Məhkəmə qərarları › İş №e-2(004)-3712/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3712/2023

21.07.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3712/2023 21.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Ərizəçi MMC-nin maraqlı şəxs Cavabdeh cəlb edilməklə “barışıq sazişinin şərtinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi MMC maraqlı şəxs Cavabdeh cəlb edilməklə “barışıq sazişinin şərtinin təsdiq edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əlisəfa oğlu ilə bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi və barışıq sazişində göstərilən şərtə görə 7829 manat manat pulun Cavabdeh tutularaq Ərizəçi MMC-yə ödənilməsinin məcburi icra edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Ərizəçi MMC ilə Cavabdeh arasında mediasiya prosesində bağlanmış xx.xx.2022-ci il tarixli MŞB/10-00056 nömrəli barışıq sazişindən görünür ki, tərəflər arasında bağlanmış müqavilənin predmeti xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 7829 (yeddi min səkkiz yüz iyirmi doqquz) manat borc tələbidir. Sazişin 2.1-ci bəndinə əsasən, barışıq sazişinin imzalandığı tarixə, yəni xx.xx.2022ci il tarixə Cavabdeh Ərizəçi MMC-yə olan borcu onlar arasında bağlanılan xx.xx.2018-ci il tarixli müqavilə üzrə 7829 (yeddi min səkkiz yüz iyirmi doqquz) manat təşkil edir. Bu borc məbləğini tərəflər mübahisələndirməyəcək və ya yenidən sübut edilməsini tələb etməyəcəklər. Sazişin 2.1.1-ci bəndinə əsasən, Cavabdeh Ərizəçi MMC-yə olan 7829 (yeddi min səkkiz yüz iyirmi doqquz) manat borcu sentyabr 2022-ci il tarixdən başlayaraq 15 ay müddətinə hər ayın 10-dan 15-nə qədər 530 (beş yüz otuz) manat olmaqla ödəyəcəkdir. Sonuncu ay 409 (dörd yüz doqquz) manat ödəniş olacaqdır. Sazişin 2.1.2-ci bəndinə əsasən, Cavabdeh ödənişlərində gecikmə olmazsa cəmi məbləğ olan 7829 (yeddi min səkkiz yüz iyirmi doqquz) manat pul 1500 (min beş yüz) manat güzəşt olunacaqdır. Güzəşt olunduğu təqdirdə 12-ci ayın ödənişi 499 (dörd yüz doxsan doqquz) manat olacaqdır. Sazişin 2.1.3-cü bəndinə əsasən, Cavabdeh tərəfindən müvafiq aylıq ödəniş (azı 530 manat) həmin aylıq ödənişin son icra tarixindən etibarən 15 (on beş) gündən artıq gecikdirilərsə Ərizəçi MMC hazırki barışıq sazişinin təsdiq olunaraq icraya yönləndirilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Sazişin 2.1.4-cü bəndinə əsasən, aylıq ödənişin 15 günə qədər gecikdirilməsi növbəti aylıq ödənişin azaldılmasına yaxud gecikdirilməsinə əsas vermir. Məhkəmə hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Qeyd olunanlar nəzərə alınmaqla, barışıq sazişində qeyd olunan şərtlər üzrə təsdiq edilməlidir. Məhkəmə qeyd edir ki, 7829 manat pulun Cavabdeh tutularaq Ərizəçi MMC-yə ödənilməsi hissəsində ərizə təmin edilməməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 355-23.1ci maddəsinə əsasən yalnız barışıq sazişi və sazişin konkret müəyyənləşdirilmiş şərtlərini təsdiq edə bilər. Barışıq sazişinin təhlili nəticəsində müəyyən olunur ki, 7829 manat pulun birdəfəlik deyil, müqavilə şərti üzrə hissə-hissə ödənilməsi razılaşdırılmışdır. Bu səbəbdən, mülki prosessual qanunvericiliyin tələblərinə əsasəm məhkəmə yalnız mediasiya prosesində bağlanmış sazişin müəyyən edilmiş konkret şərtlərini təsdiq edə bilər. Belə ki, sazişdə pulun birdəfəlik ödənilməsi ilə bağlı hər hansı şərt nəzərdə tutulmamışdır. Əgər pulun birdəfəlik ödənilməsi şərti müəyyən edilmiş olsaydı məhkəmə təsdiq edilən digər şərtlər kimi həmin şərti də təsdiq edərək icraya yönəldərdi. Müqavilənin müddətinin bitməsinə baxmayaraq Cavabdeh tərəfindən heç bir ödənişin həyata keçirilməməsi (ilk və sonrakı aylar üzrə) məhkəməyə pulun birdəfəlik tutularaq ərizəçiyə ödənilməsi barədə qərar qəbul edilməsinə səlahiyyət vermir. Müqafiq saziş üzrə öhdəliklər icra edilmədiyi andan etibarən Ərizəçi MMC-nin barışıq sazişini təsdiq etməklə icraya yönəltmək barədə məhkəməyə müraciət etmək hüququ olmuş, lakin, bu hüquqdan əvvəllər istifadə etməmişdir. Bu səbəbdən, barışıq sazişi yalnız sazişdə şərtləşdirilmiş hüquq və öhdəliklər üzrə təsdiq edilə bilər, müqavilə şərtlərindən kənar qaydada hüquqi mühakimə və mülahizə üzrə təfsir edilə bilməz. Beləliklə, məhkəmə iş materiallarını nəzərdə keçirərək hesab edir ki, ərizə qismən təmin edilməli və Ərizəçi MMC ilə maraqlı şəxs Cavabdeh arasında mediasiya prosesində bağlanmış xx.xx.2022-ci il tarixli MŞB/10-00056 nömrəli barışıq sazişi “1. tərəflər arasında bağlanmış müqavilənin predmeti xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 7829 (yeddi min səkkiz yüz iyirmi doqquz) manat borc tələbidir, 2. barışıq sazişinin imzalandığı tarixə, yəni xx.xx.2022-ci il tarixə Cavabdeh Ərizəçi MMC-yə olan borcu onlar arasında bağlanılan xx.xx.2018-ci il tarixli müqavilə üzrə 7829 (yeddi min səkkiz yüz iyirmi doqquz) manat təşkil edir. Bu borc məbləğini tərəflər mübahisələndirməyəcək və ya yenidən sübut edilməsini tələb etməyəcəklər, 3. Cavabdeh ödənişlərində gecikmə olmazsa cəmi məbləğ olan 7829 (yeddi min səkkiz yüz iyirmi doqquz) manat pul 1500 (min beş yüz) manat güzəşt olunacaqdır. Güzəşt olunduğu təqdirdə 12-ci ayın ödənişi 499 (dörd yüz doxsan doqquz) manat olacaqdır, 4. Cavabdeh tərəfindən müvafiq aylıq ödəniş (azı 530 manat) həmin aylıq ödənişin son icra tarixindən etibarən 15 (on beş) gündən artıq gecikdirilərsə Ərizəçi MMC hazırki barışıq sazişinin təsdiq olunaraq icraya yönləndirilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir və 5. aylıq ödənişin 15 günə qədər gecikdirilməsi növbəti aylıq ödənişin azaldılmasına yaxud gecikdirilməsinə əsas vermir” hissəsində təsdiq edilməli, ərizə “7829 manat pulun Cavabdeh tutularaq Ərizəçi MMC-yə ödənilməsinin məcburi icra edilməsi” hissəsində təmin edilməməlidir. Yuxarıda sadalananlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi MMC-nin maraqlı şəxs Cavabdeh cəlb edilməklə “barışıq sazişinin şərtinin təsdiq edilməsi” tələbinə dair ərizəsi qismən təmin edilsin. Ərizəçi MMC ilə maraqlı şəxs Cavabdeh arasında mediasiya prosesində bağlanmış xx.xx.2022-ci il tarixli MŞB/10-00056 nömrəli barışıq sazişi “1. tərəflər arasında bağlanmış müqavilənin predmeti xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 7829 (yeddi min səkkiz yüz iyirmi doqquz) manat borc tələbidir, 2. barışıq sazişinin imzalandığı tarixə, yəni xx.xx.2022-ci il tarixə Cavabdeh Ərizəçi MMC-yə olan borcu onlar arasında bağlanılan xx.xx.2018-ci il tarixli müqavilə üzrə 7829 (yeddi min səkkiz yüz iyirmi doqquz) manat təşkil edir. Bu borc məbləğini tərəflər mübahisələndirməyəcək və ya yenidən sübut edilməsini tələb etməyəcəklər, 3. Cavabdeh ödənişlərində gecikmə olmazsa cəmi məbləğ olan 7829 (yeddi min səkkiz yüz iyirmi doqquz) manat pul 1500 (min beş yüz) manat güzəşt olunacaqdır. Güzəşt olunduğu təqdirdə 12-ci ayın ödənişi 499 (dörd yüz doxsan doqquz) manat olacaqdır, 4. Cavabdeh tərəfindən müvafiq aylıq ödəniş (azı 530 manat) həmin aylıq ödənişin son icra tarixindən etibarən 15 (on beş) gündən artıq gecikdirilərsə Ərizəçi MMC hazırki barışıq sazişinin təsdiq olunaraq icraya yönləndirilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir və 5. aylıq ödənişin 15 günə qədər gecikdirilməsi növbəti aylıq ödənişin azaldılmasına yaxud gecikdirilməsinə əsas vermir” hissəsində təsdiq edilsin. Ərizə “7829 manat pulun Cavabdeh tutularaq Ərizəçi MMC-yə ödənilməsinin məcburi icra edilməsi” hissəsində təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar