Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4022/2025 11.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, ev 245A, 18 saylı mənzilə dəymiş zərərə görə ödənilmiş 964.97 (doqquz yüz altmış dörd manat doxsan yeddi qəpik) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına 30,4 (otuz manat qırx qəpik) manat ödənilən dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal rayon MKTB-nin 40 saylı Mənzil Kommunal İstismar Sahəsinin vermiş olduğu 26 oktyabr 2021-ci il tarixli aktında Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, 245a saylı binanın 18-ci mənzilində yaşayan Natalya Konakovanın mənzilinə baxış keçirilmiş və baxış zamanı mənzilin sanuzelində (hamam otağı) kafel-metlaxlarında yeni yaranmış çatları müşahidə etmələri, əlavə olaraq mənzildə ara divarlarda çatların əmələ gəlməsi, binanın 1-ci mərtəbəsində 16 saylı mənzildə təmir işlərinin aparılması və bu səbəbdən də yuxarı 18-ci mənzildə çatların əmələ gəlməsi, 16-cı mənzildə aparılan işlərə görə müvafiq orqanlara müraciət olunması qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 101340 saylı sığorta aktından göründüyü kimi Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, ev 245A, 18 saylı mənzil xx.xx.2020-ci il tarixdə İddiaçı SŞ-da sığortalanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 1181 saylı dəymiş zərərin hesabatına əsasən Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, 245A, 18 saylı mənzilə 1215,70 manat məbləğində zərər dəymişdir İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş 10910 nömrəli ödəniş tapşırığına əsasən Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, ev 245A, 18 saylı mənzilinə xx.xx.2021-ci il tarixli dəymiş zərərə görə sığortalı X2 964.97 AZN (doqquz yüz altmış dörd manat doxsan yeddi qəpik) sığorta ödənişi həyata keçirmişdir. Bildirmək istəyirik ki, xx.xx.2021-ci il tarixli hadisə ilə əlaqədar Cavabdeh qarşı subroqasiya hüququmuz yaranmışdır. Hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, ev 245A, 18 saylı mənzilə dəymiş zərərə görə ödənilmiş 964.97 (doqquz yüz altmış dörd manat doxsan yeddi qəpik) manat sığorta ödənişi zərərvuran Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, 245a saylı binanın 18-ci mənzil İddiaçı Sığorta Şirkəti ASC xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər könüllü sığorta müqaviləsi ilə sığortalanmışdır. İş materiallarında olan: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti publik hüquqi şəxsinin RX seriyalı ******* saylı çıxarışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsində yerləşən ümumi sahəsi 65.7 kv.m olan mənzil tam mülkiyyət hüququ üzrə LX1 adına daşınmaz əmlakın dövlət reyestrində 815 nömrəli reyestr kitabının 7951 nömrəli vərəqində qeydiyyata alınmışdır. Yasamal rayon MKTB-nin 40 saylı Mənzil Kommunal İstismar Sahəsinin vermiş olduğu 26 oktyabr 2021-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, 245a saylı binanın 18-ci mənzilində yaşayan Natalya Konakovanın mənzilinə baxış keçirilmiş və baxış zamanı mənzilin sanuzelində (hamam otağı) kafel-metlaxlarında yeni yaranmış çatları müşahidə etmələri, əlavə olaraq mənzildə ara divarlarda çatların əmələ gəlməsi, binanın 1-ci mərtəbəsində 16 saylı mənzildə təmir işlərinin aparılması və bu səbəbdən də yuxarı 18-ci mənzildə çatların əmələ gəlməsi, 16-cı mənzildə aparılan işlərə görə müvafiq orqanlara müraciət olunması qeyd edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin xx.xx.2021-ci il tarixli, 101340 saylı sığorta aktından görünür ki, X1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, 245a saylı binanın 18-ci mənzilə zərər yetirilmişdir. "xxxx" ASC tərəfindən 964,97 (doqquz yüz altmış dörd manat doxsan yeddi qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən Cavabdeh hadisə zamanı cavabdehin yerindən yayındığı nəzərə alaraq 964.97 (doqquz yüz altmış dörd manat doxsan yeddi qəpik) manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında ödəməyi təklif edilmişdir, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2021-ci il tarixli, 1181 saylı dəymiş zərərin hesabatından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, 245A, 18 saylı mənzilə 1215,70 manat məbləğində zərər dəymişdir xx.xx.2025-ci il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq 30.40 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun: 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. 44.1.4-cü maddəsinə əsasən Daşınmaz əmlakın istismar edilməsi, o cümlədən onun ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması nəticəsində su, istilik və kanalizasiya xətlərində baş verən qəza nəticəsində subasma zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəyən zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 49.1-ci maddəsinə əsasən Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 964.97 (doqquz yüz altmış dörd manat doxsan yeddi qəpik) manat sığorta ödənişinin məbləği və ödənilmiş 30,4 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 964.97 (doqquz yüz altmış dörd manat doxsan yeddi qəpik) manat sığorta ödənişinin məbləği və ödənilmiş 30,4 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-4022/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4022/2025
11.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver