Məhkəmə qərarları › İş №e-2(004)-4107/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4107/2025

08.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4107/2025 08.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi ilə, Ərizəçinın maraqlı şəxslər Maraqlı şəxs2 və Bakı 3 saylı Mediasiya Təşkilatına qarşı "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2 və Bakı 3 saylı Mediasiya Təşkilatına qarşı "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs2 arasında Bakı 03 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/3/2025-00209 saylı barışıq Sazişinin təsdiq edilməsi və Barışıq Sazişində qeyd edilən məbləğin və ödənilmiş 100 manat dövlət rüsumunun maraqlı şəxs- Maraqlı şəxs2 tutulub ərizəçi – X6 ödənilməsi üçün icra sənədi verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, onun Maraqlı şəxs2 ilə nikahı xx.xx.2016-cı il tarixdə Nəsimi rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulub və məhkəmənin qətnaməsinə əsasən, birgə nikahlarından anadan olan Məhəmməd və Nəsrəddin onun himayəmdə saxlandığı üçün aliment ödənişi ilə əlaqədar məhkəmədən kənar aralarında razılaşma olmuşdur. Lakin, məhkəmədən kənar razılaşma üzrə öhdəliklər icra edilmədiyi üçün məhkəməyə müraciət etmək məqdəsilə Mediasiya Təşkilatına müraciət etmişdir. Bildirir ki, onlar mediasiya proesində razılığa gəlmişlər. Barışıq sazişinin icra olunması ilə bağlı qanunvericilikdə müəyyən edilmiş 10 günlük müddət keçmişdir, lakin Maraqlı şəxs2 könüllü olaraq barışıq sazişini icra etmir. Buna görə də, məhkəməyə müraciət etməklə, barışıq sazişinin təsdiq edilməsini xahiş edir. Ərizəçinin nümayəndəsi və vəkili məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəbdən (xaricdə olmağı ilə bağlı) iştirak edə bilmədiyindən məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış maraqlı şəxslər Maraqlı şəxs2 və Bakı 3 saylı Mediasiya Təşkilatı məhkəmə iclasında iştirakı etməmişdirlər. Məhkəmə maraqlı şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan: Babək rayon VVADQ tərəfindən verilmiş AZ-İİİ seriyalı, 077393 saylı doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X1 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs2, anası X7r. Babək rayon VVADQ tərəfindən verilmiş AZ-İİİ seriyalı, 077394 saylı doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X3 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs2, anası X7r. Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 398808 saylı Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs2 ilə X5 nikahları xx.xx.2016-cı il tarixdə pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 262 nömrəli akt qeydi ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə “Qafarov”, qadına “Qafarova” Soyadı verilmişdir. Ərizəçi və Maraqlı şəxs2 arasında 3 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/3/2025-00209 saylı Barışıq sazişinin şərtlərindən görünür ki: Sazişin 1-ci bəndinə əsasən, Birinci tərəf - Ərizəçi ilə İkinci tərəf - X2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli Barışıq Sazişinə əsasən ikinci tərəfin birinci tərəfə 441.600 Avro və 50.000 avro dəbbə pulu olmaqla cəmi - 491.600 avro borcu yaranmışdır. Həmin məbləğin 70.000 avro hissəsi ikinci tərəfə güzəşt olunur, geri qalan 421.600 avro hissəsi müvafiq olaraq 5 ay müddətində, ikinci tərəf - X2 tərəfindən, birinci tərəf - Ərizəçinın təqdim etdiyi bank hesabına ödəniləcəkdir. Ödəniş aşağıdakı cədvəl üzrə həyata keçiriləcəkdir: xx.xx.2025-ci il tarixdə 200.000 avro, xx.xx.2025-ci il tarixdə 100.000 avro, xx.xx.2025-ci il tarixdə 121.600 avro. Sazişin 2-ci bəndinə əsasən, Sazişdə nəzərdə tutulmuş 200.000 avro məbləğində pul vəsaiti xx.xx.2025-ci il tarixədək ödənilmədiyi təqdirdə, birinci tərəfin dərhal məhkəməyə müraciət edib ödəniləcək ümumi məbləği birdəfəlik tələb etmək hüququ yaranır. Sazişin 3-cü bəndinə əsasən, Müqavilədən irəli gələn mübahisələr Yasamal rayon Məhkəməsində həll ediləcəkdir. Sazişin 4-cü bəndinə əsasən, Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir. Sazişin 5-ci bəndinə əsasən,. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini bu Saziş bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs2 arasında 08 may 2025-ci il tarixdə Bakı 3 saylı Mediasiya Təşkilatında MŞB/3/2025-00209 nömrəli Barışıq sazişi bağlanmışdır. Maraqlı şəxs2 könüllü olaraq barışıq sazişini icra etmədiyindən ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs2 arasında 08 may 2025-ci il tarixdə Bakı 3 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/3/2025-00209 nömrəli Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilməlidir: 1-ci bənd. Birinci tərəf - Ərizəçi ilə İkinci tərəf - X2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli Barışıq Sazişinə əsasən ikinci tərəfin birinci tərəfə 441.600 Avro və 50.000 avro dəbbə pulu olmaqla cəmi - 491.600 avro borcu yaranmışdır. Həmin məbləğin 70.000 avro hissəsi ikinci tərəfə güzəşt olunur, geri qalan 421.600 avro hissəsi müvafiq olaraq 5 ay müddətində, ikinci tərəf - X2 tərəfindən, birinci tərəf - Ərizəçinın təqdim etdiyi bank hesabına ödəniləcəkdir. Ödəniş aşağıdakı cədvəl üzrə həyata keçiriləcəkdir: xx.xx.2025-ci il tarixdə 200.000 avro, xx.xx.2025-ci il tarixdə 100.000 avro, xx.xx.2025-ci il tarixdə 121.600 avro. 2-ci bənd. Sazişdə nəzərdə tutulmuş 200.000 avro məbləğində pul vəsaiti xx.xx.2025-ci il tarixədək ödənilmədiyi təqdirdə, birinci tərəfin dərhal məhkəməyə müraciət edib ödəniləcək ümumi məbləği birdəfəlik tələb etmək hüququ yaranır. 3-cü bənd. Müqavilədən irəli gələn mübahisələr Yasamal rayon Məhkəməsində həll ediləcəkdir. 4-cü bənd. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir. 5-ci bənd. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini bu Saziş bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər. Azərbaycan Respublikasının MPM-nin 216-220, 355-25, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs2 arasında 08 may 2025-ci il tarixdə Bakı 3 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/3/2025-00209 nömrəli Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: 1-ci bənd. Birinci tərəf - Ərizəçi ilə İkinci tərəf - X2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli Barışıq Sazişinə əsasən ikinci tərəfin birinci tərəfə 441.600 Avro və 50.000 avro dəbbə pulu olmaqla cəmi - 491.600 avro borcu yaranmışdır. Həmin məbləğin 70.000 avro hissəsi ikinci tərəfə güzəşt olunur, geri qalan 421.600 avro hissəsi müvafiq olaraq 5 ay müddətində, ikinci tərəf - X2 tərəfindən, birinci tərəf - Ərizəçinın təqdim etdiyi bank hesabına ödəniləcəkdir. Ödəniş aşağıdakı cədvəl üzrə həyata keçiriləcəkdir: xx.xx.2025-ci il tarixdə 200.000 avro, xx.xx.2025-ci il tarixdə 100.000 avro, xx.xx.2025-ci il tarixdə 121.600 avro. 2-ci bənd. Sazişdə nəzərdə tutulmuş 200.000 avro məbləğində pul vəsaiti xx.xx.2025ci il tarixədək ödənilmədiyi təqdirdə, birinci tərəfin dərhal məhkəməyə müraciət edib ödəniləcək ümumi məbləği birdəfəlik tələb etmək hüququ yaranır. 3-cü bənd. Müqavilədən irəli gələn mübahisələr Yasamal rayon Məhkəməsində həll ediləcəkdir. 4-cü bənd. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir. 5-ci bənd. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini bu Saziş bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar