Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3558/2021 08.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, Salamova Azadə Telman qızının katibliyi, İdidaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X1 Cavabdeh MTK-ya qarşı “əmlakın təhvil verilməsi və digər tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı X3 Cavabdeh MTK-ya qarşı “əmlakın təhvil verilməsi və digər tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh” MTK tərəfindən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 155 kv.m. olan, 06.04.2021-ci il tarixdə, ********* qeydiyyat nöməsi ilə dövlət qeydiyyatına alınan və ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 182 kv.m. olan, 05.04.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınan qeyri-yaşayış sahələrinin X2 verilməsi və mülkiyyətə maneələrin Cavabdeh” MTK-ya qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. 10 iyun 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçı bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 155 kv.m. olan, 06.04.2021-ci il tarixdə, ********* qeydiyyat nöməsi ilə, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 182 kv.m. olan, 05.04.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə onun adına rəsmiləşdirilmişdir. İddiaçı tərəfindən dövlət qeydiyyatına alınaraq əldə olunan qeyriyaşayış sahələrində tikintinin başa çatmasına baxmayaraq, cavabdeh tərəfindən təhvil verilməmiş və bu vəziyyət sahibkarın əmlakından istifadəsinə əsaslı maneələr yaratmışdır. Belə ki, cavabdeh iddiaçının razılığı olmadan qapı kilidini dəyişdirmiş və bununla da əmlakdan istifadə etməyə mane olmuşdur. 10 iyun 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh MTK-nın rəhbəri X5 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, o Şəki şəhərində yaşayır. İddiaçıya kimin maneələr yaratdığını bilmir, maneənin olub-olmamasından xəbəri yoxdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh sonuncu məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 155 kv metr olan və 06.04.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınan qeyri-yaşayış sahəsi X1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 182 kv metr olan və 05.04.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınan qeyri-yaşayış sahəsi X1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışa əsasən müəyyən olunur ki, Cavabdeh Mənzil Tikinti Koorperativinin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu, 539-cu məhəllədir və qanuni təmsilçisi X4r. Yerli baxış iclasının protokoluna əsasən müəyyən olunur ki, yerli baxış zamanı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 155 kv.m. olan və ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 182 kv.m. olan ərazilər birinci mərtəbədə yerləşdiyi, blokdan həmin ərazilərə giriş olduğu, həmin qeyri-yaşayış sahələrinin giriş qapılarının bağlı olduğu, həmin sahələrin pəncərələrindən içəridə tikinti materiallarının və müxtəlif əşyaların olduğu və təmir işlərinin aparıldığı məlum olmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, sübutlara hüquqi qiymət verərək heab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 155 kv.m. olan, 06.04.2021-ci il tarixdə, ********* qeydiyyat nöməsi ilə dövlət qeydiyyatına alınan və ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 182 kv.m. olan, 05.04.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınan qeyri-yaşayış sahələrinin iddiçının mülkiyyətində olması iş materiallarına əsasən sübuta yetirilmişdir. Buna baxmayaraq, cavabdeh iddiaçı tərəfindən qeyri-yaşayış sahələrinə dair sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə dair süni maneələr yaratmışdır. Odur ki, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 155 kv.m. olan, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 182 kv.m. olan qeyri-yaşayış sahələrinin iddiaçının mülkiyyətində olduğundan və yerli baxış zamanı cavabdeh tərəfindən mülkiyyətçinin həmin qeyri-yaşayış sahələrindən istifadə etməsinə maneələr yaradıldılğı müəyyən edildiyindən iddia tələbi təmin edilməli, cavabdeh Cavabdeh” MTK tərəfindən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 155 kv.m. olan, 06.04.2021-ci il tarixdə, ********* qeydiyyat nöməsi ilə dövlət qeydiyyatına alınan və ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 182 kv.m. olan, 05.04.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınan qeyri yaşayış sahələri X2 verilməli və mülkiyyət hüququn həyata keçirilməsinə hər hansı maneələr Cavabdeh” MTK-ya qadağan edilməlidir. Azərbaycan Respublikası MM-nin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77,216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Cavabdeh” MTK tərəfindən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 155 kv.m. olan, 06.04.2021-ci il tarixdə, ********* qeydiyyat nöməsi ilə dövlət qeydiyyatına alınan və ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 182 kv.m. olan, 05.04.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınan qeyri-yaşayış sahələri X2 verilsin və mülkiyyətə maneələr Cavabdeh” MTK-ya qadağan edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Əyyubov
Məhkəmə qərarları › İş №e-2(004)-3558/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3558/2021
08.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver