Məhkəmə qərarları › İş №e-2(004)-3679/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3679/2025

28.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3679/2025 28.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC BOKT-a qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inziabti binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" QSC BOKT-a qarşı "pul" tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək, 08 fevral 2022-ci il tarixli hərrac protokolu əsasında əldə edilmiş iddiaçıya məxsus əmlakın satış qiymətinin icra sənədi üzrə tələb həcmindən artıq hissəsinə AR Mülki Məcəlləsinin 445.7-ci madəsinə əsasən hesablanmış 40.404 (qırx min dörd yüz dörd) manat pulun (faizin), Hüquqi yardım üçün AR Vəkillər Kollegiyasının üzvü (vəkil) ilə müqavilə üçün 350 (üç yüz əlli) manat xidmət haqqının və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 213 (iki yüz on üç) manat pulun pulun Cavabdeh QSC BOKTdan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Səbail rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(009)-342/2017 saylı Qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, İddiaçı "xxxx" ASC-nin xeyrinə 345 610 manat əsas, 62 889 manat faiz və 12 000 manat cərimə borcu olmaqla cəmi 420 499 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka predmeti olan İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 10 otaqlı fərdi yaşayış evinin (bundan sonra - ev) ilkin satış qiyməti 1.050.000 manat müəyyən edilməklə, tutmanın həmin fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına "xxxx" ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi, ev satıldıqdan sonra iddiaçıya satıldığı halda evin boşaldılması, "xxxx" ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonraipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin İddiaçı qaytarılması qət edilmişdir. "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Mülki Məcəllənin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə Cavabdeh QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ Cavabdeh QSC-yə keçmişdir. Sabunçu rayon İcra Şöbəsinin 5262-291816/17 saylı, xx.xx.2021-il tarixli sifarişinə əsasən "xxxx" MMC tərəfindən İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 10 otaqlı fərdi yaşayış evinin satılması üçün keçirilmiş ilkin və təkrar hərraclar baş tutmadığından X6 tələblərinə uyğun olaraq əmlak hərrac təşkilatçısı tərəfindən tələbkara təklif ediliş və bu təklif əsasında "xxxx" MMCilə Cavabdeh QSC arasında bağlanmış 09/04 saylı 08 fevral 2022-ci il tarixli ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunlarına dair protokola əsasən 669 375 manata tələbkar Cavabdeh QSC tərəfindən əldə edilmişdir. Qeyd olunduğu kimi icra sənədi üzrə bankın tələbinin məbləği cəmi 420 499 manat olmuş, əmlak isə 669 375 manata əldə edilmiş, icra sənədində konkret olaraq ipoteka predmetinin hərracda satışından alda olunmuş pul vasaitinin qalan hissəsinin İddiaçı qaytarılması qət edilsə də, əmlakın dəyərinin kreditorun tələb həcmindən artıq olan hissəsi, yəni təxminən 248 876 manat məbləğ bu günə kimi tələbkar Cavabdeh QSC tərəfindən İddiaçı ödənilməmişdir. Eyni tərəflər arasında Nərimanov rayon məhkəməsinine-2(005)-1236/2024 saylı xx.xx.2024-cü il tarixli Qətnaməsindən görünür ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(009)-342/2017 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı "xxxx" ASC-yə olan cəmi borc məbləği 420499 manat təşkil etmişdir. Qətnamə ilə həmçinin 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı tutulması da qət edilmişdir. Sözügedən qətnamə ilə ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin hərracdan satış qiyməti ******* manat müəyyən olunmuş, tələb hüquqlarının "xxxx" ASC tərəfindən güzəşt edildiyi Cavabdeh QSC tərəfindən əmlak 669375 manata əldə edilmişdir. Qeyd olunanlar işin mübahisəsiz hallarıdır. Sözügedən qətnamədə borc məbləğindən artıq pul vəsaitinin İddiaçı qaytarılması öz əksini tapdığından, sadə riyazi hesablama yolu ilə qaytarılmalı olan məbləğin 248876 manat təşkil etdiyi aydın olur. İddiaçı tərəf bu məbləğin Cavabdeh QSC tərəfindən qaytarılmadığını bildirir. Cavabdeh QSCnin nümayəndəsi məhkəmə iclasında qeyd olunan məbləğin iddiaçıya qaytarılmadığını təsdiq etmişdir. Bununla da, iddiaçının istinad etdiyi həmin hal məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir. Hərçənd ki, qeyd olunan vəsait, yəni əmlakın dəyərinin (satış qiymətinin) tələb həcmindən artıq hissəsi məhz protokol imzalananadək ödənilməli, qarşılıqlı hesablaşma aparılmalı, məhz bundan sonra tələbkara əmlak təqdim edilməli idi. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi özünün rəsmi internet saytında xx.xx.2022-ci il tarixdə həmin Qərardadla bağlı dərc etdiyi izahedici məlumatda tələb yönəldilmiş ipoteka predmetinin dəyəri ilə tələb həcmi arasındakı fərqin ödənilməsi məsələsi ilə əlaqədar aşağıdakı hüquqi mövqeyini Qərardadın autentik təfsiri kimi aşağıdakı qaydada ifadə etmişdir: “...Belə ki, Qərardadda ipoteka predmetinin təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanla hərrac təşkilatçısı arasında müqavilə qüvvəsinə malik olan protokolun imzalanması ilə əldə edilməsinə dair nümayiş etdirilmiş hüquqi mövqe, bu əldə etmənin ipoteka predmetinin dəyəri ilə bağlı qarşılıqlı hesablaşmaların aparılması şərti ilə həyata keçirilməsini istisna etmir. Qərardadın 59 və 60-cı bəndlərində bu məsələyə aydınlıq gətirilərək xüsusi olaraq vurğulanmışdır ki, hərrac təşkilatının protokolu imzalamaqdan imtinasının və yaxud yayınmasının qanunsuzluğu ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyi halda mümkündür, habelə buna dair qəbul edilmiş məhkəmə aktında da əmlakın ipoteka saxlayan tərəfindən hansı şərtlərlə əldə edildiyi dəqiq göstərilməlidir. Göründüyü kimi, Qərardadda ipoteka saxlayanın hərrac protokolunun qarşılıqlı hesablaşmaya dair şərtlərə cavab verən qaydada imzalanmalı olmasına hər hansı əks hüquqi mövqe bildirilməmişdir.” Həmin hərrac protokolunu fakt kimi qəbul etdikdə belə, əmlakın dəyərinin tələb həcmindən artıq hissəsi bu günə kimi iddiaçıya ödənilməmişdir. Sabunçu rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixdə İddiaçı ünvanladığı sorğuya cavab məktubunda qeyd edilir ki, “...Fərdi yaşayış evinin satışından sonra 248876 manat pulun Sizə ödənilməsi üçün dəfələrlə tələbkar Cavabdeh QSC İcra şöbəsi tərəfindən məlumatlandırılmışdır. Səbail rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(009)-342/2017 saylı icra sənədinə üzrə Cavabdeh QSC ("xxxx" ASC) tələbkar olduğundan və “İcra Haqqında” qanunda tələbkar barədə məcburi icra tədbiriləri görülməsi nəzərdə tutulmadığından Cavabdeh QSC Sizə ödəməli olduğu 248876 manat pulu könüllü şəkildə ödəməlidir. Əks təqdirdə pulun tutulması üçün İcra şöbəsi tərəfindən heç bir məcburi icra tədbiri görülə bilməz. Nəzərə almağınızı xahiş edirik.” "xxxx" QSC BOKT-nın xx.xx.2025-ci il tarixdə İddiaçı göndərdiyi cavab məktubunda isə qeyd edilir ki, “...Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra sənədi üzrə yaranmış fərqin vətəndaş İddiaçı ödənilməsi ilə bağlı məsələyə baxılması üçün vətəndaş Cavabdeh QSC-yə dəvət edilmiş və bu barədə onunla müzakirələr aparılmışdır. Müzakirə zamanı yaranmış fərqin ödənilməsinin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 137 saylı fərdi yaşayış evininin satışından sonra mümkün olması bildirilmişdir. Bununla bağlı, fərdi yaşayış evinin bilavasitə İddiaçı iştirakı ilə satılması tərəfimizdən İddiaçı təklif edilsə də, vətəndaş bu təklifdən imtina etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(005) 1236/2024 nömrəli qətnaməsində qeyd olunduğu kimi ipoteka haqqında qanunvericiliklə əmlakın hərracdan satılması anlayışı ilə əmlakın ipoteka saxlayana təklif olunması anlayışları bir-birindən fərqləndirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda əmlakın ipoteka saxlayana təklif olunması zamanı təklifdə göstərilən pul məbləğinin hansı qaydada ödənilməsi birbaşa tənzimlənmədiyi halda, əmlakın hərracdan satış məbləğinin ödənilməsi qaydalarına dair normalar mövcuddur. Yuxarıda göstərilənlərə əsasən bildiririk ki, Cavabdeh QSC fərdi yaşayış evinin satışından sonra yaranacaq fərqin İddiaçı ödənilməsindən imtina etmir. Xahiş edirik nəzərə alasınız.” İşin bu halı onu deməyə əsas verir ki, Cavabdeh QSCdolayı yollarla İddiaçı əmlakının dəyərinin tələb həcmindən artıq hissəsini ödəməkdən qeyd olunan formada imtina edir və ya yayınır. Belə ki, həmin əmlak hal-hazırda tələbkarın mülkiyyətində olduğundan İddiaçı heç bir halda əmlakın Cavabdeh QSC tərəfindən satışında iştirakçı ola bilməz. Qeyd edilən əmlak artıq Cavabdeh QSC-nin mülkiyyətindədir və əmlakı istənilən formada istifadə etmək, onun üzərində sərəncam vermə yeni mülkiyyətçinin səlahiyyətindədir. Ona görə də Cavabdeh QSC-nin istinad etdiyi format qanunverilciyin tələblərinə zidd olmaqla qeyri-realdır. Cavabdeh QSC tərəfindən 08 fevral 2022-ci il tarixdən, yəni əmlaka dair hərrac təşkilatısı ilə müvafiq protokol bağladığı gündən hazırki vaxta kimi 248876 pulu ödəməməklə İddiaçı daha böyük maliyyə itkisinə məruz qoymuşdur. Beləliklə, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci madəsinə əsasən hesablanmışcavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyi 14 ay müddəti üçün 40.404 (qırx min dörd yüz dörd) manat faiz (əldən çıxmış fayda) ödəməlidir (Hesablama qaydası: 248876*5%=12443.8/12=1.036*39ay=40.404 manat). Belə ki, maliyyə xəbərləri sahəsində ixtisaslaşmış “banko.az” və “marja.az” xəbər səhifələrindən əldə etdiyimiz məlumata əsasən müvafiq dövr üçün yəni 2022-2025-ci illər arasında Azərbaycan Respublikasında fəaliyyət göstərən bankların əmanət müqavilələri üzrə təklif etdiyi müddətin sonunda hesablanan faiz dərəcələri illik 5,5-12 faiz dərəcələri arasında dəyişir. Banklar haqqında və əmanətlərin sığortalanması haqqında qanunvericilikdən göründüyü kimi sığortalanmış bank əmanətlərinin illik faiz dərəcəsi 12 faiz həddində müəyyən edilmişdir. Hesab edirlər ki, Mülki Məcəllənin 21.2, 445.7-ci maddəsinə əsasən hərracın yekun protokolunun imzalandığı 08 fevral 2022-ci il tarixdən hazırki tarixə kimi ödənilməli olan məbləğə hesablanmış 16249,74 manat faiz borcunun tərəfimizdən tələb edilməsi əsaslı və ədalətlidir. Belə ki, cavabdeh tərəfindən hərrac protokolunun imzalandığı və iddiaçıya məxsus əmlakın əldə olunduğu tarixdən ötən 39 ay müddət ərzində əmlakın satış qiymətinin icra sənədi üzrə tələb həcmindən artıq hissəsi üzrə heç bir ödəniş edilməmişdir. Beləliklə, cavabdeh icra sənədi üzrə tələbkar olmasından sui-istifadə edərək iddiaçının mülkiyyət hüququna əsassız və tənasübsüz müdaxilə etmiş, onu mülkiyyətinin tələb həcmindən artıq hissəsinin dəyərindən bəhər götürmək hüququndan məhrum etmişdir. Həmin vəsait bu dövrlər ərzində passiv biznes (gəlir) kimi bankların birində tələbkar faiz dərəcəsi ilə əmanət hesabında qoyulduğu halda 40.404 manat məbləğindən daha çox gəlir əldə etmək olardı. Eyni zamanda bildiririk ki, iddiaçı tərəfindən əlavə xərclər kimi Hüquqi yardım üçün AR Vəkillər Kollegiyasının üzvü (vəkil) ilə müqavilə üçün 350 (üç yüz əlli) manat xidmət haqqı və məhkəməyə iddia ərizəsi vermək üçün 213 (iki yüz on üç) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(004)-3679/2017 nömrəli, 17 may 2017-ci il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilərək, İddiaçı "xxxx" ASC-nin xeyrinə 345.610 manat əsas, 62.889 manat faiz və 12.000 manat cərimə borcu olmaqla, cəmi 420.499 (dörd yüz iyirmi min dörd yüz doxsan doqquz) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka predmeti olan, İddiaçı məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı evin ilkin satış qiyməti 1.050.000 manat müəyyən edilməklə, tutmanın həmin fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına "xxxx" ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı evi satıldıqdan sonra cavabdehlər İddiaçı və X1 evdən istifadə hüquqlarına xitam verilməklə onların evdən çıxarılması (ev iddiaçıya satıldığı təqdirdə), "xxxx" ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh İddiaçı qaytarılması, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manatın İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş 09/04 nömrəli “Hərracın yekunları barədə protokol”dan görünür ki, Səbail rayon Məhkəməsinin 2(009)- 342/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin, Sabunçu rayon İcra Şöbəsinin 5262-291816/17 saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubunun, Cavabdeh QSC-nin müvafiq məktubunun icrasına əsasən «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 41.42.və 43 cü maddələrinə istinad edərək hərrac təşkil olunmuşdur. İcra vərəqəsində edilmiş icra hərəkətlərinin dəyişdirilməsi haqqında heç bir rəsmi məlumat daxil olmamışdır. İpoteka predmeti İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartalda yerləşən 137 saylı fərdi yaşayış evini 669.375,00 manat qiymətlə tələbkar əldə etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş **********22-10101 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartalda yerləşən 137 saylı sahəsi 529.30 kv.m olan fərdi yaşayış evi və üzərində yerləşdiyi 0,1183 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixdə dövlət mülkiyyət hüququ əsasında Cavabdeh QSC-nin adına qeydiyyata alınmışdır. "xxxx" Qapali Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova ünvanlanmış 13-7/2-773/2025 nömrəli, 14 may 2025-ci il tarixli məktubun məzmunundan görünür ki, Vətəndaş İddiaçı müraciəti ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən Cavabdeh QSC-yə ünvanlanmış 06 mart 2025-ci il tarixli, 13-7/2-438/2025 nömrəli məktuba baxılmışdır. Bildirilmişdir ki, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra sənədi üzrə yaranmış fərqin vətəndaş İddiaçı ödənilməsi ilə bağlı məsələyə baxılması üçün vətəndaş Cavabdeh QSC-yə dəvət edilmiş və bu barədə onunla müzakirələr aparılmışdır. Müzakirə zamanı yaranmış fərqin ödənilməsinin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 137 saylı fərdi yaşayış evininin satışından sonra mümkün olması bildirilmişdir. Bununla bağlı, fərdi yaşayış evinin bilavasitə İddiaçı iştirakı ilə satılması tərəflərindən İddiaçı təklif edilsə də, vətəndaş bu təklifdən imtina etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(005)- 1236/2024 nömrəli qətnaməsində qeyd olunduğu kimi ipoteka haqqında qanunvericiliklə əmlakın hərracdan satılması anlayışı ilə əmlakın ipoteka saxlayana təklif olunması anlayışları bir-birindən fərqləndirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda əmlakın ipoteka saxlayana təklif olunması zamanı təklifdə göstərilən pul məbləğinin hansı qaydada ödənilməsi birbaşa tənzimlənmədiyi halda, əmlakın hərracdan satış məbləğinin ödənilməsi qaydalarına dair normalar mövcuddur. Yuxarıda göstərilənlərə əsasən bildirirlər ki, Cavabdeh QSC fərdi yaşayış evinin satışından sonra yaranacaq fərqin İddiaçı ödənilməsindən imtina etmir. Nəzərə alınması xahiş edilir. Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi tərəfindən Azərbaycan Respublikası Vəkillər X2 və Partnyorları Vəkil Bürosunun vəkili Nümayəndə ünvanlanmış 291816/2017-4-17- 007 nömrəli, xx.xx.2024-cü il tarixli məktubun məzmunundan müəyyən edilir ki, Səbail rayon məhkəməsinn 2(009)-342/2017 saylı xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı "xxxx" ASC-nin xeyrinə 345,610 (üç yüz qırx beş min altı yüz on) manat əsas 62,889 (altmış iki min səkkiz yüz səksən doqquz) manat faiz və 12000 (on iki min) manat cərimə borcu olmaqla, cəmi 420 299 (dörd yüz iyirmi min iki yüz doxsan doqquz) manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. İpoteka predmeti olan İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı evin ilkin satış qiyməti ******* (bir million əlli min) manat müəyyən edilməklə, tutma həmin fərdi yaşayış evinə yönəldilməli, ev açıq hərracdan satılmalı və satışdan əldə edilən vəsait hesabına "xxxx" ASC-nin təmin edilmiş tələbləri ödənilməlidir. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı evi satıldıqdan sonra İddiaçı və X1 evdən istifadə hüquqularına xitam verilməklə onlar evdən çixarılmalıdırlar. "xxxx" ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi İddiaçı qaytarılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 300 manat İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına keçirilməlidir. İcra sənədi Səbail rayon İcra şöbəsindən ərazi aidiyyəti üzrə xx.xx.2017-ci iltarixdə şöbənin icraatına daxil olmuş və qanunvericiliyə müvafiq qaydada icra hərəkətlərinə başlanılmışdır. Tərəflərindən xx.xx.2017-ci il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı evin açıq hərrac vasitəsi ilə satılması üçün “Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinə” sifariş verilmişdir. "xxxx" ASC-nin tələb hüququnun idarə edilməsini həyata keçirən “X7 Edilməsi Agentliyi” MMC xx.xx.2018-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək hərracın keçirilməsinin dayandırılmasını xahiş etmiş və tərəflərindən dayandırılmışdır. Sonrakı dövrdə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-3896/2018 saylı qətnaməsi ilə Azərbaycan Beynəlxalq Bankı ASC ilə aralarında imzalanmış xx.xx.2014-cü il tarixli 618 nömrəli kredit müqaviləsinin təminatı kimi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı evin ipoteka yüklülüyünün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-6820/2019 saylı qətnaməsi ilə cavabdehlər "xxxx" ASC, Cavabdeh QSC və “X7 Edilməsi Agentliyi” MMC tərəfindən ayrı ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-3896/2018 saylı qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)- 7382/2019 saylı qərarı ilə cavabdehlər "xxxx" ASC və Cavabdeh QSC-nin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-6820/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-249/2021 saylı qətnaməsinə əsasən "xxxx" ASC, Cavabdeh QSC və “X7 Edilməsi Agentliyi” MMC-nin apellyasiya şikayətləri təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-3896/2018 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, onun "xxxx" ASC, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi və Cavabdeh QSC BOKT-na qarşı ipotekaya xitam verilməsinə dair iddiası rədd edilmişdir. Bu səbəbdən xx.xx.2021-ci il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1- ci kvartal, 137 saylı evin açıq hərrac vasitəsi ilə satılması üçün “Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinə” sifariş verilmişdir. Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzindən xx.xx.2022-ci il tarixdə şöbəyə daxil olmuş təklifdən görünür ki, əmlak 669375 manat olmaqla ipoteka saxlayana təklif edilmişdir. Cavabdeh QSC-nin xx.xx.2022-ci il tarxdə şöbəyə daxil olmuş məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı evin 669.375 manata alınmasına razılıqlarını bildirmişlər. İş üzrə borclu şöbəyə xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək evin 09/04 saylı, xx.xx.2022-ci il tarixli hərracın yekunlarına dair protokola əsasən Cavabdeh QSC tərəfindən əldə edildiyini, lakin ona çatası 248.876(İki yüz qırx səkkiz min səkkiz yüz yetmiş altı) manatın ona ödənilmədiyini bildirmişdi. Keçirilmiş hərracın nəticəsi barədə şöbəyə protokol daxil olmadığından bu barədə xx.xx.2022-ci il tarixdə Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinə müraciət edilmiş və xx.xx.2022-ci il tarixdə 09/04 saylı, xx.xx.2022ci il tarixli protokolun surəti şöbəyə göndərilmişdir. Həmin protokolun surətindən də görünür ki, hərracın keçirilməsinə sifariş verən Sabunçu rayon İcra şöbəsi tərəfindən protokol imzalanmamışdır və möhürlə təsdiq edilməmişdir. Tərəfimizdən xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərində Cavabdeh ASC-yə məktub göndərilərək ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh İddiaçı qaytarılması tələb edilsə də təmin edilməmişdir. Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi tərəfindən X3 ünvanlanmış 3-16-35-22/2- 25918/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubun məzmunundan müəyyən edilir ki, Sabunçu rayon icra şöbəsinin icraatında olan Səbail rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(009)-342/2017 saylı icra sənədinə əsasən İddiaçı "xxxx" ASC-nin xeyrinə 345 610 manat əsas, 62 889 manat faiz və 12 000 manat cərimə borcu olmaqla cəmi 420 499 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmalı, ipoteka predmeti olan İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 10 otaqlı fərdi yaşayış evinin (bundan sonra - ev) ilkin satış qiyməti 1.050.000 manat müəyyən edilməklə, tutmanın həmin fərdi yaşayış evinə yönəldilməli, evin açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına "xxxx" ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi, ev satıldıqdan sonra iddiaçıya satıldığı halda evin boşaldılmalı, "xxxx" ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin İddiaçı qaytarılmalıdır. "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Mülki Məcəllənin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə Cavabdeh QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ Cavabdeh QSC-yə keçmişdir. İcra sənədinin icrası ilə əlaqədar Sabunçu rayon icra şöbəsi tərəfindən verilmiş sifariş əsasında fərdi yaşayış evi "xxxx" MMC-nin 09/04 saylı 08 fevral 2022-ci il tarixli ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunlarına dair protokola əsasən 669 375 manata tələbkar Cavabdeh QSC tərəfindən əldə edilmişdir. Fərdi yaşayış evinin satışından sonra 248876 manat pulun ona ödənilməsi üçün dəfələrlə tələbkar Cavabdeh QSC İcra şöbəsi tərəfindən məlumatlandırılmışdır. Səbail rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(009)-342/2017 saylı icra sənədinə üzrə Cavabdeh QSC ("xxxx" ASC) tələbkar olduğundan və “İcra Haqqında” qanunda tələbkar barədə məcburi icra tədbiriləri görülməsi nəzərdə tutulmadığından Cavabdeh QSC Sizə ödəməli olduğu 248876 manat pulu könüllü şəkildə ödəməlidir. Əks təqdirdə pulun tutulması üçün İcra şöbəsi tərəfindən heç bir məcburi icra tədbiri görülə bilməz. İddiaçı (müraciət edən şəxs) ilə Kamandar Nəsibov və Partnyorları Vəkil Bürosunun rəhbəri X5 arasında bağlanmış xx.xx.2025-ci il tarixli, EM-1326VK-27946/25 nömrəli hüquqi yardım göstərilməsi haqqında müqavilədən görünür ki, bu müqaviləyə görə vəkil Nümayəndə ona həvalə edilən tapşırıq əsasında İddiaçı hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə 350 (üç yüz əlli) manat haqq ödəməyi öhdəsinə götürür. Belə ki, AR Mülki Məcəllənin: 272-ci maddəsinə əsasən Girov saxlayan (ipoteka saxlayan) borclunun onun qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün girov qoyanın əşyası barəsində müqavilədə göstərilmiş əsaslar üzrə girov və ya ipoteka hüququ olan şəxsdir. 273-cü maddəsinə əsasən Girov saxlayana və ya ipoteka saxlayana girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanı mənimsəmək hüququ verən hər cür razılaşma etibarsızdır. 298.1-ci maddəsinə əsasən Girov qoyulmuş əşyanın satılmasından əldə olunan məbləğ aşağıdakı ardıcıllıqla bölüşdürülür: 298.1.1. girov qoyulmuş əşyanın saxlanması, salamatlığı, yaxşılaşdırılması və onun satılmasına çəkilmiş xərclərin ödənilməsinə; 298.1.2. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha üstün hüquqa malik olan tələblərin ödənilməsinə; 298.1.3. girov saxlayanın tələblərinin ödənilməsinə; 298.1.4. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha aşağı hüquqa malik olan tələblərin ödənilməsinə. 319.3-cü maddəsinə əsasən İpoteka ilə yüklü edilmiş obyektin alıcısı satınalma qiymətini ödəməyə borcludur. İpoteka ilə yüklü edilmiş obyektin tutmaya yönəldilməsi xərcləri satınalma qiymətindən tutulur. 319.6-cı maddəsinə əsasən İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardırş. 427.3-cü maddəsinə əsasən Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə əsasən İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3-cü maddəsinə əsasən Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.7-ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 449.1-ci maddəsinə əsasən, Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 41.1-ci maddəsinə əsasən, İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 41.2-ci maddəsinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Elektron hərracın keçirilməsi qaydaları “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir 47.2-ci maddəsinə əsasən, İpoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra xidmətinin depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: 47.2.1. ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); 47.2.2. bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə; 47.2.3. sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə; 47.2.4. bu Qanunun 47.2.1‒47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsinə. 47.2-1-ci maddəsinə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-1-ci, 53.1-2-ci və 62.20-ci maddələrinə uyğun olaraq ipoteka predmeti ipoteka saxlayan tərəfindən əldə edildiyi halda əmlakın bazar qiyməti ipoteka ilə təmin edilmiş tələbin həcmindən artıq olduqda artıq olan vəsait bu Qanunun 47.2.1–47.2.4-cü maddələrinə uyğun olaraq bölüşdürülür. 47.4-cü maddəsinə əsasən, Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(004)-3679/2017 nömrəli, 17 may 2017-ci il tarixli qətnaməsinə əsasən, İddia qismən təmin edilərək, İddiaçı "xxxx" ASC-nin xeyrinə 345.610 manat əsas, 62.889 manat faiz və 12.000 manat cərimə borcu olmaqla, cəmi 420.499 (dörd yüz iyirmi min dörd yüz doxsan doqquz) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka predmeti olan, İddiaçı məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı evin ilkin satış qiyməti 1.050.000 manat müəyyən edilməklə, tutmanın həmin fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına "xxxx" ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı evi satıldıqdan sonra cavabdehlər İddiaçı və X1 evdən istifadə hüquqlarına xitam verilməklə onların evdən çıxarılması (ev iddiaçıya satıldığı təqdirdə), "xxxx" ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh İddiaçı qaytarılması, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manatın İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş 09/04 nömrəli “Hərracın yekunları barədə protokol”dan görünür ki, Səbail rayon Məhkəməsinin 2(009)-342/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin, Sabunçu rayon İcra Şöbəsinin 5262-291816/17 saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubunun, Cavabdeh QSC-nin müvafiq məktubunun icrasına əsasən hərrac təşkil olunmuş, ipoteka predmeti olan İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartalda yerləşən 137 saylı fərdi yaşayış evini 669.375,00 manat qiymətlə tələbkar Cavabdeh QSC əldə etmişdir. İddiaçı tərəfindən icra sənədi üzrə icra məmuruna və Cavabdeh QSC-yə dəfələrlə müraciət edilməsinə baxmayaraq, əmlakın satış qiymətinin icra sənədi üzrə ödənilməli məbləğdən artıq olan 248.876 manat hissəsi ona qaytarılmamışdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra xidmətinin depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən “İpoteka haqqında” Qanunun 47.2-ci maddəsinin tələblərinə uyğun olaraq bölüşdürülür. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, ipoteka saxlayan, yəni iş üzrə cavabdeh tərəfindən əmlak əldə edildikdən sonra tələbinin həcmindən artıq olan hissəsi hazırki vaxtadək ipoteka qoyana ödənilmədiyindən iddiaçının gecikdirilmiş faizin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, “…mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. Belə ki, MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Eyni zamanda, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Həmçinin vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, MMin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir.” Məhkəmə iddia tələbini əsaslı hesab edərək belə nəticəyə gəlir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş 09/04 nömrəli, xx.xx.2022-ci il tarixli “Hərracın yekunları barədə protokol”dan müəyyən edildiyi kimi, əmlakın açıq hərracda Cavabdeh QSC tərəfindən alındığı xx.xx.2022-ci il tarixdən cavabdeh tərəfindən 248.876 (iki yüz qırx səkkiz min səkkiz yüz yetmiş altı) manat məbləğində pulun ödənilməsi gecikdirildiyindən, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5% hesablanmaqla 40.404 (1036,98 azn x 39 ay) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 213 (iki yüz on üç) manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hüquqi yardımın göstərilməsi üçün ödənilmiş pulun tutulması hissəsinə münasibətdə qeyd edir ki, xx.xx.2025-ci il tarixli, EM-1326VK-27946/25 nömrəli hüquqi yardım göstərilməsi haqqında müqavilədən görünür ki, bu müqaviləyə görə vəkil Nümayəndə ona həvalə edilən tapşırıq əsasında İddiaçı hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə 350 (üç yüz əlli) manat haqq ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə məhkəmə hesab edir ki, hüququ yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 350 (üç yüz əlli) manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh "xxxx" QSC BOKT-dan 40.404 (qırx min dörd yüz dörd) manat məbləğində pul, hüquqi yardım üçün vəkilə ödənilmiş 350 (üç yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 213 (iki yüz on üç) manat tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" QSC BOKT-dan 40.404 (qırx min dörd yüz dörd) manat məbləğində pul, hüquqi yardım üçün vəkilə ödənilmiş 350 (üç yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 213 (iki yüz on üç) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar