Məhkəmə qərarları › İş №e-2(004)-3600/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3600/2024

30.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3600/2024 30.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 MMC və Cavabdeh4 MMC-yə qarşı “əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 MMC və Cavabdeh4 MMC-yə qarşı “əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə birgə nikah dövründə birgə vəsait hesabına alınmış əmlakların və pul vəsaitlərinin bölünməsinin, ona düşən hissənin verilməsi, qızıl zinət əşyalarının və cehizlərinin qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3524/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə verilmiş vəsatət təmin edilmiş, İddiaçı Cavabdeh1 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın geri qaytarılması” tələbinə dair 2(004)-3524/2024 saylı və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 MMC və Cavabdeh4 MMC-yə qarşı “əmlak bölgüsü” tələbinə dair 2(004)-3600/2024 saylı mülki işlər bir icraatda birləşdirilərək, mülki işə 2(004)-3524/2024 nömrə verildiyindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-3600/2024 saylı mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən, bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3524/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın geri qaytarılması” tələbinə dair 2(004)-3524/2024 saylı və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 MMC və Cavabdeh4 MMC-yə qarşı “əmlak bölgüsü” tələbinə dair 2(004)-3600/2024 saylı mülki işlər bir icraatda birləşdirilərək, mülki işə 2(004)-3524/2024 nömrə verildiyindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)- 3600/2024 saylı mülki işin icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar