Məhkəmə qərarları › İş №e-2(004)-39/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-39/2025

17.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-39/2025 17.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı (X12, X10, X21 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh qarşı “öhdəliyin icra edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına olan Abşeron rayonu Aşağı Güzdək və Hökməli qəsəbələrində yerləşən 16 ha torpaq sahələrinin onun adına keçirilməsi öhdəliyinin cavabdeh tərəfindən icra olunması və ödənilmiş 100 manat dövlət rüsumun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 10.040.927 manat və əvvəlki ödənilmiş 100 manat rüsum da nəzərə alınmaqla ümumilikdə ödənilmiş 5950 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, məhkəmə tərəfindən mülki iş üzrə xx.xx.2024-cü il tarixli məhkəmə baxış iclasında X12, X10, X21 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh atası X22 ilə sıx və etibarlı dostluq münasibətləri mövcud olmuşdur. Cavabdeh atasının etibarlı köməkçisi kimi olmuşdur. Məhz bu səbəbdən atası o zaman tikinti şirkəti qurarkən Cavabdeh heç bir vəsait ödəməməsinə baxmayaraq formal olaraq təsisçi kimi qeyd etdirmişdir ki, şirkətə kənar şəxslər daxil olmasın və gələcək gəlirləri özünə qalsın. Bundan başqa atası sağ olduğu vaxtlarda Abşeron rayonu Aşağı Güzdək və Hökməli qəsəbələrində şəxsi vəsaiti hesabına əldə etdiyi torpaq sahələrini formal olaraq Cavabdeh adına sənədləşdirmişdir. Torpaqların satılması hərraclarında Mahir iştirak etmiş, lakin bütün vəsaitlər atası tərəfindən ödənilmişdir. Atası bunu etməklə öz adında kifayət qədər çoxlu torpaq sahəsinin olmamağına çalışmışdır. Lakin bütün torpaqların faktiki mülkiyyətçisi və sərəncamvericisi atası olmuşdur. Buna görədir ki, atası rəhmətə getdiyi vaxta, yəni xx.xx.2016-cı ilə qədər həmin torpaq sahələrinin müəyyən hissələri atasının razılığı və sərəncamı ilə satılaraq ödənişlər atasına təqdim olunmuşdur. Mahir isə sadəcə olaraq atasının köməkçisi kimi bu əməliyyatlarda iştirak etmişdir. Aralarında olan etibar və dostluq münasibətləri o qədər güclü olmuşdur ki, atasının maddi durumu yaxşı olduğu 2014-2015-ci illlərdə atası tərəfindən Cavabdeh şəxsi ehtiyacları üçün 3.000.000 (üç milyon) manat borca pul vəsaiti verilmişdir. Lakin atası rəhmətə getdikdən sonra Cavabdeh bu etibar münasibətlərindən sui-istifadə edərək adına sənədləşmiş torpaq sahələrini mənimsəmişdir. Tərəfindən ona daimi olaraq təkid edilərək həmin torpaqların geri qaytarılması tələb olunmuşdur. Həmin zaman daha gənc olduğundan O sadəcə guya onun yanında olduğunu göstərmək məqsədi ilə götürmüş olduğu borc pul məbləğini ildə bir dəfə kiçik hissədə qaytarmağa başlamış və torpaqları adına keçirəcəyinə vədlər vermişdir. Əmi kimi tanıdığı Cavabdeh güvənərək ildə bir dəfə ondan 30.000 (otuz min) manat civarında ödəniş almış və torpaqların onsuz da onun olduğuna inanmışdır. Zaman keçərək yaşa dolduqda aldadıldığını hiss etdikdə torpaqların adına keçirilmədiyini görərək bu məsələni birdəfəlik həll etmək üçün təsisçisi olduqları "xxxx" MTK-nın ofisində xx.xx.2021-ci il tarixdə onunla görüşmüşdür. Aralarında baş tutan uzun müzakirələrdən sonra Cavabdeh həmişəki kimi ona vədlər verməyə başlamışdır. Onun bu vədlərindən yorulduğunu bildirdikdə o, “istəyirsən yazılı ərizə verim sənə” deyərək onu inandırmışdır. Bundan sonra o, aşağıdakı mətndə ərizə yazıb imzalayaraq ona təqdim edib “get rahat ol, sənin yanındayam mən” deyə bildirmişdir: “Mən Cavabdeh bu öhdəlik ərizəsini kompyuterdə yazdıraraq bildirirəm ki, mərhum dostum X22 tərəfindən bütün xərcləri ödənilərək əslində onun mülkiyyətində olan amma mənim adıma sənədləşdirilmiş Abşeron rayonu Aşağı Güzdək və Hökməli qəsəbələrində yerləşən torpaq sahələrinin 2016-cı ildən bəri mənim adımda qalan 20.5 ha-dan 16 ha-nı xx.xx.2023-cü il tarixədək X11 oğlu İddiaçı adına keçirməyi, 2016-cı ildən bəri satdığım 4.5 ha torpaq sahəsinin dəyərini ona ödəməyi və Kamil sağ olan vaxt mənim vasitəmlə üçüncü şəxslərin adına sənədləşdirilmiş və məndə etibarnamələri olmuş torpaqların Fəridin adına keçirilməsinə göstəriş verməyi öhdəmə göstürürəm. Kamildən 2014-2015-ci ildə götürmüş olduğum 3.000.000 (üç milyon) manat puldan hər il Fəridə 30.000 qaytarmışam. Sonuncu dəfə 2021-ci ilin oktyabrında qaytaranda 2.790.000 ( iki milyon yeddi yüz doxsan min) manat qalmışdı. Onu da birdəfəlik həmin tarixədək qayataracağam” Bu ərizəni götürdükdən sonra biraz rahatlaşıb öz işləri ilə məşğul olmağa başlamışdır. Cavabdeh üzərinə götürmüş olduğu öhdəliyi icra etmədiyini gördükdə onunla təkrar ünsiyyətə keçərək səbəbini soruşmuş, o isə “mənim adımda olan torpaqlardan başqa atanın mənim vasitəmlə X33 adına torpaq sənədləşdirmişdi, onunla məhkəmə mübahisələri yekunlaşıb və barışıq sazişi bağlanıb, ona deyəcəm torpağı sənin adına keçirsin” deyə bildirmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh X23 göstəriş verərək 5 ha torpaq sahəsini adına keçirməyi tapşırmışdır. Torpaq onsuz da onun atasına məxsus olduğundan, dolayı yolla da ona məxsus olduğundan və Mahir Rəşada bu torpağın adına keçirilməsinə görə 50.000 manat verməli olduğundan Mahirin vermiş olduğu pulla alğı-satqı müqaviləsini 40.000 manata bağlamışlar. Bununla da Rəşada həmin 50.000 manatdan 40.000 manat ödənilmişdir. Cavabdeh bu hərəkəti onda ona qarşı etibar yaratmış və öhdəliyi icra edəcəyinə əmin olmuşdur. Təxmini olaraq 2023-cü ilin mart aylarında onunla cavabdehin oğlu arasında kiçik mübahisə yaranmışdır. Bundan sonra onlar ondan polis orqanına şikayət ünvanlamışlar. Bu mübahisə cavabdehin əsl niyyətini üzə çıxarmaq üçün əsas olmuşdur. Cavabdeh Babaşov X36 rayon məhkəməsində iddia qaldıraraq baş tutmuş alğısatqını etibarsız hesab etdirmək istəmiş, səbəb kimi isə onun belə göstərişi olmadığını bildirmişdir. Halbuki alğı-satqının həyata keçirilməli olduğunu məhz Mahir göstəriş vermiş və bütün alğı-satqı xərclərini o ödəmişdir. Onun bu göstərişi yazmış olduğu öhdəlik ərizəsi ilə təsdiq olunur. Ehtimal ki, bu ərizəni unutduğundan ona qarşı belə əsassız iddia qaldırır. O nəinki bu hərəkəti etmiş, öhdəlik ərizəsi üzrə etməli olduqlarını da ərizədə qeyd edilən xx.xx.2023-cü il tarixədək icra etməkdən yayınmışdır. Uzun müddət onun bu hərəkətdən əl çəkəcəyini gözləyərək iddia qaldırmamışdır. Lakin indiki vəziyyətdə gördüyü odur ki, Cavabdeh bütün torpaqları və götürmüş olduğu pulu mənimsəyir, ona ziyan vurmaq üçün əsassız iddialar qaldırır. Bu səbəbdən məhkəmədə iddia qaldırmaq zərurəti yaranmışdır. Daha sonra, Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 xx.xx.2023-cü il tarixdə İddiaçı Cavabdeh qarşı “öhdəliyin icra edilməsi” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək, etirazında qeyd etmişdir ki, iddiaçının iddiası tamamilə əsassız, qanunsuz və sübutsuzdur. Belə ki, sübut qismində təqdim edilmiş ərizə saxtadır, çünki, o heç bir zaman üzərinə elə bir öhdəlik götürməmişdir. Sözügedən öhdəlik ərizəsinin saxta olduğu, iddiadakı cümlələrin bir-birinə ziddiyyət təşkil etdiyi aşağıda qeyd edilənlərlə tam şəkildə sübuta yetirildiyindən iddia rədd edilməli və o cümlədən 29 dekabr 2021-ci il tarixli öhdəlik ərizəsi etibarsız hesab edilməlidir. İddia ərizəsində qeyd edilənlərin tam əksinə olaraq o nə Kamilin, nə də bir başqasının köməkçisi olmamış, kimsə də onu harasa təsisçi kimi qoşmamışdır. İddiaçı tərəfin də çox yaxşı bildiyi kimi onlar Kamillə dost olmuş, hətta ilk əvvəl birlikdə MTK yaratmışlar. Daha sonra MTKda rəhbərlik dəyişdiyindən, onun kimi bir neçə təsisçinin gəlirlərini, pullarını mənimsədiyi, dələduzluq etdiyi üçün MTK-ya sədrlik edən X13 barədə cari ildə aidiyyəti hüquq mühafizə orqanlarına müraciət etdikdən sonra məhz hazırki iddiaçı Qənbər Fətullayevin qanunsuz maraqlarını müdafiə etmiş və onun tərəfindən bu cür qanunsuz və əsassız şəkildə işin əsl hallarını təhrif edərək məhkəmələrə yalan məlumatlar verməkdə, əsl həqiqətdə onun hüquqlarını pozmaqdadır. İddiaçının hazırda həqiqətləri danaraq kimlərinsə qanunsuz maraqları üçün bu cür saxta sənədlər təqdim edərək qanunu pozması, əsassız iddia qaldırması qəbul edilməzdir. İddiaçın yalan danışdığını onun iddiasındakı aşağıdakı fikirlərinin analizi sübut edir. Belə ki, İddiaçı qeyd edir ki, guya onun atasının maddi durumu yaxşı olduğu üçün 2014-2015-ci illərdə atası ona şəxsi ehtiyacları üçün 3000.000 manat borca pul vəsaitləri vermişdir. Guya atası rəhmətə getdikdən sonra torpaq sahələrini mənimsəmişdir. Guya onun daimi təkidlərindən sonra o hər il ildə bir dəfə 30.000 manat pul vermişdir. Guya yaşa dolduqdan sonra aldadıldığını hiss edir və guya onunla xx.xx.2021-ci il tarixində görüşür və guya həmin tarixdə “Mən Cavabdeh bu öhdəlik ərizəsini kompyuterdə yazdıraraq bildirirəm ki, mərhum dostum X22 tərəfindən bütün xərcləri ödənilərək əslində onun mülkiyyətində olan amma mənim adıma sənədləşdirilmiş Abşeron rayonu Aşağı Güzdək və Hökməli qəsəbələrində yerləşən torpaq sahələrinin 2016-cı ildən bəri mənim adımda qalan 20.5 ha-dan 16 ha-nı xx.xx.2023-cü il tarixədək X11 oğlu İddiaçı adına keçirməyi 2016-cı ildən bəri satdığım 4.5 ha torpaq sahəsinin dəyərini ona ödəməyi və Kamil sağ olan vaxt mənim vasitəmlə üçüncü şəxslərin adına sənədləşdirilmiş və məndə etibarnamələri olmuş torpaqların Fəridin adına keçirilməsinə göstəriş verməyi öhdəmə göstürürəm. Kamildən 2014-2015-ci ildə götürmüş olduğum 3.000.000 (üç milyon) manat puldan hər il Fəridə 30.000 qaytarmışam. Sonuncu dəfə 2021-ci ilin oktyabrında qaytaranda 2.790.000 (iki milyon yeddi yüz doğsan min) manat qalıb. Onu da birdəfəlik həmin tarixədək qayataracağam” məzmunlu öhdəlik ərizəsi yazmışdır. Qeyd olunanlar həqiqəti özündə əks etdirməyən absurd fikirlərdir. Belə ki, iddiaçının hazırki iddia ərizəsinin tələb hissəsinin özü belə hər hansı öhdəlik ərizəsinin, ümumiyyətlə öhdəliyin olmadığını, tərəfindən yazılmadığını, imzalanmadığını göstərir. Belə ki, əgər həqiqətən də elə bir ərizə vardısa o zaman sual olunur nə üçün iddiaçı öhdəlik ərizəsinin tam şəkildə icrasını yox, məhz 16 ha torpaq sahəsinin onun adına keçirilməsini tələb edir? Bununla yanaşı həmin ərizədəki 3000.000 manat pulla bağlı ziddiyyət yaranır. Belə ki, iddiaçının dediyindən belə çıxır ki, atası rəhmətə getdikdən sonra ona hər il 30.000 manat pul ödəmiş və 2021-ci ildə sonuncu dəfə 30.000 manat qaytaranda 2.790.000 manat qalıq qalmışdır. Bildirir ki, elementar riyazi hesablama bu fikrin uydurma olduğunu sübut edir. Belə ki, əgər iddiaçının atası öldükdən sonra, yəni 2016-cı ildən tərəfindən ildə bir dəfə iddiaçıya 30.000 manat pul ödənilibsə və əgər ki, 2021-ci ildə 2.790.000 manat qalıq qalırsa, 3000.000 manat hesabı ilə o 210.000 manat pul ödəmiş olmalıdır. 210.000 manatı isə ildə bir dəfə ödəniləcək 30.000 manata nisbətdə hesablasa, o zaman bu 7 il edir. 7 illik ödəniş isə göstərir ki, əgər o 2016-cı ildən ödəniş edirsə o zaman 7 il hesabı ilə o 210.000 manatı 2023-cü ildə ödəmiş olmalı idi. Göründüyü kimi iddiaçı özünə haqq qazandırmaq üçün uydurma məbləğlər yazsa da, öz aləmində guya ödənişlər edildiyini desə də, bu hesablama bütün bunların yalan olduğunu göstərir. Digər məsələ odur ki, sual verir, əgər iddiaçının dediyi kimi o hər il ödəniş etmişdirsə bunu nə ilə sübut edir? Atasının ona verildiyini qeyd etdiyi 3000.000 manat pulu hansı qaydada verilldiyini güman edir? İddiasında qeyd edir ki, əvvəllər yaşı az idi, sual olunur yaşı az idisə, onunla onun atası arasında hansısa qeyd edilən formada anlaşma var idisə bunu hardan bilir, bu nə ilə təsdiq edilir? Sual olunur nə üçün bu kimi öhdəlikdən onun hazırki iddiaya kimi məlumatı olmamışdr? Sual olunur əgər öhdəliklə bağlı hansısa razılaşma var idisə nə üçün iddiaçı bu saxta formada ortaya çıxartdığı ərizəni onun etibarsızlıqla bağlı Yasamal Rayon Məhkəməsində iddiası olan zaman təqdim etməyib? Sual olunur bu qədər pula, torpaq sahəsinə öhdəlik götürmüşdürsə nə üçün bu notarial qaydada bağlanmayıb? Nə üçün həmin ərizədə yalnız və yalnız onun imzası var, ərizənin məzmunu, eləcə də ad, soyadı belə tərəfindən yazılmayıb? Sual olunur əgər onun tərəfindən ərizə yazılması barədə təşəbbüs olubsa, nə üçün həmin ərizənin kompyuter vasitəsilə yazılmasına razı olsun? Bu suallar iddiaçının təqdim etdiyi ərizənin saxta olduğunu, ərizədən xəbərinin olmadığını, tərəfindən imzalanmadığını təsdiq edir. İddiaçı qeyd edir ki, guya onun üzərinə düşən öhdəliyi icra etmədiyini görüb təkrar ünsiyyətə keçmiş və guya o da X33 ilə arasında barışıq sazişi olduğunu, həmin mübahisəli torpaq sahəsinin isə onun atasına məxsus olduğunu qeyd edərək həmin torpağın onun adına keçirtdirəcəyini demişdir. Guya xx.xx.2023cü ildə o, Rəşad Əzizova göstəriş verərək torpaq sahəsinin iddiaçının adına keçirməyi tapşırmışdır. Bildirir ki, bu qeyd də uydurmadır. Belə ki, sual olunur, əgər öhdəliyin icra vaxtı xx.xx.2023-cü il tarixinə kimi idisə, o zaman nə üçün qeyd edir ki, üzərinə düşən öhdəliyi icra etmədiyi üçün təkrar əlaqə saxlayır? Sual olunur necə ola bilir ki, öhdəlik ərizəsində qeyd edilən pulları, torpaq sahələrini ona verməsin, amma ona məxsus olan əmlakı guya onun atasına məxsusdur adı ilə öhdəlik vaxtı çatmamış ona versin? İddiaçının X33 ilə arasındakı razılaşma üzrə qeyd etdikləri də təhrif edilmiş formadadır. Belə ki, bəli əsl həqiqətdə ona məxsus torpaq sahəsi X33 tərəfindən mənimsənildiyi üçün aidiyyəti qaydada inzibati məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsi iddiasını təmin etdikdən sonra Rəşad Əzizovun xahişlərini nəzərə alaraq 11 mart 2022-ci ildə barışıq sazişi bağlamış və həmin sazişlə o və Rəşad müəyyən öhdəliklər götürmüşlər. O, üzərinə düşən ilkin öhdəlikləri tam icra edərək Rəşad Əzizovun da sazişə əməl edəcəyinə insansa da car ilin iyul ayında xəbər tutmuşdur ki, onun hüquqları çatan daşınmaz əmlakı, yəni Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən 5.0 ha torpaq sahəsini onun xəbəri olmadan, gizlin şəkildə 17 fevral 2023cü il tarixində X5 Fərid Kamil oğluna satmışdır. Sözügedən müqavilədən xx.xx.2023-cü il tarixində rəsmi qaydada notariusa müraciət edərək sənədləri əldə edən zaman xəbər tutmuşdur. Çünki, bu günə kimi X33 ona torpaq sahəsinin satıldığını bildirməmişdir. Sözügedən müqavilə onun hüquqları pozulmaqla məqsədli şəkildə bağlanıldığından qüvvədə olan barışıq sazişinə əsasən onlar arasında bağlanılmış 17 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və eləcə də saziş üzrə öhdəliklərin icrasının Rəşad Əzizovun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi üçün aidiyyəti qaydada Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir və iddiası ilə bağlı e-2(004)- 4029/2023 saylı iş üzrə hazırki iddiaçı cavabdeh qismində cəlb edilmişdir və onun vəkili Vəkil1 məhkəmədə iştirak edən zaman iddiaçının hazırda qeyd etdiklərini yox, məhz əmlakı tam qanuni şəkildə aldığını, ödənişi də özlərinin etdiyini, tərəfindən hansısa göstərişin olmadığını bildirmişdir. İlk proseslər bu formada özlərinə haqq qazandırsalar da, sonda sazişdəki üçüncü şəxs anlayışını əsas tutaraq ilk əvvəl dediklərinin əksinə bildirmişlər ki, guya o, əmlakın Fəridin adına keçirilməsini demişdir və 40000 manat da pulu o ödəmişdir. Həmin məhkəmə zamanı verdiyi sualı indi bir daha qeyd edir: işin hallarına, müqaviləyə baxıldıqda əmlakın 40000 manata satıldığı qeyd edilsə də, 36000 manat vergi ödənilmişdir. Sual olunur vergi kim tərəfindən ödənilib? Həmin məhkəmə zamanı da indi də bildirir ki, sübut etsinlər ki, o, əmlakın Fəridə satılmasını bildirmişdir. Onu da qeyd edir ki, hazırda iddianın əsası kimi qoyulmuş öhdəlik ərizəsi iddiası əsasında baş tutan məhkəmə prosesinə ilk öncə təqdim edilməmiş, sadəcə olaraq xx.xx.2023-cü il tarixində sonuncu baxış iclasında elektron sistemə əlavə edilmiş, bununla yanaşı icraatdakı əsassız iddia ərizəsi də məhz işin sonunda verilmişdir. Bu detal sübut edir ki, sözügedən ərizə reallıqda mövcud olmamışdır, əgər belə bir ərizə mövcud olsaydı o zaman Fərid indi yox, ilk gündən onu məhkəməyə təqdim edərdi, məhkəmədə ikili, bir-brinə ziddiyyətli fikirlər irəli sürməzdi və o cümlədən ərizəni əsas tutub onun iddiasından qabaq aidiyyəti qurumlara müraciət edərdi. İddiaçı qeyd edir ki, guya o, iddia ərizəsi verən zaman öhdəlik ərizəsini unutmuşdur, lakin nəzərə alınmalıdır ki, İddiaçı hər şeyin, həqiqətin fərqində olsa da mövcud olmayan, heç bir hüquqi qüvvəsi olmayan öz maraqlarına xidmət edən sözlərdən ibarət kağız parçasını tərtib edərək onun adından da imzaladaraq son anda özünə haqq qazandırmağa, məsuliyyətdən yayınmağa çalışır. Qeyd edilənlərə, qanunvericiliyin tələblərinə əsasən bildirir ki, adından imzalandığı qeyd edilən 29 dekabr 2021-ci il tarixli öhdəlik ərizəsi qanunsuzdur, saxtadır. Öhdəlik ərizəsi adı altında iddiaçı tərəfindən onun öz qanunsuz maraqları üçün tərtib edilərək, imzaladılmış ərizənin ona heç bir aidiyyəti olmamaqla, qanunvericiliyin tələblərinə belə adekvat deyil. Ərizənin məzmunundan aydın olur ki, iddiaçı onu məsqədli şəkildə onun iddiasına təsir etmək üçün ağlına nə gəldi yazmaqla, köhnə tarixə də qeyd etməklə harada, hansı torpaq sahəsinin olduğunu qeyd etmədən, hətta öz aləmində borc üzrə geri ödənişlərə dair hətta səhv hesablamalar da apararaq ərizəyə qanuni görüntü yaratmağa çalışmışdır. Odur ki, sözügedən mübahisə predmetinin əsasını təşkil edən ərizənin etibarsız hesab edilməsi qanunvericiliyin tələbi olmaqla bu əsaslı detalın araşdırılması və münasibət bildirilməsi məhkəmənin vəzifəsidir. Əks yanaşma iddiaçı tərəfindən edilmiş saxtakarlığa, qanunsuzluğa haqq qazandırmaqdır, tətbiqi məcburi olan aidiyyəti yerli və beynəlxalq normaların, məhkəmə qərarlarının tələblərinin pozulmasıdır. İşin hallarına, qanunvericiliyin tələblərinə əsasən xahiş edir ki,Ş İddiaçı əsassız və sübutsuz iddiası rədd edilsin, həmçinin xx.xx.2021-ci il tarixli Öhdəlik ərizəsi etibarsız hesab edilsin. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılaraq iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil3 xx.xx.2025-ci il tarixli ərizələrlə məhkəməyə müraciət edərək, İddiaçı əsassız və sübutsuz iddiasının rədd edilməsini, həmçinin xx.xx.2021-ci il tarixli Öhdəlik ərizəsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X12, X10, X21 xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, ailələrinin əmlakını və pulunu mənimsəyən Cavabdeh ilə qarşılaşmaq istəmədiklərini bildirmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilərək, ərizə-mülahizədə qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişlər. Ərizə-mülahizədə qeyd edilmişdir ki, onlar X11 vərəsələri və hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olaraq aşağıdakı məzmunda ərizəni yazaraq bildirmək istəyirlər ki, X12 adından: X22 onun həyat yoldaşı olmuşdur. O, xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Vəfat edən vaxta qədər yoldaşının kifayət qədər geniş imkanı olmuş, əldə etdiyi əmlakların hamısını öz adına ala bilmədiyindən ona çox yaxın olmuş Cavabdeh və onun göstərdiyi üçüncü şəxslərin, hətta onun qohumlarının adına almışdır. Bu yaxınlıq o səviyyədə olmuşdur ki, mərhum yoldaşı tərəfindən təsis edilmiş “MKM-Mənzil Tikinti Kooperativi” (hazırkı "xxxx" MTK) yaradılarkən Cavabdeh heç bir məbləğ qoymamasına baxmayaraq təsisçi kimi qeyd edilmişdir. Faktiki olaraq mərhum yoldaşı və digər iki nəfər şəxs tərəfindən "xxxx" MMC qurulmuş və həmin MMC-nin fəaliyyəti üçün məbləğ qoyulmuşdur. Lakin yoldaşı adından formal olaraq təsisçi kimi Cavabdeh qeyd edilmişdir. Həmin MMC son illərə qədər mərhum yoldaşına məxsus olan (hal-hazırda onun mülkiyyətində olan) və "xxxx" MTK-nın yerləşdiyi Abşeron rayonu Hökməli qəsəbəsində 7 ha torpaq sahəsində fəaliyyət göstərmişdir. Bu münasibətlər kəskinləşdiyindən Cavabdeh həmin MMC-ni əmlakları ilə birlikdə başqa əraziyə daşımışdır. Mərhum yoldaşı Bakı şəhəri, M.Əlizadə küçəsi, 130 nömrəli yaşayış evinin 43 saylı mənzili Cavabdeh qohumu Babaşova Rəna Rəsul qızının adına almış və bugünə kimi həmin ev onların sahibliyində olmuşdur. Münasibətlər kəskinləşdiyindən düz 30 ildən sonra Babaşova Rəna Ağamikayıl qızı (Cavabdeh göstərişi ilə, hər iksinin vəkilinin eyni olması və münasibətlər kəskinləşdikdən sonra bu iddianın qaldırılması qeyd edilən faktı təsdiq edir) Nərimanov rayon məhkəməsində iddia qaldırmışdır. (e-2(005)- 179/2024) Həmin işdə o müstəqil tələb irəli sürən üçüncü şəxs kimi tanınmışdır. 30 il ərzində bu iddianın qaldırılmaması və heç bir pretenziya irəli sürməməsi o deməkdir ki, həmin mənzili onun yoldaşı almış və hər kəs bunu belə bilmiş, qəbul etmişdir. Mərhum yoldaşı Abşeron rayon Aşağı Güzdək qəsəbəsində 5 ha torpaq sahəsini Cavabdeh işçisi X17 adına almışdır. Cavabdeh ilə X33 arasında münasibətlər kəskinləşmiş və bu mübahisə “Barışıq Sazişi” ilə yekunlaşmışdır. Münasibətlər kəskinləşməmiş həmin torpaq sahəsini oğlu İddiaçı adına keçirilməsinə Cavabdeh göstəriş verərək yoldaşına məxsus olan torpağı geri qaytarmışdır. Lakin münasibətlər kəskinləşdikdən sonra yuxarıda sadalanan digər iddialar kimi formal iddia qaldıraraq belə bir göstərişin vermədiyini bildirmişdir. Hazırda həmin işə Ali Məhkəmədə baxılmaqdadır. Ən əsası isə mərhum yoldaşı Abşeron rayonu Hökməli və Güzdək qəsəbələrində formal mülkiyyətçi kimi Cavabdeh adına torpaq sahələri əldə etmişdir. Vəfat edən vaxtda Cavabdeh adında 20 ha yaxın torpaq sahəsi qalmışdır. Digər tərəfdən mərhum yoldaşı vəfat edənə qədər Cavabdeh 3.000.000 üç milyon manat pul vermişdir. Bu pul mərhum yoldaşının Cavabdeh olan güvəninə görə və Cavabdeh həyatını rahatlaşdırmaq məqsədi ilə borc kimi verilmişdi. Mərhum yoldaşı həmişə deyirdi ki, “mən Cavabdeh etibar edirəm, o, adında olan əmlakların və borc məbləğin heç vaxt arxasına keçməz, mən sağ olmasam demişəm həmin əmlakları və borcu böyük oğlum İddiaçı qaytar ” Məhz bu səbəbdən yoldaşı rəhmətə gedəndən sonra dəfələrlə Mahirin özünə torpaqları və borcu tam qaytarmaq təklif olunmuşdur. Hətta ətrafda olan və Mahirə yaxın adamlardan da Mahirə bildirmələri xahiş edilmişdir ki, Mahiri bu əməlindən daşındırsınlar və haqqları olan torpaqları və borcu tam geri qaytarsın. Məhz oğlu İddiaçı Cavabdehlə uzun sürən danışıqlarından sonra Cavabdeh qeyd edilən “Öhdəlik Ərizəsi”-ni yazaraq imzalamışdır. Bundan sonra Cavabdeh yuxarıda qeyd edilən 5 ha torpaq sahəsini oğlunun adına keçirmişdir .Lakin oğlu İddiaçı ilə Cavabdeh oğlu Babaşov Ağası Mahir oğlu arasında yaranan münaqişədən və Babaşov Ağası tərəfindən Abşeron rayon Polis İdarəsinə müraciətdən sonra Cavabdeh öz üzərinə götürdüyü bütün öhdəliklərdən yayınmağa başlamışdır. Bir daha qeyd edir ki, “Öhdəlik Ərizəsi”-dəki bütün məlumatların reallığını təsdiq edir və həmin ərizə üzrə Cavabdeh öhdəliklərini mərhum yoldaşının ona bildirdiyi vəsiyyət üzrə oğlu İddiaçı icra olunmasına tamamilə razıdır. X21 və X14 adından: onlar yuxarıda qeyd edilənlərlə tamamilə razıdırlar və “Öhdəlik Ərizəsi”indəki bütün məlumatların reallığını təsdiq edirlər və həmin ərizə üzrə Cavabdeh öhdəliklərini mərhum atalarının analarına bildirdiyi vəsiyyət üzrə qardaşları İddiaçı icra olunmasına tamamilə razıdırlar. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli Öhdəlik ərizəsində qeyd edilmişdir ki, “Mən Cavabdeh bu öhdəlik ərizəsini kompyuterdə yazdıraraq bildirirəm ki, mərhum dostum X22 tərəfindən bütün xərcləri ödənilərək əslində onun mülkiyyətində olan amma mənim adıma sənədləşdirilmiş Abşeron rayonu Aşağı Güzdək və Hökməli qəsəbələrində yerləşən torpaq sahələrinin 2016-cı ildən bəri mənim adımda qalan 20.5 ha-dan 16 ha-nı xx.xx.2023-cü il tarixədək X11 oğlu İddiaçı adına keçirməyi, 2016-cı ildən bəri satdığım 4.5 ha torpaq sahəsinin dəyərini ona ödəməyi və Kamil sağ olan vaxt mənim vasitəmlə üçüncü şəxslərin adına sənədləşdirilmiş və məndə etibarnamələri olmuş torpaqların Fəridin adına keçirilməsinə göstəriş verməyi öhdəmə göstürürəm. Kamildən 2014-2015-ci ildə götürmüş olduğum 3.000.000 (üç milyon) manat puldan hər il Fəridə 30.000 qaytarmışam. Sonuncu dəfə 2021-ci ilin oktyabrında qaytaranda 2.790.000 ( iki milyon yeddi yüz doxsan min) manat qalmışdı. Onu da birdəfəlik həmin tarixədək qaytaracağam”. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh 2006-cı il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası üzrə mülkiyyətində olan əmlakların siyahısı, əmlakların hansı tarixdə əldə olunması, əmlakların əldə olunma forması və digər xüsusiyyətləri barədə müvafiq məlumatların verilməsi ilə bağlı sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. 1. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 2.0 ha ehtiyat fondu torpaqları təyinatlı torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu il tarixdə **********01 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır (Abşeron rayon Aşağı Güzdək bələdiyyəsi, xx.xx.2010-cu il tarixli 03 nömrəli torpaq sahəsinin alqı-satqı müqaviləsi, xx.xx.2009-cu il tarixli 305 nömrəli hərracın yekun protokoluna əsasən) və hazırda mülkiyyətindədir. 2. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 2.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə **********10 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır (DTXK Abşeron rayon şöbəsi, xx.xx.2013-cü il tarixli 3531 nömrəli Hərracın yekun prortokolu; Abşeron rayon Aşağı Güzdək bələdiyyəsi xx.xx.2013-cü il tarixli 12 nömrəli torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında) və hazırda mülkiyyətindədir. 3. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 4.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə **********11 reyestr nömrəsi ilə qeydiyyata (DTXK Abşeron rayon şöbəsi, xx.xx.2013-cü il tarixli 3532 nömrəli Hərracın yekun protokolu; Abşeron rayon Aşağı Güzdək bələdiyyəsi xx.xx.2013-cü il tarixli 13 nömrəli torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında) alınmışdır. Torpaq sahəsindən 1.0 ha hissəsi özgəninkiləşdirilmişdir. Yerdə qalan 2.99 ha (0.01 ha ümumi yol) torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə **********05 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli 4Ə- 632 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 2.99 ha torpaq sahəsindən 2.8825 ha hissəsi özgəninkiləşdirilmişdir. Yerdə qalan 0.1075 ha torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə **********47 reyestr nömrəsi ilə qeydiyyat alınmışdır. 0.1075 ha torpaq sahəsi magistral yola düşdüyü üçün xx.xx.2018-ci il tarixində Cavabdeh müraciətinə əsasən hüquqları ləğv edilmişdir.

4. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 1.8878 ha ehtiyat fondu torpaqları təyinatlı torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu il tarixdə **********81 reyestr nömrəsi ilə qeydiyyata (Abşeron rayon Aşağı Güzdək bələdiyyəsi, xx.xx.2010-cu il tarixli 06 nömrəli torpaq sahəsinin alqı-satqı müqaviləsi, xx.xx.2010-cu il tarixli 935 nömrəli hərracın yekun protokoluna əsasən) alınmışdır. Abşeron rayon notariusu X28 tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli 4Ə/1647 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 1.88783 ha torpaq sahəsindən 0.6 ha hissəsi özgəninkiləşdirilmişdir. Yerdə qalan 1.28783 ha torpaq sahəsi üzərində Cavabdeh rğlunun adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə **********81 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayon notariusu X28 tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli 4Ə/1177 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 1.28783 ha torpaq sahəsindən 0.45 ha və 0.4 ha hissələri özgəninkiləşdirilmişdir. Yerdə qalan 0.4378 ha torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə **********52 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayon 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli 4Ə/5906 resyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0.4378 ha torpaq sahəsi özgəninkiləşdirilmişdir. 5. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 1.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlkaın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə **********48 reyestr nömrəsi ilə qeydiyyata (Abşeron rayon 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli 4Ə/725 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X29 adından özgəninkiləşdirilmişdir) alınmışdır. Abşeron rayon 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli 4Ə/2757 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 1.0 ha torpaq sahəsi özgəninkiləşdirilmişdir.

6. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.9982 ha ehtiyat fondu torpaqları təyinatlı torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu il tarixdə **********06 reyestr nömrəsi ilə qeydiyyata (Abşeron rayon Aşağı Güzdək bələdiyyəsi, xx.xx.2010-cu il tarixli 05 nömrəli torpaq sahəsinin alqı-satqı müqaviləsi, xx.xx.2010-cu il tarixli 325 nömrəli hərracın yekun protokoluna əsasən) alınmışdır. Abşeron rayon 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli 4Ə/163 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0.9982 ha torpaq sahəsi tam özgəninkiləşdirilmişdir. 7. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.0956 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə **********02 reyestr nömrəsi ilə qeydiyyata (Abşeron rayon 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli 4Ə-431 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X49 tərəfindən özgəninkiləşdirilmişdir) alınmışdır və hazırda mülkiyyətindədir. 8. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 3.7 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə **********37 reyestr nömrəsi ilə qeydiyyata (Abşeron rayon 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli 4Ə-5010 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X24 tərəfindən özgəninkiləşdirilmişdir) alınmışdır. Abşeron rayon 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli 4Ə-432 reyestr nömrəli daşınmaz əmlakın alıq-satqı müqaviləsinə əsasən 3.7 ha torpaq sahəsindən 0.3 ha hissəsi özgəninkiləşdirilmişdir. Yerdə qalan 3.4 ha torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə **********26 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. 9. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 2.0 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə **********22 reyestr nömrəsi ilə qeydiyyata (Abşeron rayon 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli 4Ə-349 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X42 tərəfindən özgəninkiləşdirilmişdir) alınmışdır. Abşeron rayon 2 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 4Ə-1786 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 2.0 ha torpaq sahəsindən 0.5 ha hissəsi özgəninkiləşdirilmişdir. Yerdə qalan 1.5 ha torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reysetrində xx.xx.2022-ci il tarixdə **********98 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. 10. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 5.0 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014cü il tarixdə **********16 reyestr nömrəsi ilə qeydiyyata (Abşeron rayon 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli 4Ə-1309 reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən X24 tərəfindən özgəninkiləşdirilmişdir) alınmışdır. Abşeron rayon 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli 4Ə-06-1704 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 5.0 torpaq sahəsi tam özgəninkiləşdirilmişdir. 11. Həmçinin bildirilir ki, Ağsu şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.05 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə dair Babaşov Mhir Ağası oğlunun adı ilə bağlı JN-3090A nömrəli 2006-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1250/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh apelyasiya şikayətinin təmin edilməsi, hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 noyabr 2023-cü il tarixli qətnamənin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı Cavabdehlər İddiaçı və X23 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbi barədə” iddiasının təmin edilməsi, cavabdeh İddiaçı ilə cavabdeh X33 arasında Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən 5 ha torpaq sahəsinə dair bağlanmış 17 fevral 2023-cü il tarixli, AN seriyalı, 134490 saylı “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən 5 ha torpaq sahəsinə dair cavabdeh İddiaçı adına “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş “Reyestrdən çıxarış”ın ləğv edilməsi, iddiaçı Cavabdeh ilə cavabdeh X33 arasında 11 mart 2022-ci il tarixində bağlanmış və Bakı Şəhəri 51 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək, qeydə alınmış “Barışıq sazişində” təsbitini tapan – “X33 ƏMDK yanında DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş **********3 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli Dövlət reyestrindən Çıxarışa əsasən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi Ərazisində yerləşən 5 ha torpaq sahəsini Cavabdeh və ya onun göstərdiyi üçüncü şəxsin adına keçirməyi öhdəsinə götürür” öhdəliyinin icrasının cavabdeh X17 üzərinə qoyulması, cavabdeh İddiaçı ilə cavabdeh X33 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AN seriyalı ******* saylı “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi” etibarsız hesab edildiyi üçün 4.000 (dörd min) manat məbləğində pulun X15 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan “X44 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli, 140 nömrəli mütəxəssis rəyinə əsasən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2010-cu il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyətində olan kateqoriyası ehtiyat fondu torpaqları, məqsədli istifadə növü sahibkarlıq olan 2,0 ha torpaq sahəsinin bazar qiyməti təqribən 1019953,255 (5099.8*200) manat müəyyən edilmişdir. İş materiallarında olan “X44 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli, 139 nömrəli mütəxəssis rəyinə əsasən 1. Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən xx.xx.2005-ci il tarixli Torpağa mülkiyyət hüququna dair (JN: 0077 Kod ********) Dövlət Aktına əsasən mülkiyyətdə olan tikinti məqsədli təyinatlı, istifadə növü sahibkarlıq olan 7,00 ha torpaq sahəsinin orta bazar qiyməti 2039310,0 (3005,3*700) manat; 2. Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən **********98 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətdə olan məqsədli istifadə növü sahibkarlıq olan 1,5 ha torpaq sahəsinin orta bazar qiyməti 450800,00 (3005,3*150) manat; 3. Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən **********26 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətdə olan məqsədli istifadə növü sahibkarlıq olan 3,4 ha torpaq sahəsinin orta bazar qiyməti 1021813,33 (3005,3*340) manat müəyyən edilmişdir. İş materiallarında olan “X44 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli, 138 nömrəli mütəxəssis rəyinə əsasən 1. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən ******* nömrəli xx.xx.2023-cü il tarixli çıxarışa əsasən xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən, kateqoriyası kənd təsərrüfatı torpaqlar, məqsədli istifadə növü sahibkarlıq olan 2,19 ha torpaq sahəsinin orta bazar qiyməti 948859,7434 (4332.7*219) manat; 2. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən **********11 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətdə olan məqsədli istifadə növü sahibkarlıq olan 1,0 ha torpaq sahəsinin (satılmış) orta bazar qiyməti 433269,2892 (4332.7*100) manat; 3. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən **********11 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətdə olan məqsədli istifadə növü sahibkarlıq olan 2,8825 ha torpaq sahəsinin orta bazar qiyməti 1248898,726 (4128.6*288.25) manat müəyyən edilmişdir. İş materiallarında olan “X44 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli, 137 nömrəli mütəxəssis rəyinə əsasən Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən **********02 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətdə olan, məqsədli istifadə növü sahibkarlıq olan 0,0956 ha torpaq sahəsinin (yolun kənarı) bazar qiyməti təqribən 88025,0 (9207.6*9.56) manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “X19”nin xx.xx.2023-cü il tarixli, 176 saylı mütəxəssis rəyinə əsasən tədqiqata təqdim edilmiş, Cavabdeh adından yazılmış 29 dekabr 2021-ci il tarixli “Öhdəlik Ərizəsinin” sonunda “İmza” sözündən sonra “Cavabdeh” sözləri qarşısında icra edilmiş imza Cavabdeh tərəfindən icra olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/909 nömrəli ekspert rəyinə əsasən ekspertizaya təqdim olunmuş mülki işin 49-cu vərəqəsində yerləşən Abşeron rayonu 29 dekabr 2021-ci il tarixli öhdəlik ərizəsində “İmza” sözündən sonra “Cavabdeh” yazıları qarşısında olan imza Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəməxətşünaslıq ekspertiza tədqiqatının dəyəri 105 manat müəyyən edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında dindirilmiş ekspert X6 ifadəsində bildirmişdir ki, əgər məhkəmədən sənədin əslinin əldə edilməsinin mümkün olmaması ilə bağlı məktub daxil olarsa, görüntü yaxşı olduqda sənədin surətinə əsasən də rəy verirlər. İş materiallarının 49-cu səhifəsində yerləşən sənədin əsli olub –olmadığını, imzanın həmin sənədə sonradan köçürülüb-köçürülmədiyini müəyyən edə bilmirlər. Bu məqsədlə sənədlərin məhkəmə texniki ekspertizası təyin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 5/1255 nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş 29 dekabr 2021-ci il tarixli Öhdəlik ərizəsində Cavabdeh adı qarşısında olan imza hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsilə icra edilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, sənədlərin məhkəmə texniki ekspertizası tədqiqatının dəyəri 100 manat müəyyən edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli baxış iclasında dindirilmiş ekspert X34 ifadəsində bildirmişdir ki, tədqiqat “Leica” M205 C” mikroskop və “Foster-Freeman” firmasının istehsalı olan VSC 6000/HS markalı video spektral komporator vasitəsi ilə aparılmışdır. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna istinad edilmişdir. Metodik vəsait vardır, lakin onlar onu qeyd etmirlər. Sual ona aydın olmuş və həmin sual üzrə tədqiqat aparılmışdır. İş materiallarında neçə nüsxə öhdəlik ərizəsinin olduğunu bilmir, lakin sənədin əsli üzrə tədqiqat aparırlar. İşi vərəqləyərək sənədin əslini tapmış və onun üzərində tədqiqat aparmışdır. Qərardadda iş materiallarının hansı səhifəsində yerləşən öhdəlik ərizəsinin tədqiq edilməsi ilə bağlı müddəanın olub-olmamasını xatırlamır. Sənədin əslini tapmış və onun üzərində tədqiqat aparmışdır. Sual tam dəqiq qoyulmadıqda ekspert sual ətrafında sənədi axtarıb tapır və dəqiqliklə sənədin hansı səhifədə yerləşdiyini qeyd edir. 2009-cu ildən ekspert vəzifəsində işləyir. Ekspert qarşısında qoyulmuş sual imzanın hansı üsulla icra olunması kimi başa düşülür. İlkin gözlə araşdıraraq sənədin əslinin olmadığı müəyyən edildikdə, həmin sənədin əslini tələb edirlər. İmza hər hansı texniki vasitənin köməyi ilə deyil, birbaşa icra edilmişdir. O, qoyulan sual üzrə sənədi müəyyənləşdirərək tədqiqat aparmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli baxış iclasında dindirilmiş şahid X30 ifadəsində bildirmişdir ki, cavabdehi tanıyır. Belə ki, cavabdeh qardaşı oğlunun şəriki olmuşdur. İddiaçının atasının əmisidir. X11 ona borcu var idi. İddiaçı ondan cavabdehdən torpaq sahələrinin alınmasına yardım etməyini istəmiş və nəticədə ona olan borcu ödəyəcəyini bildirmişdir. İddiaçı pulun, torpaq sahəsinin cavabdehə verilməsi ilə bağlı sənədin olmadığını bildirmişdir. Cavabdehin əvvəllər maddi vəziyyəti X11 maddi vəziyyətindən də yaxşı olmuşdur. Cavabdeh X1 olmamışdır. Onlar şərik olmuşlar. X11 ürəyində problem var idi. 3-4 gün bununla bağlı xəstəxanada da yatmışdı. Qardaşının iki həyat yoldaşı olmuşdur. Buna görə də soyadları fərqlidir. Mahir və Kamil şərik olmuşlar. Kamilin pul və ya torpaq sahəsinin cavabdehdə olması ilə bağlı heç bir məlumatı yoxdur. X11 ona 322000 manat borcu var idi. X11 ailəsi ilə heç bir ədavəti yoxdur. İş materiallarında olan “X41 Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli, 004-357/2024 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən 1. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2010-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyətində olan 2,0 ha torpaq sahəsinin dəyəri 540000 manat; 2. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, ******* nnömrəli xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən mülkiyyətdə olan 2,19 ha torpaq sahəsinin dəyəri 591300 manat; 3. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, **********11 reyestr nömrəli Çıxarışa əsasən mülkiyyətdə olan 1 ha torpaq sahəsinin dəyəri 280000 manat; 4. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, **********11 reyestr nömrəli Çıxarışa əsasən mülkiyyətdə olan 2,8825 ha torpaq sahəsinin dəyəri 764000 manat; 5. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, xx.xx.2005-ci il tarixli Torpağa mülkiyyət hüququna dair (JN: 0077 Kod ********) Dövlət Aktına əsasən mülkiyyətdə olan 7,00 ha torpaq sahəsinin dəyəri 2.604.000 manat; 6. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, **********98 reyestr nömrəli Çıxarışa əsasən mülkiyyətdə olan 1,5 ha torpaq sahəsinin dəyəri 382500 manat; 7. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, **********26 reyestr nömrəli Çıxarışa əsasən mülkiyyətdə olan 3,4 ha torpaq sahəsinin dəyəri 986000 manat; 8. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, **********02 reyestr nömrəli Çıxarışa əsasən mülkiyyətdə olan 0,0956 ha torpaq sahəsinin dəyəri 87000 manat təşkil edir. “X41 Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli, 004-357/2024 saylı hesab-fakturasından görnür ki, əmlakın qiymətləndirilməsi tədqiqatının dəyəri 1000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh və X31 arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 4 ha olan torpaq sahəsinin 1 ha hissəsini 30000 manata alıcı X3. İş materiallarında olan X49 və Cavabdeh arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X49 mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.0956 ha olan torpaq sahəsini 10000 manata alıcı Cavabdeh satmışdır. İş materiallarında olan Cavabdeh və X25 arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 3.7 ha olan torpaq sahəsinin 0.3 ha hissəsini 10000 manata alıcı X2. İş materiallarında olan Cavabdeh və X35 arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 2.99 ha olan torpaq sahəsinin 2.8825 ha hissəsini 50000 manata alıcı X4. İş materiallarında olan Cavabdeh və Seyidov Nurlan Hicran oğlu arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 2 ha olan torpaq sahəsinin 0.5 ha hissəsini 10000 manata alıcı Seyidov Nurlan Hicran oğluna satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinin tələbinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinin tələbinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinin tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki qanunvericilik normalarından görünür ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. Əsassız varlanma hər hansı hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edilməsi halında yaranır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.5-ci maddəsinin tələbinə görə, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli Öhdəlik ərizəsi imzalayaraq, həmin öhdəlik ərizəsində qeyd etmişdir ki, “Mən Cavabdeh bu öhdəlik ərizəsini kompyuterdə yazdıraraq bildirirəm ki, mərhum dostum X22 tərəfindən bütün xərcləri ödənilərək əslində onun mülkiyyətində olan amma mənim adıma sənədləşdirilmiş Abşeron rayonu Aşağı Güzdək və Hökməli qəsəbələrində yerləşən torpaq sahələrinin 2016-cı ildən bəri mənim adımda qalan 20.5 ha-dan 16 ha-nı xx.xx.2023-cü il tarixədək X11 oğlu İddiaçı adına keçirməyi, 2016-cı ildən bəri satdığım 4.5 ha torpaq sahəsinin dəyərini ona ödəməyi və Kamil sağ olan vaxt mənim vasitəmlə üçüncü şəxslərin adına sənədləşdirilmiş və məndə etibarnamələri olmuş torpaqların Fəridin adına keçirilməsinə göstəriş verməyi öhdəmə göstürürəm. Kamildən 2014-2015-ci ildə götürmüş olduğum 3.000.000 (üç milyon) manat puldan hər il Fəridə 30.000 qaytarmışam. Sonuncu dəfə 2021-ci ilin oktyabrında qaytaranda 2.790.000 ( iki milyon yeddi yüz doxsan min) manat qalmışdı. Onu da birdəfəlik həmin tarixədək qaytaracağam”. Sözügedən öhdəlik ərizəsinin məzmunundan belə nəticəyə gəlmək olur ki, Cavabdeh xx.xx.2021-ci il tarixli Öhdəlik ərizəsi ilə İddiaçı qarşısında xx.xx.2023-cü il tarixədək aşağıdakıları etməyi öhdəsinə götürmüşdür: 1. İddiaçı mərhum atası X8 onun sağlığında aldığı 3.000.000 (üç milyon) manat borcdan qalan 2.790.000 ( iki milyon yeddi yüz doxsan min) manat borcu İddiaçı qaytarmaq; 2. Əslində İddiaçı mərhum atası X11 mülkiyyəti olan lakin Cavabdeh adına sənədləşdirilmiş 2016-cı ildən bəri onun adında qalan Abşeron rayonu Aşağı Güzdək və Hökməli qəsəbələrində yerləşən 20.5 ha-dan 16 ha-nı İddiaçı adına keçirmək; 3. Əslində İddiaçı mərhum atası X11 mülkiyyəti olan lakin Cavabdeh adına sənədləşdirilmiş 2016-cı ildən bəri onun adında qalan lakin öhdəlik ərizəsi tərtib olunanadək Cavabdeh tərəfindən özgəninkiləşdirilmiş Abşeron rayonu Aşağı Güzdək və Hökməli qəsəbələrində yerləşən 20.5 hadan 4.5 ha torpaq sahəsinin dəyərini İddiaçı vermək; 4. İddiaçı mərhum atası X7 olan vaxt onun vasitəsilə üçüncü şəxslərin adına sənədləşdirilmiş və Cavabdeh etibarnamələri olmuş əslində X11 mülkiyyəti olan torpaqların Fəridin adına keçirilməsinə göstəriş vermək. Hazırda İddiaçı Cavabdeh tərəfindən sözügedən öhdəlik ərizəsi üzrə onun qarşısında götürdüyü öhdəliklərinin bugünədək icra edilməməsinə istinad edərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmədən Cavabdeh ümumilikdə 10.040.927 manat və ümumilikdə ödənilmiş 6050 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh isə mübahisəli öhdəlik ərizəsinin onun tərəfindən tərtib edilmədiyini, imzalanmadığını bildirərək, öhdəlik ərizəsinin etibarsız olduğunu və buna görə də iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Sözügedən mübahisəli öhdəlik ərizəsinin həqiqətən Cavabdeh tərəfindən imzalanmasının müəyyən edilməsi tərəflər arasında yaranan hüquq münasibətinin hüquqi əsasının müəyyən edilməsi baxımından zəruri olduğundan məhkəmə tərəfindən məhkəmə xətşünaslıq ekspertizası təyin olunmuş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/909 nömrəli ekspert rəyinə əsasən ekspertizaya təqdim olunmuş mülki işin 49-cu vərəqəsində yerləşən Abşeron rayonu 29 dekabr 2021-ci il tarixli öhdəlik ərizəsində “İmza” sözündən sonra “Cavabdeh” yazıları qarşısında olan imzanın Cavabdeh tərəfindən icra olunduğu müəyyən edilmişdir. Bununla yanaşı, xx.xx.2021-ci il tarixli Öhdəlik ərizəsindəki “İmza” sözündən sonra “Cavabdeh” yazıları qarşısında olan imzanın həmin öhdəlik ərizəsinə sonradan texniki vasitələrin köməyi ilə köçürülüb köçürülməməsinin müyyən edilməsi üçün məhkəmə tərəfindən sənədlərin məhkəmə texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 5/1255 nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş 29 dekabr 2021-ci il tarixli Öhdəlik ərizəsində Cavabdeh adı qarşısında olan imza hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsilə icra edildiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyləri sübut növü kimi qəbul edir və onunla razılaşır. Buradan belə bir nəticəyə gəlmək olur ki, Cavabdeh xx.xx.2021-ci il tarixli Öhdəlik ərizəsi imzalamaqla İddiaçı qarşısında öhdəlik ərizəsində qeyd edilənləri xx.xx.2023-cü il tarixədək icra etməyi öhdəsinə götürmüş, lakin bugünədək icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən öhdəlik ərizəsi üzrə iddiaçı cavabdehdən ərizədə nəzərdə tutulmuş hərəkətlərin edilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə öhdəlik ərizəsi üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Belə ki, Babaşov X37 Fərid Kamil oğlu qarşısında öhdəlik ərizəsində qeyd etdiklərini icra etməyərək, əsassız olaraq varlanmışdır və qanunvericiliyin tələbinə müvafiq olaraq varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Belə ki, iddia tələbindən də göründüyü kimi öhdəliklə bağlı hərəkətlərdən bir qismi borc məbləğinin, satılmış torpaqların dəyərinin qaytarılması ilə bağlı olsa da, digər qismi naturada ifadə olunmuş, yəni əslində İddiaçı mərhum atası X11 mülkiyyəti olan lakin Cavabdeh adına sənədləşdirilmiş 2016-cı ildən bəri onun adında qalan Abşeron rayonu Aşağı Güzdək və Hökməli qəsəbələrində yerləşən 20.5 ha-dan 16 ha-nı İddiaçı adına keçirmək şəklində ifadə olunmuşdur. Sözügedən torpaq sahələrindən əksəriyyəti Cavabdeh tərəfindən özgəninkiləşdirildiyindən, həmçinin Cavabdeh adında saxlanılmış torpaq sahələrini öhdəlik ərizəsində göstərilən tarixədək iddiaçının adına rəsmiləşdirmədiyindən, İddiaçı öhdəliyin müvafiq hissəsinin icra olunması mümkün olmayacağından ona dəymiş zərərin ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.5-ci maddəsinin tələbinə görə, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Qanunvericiliyin sözügedən maddəsinin məzmunundan belə nəticəyə gəlmək olur ki, İddiaçı cavabdeh tərəfindən müvafiq öhdəlik ərizəsindəki öhdəlik vaxtında icra olunmadığından, hazırda iddiaçı ona dəymiş zərərin məbləğini tələb etməkdə haqlı olmuşdur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçıya dəyən zərərin məbləğinin ədalətli olaraq müəyyənləşdirilməsi məqsədilə İddiaçı mərhum atası X11 mülkiyyəti olan lakin Cavabdeh adına sənədləşdirilmiş 2016-cı ildən bəri onun adında qalan Abşeron rayonu Aşağı Güzdək və Hökməli qəsəbələrində yerləşən 20.5 hadan 16 ha torpaq sahəsinin hazırki dövrə olan bazar dəyərinin müəyyənləşdirilməsi məqsədilə əmlakların qiymətləndirilməsi ekspertizası təyin edilmiş, o cümlədən əslində İddiaçı mərhum atası X11 mülkiyyəti olan lakin Cavabdeh adına sənədləşdirilmiş 2016-cı ildən bəri onun adında qalan lakin öhdəlik ərizəsi tərtib olunanadək Cavabdeh tərəfindən özgəninkiləşdirilmiş Abşeron rayonu Aşağı Güzdək və Hökməli qəsəbələrində yerləşən 20.5 ha-dan 4.5 ha torpaq sahəsinin hansı qiymətə özgəninkiləşdirilməsinin müəyyən edilməsi məqsədilə müvafiq sorğular verilmişdir: Belə ki, “X41 Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli, 004-357/2024 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən 1. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2010-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyətində olan 2,0 ha torpaq sahəsinin dəyəri 540000 manat; 2. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, ******* nnömrəli xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən mülkiyyətdə olan 2,19 ha torpaq sahəsinin dəyəri 591300 manat; 3. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, **********11 reyestr nömrəli Çıxarışa əsasən mülkiyyətdə olan 1 ha torpaq sahəsinin dəyəri 280000 manat; 4. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, **********11 reyestr nömrəli Çıxarışa əsasən mülkiyyətdə olan 2,8825 ha torpaq sahəsinin dəyəri 764000 manat; 5. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, xx.xx.2005-ci il tarixli Torpağa mülkiyyət hüququna dair (JN: 0077 Kod ********) Dövlət Aktına əsasən mülkiyyətdə olan 7,00 ha torpaq sahəsinin dəyəri 2.604.000 manat; 6. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, **********98 reyestr nömrəli Çıxarışa əsasən mülkiyyətdə olan 1,5 ha torpaq sahəsinin dəyəri 382500 manat; 7. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, **********26 reyestr nömrəli Çıxarışa əsasən mülkiyyətdə olan 3,4 ha torpaq sahəsinin dəyəri 986000 manat; 8. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, **********02 reyestr nömrəli Çıxarışa əsasən mülkiyyətdə olan 0,0956 ha torpaq sahəsinin dəyəri 87000 manat təşkil edir. “X41 Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli, 004-357/2024 saylı hesab-fakturasından görnür ki, əmlakın qiymətləndirilməsi tədqiqatının dəyəri 1000 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh və X31 arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 4 ha olan torpaq sahəsinin 1 ha hissəsini 30000 manata alıcı X3. Cavabdeh və X25 arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 3.7 ha olan torpaq sahəsinin 0.3 ha hissəsini 10000 manata alıcı X2. Cavabdeh və X35 arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 2.99 ha olan torpaq sahəsinin 2.8825 ha hissəsini 50000 manata alıcı X4. Cavabdeh və Seyidov Nurlan Hicran oğlu arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 2 ha olan torpaq sahəsinin 0.5 ha hissəsini 10000 manata alıcı Seyidov Nurlan Hicran oğluna satmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehdən 1.İddiaçı mərhum atası X8 onun sağlığında aldığı 3.000.000 (üç milyon) manat borcdan qalan 2.790.000 ( iki milyon yeddi yüz doxsan min) manat borc; 2. əslində İddiaçı mərhum atası X11 mülkiyyəti olan lakin Cavabdeh adına sənədləşdirilmiş 2016-cı ildən bəri onun adında qalan lakin öhdəlik ərizəsi tərtib olunanadək Cavabdeh tərəfindən özgəninkiləşdirilmiş Abşeron rayonu Aşağı Güzdək və Hökməli qəsəbələrində yerləşən 20.5 ha-dan 4.5 ha torpaq sahələrinin özgəninkiləşdirildiyi alqısatqı müqaviləsi üzrə dəyərləri; 3. İddiaçı mərhum atası X11 mülkiyyəti olan lakin Cavabdeh adına sənədləşdirilmiş 2016-cı ildən bəri onun adında qalan Abşeron rayonu Aşağı Güzdək və Hökməli qəsəbələrində yerləşən 20.5 ha-dan 16 ha torpaq sahəsinin “X41 Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli, 004-357/2024 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən hazırki dövrə olan bazar dəyəri tutulmalıdır. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 8.003.800 (səkkiz milyon üç min səkkiz yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 4823 (dörd min səkkiz yüz iyirmi üç) manat pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 4823 (dörd min səkkiz yüz iyirmi üç) manat pul cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 1227 (bir min iki yüz iyirmi yeddi) manat (6050-4823=1227) iddiaçıya aid edilməlidir. Həmçinin iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri 105 (bir yüz beş) manat və sənədlərin məhkəmə texniki ekspertizasının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi ekspertizasının dəyəri olan 1000 (bir min) manat məbləğində pulun 500 (beş yüz) manatı İddiaçı, qalan 500 (beş yüz) manatı isə Cavabdeh tutularaq “X41 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 8.003.800 (səkkiz milyon üç min səkkiz yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 4823 (dörd min səkkiz yüz iyirmi üç) manat pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 1227 (bir min iki yüz iyirmi yeddi) manat (6050-4823=1227) iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri 105 (bir yüz beş) manat və sənədlərin məhkəmə texniki ekspertizasının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X9 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. İş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi ekspertizasının dəyəri olan 1000 (bir min) manat məbləğində pulun 500 (beş yüz) manatı İddiaçı, qalan 500 (beş yüz) manatı isə Cavabdeh tutularaq “X41 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar