Məhkəmə qərarları › İş №e-2(004)-3924/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3924/2022

05.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3924/2022 05.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Xudayev Kərim Bahəddin oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “ümumi əmlakın bölünməsi və əmlak” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “ümumi əmlakın bölünməsi və əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan anadan olmuş uşaqların iddiaçının yanında saxlanılması müəyyən edildiyindən uşaqların istifadəsində olmuş 2 ədəd dəvə yunundan yorğan, 2 yastıq, 2 ədəd ortopedik təknəfərlik döşək, 2 xalça, 2 dorojka-xalça, “HP” notebook – 1 ədəd, uşaq otaqları üçün çılçıraq 2 ədəd, 2 ədəd gecə lampası, skuter, 2 velosiped, pianino, uşaqlar üçün kitab şkafı, uşaqlar üçün şifoner, uşaq otağı üçün pərdə, uşaq otağı üçün pərdə tül, yumşaq pokrıval-madam coco, yun odyal, 8 dəst təknəfərlik prostina-çexol dəsti uşaqlar üçün, oğlan üçün uşaq otağı mebeli – taxt, 3 qapılı şifoner, 1 ədəd tumboçka, kitab şkafı, yazı masası, ofis kreslosu, yumşaq puf kreslo-Bakı istehsalı, qız üçün uşaq otağı mebeli-taxt, 3 qapılı şifoner, 1 ədəd tumboşka, kitab şkafı, rəfli yazı masası, ofis kreslosu, yumşaq puf kreslo- Bakı istehsalı, ikimərtəbəli yataq, pleysteşn oyunu, qızları Selcana məxsus, ona hədiyyə edilən qızıl əşyalar: 585 əyar qaşsız qızıl üzük, “Selcan” yazılı qızıl boyunbağı, qar dənəcik formasında sarı qızıldan sırğa, qara emal daşları olan qızıl qolbağ, sarı qızıldan boyunbağı və qolbağ dəsti, halqavari bəzəyi olan 750 əyari olan qızıl qolbağ, 2 ədəd sarı qızıldan kiçik sırğalar, nal şəklində sarı qızıldan kulon, hər iki evdə yerləşən uşaq paltarları və məktəb ləvazimatlarının ona verilməsi; ünvan 1 ünvanında yerləşən 99 nömrəli mənzilin və ünvan 2 ünvanında yerləşən mənzilin 2/3 hissəsin iddiaçının, 1/3 hissəsinə cavabdehin mülkiyyət hüquqların tanınması; ünvan 1 ünvanında yerləşən 99 nömrəli mənzildə olan yaşıl rəngli 12 nəfərlik yemək-çay dəsti, sarı güllü, “Luminarc” firmasına aid 6 nəfərlik yemək-çay dəsti, 12 nəfərlik göy zolağlı yemək dəsti “Karaca” firması, 6 nəfərlik yemək dəsti mavi butalı “Karaca” firması, səhər yeməyi boşqab dəsti, 12 nəfərlik qaşıq-vilka dəsti, iri güldan emsan, iri meyvə vazası, 2 ədəd xrustal konfet qabı , 2 ədəd lokum qabı qızılı rəngdə “Karaca” firması, 2 ədəd xrustal mürəbbə qabı, 12 nəfərlik xrustal stəkan, 12 nəlbəki, 12 razetka, 6 ədəd xrustal limon qabı, 2 ədəd çəhrayı şirniyyat qabı “Karaca”, 2 ədəd şüşə güldan, 1 ədəd ürək suvenir, 2 ədəd göy suvenir, 12 ədəd şüşə bokal dəsti “Karaca” firması, 6 ədəd dondurma qabı “Madam Coco”, 2 ədəd uzun çərəz qabı ağ “Madam Coco”, 3 ədəd tək tort qabı, 1 ədəd çəhrayı tort qabı 6 boşqablı “Karaca” firması, iri meyvə qabı-qəhvəyi “Karaca” firması, 2 ədəd 2 mərtəbəli şirniyyat qabı, 2 ədəd 3-lü çərəz qabı, 1 ədəd sadə şüşə meyvə qabı, 12 nəfərlik bokal-qrafin dəsti yaşıl zərli, 1 ədəd xrustal çərəz qabı, 1 ədəd lodka şəkilli xrustal şirniyyat qabı, 6 nəfərlik qaşıq vilka dəsti, 4 ədəd podnos, 2 ədəd qrafin-bakal dəsti, pesok qabı ağ “Karaca”, stolüstü mətbəx tərəzisi 25 azn, adi yer tərəzisi 40 azn, çörək qabı və 3-lü saxlama qabı dəsti çəhrayı, iri aşsüzən, “Korkmaz” firması qazan dəsti, “Karaca” firması qazan dəsti qranit, Emallı qazan dəsti çəhrayi, stolüstü silikon qaşıq- çömçə dəsti- 150 azn, tort bişirən tava-qranit, kənarı diyircəkli keks qabı, ortası deşik keks qabı, silikon keks qabları, iri plastmas ləyən, iri emallı ləyən, 3-lü tort bişirən qab, yarpaq şəkilli çərəz qabı – göy cehiz, fincan dəstləri “Madam Coco”, rəndə, 4 mərtəbəli təkərli tərəvəz yığan 50 azn Türkiyə, 3 ədəd dini suvenir 60 azn, süni gül və suvenirlər, dəvə yunundan yorğan 1 ədəd, yastıq 8 ədəd, 2 ədəd taxt üçün ortopedik döşək Türkiyə istehsalı, Göy rəngli pərdə- tül, çəhrayı tül pərdə, 10 ədəd əl-üz dəsmalı, 16 ədəd çay dəsmalı, 6 ədəd süfrə-cehiz, milli qalın süfrə, soyuducu- “Bloomberg knd 9861 A”, televizor “Grundig led”, 4 gözlü qaz sobası “Beko” firması, elektrik sobası “Beko” firması, paltaryuyan “Bloomberg A+++ 8 kg”, kondisioner “Beko” firması, 100KV, blender mikserli, samovar “Korkmaz” firması, ətçəkən “Molinex” cehiz, portağal sıxan, printer 1 ədəd “Epson L220 500”, aspirator “Beko” firması, yataq otağı üçün çılçıraq, qonaq otağı studio 8 lampalı çılçıraq, qəhvə üyüdən aparat Türkiyə istehsalı, su filtri, toster, 2 ədəd xrustal meyvə qabı, 1 ədəd kiçik xrustal güldan, 1 ədəd göy rəngli qədimi güldan, 2 ədəd göy rəngli gülab qabı, 6 ədəd qırmızı bokal, 6 ədəd bokal qrafin qara zərli, 1 ədəd stolüstü suvenir saat, sarı aşsüzən, yarpaq şəkilli çərəz qabı, taxt üçün pokrıval, puxov odyal taxt üçün, 6 ədəd dəsmal, 6 ədəd süfrə, su ilə işləyən tozsoran, “İstikbal” firmasına aid taxt, güzgülü komod, yumşaq stul, 5 qapılı şkaf, 2 tumbuçkadan ibarət yataq otağı dəsti və 1 ədəd künc divanın iddiaçının mülkiyyətinə verilməsi; ünvan 1 ünvanında yerləşən 99 nömrəli mənzildə olan Qazan dəsti “Karaca” firması, 1 ədəd dəvə yunundan yorğan Türkiyyə istehsalı, 2 ədəd yastıq, jalüz pərdə, televizor “Samsung”, ütü “Braun”, notebook “HP”, printer “Epson” 2 ədəd, mətbəx mebeli, qonaq otağı mebeli stol, 6 stul güzgüklü komod, 2 ədəd qorka “Bellona” firması, dəhliz şkafı, ütü masası, xalça 2 ədəd, 1ədəd xalça dorojkanın cavabdeh X1 mülkiyyətinə verilməsi; ünvan 3 ünvanında yerləşən mənzildə olan divan, 2 kreslo –Bakı istehsalı, 1ədəd 3 qapılı şkaf, həyət üçün stol, 4 stul plastmas, həyət üçün 3 nəfərlik yelləncək, mətbəx üçün künc divan, 2 ədəd yumşaq taburetka – güllü, dəhliz şkafı, 12 ədəd qara bokal, 12 ədəd xrustal armudu stakan, soyuducu “Beko” ağ rəngdə, 4 gözlü qaz sobası, elektrikli soba itimat cehiz, televizor, yağ peçi, paltaryuyan “Beko”, kondisioner “Beko”, 3 ədəd lüstr cehiz, sokçəkən və 2 ədəd ütünün cavabdeh X1 mülkiyyətinə verilməsi; iddiaçıya məxsus olan və hədiyyə edilən qızıl və cehiz əşyalarının: ağ qızıldan 750 əyarlı brilyant daşları olan sırğa üzük dəsti, ağ qızıldan tək brilyant daşlı üzük, brilyant daşlardan gül formasında ağ qızıldan üzük, brilyant daşlardan ibarət olan ağ qızıldan qolbağ, buta şəklində sarı qızıldan sırğa üzük dəsti, gül şəklində setkalı 750 əyarı olan qızıl üzük, 750 əyarı olan sarı qızıldan zəncir formasında qolbağ, 750 əyarı olan beşlik kulon, 750 əyarı olan onluq kulon və 3 ədəd qızıldan parçaların cavabdehdən alınaraq ona verilməsi; ünvan 3 ünvanında yerləşən mənzildə olan taxt döşəyi yundan 2 ədəd, təknəfərlik yun yorğanı 2 ədəd, təknəfərlik yun döşək 2 ədəd, qırmızı divan üstü, xalça böyük ölçüdə, xalça dorojka 3 ədəd, təknəfərlik sintepon yorğan, stenka Bakı istehsalı, stol, 6 stul Bakı istehsalı, stol-stul Bakı istehsalı, ağ rəngdə stol-stul dəsti Bakı istehsalı, Madonna boşqab, fincan, supnik-dəst, aşsüzən, yuxayayan-oxlov, qazan dəsti-“Korkmaz”, tək qazan, emallı iri ləyən, çəhrayı çay fincanı dəsti, xrustal mürəbbə qabları 4 ədəd, 6 nəfərlik qaşıq dəsti, 19 ədəd silikon qaşıq, kəfkir, çömçənin iddiaçının mülkiyyətinə verilməsi və iddiaçıya və birgə nikahdan anadan olmuş uşaqlara məxsus geyim əşyaların və kitabların cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş “AZEMİS” məhkəmə elektron informasiya sistemindən əldə olunmuş məlumatlardan görünür ki, Cavabdeh rəsmi qeydiyyatda olduğu ünvan ünvan 5n Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «Yaşayış yeri və olduğu yer haqqında » Аzərbaycan Respublikasının 4 aprel 1996-cı il tarixli Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 iyun 2021-ci il tarixli qərarında ər-arvadın nikah dövründə əldə etdiyi daşınmaz əşyaya dair ümumi birgə mülkiyyətin bölünməsi və payların müəyyən edilməsi tələbi barədə iddiaya Mülki Prosessual Məcəllənin 39-cu maddəsinə müvafiq olaraq müstəsna aidiyyət üzrə daşınmaz əşyanın olduğu yerin məhkəməsində baxılıb-baxılmaması ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ərarvadın qazandığı hər hansı sair əmlak daxildir Nəzərə alınmalıdır ki, daşınmaz əşya üzərində ər-arvadın ümumi birgə mülkiyyət hüquqları ailə qanunvericiliyi ilə müəyyən edildiyinə görə, məhkəmələr tərəfindən, ər-arvadın ümumi birgə mülkiyyətini təşkil edən əmlak bölündükdə məhkəmə əmlak üzərində onların mülkiyyət hüquqlarının tanınması məsələsini deyil, ümumi əmlak üzərində mülkiyyətin növünün, başqa sözlə əmlakın hüquqi rejiminin dəyişdirilməsi məsələsini həll etmiş olur. Bu zaman əmlak üzərində ər-arvadın ümumi birgə mülkiyyəti ümumi əmlak üzərində onların hər birinin payı müəyyənləşdirilməklə paylı mülkiyyətə keçirilir. Lakin, Mülki Prosessual Məcəllənin 39-cu maddəsində ər-arvadın ümumi əmlakının bölünməsi barədə tələblərə müstəsna aidiyyət üzrə əmlakın olduğu yerin məhkəməsində baxılması nəzərdə tutulmamışdır. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilən qanunvericilik normalarını təhlil edərək belə qənaətə gəlir ki, ər-arvadın birgə nikah dövründə əldə etdiyi daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətin bölünməsi ilə bağlı tələblərə müstəsna aidiyyət qaydasında əşyanın olduğu ərazidə yerləşən məhkəmələr tərəfindən baxılması istisna edilir. Konstitusiya Məhkəməsinin Plenumu belə qərara gəlmişdir ki, ər-arvadın daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətinin bölünməsinə dair iddiaların ərazi aidiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə uyğun olaraq qanunla başqa hal nəzərdə tutulmamışdırsa, cavabdehin rəsmi qeydə alındığı yer üzrə müəyyən edilməlidir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra–MPM) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, Cavabdeh qeydiyyat ünvanı Suraxanı rayonunun ərazisində yerləşdiyindən və hazırki iddia tələbi ərazi aidiyyəti üzrə cavabdehin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə verilməli olduğundan iddia ərizəsinə ərazi aidiyyəti üzrə Suraxanı Rayon Məhkəməsində baxılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, iddia tələbi bir cavabdehə qarşı yönəldilsə də, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi bir iddia ərizəsində birləşdirmişdir. Belə ki, iddiaçı tələbində birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi, cehiz əşyasının, qızıl-zinət əşyasının, şəxsi istifadədə olan əşyaların verilməsi və ümumi istifadədə olan digər əşyaların bölünməsi barədə tələbləri birləşdirmişdir. Birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi barədə tələb qiymətləndirilməyən iddia olduğu halda, “qızıl-zinət əşyalarının geri verilməsi və sair” tələbi qiymətləndirilən iddiadır və bu tələb üzrə iddia qiyməti göstərilməli, iddia ərizəsinin verilməsi üçün iddia qiymətinə mütənasib olaraq dövlət rüsumu ödənilməlidir. Bu səbəbdən iddiaçı göstərilən iki tələbi birləşdirməkdə haqlı olmamışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanunun 8.1-ci və 8.1.3-cü maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə görə bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi 152.4-cü maddə). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “ümumi əmlakın bölünməsi və əmlak” tələbinə dair iddia ərizəsinə ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalı olmadığından, həmçinin bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3, 263, 264,268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “ümumi əmlakın bölünməsi və əmlak” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar