Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3727/2025 09.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı "pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı "pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun əmlakı hesabına əsassız olaraq əldə etdiyi 5000 manat, avtomaşının şirkətin adına rəsmiləşdirilməsi üçün çəkdiyi 500 manat və hüquqi yardıma görə çəkdiyi 500 manat xərc, əldən çıxmış faydaya görə 132 manat və 82 manat dövlət rüsumu olmaqla ümumilikdə 6214 (altı min iki yüz on dörd) manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Məhəmmədəmin oğlu 2025-ci ilin yanvar ayında turbo.az saytında gördüyü 20.500 (iyirmi min beş yüz) manat dəyəri olan “Toyota Aqua” markalı nəqliyyat vasitəsini almaq üçün müvafiq saytda nəqliyyat vasitəsinin satıcısı kimi qeyd olunmuş Ruslan Əliyev adlı şəxsə əlaqə nömrəsi vasitəsilə müraciət etdi. Elanda həmçinin avtomaşının ilkin ödəniş 5500 (beş min beş yüz) manat olmaqla lizinq vasitəsilə satılması şərti ona uyğun olduğundan satıcı ilə razılaşdı. Tanıdığı lizinq şirkəti olmadığından satıcıdan lizinq şirkətləri barədə tövsiyə istədi və satıcının ona təklif etdiyi 3 ədəd lizinq şirkətləri arasından ən sərfəli təklifi irəli sürən Cavabdehnə müraciət etdi. Özünü şirkətin rəhbəri kimi təqdim etmiş Orxan Alışov 5500 manat ilkin ödənişi etdikdən sonra ona müqavilə təqdim olunacağını bildirdikdə razılaşdı və xx.xx.2025-ci il tarixdə avtomaşını lizinq şirkətinin adına rəsmiləşdirməsi üçün 500 (beş yüz) manat Ruslan Əliyevə, xx.xx.2025-ci il tarixdə isə 5000 (beş min) manat Orxan Alışova ödəniş etdikdən sonra qəbzlərin şəklini X2 nömrəsi vasitəsilə göndərdi. Lakin həmin gündən etibarən Orxan Alışov müxtəlif bəhanələr irəli sürərək bu günə qədər müqaviləni bağlamamış, müqavilə bağlanmadığından dəfələrlə tələb etməyisinə baxmayaraq ödədiyi pulu ona geri qaytarmamış, zənglərini isə cavablamaqdan boyun qaçırmışdır. Odur ki, şirkət müqavilə imzalanmadığı səbəbindən heç bir hüquqi əsas olmadan onun 5500 manat əmlakı hesabına əsassız olaraq varlanmışdır. Yuxarıda qeyd olunanlardan irəli gələrək qeyd etmək istəyir ki, cavabdeh ondan aldığı 5500 manat məbləğində pulu tələb etdiyi vaxtda ona qaytarsa idi, həmin pulu banklardan birinə depozitə qoyaraq Azərbaycan Respublikası Mərkəzi Bankının cari il üçün müəyyən etdiyi məbləğdə əlavə fayda formasında faiz pul götürə bilərdi. Cavabdehin əldən çıxmış fayda formasında ona vurduğu zərərin həcmi Mərkəzi Bankın 2025-ci il üçün müəyyən edilmiş faiz dərəcəsinə uyğun hesablanmalıdır. Belə ki, cavabdehdən ödənişi geri tələb etdiyi tarixdən məhkəməyə müraciət etdiyi günədək cavabdeh tərəfindən ödənişin gecikdirilməsi 4 ay təşkil edir. 2025-ci il üçün Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faizləri 7,25% təşkil edir. 2025-ci il: 5500 * 7,25 % = 398,75 : 12 = 33,22 * 4 ay = 132 manat. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada bildiriş göndərilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq bildirmişdir ki, bu gün dövlət qurumlarının birində vacib görüşdə iştirak etməli olduğundan məhkəmə iclasında iştirakı mümkün olmayacaqdır. İddiaçının iştirakı ilə tərəflərindən təqdim edilmiş sübutlar əsasında onun iştirakı olmadan baxış iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələbinə əsasən, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən əsaslı olduğunda qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Leobank ("xxxx" ASC) tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 416973****3340 nömrəli bank hesabına 500 manat məbləğində pul köçürülmüşdür. Rabitəbank tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli N300125-50 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabına 5000 manat pul ödənilmişdir. İddiaçı (müraciət edən şəxs) ilə “Ekol” Vəkil Bürosunun rəhbəri X1 arasında bağlanmış xx.xx.2025-ci il tarixli, EM-2523VK-27978/25 nömrəli hüquqi yardım göstərilməsi haqqında müqavilədən görünür ki, bu müqaviləyə görə Vəkil ona həvalə edilən tapşırıq əsasında İddiaçı hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə 500 (beş yüz) manat haqq ödəməyi öhdəsinə götürür. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə baxışında tədqiq olunmuş yazışmalardan həmin danışıqların İddiaçı ilə Cavabdeh MMC-nin adından Orxan Alışov arasında keçməsi, həmin danışıqlarda iddiaçı tərəfindən ona 5000 manat ödənişin edilməsi, daha sonra ona müqavilə bağlamağı təklif etməsi, X4un hər dəfə sabah bağlayırıq deyərək iddiaçı yubatması, bu səbəbdən iddiaçının ödədiyi 5000 manat pulun geri qaytarılmasını tələb etməsi, Orxan Alışovun isə pulu qaytaracağına vəd verməsi, lakin vədinə əməl etməməsi, iddiaçı tərəfindən müxtəlif qurumlara şikayətlər edildiyini, onunsa təqsirli olduğu təqdirdə qanun qarşısında cavab verəcəyini bildirməsi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 747.1-ci maddəsinə əsasən, Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747.3-cü maddəsinə əsasən Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. 747-1.2-ci maddəsinə əsasən Lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. 21.1-ci maddəsinə əsasən, Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-cü maddəsinə əsasən Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinə əsasən, Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Məhəmmədəmin oğlu 2025-ci ilin yanvar ayında turbo.az saytında gördüyü “Toyota Aqua” markalı nəqliyyat vasitəsini almaq üçün müvafiq saytda nəqliyyat vasitəsinin satıcısı kimi qeyd olunmuş Ruslan Əliyev adlı şəxsə əlaqə nömrəsi vasitəsilə müraciət etmişdir. Elanda avtomaşının ilkin ödəniş 5500 (beş min beş yüz) manat olmaqla lizinq vasitəsilə satılması şərti qoyulmuş və iddiaçı bununla razılaşmışdır. Bundan sonra Cavabdehnə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə avtomaşını lizinq şirkətinin adına rəsmiləşdirməsi üçün 500 (beş yüz) manat Ruslan Əliyevə, xx.xx.2025-ci il tarixdə isə 5000 (beş min) manat Orxan Alışova ödəniş etdikdən sonra qəbzlərin şəklini Orxan Alışova WhatsApp vasitəsilə göndərmişdir. X4 müxtəlif bəhanələr irəli sürərək bu günə qədər müqaviləni bağlamamış, müqavilə bağlanmadığından dəfələrlə tələb etməyisinə baxmayaraq ödədiyi pulu ona geri qaytarmamış, zənglərini isə cavablamaqdan boyun qaçırmışdır. Hazırda iddiaçı ödədiyi pulun qaytarıımasını və əldən çıxmış faydanın əvəzinin ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı 5000 manat vəsaiti lizinq müqaviləsinin bağlanması məqsədilə cavabdehə ödədiyindən, lakin onunla müqavilə bağlanmadığından ödədiyi vəsaitin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə lizinq müqaviləsi bağlanmasını, yaxud ödənilmiş vəsaitin iddiaçıya qaytarıldığını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Rabitəbank tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli N300125- 50 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabına 5000 manat pul ödənilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı 500 manat vəsaiti Cavabdeh MMC-yə deyil, Ruslan Əliyev adlı şəxsə ödəmişdir, bu səbəbdən həmin vəsaitin də cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə əsaslı deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə, iddia tələbinin “əldən çıxmış faydaya görə 132 manat ödənilməsi”nə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, 5000 manat vəsaitin 4 ay ərzində gecikdirilməsi üçün 5 faiz hesablamaqla, 83.32 manat edir (5000 × 5÷100=250, 250:12=20.83, 20.83 × 4 ay = 83,32 manat). Ona görə də məhkəmə hesab edir ki, cavabdehdən iddiaçı tərəfindən ödənilmiş 5000 manat pul və ödənişin gecikdirilməsi üçüm 5% hesablanmaqla, 83,32 manat tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hüquqi yardımın göstərilməsi üçün ödənilmiş pulun tutulması hissəsinə münasibətdə qeyd edir ki, xx.xx.2025-ci il tarixli, EM-2523VK-27978/25 nömrəli hüquqi yardım göstərilməsi haqqında müqavilədən görünür ki, müraciət edən şəxs İddiaçı hüquqi yardıma görə 500 (beş yüz) manat haqq ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə məhkəmə hesab edir ki, hüququ yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 500 (beş yüz) manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 70,12 (yetmiş manat on iki qəpik) manat hisəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdehndən 5012 (beş min on iki) manat pul, hüquqi yardıma görə vəkilə ödənilmiş 500 (beş yüz) manat pul və ödənilmiş dövlət rüsumunun 70,12 (yetmiş manat on iki qəpik) manat hisəsi tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehndən 5012 (beş min on iki) manat pul, hüquqi yardıma görə vəkilə ödənilmiş 500 (beş yüz) manat pul və ödənilmiş dövlət rüsumunun 70,12 (yetmiş manat on iki qəpik) manat hisəsi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-3727/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3727/2025
09.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver