Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3594/2022 14.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 İlham oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Şərur MTK-ya qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Şərur MTK-ya qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkiliməhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, Yasamal Rayon Məhkəməsinin icxraatında müxtəlif iddiaçıların hazırki cavabdehə qarşı eyni predmet barədə iddiaları mövcuddur. Hazırki vəziyyətdə mübahisənin xarakterini nəzərə alaraq işlərin bir yerdə obyektiv və çevik şəkildə araşdırlımasını zəruri hesab edirlər. Odur ki, məhkəmənin icraatında olan 2(004)-3594/2022, 2(004)-3588/2022, 2(004)-3646/2022, 2(004)-3711/2022 saylı mülki işlərin bir icraatda birləşdirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə vəsatət ünvanlayaraq hazırki mülki işlə hakim A.Məmmədovun icraatında olan 2(004)-3711/2022 saylı mülki işlər bir-biri ilə əlaqəli olduğundan bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tərəflər mülki işlərin ərizə və vəsatəti müdafiə edərək mlki işlərin birləşdirilməsini xahiş etmişlər. Məhkəmə vəsatətləri və iş materiallarını araşdıraraq hesab edir ki, Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-3594/2022 saylı mülki iş və Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-3711/2022 saylı mülki iş üzrə iddiaçıların eyni cavabdehə iddiaları üzrə işlər olduğundan, bu işlərin birləşdirilməsi məqsədəmüvafiq hesab edildiyindən 2(004)-3594/2022 saylı mülki iş 2(004)-3711/2022 saylı mülki işə birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin maddənin 4-cü bəndinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 169.3, 263- 264-cü maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı cavabdeh Şərur MTK-ya qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə dair 2(004)-3594/2022 saylı mülki işin icraatı Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-3711/2022 saylı mülki işin icraatına birləşdirilsin. Sədrlik edən:Fərid Əyyubov
Məhkəmə qərarları › İş №e-2(004)-3594/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3594/2022
14.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver