtomobilə dair verilmiş texniki pasportun ləğv edilməsi və mübahisəli avtomobilə onun müliyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 05.102020-ci il tarixdə tək təsisçi olaraq "X2" MMC-ni təsis etmişdir. Həmin dövrdən cari ilin iyun ayınadək şirkətdə direktor vəzifəsini icra etmişdir. Şirkətin hüquqi ünvanı bu günədək hazırda da yaşadığı şəxsi mənzili yerləşən ünvandır. Cari ilin may ayının əvvəlləri şirkətin normal və stabil iş fəaliyyətini qorumaq, normal istehsal şəraiti qurmaq məqsədi ilə investora ehtiyac yaranmış və bunun məqbul olması qərarına gəlmişdir. Bütün keçirilmiş görüşlərin nəticəsi olaraq şirkətin mövcud balans və kapitalına heç bir pul və ya əmlak qoyuluşu olmadan təsis paylarına eyni faiz nisbəti ilə sahib olmaqlarına etiraz etməmişdir. Belə ki, işin qurulması zamanı keçirilən görüşlərin və iş barədə xəbəri olan şəxslərin nüfuzu və şəxsiyyəti onu düşünmədən etibar etməyə vadar etmişdir. Bununla da təsis payı 33 olmaqla 3 təsisçi arasında paylar bölüşdürülmüş, bundan sonra bütün sənədləşmələr həyata keçirilmiş, nəticə etibarı ilə X9, X7 və o eyni faiz nisbəti ilə həmtəsisçi olmuşlar. Sənədləşmə işləri aparılmaqla paralel şirkətin fəaliyyəti ilə əlaqədar olaraq layihə üzrə ilk müqavilənin bağlanması da həyata keçirilməkdə idi. Bu müqavilənin bağlanması ilə bütün ona qarşı hazırlanmış planlar həyata keçirilməyə başlamış oldu. Belə ki, 02.06.2021-ci il tarixdə öz şəxsi avtomobilini (Hundai Sonata) X1 (sərəncamvermə hüquqlu etibarnamə ilə) 20000 manat vəsaiti dərhal, 03.06.2021-ci il tarixdə və daha sonra 21.06.2021-ci il tarixdə həyat yoldaşının adına kredit götürərək 2018-ci il buraxılışlı Kia Carnival markalı avtomobili əldə etmişdir. Lakin avtomobili təsisçisi olduğu şirkətin adına rəsmiləşdirərək şirkətin mülkiyyətinə keçirmişdir. Şirkət daxilində işlər normal getdiyindən və ona qarşı bir qərəzin olduğunu güman etmədiyindən rahatlıqla bu əməliyyatı həyata keçirmişdir. Həmin vaxt şirkətin direktoru da məhz özü olmuşdur. Bundan sonra, yəni cari ilin iyul ayının sonlarında şirkətin direktoru vəzifəsinə qarşılıqlı razılıqla Samir Hacıyev təyin edilmişdir. Həmçinin pul vəsaiti sərmayə qoyuluşu ediləcəyi səbəbiylə şirkətin maliyyə işlərinə nəzarəti də həyata keçirə bilmək üçün şirkətin asan imzasını və möhürünü Samir Hacıyevə etibar etmişdir. Lakin ilk müqavilə bağlanması ərəfəsində şirkətə həmtəsisçi olaraq daxil olan X9 və X7 şirkətə cəlb etdiyi və ixtira modellərinin sahibləri olan mütəxəssisləri ələ keçirərək onların özlərinin yeni təsis etdiyi “X8” MMC-yə keçmələrini həyata keçirmiş və işlərin başlanması üçün bağlanmış ilk müqaviləni də yeni təsis etdikləri şirkətlə bağlayaraq onun bütün əməyini yerə vurmuşlar. Mübahisəli avtomobil "X2" MMC-nin adına rəsmiləşdirilsə də, alqı-satqı zamanı ödəniş şirkətin hesabından deyil, nağd qaydada onun vəsaiti ilə həyata keçirilmişdir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Bu halda isə qarşılıqlı iddia üzrə cavabdeh avtomobilin alqısı zamanı ödədiyi pul məbləği barədə sübutları təqdim etməmişdir. Çünki bu mümkün də deyildir. Şirkət tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. İlkin iddia üzrə İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, qarşılıqlı iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. İlk növbədə, iddiaçı öz iddiasını sübut edən sənədləri məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 02.06.2021-ci il tarixli etibarnamə Cavabdeh avtomobilin 20.000 manata satmasını təsdiq etmir. Bundan başqa əlavə edilmiş kredit müqaviləsinin təyinatında isə yaşayış sahəsinin təmir edilməsi məqsədi qeyd edilmişdir. Əlavə olaraq, hər iki sübut üzrə məbləğlərin cəmi 40.000 manat təşkil edir. Mübahisəli avtomobilin dəyəri isə həmin məbləğdən kifayət qədər çoxdur. Bundan başqa qarşılıqlı iddia üzrə iddiaçı qeyd edir ki, cəmiyyət avtomobilin alqısatqısına dair sənədləri təqdim etməmişdir. Buna ehtiyacda duyulmur. Çünki avtomobilin mülkiyyətdə olmasına dair AE №130719 nömrəli qeydiyyat şəhadətnaməsi 03.06.2021-ci il tarixdə verilmişdir. Yəni iddiaçı mülkiyyət hüququnu təsdiq edən sənədləri məhkəməyə təqdim etmişdir. Bundan başqa, həmin avtomobil alınan zaman cəmiyyətin direktoru məhz Cavabdeh olmuşdur. Belə olan halda, həmin avtomobilin vergi balansında qeyd edilməsinin məsuliyyətini də birbaşa o daşıyır. Çünki o şirkətdən ayrılan zaman avtomobili və onun sənədlərini özü ilə aparmışdır. Həmin avtomobilin cəmiyyətə deyil, Cavabdeh məxsus olması absurddur. Belə ki, qarşılıqlı iddiaçı avtomobili öz adına deyil, şirkət adına rəsmiləşdirməsini ağlabatan şəkildə əsaslandıra bilməmişdir. Belə ki, avotomobili öz şəxsi mülkiyyətinə alması üçün hər hansı bir maneə olmamışdır. Həmçinin qarşılıqlı iddia ərizəsinə əlavə edilən sübutlarda iddianın əsassız olmamasını sübut edir. Belə ki, Cavabdeh iddia ərizəsində qeyd edir ki, avotomobilini satmış və həyat yoldaşının adma kredit götürərək mübahisəli avotomobili almışdır. Lakin tarixlərə diqqət yetirdikdə bunun həqiqət olmaması aydın olur. Belə ki, mübahisəli avtomobil şirkətin mülkiyyətinə 03.06.2021-ci il tarixdə verilmişdir. Kredit müqaviləsi isə 21.06.2021-ci il tarixdə imzalanmışdır. Yəni qarşılıqlı iddia üzrə iddiaçının qeyd etdiyi kimi, həmin avtomobilin alınması üçün pul verilməsi faktı bir daha təkzib edilir. Hesab edir ki, Cavabdeh belə bir iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Bütün qeyd edilən faktlar tam şəkildə sübuta yetirir ki, iddiaçı ərizəsində irəli sürdüyü tələbin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandıra bilməmişdir. Belə olan təqdirdə əgər iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi məhkəmə tərəfindən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən, qarşılıqlı iddia ərizəsinin əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir. Proses gedişində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 cavabdehlər İddiaçı MMC-yə və Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilən əmlakın bölgüsü tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Kia Carnival” minik markalı, KN AMC 81ABJ6441330 BAN nömrəli **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin 03.06.2021-ci il tarixli özgəninkiləşdirilməsi əsaslarının etibarsız hesab olunması, avtomobilə dair verilmiş texniki pasportun ləğv edilməsi, avtomobilin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilərək, 1/2 hissəsinə onun mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 10.10.2004-cü il tarixdə nikaha daxil olmuşdur. Birgə nikah dövründə həyat yoldaşı olan cavabdeh “Hundai Sonata' markalı avtomobil almış və birlikdə ailə təsərrüfatı idarə etmişlər. Daha sonra qeyd olunan avtomobili sataraq, onun adına “Xalq” Bankdan 20000 manat məbləğində kredit götürərək “Kia Carnival " markalı avtomobili birgə ailə təsərrüfatı məqsədilə almışdır. Avtomobilin ödənişini 2 dəfəyə, ilk olaraq 20 000 manat, daha sonra kredit götürərək yerdə qalan hissəsinin ödənişini həyata keçirmişdir. Avtomobilə **-AS-*** dövlət qeydiyyat nişanını cavabdeh dostundan aldığına görə və həmin nömrəni öz adına keçirə bilməməsi (qanunvericilik yol vermir) səbəbindən yenə də ona o zamanlar məxsus olmuş “X2" MMCnin adına avtomobili rəsmiləşdirmişdir. **-AS-*** dövlət qeydiyyat nişanlı “Kia Carnival” markalı avtomobilin artıq alqı-satqısı həyata keçirildiyi anda onun əmlak hüquqları pozulmuş oldu. Lakin həmin dövrdə həyat yoldaşı olan cavabdeh şirkətin sahibi və direktoru idi, bu səbəbdən də onun əmlak hüquqları təhlükə altında deyildi. Lakin digər cavabdeh “X2" MMC-nin onların ailə avtomobilinə dair məhkəmə mübahisəsi açması artıq onun əmlak hüquqlarına toxunur və bunu mübahisələndirmək məcburiyyətindədir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Bu halda isə qarşılıqlı iddia üzrə cavabdeh avtomobilin alqısı zamanı ödədiyi pul məbləği barədə sübutları təqdim etməmişdir. Çünki bu mümkün də deyildir. Şirkət tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Ona görə də ilkin iddia üzrə iddiaçının tələbi təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi, qarşılıqlı iddianın və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının isə təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun və qarşılıqlı iddianın təmin edilməsini, ilkin iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X10 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, Cavabdeh çoxtandır tanıyır.Elnurun əvvəlki avtomabilini tanışına 21 000 manata satmışdır. Mübahisəli avtomabili Elnura internet vasitəsi ilə tapmışdır. Mübahisə predmeti olan avtomobil Cəmiyyətin mülkiyyətində olmasına baxmayaraq, Cavabdeh tərəfindən təhvil verilməmişdir. Məhkəmə iclasında iştirak edən şahid X11 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, mübahisə predmeti olan avtomabilin üzərindəki nömrə onun şirkətinə məxsus olmuşdur.Elnura həmin avtomabilin üzərində olan nömrəni təmannasız olaraq vermişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbi isə rədd edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 152, 385.1, 442, 445.1, 448.2-ci maddələrinin tələblərini nəzərə alaraq, müəyyən etmişdir ki, iş materiallarında olan "X2" MMC-nin Nizamnaməsinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 27.07.2021 tarixli, **********83010 saylı çıxarışın surətindən görünür ki, Cavabdeh, X9 və X7 3,3 manat, 3,3 pay, 33,3% pul şəklində pay sahibi olmaqla, Cəmiyyətin təsisçiləridirlər. Əvvəlki qanuni təmsilçi Cavabdeh olmuş, hazırkı qanuni təmsilçi isə X6r. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsinin 124050-1221 saylı, 22.10.2021-cı il tarixli avtomobilin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışından və AE № 130719 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, "Kia Carnival" minik markalı, KNAMC81ABJ6441330 BAN nömrəli **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobil 25.07.2018-ci il tarixində "xxxx" QSCnin adına qeydiyyata alınmışdır. 03.06.2021-ci il tarixində təhvil-təslim aktı əsasında **-AS- *** dövlət qeydiyyat nişanı təhkim olunmaqla "X2" MMC-nin adına qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İ seriyalı, 1276z8 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında nikah 10.10.2004-cü il tarixdə Bakı şəhəri Səadət Sarayında 2780 nömrə ilə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş 21.10.2011-ci il tarixli, ƏN-Vİİ № 802700 saylı etibarnamənin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan “Hyundai Sonata” markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi, üzərində sərəncam verməyi və s. X4 etibar etmişdir. Etibarnamə 02.06.2022-ci il tarixədək qüvvədədir. İş materiallarına əlavə olunmuş ASC “Xalq” Bankı ilə borc alan X5 arasında bağlanmış kredit müqaviləsinin surətindən görünür ki, bank borc alana yaşayış sahəsinin təmiri üçün 48 ay müddətinə illik 8% ödənilməsi şərtilə 20000 manat məbləğində kredit verməyi, borc alan isə kreditdən 1.2-ci bənddə göstərilən məqsəd üçün istifadə etməyi, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürür. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin l hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “...istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərilir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, “Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Bu əsasla müxtəlif iddialar irəli sürülə bilər. Qarşılıqlı iddia iddiaçının dəlillərinin dəf edilməsinə yönəlir. Qarşılıqlı iddia bilavasitə ilkin iddianı mahiyyəti üzrə təkzib etməsə də, onun təmin olunmasını imkansız edir. İlkin iddia təmin olunduğu təqdirdə qarşılıqlı iddia təmin oluna bilməz.” Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, hazırki mübahisənin araşdırılmış sübutlarla müəyyən olunmuş mübahisəsiz halları ondan ibarətdir ki, "Kia Carnival" minik markalı, KNAMC81ABJ6441330 BAN nömrəli **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobil 25.07.2018-ci il tarixində "xxxx" QSC-nin adına qeydiyyata alınmış, 03.06.2021-ci il tarixində təhvil-təslim aktı əsasında **-AS-*** dövlət qeydiyyat nişanı təhkim olunmaqla "X2" MMC-nin adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Həmçinin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mübahisə predmeti olan avtomobili öz vəsaiti hesabına almasını iddia etməsinə baxmayaraq, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Habelə, qarşılıqlı iddia üzrə iddiaçının iddia tələbinin əsası kimi gətirdiyi kredit müqaviləsi və etibarnamədən ibarət “dəlillər” məhkəmə üçün inandırıcı gəlmir. O, müdafiə etdiyi tələbi ümumiyyətlə əsaslandıra bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mübahisə predmeti olan avtomobilə dair hüquqlarını təsdiq edən hər hansı hüquq müəyyənedici sənəd sübut təqdim etmədiyindən onun hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüququ da mövcud olmamışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, ilkin iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, "Kia Carnival" minik markalı, KNAMC81ABJ6441330 BAN nömrəli **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobiln Cavabdeh qanunsuz sahibliyindən alınıb iddiaçı "X2" MMC-yə təhvil verilməli, ilkin iddia təmin edildiyinə görə iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “avtomobilin özgəninkiləşdirilməsi əsaslarının etibarsız hesab olunması, avtomobilə dair verilmiş texniki pasportun ləğv edilməsi və mübahisəli avtomobilə iddiaçının mülkiyyət hüquqlarının tanınması tələbinə dair” qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər İddiaçı MMC-yə və Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilən əmlakın bölgüsü tələbinə dair” iddia tələbi törəmə iddia tələbi olmaqla, bilavasitə qarşılqlı iddia tələbinin təmin olunmasından asılı olduğuna və qarşılıqlı iddia tələbi təmin olunmadığına görə, rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş 20.10.2021-ci il tarixli, ********* saylı və 26.10.2021-ci il tarixli, ********* saylı mədaxil qəbzlərindən görünür ki, ilkin iddia üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün məhkəmənin hesabına cəmi 255 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 24.11.2021-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün məhkəmənin hesabına 100 manat məbləğində dövlət rüsumu üdənilmişdir. Həmçinin, iş materiallarına əlavə olunmuş 15.12.2021-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən iddia ərizəsinin verilməsi üçün məhkəmənin hesabına 100 manat məbləğində dövlət rüsumu üdənilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İlkin iddia tələbi təmin edilsin. "Kia Carnival" minik markalı, KNAMC81ABJ6441330 BAN nömrəli **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh qanunsuz sahibliyindən alınıb iddiaçı "X2" MMC-yə təhvil verilsin. Ödənilmiş 255 (iki yüz əlli beş) manat məbləğində dövlət rüsumu Cavabdeh alınıb iddiaçıya verilsin. İddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “avtomobilin özgəninkiləşdirilməsi əsaslarının etibarsız hesab olunması, avtomobilə dair verilmiş texniki pasportun ləğv edilməsi və mübahisəli avtomobilə iddiaçının mülkiyyət hüquqlarının tanınması tələbinə dair” qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər İddiaçı MMC-yə və Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilən əmlakın bölgüsü tələbinə dair” iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu üçüncü şəxsə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-353/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-353/2022
03.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver