Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-412/2025 03.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi ilə, İddiaçı "xxxx" MMMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" MTK-ya qarşı "protokolun və maliyyə arayışının etibarsız hesab edilməsi, çıxarışın ləğvi, cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin iddiaçıya qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMMC-nin cavabdehlər Cavabdeh1, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" MTK-ya qarşı "protokolun və maliyyə arayışının etibarsız hesab edilməsi, çıxarışın ləğvi, cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyriyaşayış sahəsinin iddiaçıya qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 MTK-nın xx.xx.2022-ci il tarixli, 105 saylı protokolunun, xx.xx.2022- ci il tarixli və xx.xx.2022-ci il tarixli maliyyə arayışlarının etibarsız hesab edilməsi, digər cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X20 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh1 ünvan 1 ünvanında qanunsuz olaraq zəbt etdiyi qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin İddiaçı MMMC-nin qanuni istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xarici Dairəvi 2 ünvanında yerləşən, 10 mərtəbəli yaşayış binasının 2-ci blok, 1-ci mərtəbədə olan, 65 kv.m sahəsi olan 21 saylı mənzil xx.xx.2020-ci il tarixli müqavilə əsasında ona (iddiaçıya) mənzil xx.xx.2000 qanuni istifadə və sahiblikdədir. Ötən 18 il ərzində, yəni 2024-cü ilin sentyabr ayınadək mənzillə bağlı nə MTK tərəfindən, nə də digər şəxslər tərəfindən hər hansı müdaxilə və ya mübahisə olmamışdır. Həmçinin cavabdeh olan X13 MTK-nın göstərişi ilə mənzilin qapısını janunsuz olaraq sındıraraq onun (iddiaçının) toxunulmazlığı hüququnu pozmuş və mənzilə qanunsuz daxil olmuşdur. Bununla bağlı Yasamal Rayon Polis İdarəsinə şikayət edilmişdir. Eyni zamanda həmin mənzillə bağlı cavabdeh Orucov İlham oğlu polis orqanına şikayıt etmiş nəticə etibarı ilə şikayət rədd edilmişdir. Bütün bu hadisələrin gedişatında onlara məlum olmuşdur ki, cavabdeh X17 ğlu xx.xx.2024-cü il tarixində vəziyyətdən sui-istifadə edərək sonradan tərtib olunmuş saxta müqavilə əsasında özündə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X20 tərəfindən mülkiyyət hüququna dair çıxarış əldə etmişdir. Qeydə almanın hüquqi əsası kimi xx.xx.2007-ci il tarixli müqaviləyə istinad edilmişdir. Hesab edir ki, X13 ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xarici Dairəvi 2 ünvanında yerləşən, 10 mərtəbəli yaşayış binasının 2-ci blok, 1-ci mərtəbədə olan, 65 kv.m sahəsi olan 21 saylı mənzilə dair bağlanılmış xx.xx.2007-ci il tarixli müqavilə etibarsız hesab edilməli və həmin müqavilə əsasında cavabdeh X8 adına xüsusi mülkiyyət hüququ əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X20 tərəfindən qeydiyyata alınmış xx.xx.2024-cü il tarixli dövlət reyestrindən çıxarış etibarsız hesab olunmaqla ləğv edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanmasına dəlalət edə bilər. Məhkəmə "xxxx" Açıq Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. Cavabdeh1 İddiaçı MMMC-yə və İddiaçı MMMC-nin direktoru Qanuni nümayəndə qarşı “maneələrin aradan qaldırılması və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin ilkin iddiasının rədd edilməsini; ünvan 3 ünvanında yerləşən çoxmərtəbəli binanın sahə mülkiyyətçilərinə xidmət etmək üçün nəzərdə tutulan, sahə mülkiyyətçilərinin ümumi əmlakı olan sahələrdən əvəzsiz istifatə üçün Qarşılıqlı iddia üzrə cavabdehlər "xxxx" MMMC və onun direktoru X14 tərəfindən yaradılan bütün maneələrə son qoyulsun. ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli binanın-1-ci mərtəbəsində yerləşən Mülkiyyətimdə olan qeyriyaşayış sahəsinin mədbəxinə tüstü bacasının quraşdırılmasına yaradılmış maneələr qarşılıqlı iddia üzrə cavabdehlərə qadağan edilsin, tüstü bacasının quraşdırılmasına şəraitin yaradılması vəzifəsi cavabdehlər “Yasamal-62" MMMC və onun direktoru X9 üzərinə qoyulsun; ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli binanın -1-ci mərtəbəsində yerləşən Mülkiyyətimdə olan qeyri-yaşayış sahəsində fəaliyyətilə bağlı reklam lövhəsinin binanın fasadına quraşdırılmasına yaradılmış maneələr qarşılıqlı iddia üzrə cavabdehlərə qadağan edilsin, reklam lövhəsinin binanın fasadına quraşdırılmasına şəraitin yaradılması vəzifəsi qarşılıqlı iddia üzrə cavabdehlər "Yasamal-62 MMMC və onun direktoru X9 üzərinə qoyulsun; qarşılıqlı iddia üzrə cavabdeh "Yasamal-62' MMMC və onun direktoru Cavabdeh X14 tərəfindən vurulmuş 50000 (əlli min) manat məbləğində maddi ziyanın əvəzinin ödənilməsi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 240 (ıkı yüz qırx) manat dövlət rüsumunun müştərək qaydada qarşılıqlı iddia üzrə cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin e-2(004)-5355/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh1 İddiaçı MMMC-yə və İddiaçı MMMC-nin direktoru Qanuni nümayəndə qarşı “maneələrin aradan qaldırılması və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi və qarşılıqlı iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Məhkəmə prosesinin gedişində iddiaçı "xxxx" MMMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, :"Fobos-2” MTK-nın xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli 105 saylı protokolundan çıxarışlarının, xx.xx.2022-ci il tarixli maliyyə arayışının, "Fobos-2” MTK-nın 21 sentyabr 2023-cü il tarixli 91 saylı protokolundan çıxarışının və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi, sahəsi 448.3 kv.m təşkil edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və 1068.7 kv.m sahə üçün Cavabdeh1 adına alınmış xx.xx.2022-ci il tarixli, ********** saylı çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən zirzəmidə cavabdehin qanunsuz olaraq zəbt etdiyi sahələrin boşaldılaraq iddiaçının istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci mərtəbəsində və -1-ci mərtəbəsində yerləşən qeyriyaşayış sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur. ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli bina Cavabdeh3 MTK tərəfindən inşa edilmişdir. Həmin binanın zirzəmisində yerləşən qeyriyaşayış sahəsinin dəyəri Cavabdeh3 MTK-ya tam ödənilmişdir. MTK tərəfində ümumi yığıncağının iclas protokolu, heç bir bocun olmaması barədə maliyə arayışı və plan-cizgisi mənə təqdim edilmişdir. Həmin sənədləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X20n 1 saylı Bakı ərazi idarəsinə təqdim edib mülkiyyət hüquqlarımı qeydiyyata alıb çıxarış alınmışdır. İddiaçı MMMC iddia ərizələrində də qeyd etdikləri kimi xx.xx.2022- ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda qeyd olunan əmlak Cavabdeh3 MTK-nın xx.xx.2022-ci il tarixli, 105 saylı protokolu əsasında verilib. Yəni Cavabdeh1 kooperativ üzvlüyünə qəbul edilərkən, payçı olarkən İddiaçı MMMC hüquqi şəxs olaraq mövcud deyildi. İddia ərizəsində də qeyd edildiyi kimi İddiaçı MMMC xx.xx.2022-c il tarixində dövlət qeydiyyatına alınmışdır. Deməli İddiaçı MMMC xx.xx.2022-ci il tarixindən etibarən hüquqi şəxs kimi mövcuddur, hüquqlar əldə etməyə və vəzifələr daşımağa başlamışdır. Deməli xx.xx.2022-ci il tarixinə qədər İddiaçı MMMC mövcud deyildir. İddiaçının MMMC-nin iki fərqli tarixdə xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarları əsasında yaradılmasına dair qeyd etdikləri də anlaşılan deyil. Bir hüquqi şəxsin iki fərqli tarixlərdə yaradılmasına dair qeyd hüququn təbiəti ilə uyğunluq təşkil etmir. Beləliklə, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda qeyd olunan əmlak Cavabdeh3 MTK-nın xx.xx.2022-ci il tarixli, 105 saylı protokolu əsasında verilib. İddiaçı MMMC xx.xx.2022-c il tarixində dövlət qeydiyyatına alınmışdır. Yəni mübahisə predmeti qeyri-yaşayış sahəsinə dair protokol tərtib olunarkən, maliyyə arayışları verilərkən, mülkiyyətə dair çıxarış alınarkən İddiaçı MMMC dövlət qeydiyyatına alınmamışdır, mövcud deyildir. İddiaçı MMMC iddia ərizələrində mübahisə predmeti sahənin zirzəmi olmasına münasibətdə bildirir ki, Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən sahə mülkiyyətçilərinin ümumi əmlakına bütün zirzəmi deyil, mühəndis qurğuları olan zirzəmilər aid edilir. Əks halda Daşınmaz Əmlakın Dövlət Katastrı və Reyestri X20 tərəfindən həmin sahəyə mülkiyyətə dair çıxarış verilə bilməzdi. İddiaçı tərəf iddia ərizəsində Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə istinad edib. Maddəyə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzi lərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşı laşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Maddənin tələbinə görə birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), mühəndis qurğuları olan zirzəmilər ümumi pay ilə mülkiyyətçilərə məxsusdur. Deməli mühəndis qurğuları olmayan zirzəmilər və ya zirzəmilərin mühəndis qurğuları olmayan hissəsi ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus deyildir. Beləliklə coxmənzilli binaların zirzəmi hissəsində olan avtodayanacaqlar, mühəndis qurğuları olmayan zirzəmi sahələri ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus deyildir. Əksi düşünülsəydi mühəndisləri yerində baxış keçirən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X20 Cavabdeh1 həmin sahəyə mülkiyyət hüququnun tanınmasına imtina verərdi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı). Bir daha qeyd etməyi zəruri bilir ki, İddiaçı ünvan 7 saylı binanın sakinlərinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarları əsasında yaradılmış və xx.xx.2022-c il tarixli 11**-MM-*** saylı qeyri kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnaməyə əsasən dövlət qeydiyyatına alınmışdır. Ümumi sahəsi 72.6 kv.m sahənin payçı Cavabdeh1 istifadəsinə verilməsinə dair 105 saylı protokolundan çıxarışın tarixi xx.xx.2022-ci ildir. Beləliklə, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda qeyd olunan əmlak, həmçinin ümumi sahəsi 72.6 kv.m sahəyə dair protokoldan çıxarış verilərkən, mübahisə predmeti qeyri-yaşayış sahəsinə dair protokol tərtib olunarkən, maliyyə arayışları verilərkən, mülkiyyətə dair çıxarış alınarkən İddiaçı MMMC dövlət qeydiyyatına alınmamışdır, mövcud deyildir. Məhkəmə tərəfindən təyin edilən ekspertiza qarşısında qoyulan 4-cü sual belə olmuşdur ki, “Cavabdeh1 faktiki istifadəsində olan qeyriyaşayış sahəsi rəsmi sənəd üzrə onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 3142-ci məhəllə, ev 19a (yeni qaydalarla: AZ 1100, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 63 A) 620.40 olan sahənin hüdudlarındadırmı?” Lakin Cavabdeh1 rəsmi sənəd üzrə onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 3142-ci məhəllə, ev 19a (yeni qaydalarla: AZ 1100, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 63 A) 1068.7 kv.m dir. Ekspertizaya təqdim edilmiş və xx.xx.2022-ci il tarixli Texniki Pasport sənədlərindən görünür ki, qeyri-yaşayış sahəsi 17 mərtəbəli binanın zirzəmi (448.3 kv.m) və 1-сi mərtəbəsində (620.4 kv.m) yerləşməklə, ümumi sahəsi 1068,7 kv.m təşkil edir. xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 3142-ci məhəllədə inşa edilmiş hündürmərtəbəli yaşayış binasının zirzəmi və 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinin ümumi sahəsinin 1068.7 kv.m dir. Ekspert rəyinə görə Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 3142-ci məhəllədə inşa edilmiş hündürmərtəbəli yaşayış binasının zirzəmi mərtəbəsində yerləşən və Cavabdeh1 istifadəsində olan qeyri-yaşayış sahəsinə baxış keçirilən zaman, binanın zirzəmisində yerləşən sözügedən qeyri-yaşayış sahəsinin faktiki vəziyyəti, tikililərinin planlı yerləşməsi tərtib olunmuş xx.xx.2022-ci il tarixli Texniki Pasportun göstəricilərinə uyğun olmadığı, belə ki, binanın zirzəmisində əlavə tikinti işləri aparılaraq sahələri 11.9 kv.m., 20.8 kv.m., 15.1 kv.m. və 16.7 kv.m olan tikililərin inşa edildiyi müəyyən edilmişdir. Yəni 64.5 kv.m. Hansı ki, xx.xx.2022-ci il tarixli 105 saylı protokolundan çıxarış əsasında Cavabdeh1 istifadəsinə verilmiş, lakin layihədən kənar olduğu üçün mülkiyyətə dair çıxarışın alına bilmədiyi sahə. Həmin sahə iddiaçı MMMCyə məxsus deyil. İddiaçının belə bir ərazisi yoxdur. Həmin ərazi lahiyədə olmamışdır. İddiaçı tərəfin həmin 64.5 kv.m sahəyə subyektiv hüququ yoxdur. Həmin ərazi Cavabdeh1 satılıb. Layihədən kənar sahə olduğu üçün həmin hissəyə çıxarışın verilməsindən imtina edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İşin hallarına (sübutlara), mülki qanunvericiliyə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının hüquqi mövqelərinə əsaslanaraq hesab edirik ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi tamamilə əsassızdır. Belə ki, iş materiallarında olan, xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 63A ünvanında yerləşən, ümumi sahəsi 620.4 kv/m olan qeyri-yaşayış sahəsi üzrə X10 tam mülkiyyət hüququ, ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixində **********86- 05301-083001 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrdən çıxarışa əsasən qeydə alınmışdır. Bu müqavilə Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş, reyestrdə 4Ə-2298 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan, xx.xx.2021-ci il tarixli, Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən, satıcı X15 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 63A ünvanında yerləşən, ümumi sahəsi 620.4 kv/m olan qeyri-yaşayış sahəsini alıcı Cavabdeh1 satmışdır. Bu müqavilə Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş, reyestrdə 4Ə-2298 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan, xx.xx.2022-ci il tarixli, 265 nömrəli məktuba əsasən, Bakı Şəhəri 51 saylı Notariat ofisi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinə müraciət etmiş və məlumat üçün bildirmişdir ki, X15 ilə Cavabdeh1 arasında bağlanmış Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 63A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin xx.xx.2021-ci il tarixli 4Ə-2298 reyestr nömrəli nisyə alqı-satı müqaviləsi üzrə alıcı Cavabdeh1 tərəfindən öhdəlik tam yerinə yetirilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, ünvan 5 (Yeni qaydalarla: AZ1100, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində, Cavabdeh1 xüsusi mülkiyyət hüququ, ********** nömrəsi ilə xx.xx.2022-ci il tarixində reyestrdə qeydiyyata alınmışdır. İş materiallarında olan, xx.xx.2022-ci il tarixli Maliyyə arayışına əsasən, bu arayış Cavabdeh1 ondan ötrü verilmişdir ki, o, həqiqətən Cavabdeh3 MTK-nın, Bakı ş, Yasamal r-nu, M.Seyidov küçəsi, 3142-ci məhəllədə yerləşən, 1 girişli 19 “a” saylı yaşayış zirzəmisində 420.0 kv.n sahənin payçısıdır, yaşayış binasının zirzəmi sahəsində -1 (mənfi bir) mərtəbəsində yerləşən ümumi sahəsi 420.0 kv.m olan pay haqqını tam ödəmişdir, arayış ƏMDX-nin Bakı şəhər ərazi İdarəsinə təqdim edilməsi üçün verilmişdir. İş materiallarında olan, xx.xx.2022-ci il tarixli, 105 saylı Protokoldan çıxarışa əsasən, gündəlikdə olan Cavabdeh3 MTK-nin üzvlüyünə qəbul və mənzillərin payçılara verilməsi haqqında məsələyə dair, Cavabdeh1 kooperativin üzvü qəbul olunmaqla MTK-nın Bakı şəhəri, Yasamal r-nun, M.Seyidov küçəsi, 3142-ci məhəllədə yerləşən, 1 girişli, 19 “a” saylı kooperativ binanın zirzəmisində sahəsi 397.0 kv.m sahənin payçısı olması təsdiq edilmiş, sənədlər Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə hüquqların dövlət qeydiyyatına alınması üçün göndərilmişdir. İş materiallarında olan, xx.xx.2022-ci il tarixli Maliyyə arayışına əsasən, Cavabdeh1 Cavabdeh3 MTK-nin Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3142-ci məhəllədə yerləşən 1(bir) girişli 19a saylı yaşayış binasının zirzəmisində 480 kv.m sahənin mülkiyyətçisidir, yaşayış binasının zirzəmi sahəsində -1 (mənfi bir) mərtəbədə yerləşən ümumi sahəsi 480 kv.m olan pay haqqını tam ödəmişdir, arayış DƏDK və RPHŞ bir saylı Bakı Ərazi İdarəsinə təqdim etmək üçün verilmişdir. 8. İş materiallarında olan, xx.xx.2022-ci il tarixli, 105 saylı Protokoldan çıxarışa əsasən, gündəlikdə olan Cavabdeh3 Mənzil Tikinti Kooperativ üzvlüyünə qəbul və mənzillərin payçılara verilməsi haqqında məsələyə dair, Cavabdeh1 FOBOS-2” Mənzil Tikinti Kooperativinə üzv qəbul olunmaqla, MTK-nın, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3142-ci məhəllədə yerləşən, 1 girişli, 19a saylı yaşayış binasının zirzəmi sahəsində -1 (mənfi bir) mərtəbəsində yerləşən, ümumi sahəsi 480 kv.m olan payçısı kimi təsdiq edilmiş, sənədlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X20nin 1 saylı Bakı Ərazi İdarəsinə dövlət qeydiyyatına alınması üçün göndərilmişdir. İş materiallarında olan, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X20 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində, Cavabdeh1 xüsusi mülkiyyət hüququ, ********** nömrəsi ilə xx.xx.2022-ci il tarixində reyestrdə qeydiyyata alınmışdır. İş materiallarında olan, xx.xx.2022-ci il tarixli, 03/3618/2-14 nömrəli, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X1 Reyestrindən Çıxarışa əsasən, İddiaçı xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-39481/2024 **********81 nömrəli, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publi hüquqi şəxsi 1 saylı ünvan 6 ünvanlanmış məktubuna əsasən, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X6 xx.xx.2022-ci il tarixli müraciəti əsasında xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, habelə xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışlar əsasında ümumi sahələri müvafiq olaraq 620,4 kv.m və 449,2 kv.m təşkil edən 2 (iki) ədəd qeyri-yaşayış sahəsi birləşdirilərək ümumi sahəsi 1068.7 kv.m olan ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə aid Cavabdeh1 adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X20 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində, Cavabdeh1 xüsusi mülkiyyət hüququ, ********** nömrəsi ilə xx.xx.2022-ci il tarixində reyestrdə qeydiyyata alınmışdır. İş materiallarında olan, "xxxx" ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-ci il tarixli, 5045-ƏKM nömrəli Əsas Kredit Müqaviləsinə əsasən, borc verən "xxxx" ASC və borc alan Cavabdeh1 84 (səksən dörd) ay müddətində (xx.xx.2030-cu il tarixədək) 2.000.000 (iki milyon) manat ekvivalenti məbləğində, bərpa olunan kredit limiti açmağı, borc alan isə ona bu kredit limiti çərçivəsində təqdim olunmuş krediti müvafiq əlavə kredit müqaviləsində nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı və kreditə hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüş, bu müqavilə, o cümlədən bu müqavilə çərçivəsində bağlanan əlavə kredit müqavilələri üzrə borc alanın borc verən qarşısında öhdəliklərinin təminatı qismində xx.xx.2023-cü il tarixli, 5045-İZG/1 saylı İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan əmlak çıxış etmişdir. İş materiallarında olan, "xxxx" ASC (ipoteka saxlayan) və Cavabdeh1 (ipoteka qoyan) arasında bağlanmış, xx.xx.2023-ci il tarixli, 5045-İZG/1 saylı İpoteka müqaviləsinə əsasən, ipoteka qoyan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X20 tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən İpoteka qoyanın mülkiyyətində olan əmlakı (reyestr nömrəsi **********86-05301-083003; qeydiyyat nömrəsi **********; bundan sonra – «ipoteka predmeti» adlandırılacaq) müqavilənin 1.2-ci bəndində göstərilən Əsas kredit müqaviləsinə (xx.xx.2023cü il tarixli 5045-ƏKM saylı Əsas kredit müqaviləsinə), o cümlədən həmin müqavilə çərçivəsində bağlanan və bu Müqavilənin 2.2-ci bəndində göstərilmiş müqavilələrə əsasən, İpoteka qoyanın İpoteka saxlayan qarşısında götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədilə İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Bu müqavilə Bakı şəhəri 46 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş, reyestrdə 3M-1492 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X20 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (Yeni qaydalarla:AZ1100, ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsi) üzərində, "xxxx" ASCnin ipoteka hüququ, ********** nömrəsi ilə, xx.xx.2023-cü il tarixində reyestrdə qeydiyyata alınmışdır. Yuxarıda qeyd edilən işin hallarını və hüquqi əsaslandırmaları qarşılıqlı şəkildə ümumiləşdirdikdə xronoloji olaraq aşağıdakınəticələrə gəlmək olar: 1. Cavabdeh1 reyestrdə olan qeydə əsaslanaraq (vicdanlı alıcı olaraq) müvafiq qeyri-yaşayış sahəsini X7 qanuni şəkildə alqı-satqı müqaviləsi əsasında, digər müvafiq qeyri-yaşayış sahəsini isə Cavabdeh3 MTK-ya pay haqqını tam ödəməklə qanuni şəkildə əldə etmişdir; 2. Cavabdeh1 müvafiq qeyriyaşayış sahələrinə olan mülkiyyət hüquqları qanuni şəkildə reyestrdə qeydiyyata alınmışdır; 3. Cavabdeh1 müvafiq qeyri-yaşayış sahələrini qanuni şəkildə birləşdirmiş və bundan sonra onun vahid qeyri-yaşayış sahəsi üzərində olan mülkiyyət hüquqları qanuni şəkildə reyestrdə qeydiyyata alınmışdır; 4. "xxxx" ASC və Cavabdeh1 arasında qanuni şəkildə kredit müqaviləsi bağlanmışdır; 5. "xxxx" ASC reyestrdə olan qeydə əsaslanaraq (vicdanlı ipoteka saxlayan olaraq) müvafiq qeyri-yaşayış sahəsini kredit öhdəliyinin təminatı olaraq ipotekaya götürməyə dair iradəsini ifadə etmiş, o cümlədən Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olan müvafiq qeyri-yaşayış sahəsini ipotekaya qoymağa iradəsini ifadə etmiş və nəticədə "xxxx" ASC (ipoteka saxlayan) və Cavabdeh1 arasında qanuni şəkildə ipoteka müqaviləsi bağlanmışdır. Beləliklə, bu nəticəyə gəmək olar ki, müvafiq işdə "xxxx" ASC-nin vicdanlı əldə edən (ipoteka saxlayan olaraq) və Cavabdeh1 vicdanlı əldə edən (alıcı olaraq) müvafiq hüquqları həm qanundan, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respubliaksı Ali Məhkəməsinin Mülki kollegiyasının hüquqi mövqelərindən irəli gələrək xüsusi qorunma altına alınmışdır. İddiaçının müvafiq iddiasının təmin edilməsi bu qorunma altına alınmış hüquqların və mülki dövriyyənin sabitliyinin pozulması ilə müşayiət edilə bilər deyə, hesab edirlər ki, indiki halda bu iddianın təmin edilməsi üçün heç bir qanuni əsas yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, məhkəmə prosesləri zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışların verilməsi üçün əsas olan sənədlərin alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X20nin 1 saylı Bakı ərazi idarəsinə sorğu göndərilmiş və sorğuya cavab alınmışdır. Həmin cavab məktubundan və əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi, sahəsi 448.3 kv.m təşkil edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün əsas olmuş sənəd "xxxx" MTK-nın xx.xx.2022-ci il tarixli, 105 saylı protokolundan çıxarışı və xx.xx.2022-ci il tarixli maliyyə arayışıdır. İşə baxılan zaman İsə həmin protokol və maliyyə arayışının qanunsuz olaraq tərtib olunduğu, protokolda iclasın sədri və iclasın katibi qismində adları qeyd edilmiş Şahid1 Hüseyin oğlu və Şahid2 imzaları saxtalaşdırıldığı müəyyən edildi. Belə ki, həmin şəxslər məhkəmədə şahid qismində ifadə verərək a dları qeyd edilən bütün protokollardakı imzaların onlara məxsus olmadığını, ümumiyətlə "xxxx" MTK-nın heç bir iclasına iştirak etmədikərini bildirmişlər. İmzaların onlara məxsus olub-olmamasını dəqiqləşdirmək üçün tərəflərindən məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatət verilmiş, lakin vəsatət təmin edilməmişdir. Bundan əlavə iş üzrə məhkəmə tİkinti-texniki ekspertizası təyin edilmişdir. Ekspertin rəyindən görünür ki, Cavabdeh1 faktiki istifadəsində olan Bakı ş, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 3142-ci məhəllədə yerləşən hündürmərtəbəli yaşayış binasının 1-ci mrətəbəsİndə yerləşən qeyri-yaşayış sahəsinin 620.4 kv.m, həmin binanın zirzəmi mərtəbəsində yerləşən sahənin faktiki sahəsinin isə 512.8 kv.m təşkil etməsi müəyyən edilmiş, binanın zirzəmi mərtəbəsində əlavə tikinti işləri aparılaraq sahələri 11.9 kv.m, 20.8 kv.m, 15.1 kv.m və 16.7 kv.m olan tikililərin inşa edildiyi müəyyən edilmişdir. Bundan sonra, cavabdeh elektron kabinet vasitəsi İlə "xxxx" MTK-nın xx.xx.2022-ci il tarixli, 105 saylı protokolundan çıxarışını, 21 sentyabr 2023-cü il tarixli, 91 saylı protokolundan çıxarışını və həmin tarixli maliyyə arayışını təqdim etmişdir. Hesab edirlər ki, cavabdehin ekspertin rəyi verildikdən sonra göstərilən sənədləri təqdim etməkdə məqsədi qanunsuz olaraq zəbt etdiyi sahələri "sənədləşdirmək"-dir. Halbuki, həmin sahələrə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da alınmamışdır. Yuxanda göstərdiyimiz kimi Cavabdeh1 ünvan 1 ünvanında yerləşən binanın zirzəmisində 448.3 kv.m sahənin verilməsi barədə protokollar saxtadır. Bundan başqa, protokollarda iclasın sədri və iclasın katibi kimi adları qeyd edilmiş Şahid1 Hüseyin oğlu və Şahid2 şahid qismində verdikləri ifadələrdən görünür ki, onlar heç vaxt kooperativ üzvü kimi kooperativin iclaslarında iştirak etməmişlər. Bu fakt da onların formal olaraq kooperativ üzvü kimi adlarının qeyd edildiyini sübut edir. Hətta onların həmin kooperativin üzvü olub-olmamsını da aydınlaşdırmaq mümkün deyildir. İş üzrə cavabdeh qismində cəlb edilmiş "xxxx" MTK-nın nümayəndəsi məhkəmədə iştirak etmədiyi üçün bu məsələləri müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda protokoldan çıxarışdan görünür ki, iclasda koopeartiv üzvlərinin yarısından çox üzvü iştirak etməmişdir. Bu da həmin yığıncağın qanunsuz keçirildiyini və ya ümumiyyətlə keçirilmədiyini təsdiq edir. Bundan əlavə bildimək istəyirlər ki, göstərilən sahə cavabdehin istifadəsinə saxta sənəd əsasında verilməsəydi belə qanunsuz olaraq verilmişdir. Belə ki, həmin sahə Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin tələbi baxımından ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus olan səhədir və yalnız paylı mülkiyyətçilər tərəfindən istifadə oluna bilər. Cavabdeh1 iddiaya etirazının əsası ondan ibarətdir ki, onlar vcdanlı alıcı olaraq həmin yerin pulunu verib almışlar və çıxarışın verilməsinə əsas olan sənədlərin saxta olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. Bununla bağlı bildirmək istəyir ki, iş materiallarından görə 448.3 kv.m sahənin verilməsi üçün əsas olmuş sənədləri "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nə cavabdehin nümayəndəsi X12 tərəfindən təqdim edilmişdir. Göründüyü kimi Cavabdeh1 ya özü bilavasitə, ya da nümayəndəsi vasitəsi ilə kooperativin iclasında iştirak edə, həqiqətən də kooperativ üzvlərinin iştirak edib-etmədiyini dəqiqləşdirə bilərdi. İndiki halda isə cavabdehin özü və ya nümayəndəsi vasitəsi ilə "xxxx" MTK ilə əlbir olub kooperativin iclası keçirilmədən qanunsuz olaraq əmlakın ələ keçirdiyi müəyyən edilir. Bundan əlavə, cavabdehin digər mövqeyi ondan ibarətdir ki, çıxarışın verilməsinə əsas olan protokol tərtib edilən zaman "xxxx" MMMC dövlət qeydiyyatından keçməmişdir. Buna görə də MMMC qeydiyyata keçənə qədər MTK tərəfindən bu cür protokol tərtib edilə bilərdi. Bu mövqe əsassız olmaqla bərabər ziddiyyətlidir. Belə ki, iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının rəyi daxil olduqdan sonra, cavabdeh elektron kabinet vasitəsi ilə "xxxx" MTK-nm xx.xx.2022-ci il tarixli, 105 saylı protokolundan çıxarışını, 21 sentyabr 2023-cü il tarixli, 91 saylı protokolundan çıxarışını və həmin tarixli maliyyə arayışını təqdim etmişdir. İlk növbədə bildirmək istəyirlər ki, göstərilən yaşayış sahəsinin sakinlər tərəfindən idarə edilməsinin əsası xx.xx.2022-ci il tarixli protokolla qoyulmuşdur. Həmin protokolda ünvan 1 binasının sakinləri tərəfindən idarə olunması məqsədi ilə yeni "xxxx" MMMC-nin (Daha sonra adı Yasamal-62 olmuşdur) yaradılması, binanın infrastruktrunun və ümumi mülkiyyətinin "xxxx" MTK-dan alınaraq MMMC-yə təhvil verilməsi, MTK-ya binanın ümumi mülkiyyətinin idarə olunması barədə vəzifələrini, səlahiyyətlərini, öhdəliklərini, həmçinin arxiv sənədlərini, ləvazimatları, alətləri və binaya aid digər əşyaları yeni yaranacaq MMMC-yə təhvil verməsi təklif edilmişdir. Hətta Cavabdeh1 da ümumi yığıncağın iclasına iştirak etmiş və protokola imza atmışdır. Bununla da, həmin sahənin MMMC-nin ümumi əmlakını bilmiş və ya bilməli idi. Göründüyü kimi, artıq həmin vaxtdan binanın faktiki idarəçiliyi MMMC-yə keçmişdi. Yalnız MMC-nin dövlət qeydiyyatına alınmalı idi ki, bu da bəzən müəyyən vaxt tələb edir. Artıq həmin vaxtdan həm MTK, həm Cavabdeh1 binanın idarəçiliyinin sakinlərin yaratdığı MMMC-də olduğunu bilirdilər, lakin buna baxmayaraq qanunsuz olaraq həmin əmlakı ələ keçirmişlər. Belə olduğu təqdirdə Cavabdeh1 vicdanlı alıcı olmasından heç bir söbət gedə bilməz. X.Xəlilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 18 iyun 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 16 yanvar 2009-cu il tarixli Plenum Qərarında göstərilir ki, "vicdanlı əldə edən isə əmlakı əvəzli əldə etdiyini, həmin əmlakın onu özgəninkiləşdirmək hüququna malik olmayan şəxs tərəfindən əldə olunduğunu bilmədiyini və bilmək iqtidarında olmadığını sübut etməlidir." Əlavə olaraq bildirmək istəyirlər ki, MMMC-nin dövlət qeydiyyatından keçməsi barədə ərizə xx.xx.2022-ci il tarixdə tərtib edilmiş və həmin tarixdə də "xxxx" MTK-nın protokolu tərtib edilmişdir. Yəni Cavabdeh1 MMMC-nin dövlət qeydiyyatından keçəcəyi təqdirdə həmin əmlakı özgəninkiləşdirə bilməyəcəyini, yəni cəmiyyətin ona satmayacaığım bildiyi üçün mübahisələndirilən protokolu tərtib etdirmiş və daha sonra çıxarış alımışdır. Bundan başqa, əgər MMMC 2022-ci ilin avqust ayında qeydiyyatdan keçmişdisə hansı əsasla 1 il sonra 2023cü ilin sentyabr ayında "xxxx" MTK 91 saylı protokoldan çıxarış "tərtib edir"? Bu sualı cavabdehin nümayəndəsinə versək də, əsaslandırılmış cavab ala bilmədilər. Cavabdeh1 nümayəndəsi məhkəməyə təqdim etdiyi sonuncu mülahizədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 mart 2015-ci il tarixli və 25 oktyabr 2010-cu il tarixli qərarlarına istinad etmişdir. Birinci qərarla bağlı bildirmək istəyir ki, 04 mart 2015-ci il tarixli qərar tamam başqa bir mübahisə ilə bağlı qəbul edilmiş qərardır. Həmin qərarda müqavilədə olan qeyri müəyyənliyin, yəni şəxsiyyət vəsiqəsinin seriya və nömrəsinin göstərilməməsinin onun etibarsızlığına gətirib çıxaran hal kimi qiymətləndirilməməli olması göstərilmişdir. Hazırki iş üzrə isə qeyri-müəyyənliyin deyil, saxtakarlıqla tərtib edilmiş protokolun etibarlılığı mübahsiələndirilir ki, tamam ayrı məsələdir. Protokoldakı imzaların saxta olmasını, "qeyrimüəyyənlik" kimi təfsir etmək yalnız məhkəməni çadırmaq məqsədi güdür. Digər qərarla bağlı onu bildirmək istəyir ki, qərar 2010-cu il tarixdə qəbul edilmişdir. Həmin vaxt Mülki Məcəllənin 178.8-ci maddəsi aşağıdakı redaksiyada idi: Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Lakin 15 dekabr 2017-ci il tarixli 918-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 178.8 ci maddə yeni redaksiyada verilmişdir: Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə- hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Göründüyü kimi mübahisə yaranan zaman artıq Mülki Məcəllənin 178.8-ci maddəsi yeni redaksiyada verilmişdi və həmin maddi hüquq normasına istinad etmək əsassızdır. Bundan başqa, cavabdehin nümayəndəsi sonuncu baxış iclasında əvvəlki iclaslarda bildirmədiyi bir fikir irəli sürmüşdür. Belə ki, nümayəndə xx.xx.2022-cil tarixli protokoldan çıxarışlardakı imzaların saxta olduğunu bildikdən sonra, "xxxx" MTK ilə müqavilələrin imzalandığını bidlirmiş və iş üzrə məhkəmə baxışı bitdikdən, məhkəmə çıxışlarına hazırlaşmaq üçün proses təyin edildikdən sonra həmin müqavilələri elektron sistemə yükləmişdir. Halbuki, iş üzrə sübutlar məhkəmə hazırlıq iclası zamanı və ya qanunla müəyyən edilmiş hallarda məhkəmə baxışında təqdim edilməli idi. Eyni zamanda göstərilən müqavilələrin təqdim edilməsinin iş üçün heç bir əhəmiyyəti yoxdur. Çünki mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş sənəd müqavilə yox, "xxxx" MTK-nın saxta protokoldan çıxarışıdır. İş üzrə üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" ASC-nin mövqeyi ondan ibarətdir ki, "xxxx" ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-ci il tarixli, 5045-ƏKM nömrəli Əsas Kredit Müqaviləsinə əsasən, borc verən "xxxx" ASC və borc alan Cavabdeh1 84 (səksən dörd) ay müddətində (xx.xx.2030-cu il tarixədək) 2.000.000 (iki milyon) manat ekvivalenti məbləğində, bərpa olunan kredit limiti açmağı, borc alan isə ona bu kredit limiti çərçivəsində təqdim olunmuş krediti müvafiq əlavə kredit müqaviləsində nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı və kreditə hesablanmış faizləri borc verənə Ödəməyi, habelə kreditdən təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüş, bu müqavilə, o cümlədən bu müqavilə çərçivəsində bağlanan əlavə kredit müqavilələri üzrə borc alanın borc verən qarşısında öhdəliklərinin təminatı qismində xx.xx.2023-cü il tarixli, 5045-İZG/l saylı İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan əmlak çıxış etmişdir. İş materiallarında olan, "xxxx" ASC (ipoteka saxlayan) və Cavabdeh1 (ipoteka qoyan) arasında bağlanmış, xx.xx.2023-ci il tarixli, 5045-İZG/l saylı İpoteka müqaviləsinə əsasən, ipoteka qoyan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X20 tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən İpoteka qoyanın mülkiyyətində olan əmlakı (reyestr nömrəsi **********86-05301-083003; qeydiyyat nömrəsi **********; bundan sonra «ipoteka predmeti» adlandırılacaq) müqavilənin 1.2-ci bəndində göstərilən Əsas kredit müqaviləsinə (xx.xx.2023-cü il tarixli 5045-ƏKM saylı Əsas kredit müqaviləsinə), o cümlədən həmin müqavilə çərçivəsində bağlanan və bu Müqavilənin 2.2-ci bəndində göstərilmiş müqavilələrə əsasən, İpoteka qoyanın İpoteka saxlayan qarşısında götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədilə İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Buna görə də, üçüncü şəxs də vicdanlı əldə edən hesab edilməlidir. Bununla bağlı bildirmək istəyir ki, hazırki iş üzrə iddia təmin ediləcəyi təqdirdə üçüncü şəxsin hüquqları pozulmayacaqdır. Belə ki, cavabdehin nümayəndəsinin məhkəmədə dediyi kimi kredit müqavilə üzrə ödənişlər edilir və bankın ipoteka ilə yüklü edilmiş əmlaka tələb etməklə bağlı iddiası yoxdur. Hesab edir ki, kredit ödənişləri edilməsəydi, bank kredit məbləğinin ipoteka predmeti olan əmlaka yönəldilməsi ilə bağlı iddia qaldırsaydı bankın hərhansı gözləntisi ola bilərdi. Bundan başqa, ipoteka müqaviləsindən görünür ki, ipoteka predmeti Bakı ş, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 3142-ci məhəllədə yerləşən 1068.7 kv.m sahədir. İddiaçının tələbi isə Cavabdeh1 adına alınmış xx.xx.2022-ci il tarixli, ********** saylı çıxarışın ləğv edilməsi olsa da, həmin çıxarışın verilməsinə əsasə olmuş iki əsasdan biri 448.3 kv.m üçün verilmiş protokoldan çıxarışlar mübahisələndirilir. Yerdə qalan 620.4 kv.m sahənin verilməsinə əsas olan alqı-satqı müqaviləsi mübahisələndirilməmişdir. Buna görə də bankın 620.4 kv.m sahə ilə bağlı gözləntisi qorunur. Onu da əlavə edir ki, ipoteka müqaviləsi bağlanan zaman bankın əsas vəzifələrindən biri ipoteka predmetinə baxış keçirtmək, onun yerləşdiyi yeri, vəziyyətini öyrənməkdir. Belə olan halda isə, bank 1068.7 kv.m sahənin 448.3 kv.m hissəsinin mənzil mülkiyyətçilərinin ümumi mülkiyyətində olan yer olduğunu görə bilərdi və ya görməli idi. Hətta hesab edir ki, bank reyestrdən çıxarışın verilməsinə əsas olan sənədləri də tələb edib araşdıra bilərdi. Buna görə də hesab edir ki, 448.3 kv.m sahə üçün bank vicdanlı alıcı hesab edilməməlidir. Həmçinin imzalar saxtalaşdırıldığı üçün protokolda iclasın sədri və iclasın katibi qismində adları qeyd edilmiş şəxslərin əməllərində cinayət işinin olub-olmamasının araşdırılması üçün xüsusi qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, etirazın məzmununa uyğun izahat vermiş, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, imzalar protokolda iclasın sədri və iclasın katibi qismində adları qeyd edilmiş şəxslərə aid olmaya bilər, lakin iddiaçı tərəf bundan indiyədək şikayət etməyib. Cavabdehin mülkiyyətində olan sahə ümumi istifadədə olsaydı Çıxarış verilməzdi. Mülkiyyətin əldə edilməsinin hüquqi əsası maliyyə arayışıdır. Alqı-satqı və maliyyə arayışı iddiaçının qeydiyyata alınmasından əvvəl mövcud olub.Cavabdehin ilk olaraq onlardan əmlak istədiyini bildirmələri əsassızdır.76,9 kv.m sahəsi olan ərazi layihədən kənar olduğuna görə çıxarış verilmədi. Çıxarış alınmasa belə maliyyə arayışına əsasən həmin hissə də cavabdehin mülkiyyəti hesab olunur. Cavabdeh yığıncağın iştirakçısı olmayıb. Cavabdeh vicdanlı alıcı olub və əmlakın dəyərini ödəyib. Xüsusi qərardad çıxarılması məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti və cavabdehlər "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" MTK-nın nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə onların nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, iclasın sədri olmamışdır və İddiaçı MMMC-in iştirakçısı deyil. Həmin binada yaşayır, lakin payçı deyil. İmzalar ona aid deyil. Verilən suallara cavab olaraq bildirmişdir ki, 2009-cu ildən həmin binada yaşayır. Abbas Çerpanovu tanıyır, onun tərəfindən ona protokolun tərtibi üçün təklif verilməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, 2008-ci ildən Abbas Çerpanovu tanıyır, o, komendant idi. Abbas Çerpanov ona iclasda iştirakla bağlı təklif etməyib. O, heç bir sənədi imzalamamışdır. Məhkəmə proses iştirakçılarının izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Şəhər İcra Hakimiyəyəti Başçısınının xx.xx.2011-ci il tarixli 2/4 nömrəli sərəncamı ilə təsdiq edilmiş Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının Aktından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 3142-ci məhəllədə 17 mərtəbəli 1 girişli yaşayış binası (1-ci mərtəbəsində qeyri-yaşayış sahəsi) istismara qəbul edilməsi qərara alınmışdır. Cavabdeh3 Mənzil Tikinti Kooperativ üzvlərinin ümumi iclasının xx.xx.2022-ci il tarixli, 105 saylı Protokoldan çıxarışa əsasən, gündəlikdə olan Cavabdeh3 MTK-nin üzvlüyünə qəbul və mənzillərin payçılara verilməsi haqqında məsələyə dair, Cavabdeh1 kooperativin üzvü qəbul olunmaqla MTK-nın Bakı şəhəri, Yasamal r-nun, M.Seyidov küçəsi, 3142-ci məhəllədə yerləşən, 1 girişli, 19 “a” saylı kooperativ binanın zirzəmisində sahəsi 397.0 kv.m sahənin payçısı olması təsdiq edilməsi və sənədlərin Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə hüquqların dövlət qeydiyyatına alınması üçün göndərilməsi qərara alınmışdır. Cavabdeh3 Mənzil Tikinti Kooperativi ilə payçı Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, "Kooperativ" Bakı şəhəri, Yasamal rayonu, M. Seyidov küçəsi, 3142-ci məhəllədə yerləşən 1(bir) girişli 19 a saylı yaşayış binasımın zirzəmisində yerləşən, qeyri-yaşayış sahəsinin ümumi sahəsi 72.6 kv.m "Payçı"-ya verməyi, "Payçı" isə həmin sahəni qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş sahənin haqqını vaxtında ödəməyi, elektrik enerjisinin, su və qaz sayğaclarının dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilənin 15-ci bəndinə əsasən, göstərilən qeyri-yaşayış sahəsinin ümumi dəyəri 72.600 (yetmiş iki min) manat tam olaraq ödənilib. Cavabdeh3 Mənzil Tikinti Kooperativi ilə payçı Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, "Kooperativ" Bakı şəhəri, Yasamal rayonu, M. Seyidov küçəsi, 3142-ci məhəllədə yerləşən 1(bir) girişli 19 a saylı yaşayış binasımın zirzəmisində yerləşən, qeyri-yaşayış sahəsinin ümumi sahəsi 480 kv.m "Payçı"-ya verməyi, "Payçı" isə həmin sahəni qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş sahənin haqqını vaxtında ödəməyi, elektrik enerjisinin, su və qaz sayğaclarının dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilənin 15-ci bəndinə əsasən, göstərilən qeyri-yaşayış sahəsinin ümumi dəyəri 480.000 (dörd yüz səksən min) manat tam olaraq ödənilib. xx.xx.2022-ci il tarixli Maliyyə arayışına əsasən, Cavabdeh1 Cavabdeh3 MTK-nın, Bakı ş, Yasamal r-nu, M.Seyidov küçəsi, 3142-ci məhəllədə yerləşən, 1 girişli 19 “a” saylı yaşayış zirzəmisində 397 kv.m sahənin payçısıdır, yaşayış binasının zirzəmi sahəsində -1 (mənfi bir) mərtəbəsində yerləşən ümumi sahəsi 397 kv.m olan pay haqqını tam ödəmişdir, arayış ƏMDX-nin Bakı şəhər ərazi İdarəsinə təqdim edilməsi üçün verilmişdir. Cavabdeh3 Mənzil Tikinti Kooperativ üzvlərinin ümumi iclasının xx.xx.2022-ci il tarixli, 105 saylı Protokoldan çıxarışa əsasən, gündəlikdə olan Cavabdeh3 MTK-nin üzvlüyünə qəbul və mənzillərin payçılara verilməsi haqqında məsələyə dair, Cavabdeh1 kooperativin üzvü qəbul olunmaqla MTK-nın Bakı şəhəri, Yasamal r-nun, M.Seyidov küçəsi, 3142-ci məhəllədə yerləşən, 1 girişli, 19 “a” saylı kooperativ binanın zirzəmisində sahəsi 72.6 kv.m sahənin payçısı olmasının təsdiq edilməsi və sənədlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X20nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə hüquqların dövlət qeydiyyatına alınması üçün göndərilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli Maliyyə arayışına əsasən, Cavabdeh1 Cavabdeh3 MTK-nın, Bakı ş, Yasamal r-nu, M.Seyidov küçəsi, 3142-ci məhəllədə yerləşən, 1 girişli 19 “a” saylı yaşayış zirzəmisində 72.6 kv.m sahənin payçısıdır, yaşayış binasının zirzəmi sahəsində -1 (mənfi bir) mərtəbəsində yerləşən ümumi sahəsi 72.6 kv.m olan pay haqqını tam ödəmişdir, arayış DƏDK və RPHŞ 1 saylı Bakı şəhər ərazi İdarəsinə təqdim edilməsi üçün verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********86- 05301-083001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ünvan 5 (Yeni qaydalarla: AZ1100, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 620,40 kv.m. olan qeyriyaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2022-ci il tarixində Cavabdeh1 adına qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X20 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********86- 05301-083003 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 1068,70 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2022-ci il tarixində Cavabdeh1 adına qeydiyyata alınmışdır. "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarına əsasən, Cəmiyyətin adının "Yasamal-60" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə dəyişdirilməsi və dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsi qərara alınmışdır. “Yasamal-60” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarına əsasən, Cəmiyyətin adının İddiaçınə dəyişdirilməsi və dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 Reyestrindən çıxarışa əsasən "xxxx" MMMC sahə mülkiyyətçilərinin yığıncağının xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qərarları və digər sənədlər əsasında 23 avqust 2022-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş X2 X5 görünür ki, İddiaçı 23 avqust 2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi tərəfindən ********** VÖEN nömrəsi ilə qeydiyyata alınmışdır. "xxxx" ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-ci il tarixli, 5045-ƏKM nömrəli Əsas Kredit Müqaviləsinə əsasən, borc verən "xxxx" ASC borc alan Cavabdeh1 84 (səksən dörd) ay müddətində (xx.xx.2030-cu il tarixədək) 2.000.000 (iki milyon) manat ekvivalenti məbləğində, bərpa olunan kredit limiti açmağı, borc alan isə ona bu kredit limiti çərçivəsində təqdim olunmuş krediti müvafiq əlavə kredit müqaviləsində nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı və kreditə hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən, bu müqavilə, o cümlədən bu müqavilə çərçivəsində bağlanan əlavə kredit müqavilələri üzrə borc alanın borc verən qarşısında öhdəliklərinin təminatı qismində xx.xx.2023-cü il tarixli, 5045-İZG/1 saylı İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan əmlak, xx.xx.2023-cü il tarixli 5045-İZG/2 saylı, xx.xx.2023-cü il tarixli 5045-İZG/3 saylı, xx.xx.2023-cü il tarixli 5045-İZG/4 saylı və xx.xx.2023-cü il tarixli 5045- İZG/5 saylı Zaminlik müqavilələri çıxış edir. "xxxx" ASC (ipoteka saxlayan) və Cavabdeh1 (ipoteka qoyan) arasında Bakı şəhəri 46 saylı notariat ofisində bağlanmış reyestrdə 3M-1492 nömrə ilə qeydə alınmış xx.xx.2023-ci il tarixli, 5045-İZG/1 saylı İpoteka müqaviləsinə əsasən, ipoteka qoyan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X20 tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən İpoteka qoyanın mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 3142-ci məhəllə, ev 19A Yeni qaydalarla : AZ 1100, ünvan 10 ünvanında yerləşən, 1068.70 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsini (reyestr nömrəsi **********86-05301-083003; qeydiyyat nömrəsi **********; bundan sonra – «ipoteka predmeti» adlandırılacaq) müqavilənin 1.2-ci bəndində göstərilən Əsas kredit müqaviləsinə (xx.xx.2023-cü il tarixli 5045-ƏKM saylı Əsas kredit müqaviləsinə), o cümlədən həmin müqavilə çərçivəsində bağlanan və bu Müqavilənin 2.2-ci bəndində göstərilmiş müqavilələrə əsasən, İpoteka qoyanın İpoteka saxlayan qarşısında götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədilə İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X20 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (Yeni qaydalarla:AZ1100, ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsi) üzərində "xxxx" ASC-nin ipoteka hüququ ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X20 1 saylı ünvan 11 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-39481/2024 **********81 nömrəli məktubundan görünür ki, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X6 xx.xx.2022-ci il tarixli müraciəti əsasında xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, habelə xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışlar əsasında ümumi sahələri müvafiq olaraq 620,4 kv.m və 449,2 kv.m təşkil edən 2 (iki) ədəd qeyri-yaşayış sahəsi birləşdirilərək ümumi sahəsi 1068.7 kv.m olan ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə aid Cavabdeh1 adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə dövlət qeydiyyatına alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X20 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna 3-21-3-30/2-50601/2024 nömrəli, 13 dekabr 2024 -cü il tarixli məktubla cavab ünvanlayaraq, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışların və onların tərtib edilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətini məhkəməyə təqdim etmişdir. Həmin məktuba əlavə olunmuş: X15 ilə Cavabdeh1 arasında Bakı şəhəri 51 saylı notariat ofisində bağlanmış, reyestrdə 4Ə-2298 nömrəsi ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 63A ünvanında yerləşən, ümumi sahəsi 620.4 kv/m olan qeyri-yaşayış sahəsini 1.000.000 (bir milyon) manat məbləğində alıcı Cavabdeh1 satmağı, alıcı isə əmlakı həmin məbləğə almağı öhdəsinə götürmüşdür. Müqavilənin 5-ci bəndinə görə, alıcı Cavabdeh1 ilk olaraq 400000 (dörd yüz min) məbləği satıcı X10 adına notariusdaun banka açılan depozit hesabı vasitəsilə ödəyir. Qalan 600000 (altı yüz min) manat məbləği isə xx.xx.2022-ci il tarixinədək ödəməyi öhdəsinə götürür. Bakı Şəhəri 51 saylı Notariat ofisi tərəfindən Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 265 nömrəli məktubdan görünür ki, X15 ilə Cavabdeh1 arasında bağlanmış Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 63A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin xx.xx.2021-ci il tarixli 4Ə-2298 reyestr nömrəli nisyə alqı-satı müqaviləsi üzrə alıcı Cavabdeh1 tərəfindən öhdəlik tam yerinə yetirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xİdməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, hüquqi şəxs xx.xx.1996-cı il tarixdə 32086 nömrə ilə "Fobos” Firması kimi dövlət qeydiyyatına alınmışdır. xx.xx.2012-ci il tarixde "xxxx" Firması təşkilati-hüquqi formasını dəyişərək "Fobos” Məhdud Məsuliyətli Cəmiyyətinə çevrilmişdir. xx.xx.2012-ci il tarixli "xxxx" MMC-nin qərarı ilə onu tərkibindən ayrılma yolu il xx.xx.2012-ci il tarixdə "Fobos-4" Məhdud Məsuliyətli Cəmiyyəti dövlət qeydiyyatına alınmışdır və o "xxxx" MMC-nin hüquqi varisidir. Daha sonra xx.xx.2013-cü il tarixdə "Fobos-4" Məhdud Məsuliyətli Cəmiyyəti adını və təşkilati hüquqi formasını dəyişərək Cavabdeh3nə çevrilmişdir. Cavabdeh3 Mənzil Tikinti Kooperativ üzvlərinin ümumi iclasının 105 saylı protokolundan xx.xx.2022-ci il tarixli çıxarışa əsasən, gündəlikdə olan Cavabdeh3 Mənzil Tikinti Kooperativ üzvlüyünə qəbul və mənzillərin payçılara verilməsi haqqında məsələyə dair, Cavabdeh1 Cavabdeh3 Mənzil Tikinti Kooperativinə üzv qəbul olunmaqla, MTK-nın, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3142-ci məhəllədə yerləşən, 1 girişli, 19a saylı yaşayış binasının zirzəmi sahəsində -1 (mənfi bir) mərtəbəsində yerləşən, ümumi sahəsi 480 kv.m olan payçısı kimi təsdiq edilməsi, sənədlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X20nin 1 saylı Bakı Ərazi İdarəsinə dövlət qeydiyyatına alınması üçün göndərilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh1 Cavabdeh3 MTK-nin Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3142-ci məhəllədə yerləşən 1(bir) girişli 19a saylı yaşayış binasının zirzəmisində 480 kv.m sahənin mülkiyyətçisidir, yaşayış binasının zirzəmi sahəsində -1 (mənfi bir) mərtəbədə yerləşən ümumi sahəsi 480 kv.m olan pay haqqını tam ödəmişdir. Arayış DƏDK və RPHŞ bir saylı Bakı Ərazi İdarəsinə təqdim etmək üçün verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X20 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********86- 05301-083002 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 448,30 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2022-ci il tarixində Cavabdeh1 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1798 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 3142-ci məhəllədə inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 620.4 kv.m, xx.xx.2022-ci il qeydiyyat tarixli. ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 3142-ci məhəllədə inşa edilmiş hündürmərtəbəli yaşayış binasının zirzəmi və 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinin ümumi sahəsinin 1068.7 kv.m, "xxxx" MMMC-nin ümumi istifadəsində olan zirzəminin ümumi sahəsinin 509.9 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Cavabdeh1 faktiki istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 3142-ci məhəllədə inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 620.4 kv.m., həmin binanın zirzəmi mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin faktiki sahəsinin isə 512.8 kv.m təşkil etdiyi müəyyən edilmişdir. "xxxx" MMMC-nin faktiki istifadəsində olan zirzəminin sahəsinin isə 509.9 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Cavabdeh1 faktiki istifadəsində olan qeyri-yaşayış sahəsinin (binanın 1-ci (620.4 kv.m) və zirzəmi (512.8 kv.m) mərtəbəsində yerləşən) faktiki sahəsinin 1133.2 kv.m təşkil etdiyini nəzərə alaraq, Cavabdeh1 faktiki istifadəsində olan və zirzəmi mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin rəsmi sənəd üzrə onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 3142-ci məhəllə, ev 19a (yeni qaydalarla: AZ 1100, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 63 A) 620.4 kv.m olan sahənin hüdudlarında olmadığı müəyyən edilmişdir. "xxxx" MMMC tərəfindən Cavabdeh1 ünvanlanmış bildirişdən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il dövlət qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 13 ünvanında yerləşən 1068.70 kv.m qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir, lakin faktiki olaraq 1153.20 kv.m sahəni istifadə edir. Qanunvericiliyin tələbinə əsasən çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və kommunal xidmətlərə görə haqq (Bundan sonra kommunal haqq) ödəmək vəzifəniz vardır. Lakin bu günə kimi tərəfindən heç bir kommunal haqq ödənilməmişdir. Nəzərinizə çatdırılmışdır ki, "xxxx" MMMC-nin xx.xx.2022-ci il tarixli, 1 saylı protokoluna görə aylıq kommunal xidmət haqqı daşınmaz əmlakın 1 kv.m-nə görə 0.35 manat müəyyən edilmişdir. Buna görə də, aylıq kommunal haqqı 403.62 AZN (dörd yüz üç manat altmış iki qəpik) hesablanmışdır. 23 avqust 2022-ci il tarixdən 23 avqust 2025-ci il tarixə kimi 14,933.94 (on dörd min doqquz yüz otuz üç manat dosan dörd qəpik) kommunal haqqı ödəməlisiniz (403.62AZN X 37ay-14,933.94). Bütün bunları nəzərə alaraq, ondan 14,933.94 AZN (on dörd min doqquz yüz otuz üç manat dosan dörd qəpik) məbləğində borc məbləğini 5 (beş) gün ərzində ödəməyiniz xahiş olunur. Əks təqdirdə bununla bağlı tərəflərindən məhkəməyə müraciət olunacaqdır. Bundan əlavə, kommunla xidmətlərin göstərilməsi ilə bağlı "xxxx" MMMC müqavilə imzalamaqdan ötrü yaxınlaşması xahiş edilmişdir. Bildirilmişdir ki, müqaviləri imzalamaqdan imtina etməsi onu kommunal haqları ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 44.1-ci maddəsinə əsasən, Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1.6-cı maddəsionə əsasən, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə əsasən, Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1-ci maddəsinə əsasən, Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən, Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 35.2-ci maddəsinə əsasən, Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. 35.3-cü maddəsinə əsasən, Çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. 35.4-cü maddəsinə əsasən, Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. 39.1-ci maddəsinə əsasən, Çoxmənzilli binada sahə mülkiyyətçisi həmin binada ona mülkiyyət hüququ əsasında məxsus olan sahə ilə bitişik sahəni mülkiyyətinə əldə etdikdə, o, bu Məcəllənin İV fəslində müəyyən edilmiş qaydada həmin sahələri bir sahədə binanın dayanıqlığına xələl gətirmədən birləşdirmək hüququna malikdir. Əgər bu çoxmənzilli binada digər sahələrin sərhədlərinin, binanın ümumi əmlakının sərhədləri və həcmlərinin dəyişdirilməsinə və ya həmin binanın ümumi əmlakına mülkiyyət hüququnda payların dəyişməsinə səbəb olmursa, binada digər sahələrin mülkiyyətçilərinin razılığı olmadan bitişik sahələr arasında sərhədlər dəyişdirilə və ya bu sahələr iki və daha çox sahəyə bölünə bilər. 45.1-ci maddəsinə əsasən, Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının üçdə ikisindən az olmayan səs çoxluğu ilə qəbul edilən bu Məcəllənin 43.2.1-43.2.3-cü maddələrində nəzərdə tutulmuş qərarlar istisna olmaqla, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səsə qoyulmuş qərarları yığıncaqda iştirak edən ümumi səslərin səs çoxluğu ilə qəbul edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarları həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilmiş qaydada protokollarla rəsmiləşdirilir. 112.1-ci maddəsinə əsasən, Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 113.1-ci maddəsinə əsasən, Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. 113.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənziltikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. 113.3-cü maddəsinə əsasən, Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. 119.1-ci maddəsinə əsasən, Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 120.1-ci maddəsinə əsasən, Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında qəbul edilir. Bu qərar onun lehinə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilmiş hesab edilir. 120.6-cı maddəsinə əsasən, Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin dövlət qeydiyyatı hüquqi şəxslərin qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq həyata keçirilir. 122.1-ci maddəsinə əsasən, Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: 122.1.1. qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq; 122.1.2. illik gəlir və xərclər smetasını, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək; 122.1.3. cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək; 122.1.4. çoxmənzilli binanın sahə mülkiyyətçiləri üçün işlər görmək və xidmətlər göstərmək; 122.1.5. qanunvericiliklə nəzərdə tutulmuş qayda və şərtlərlə bank kreditlərindən istifadə etmək; 122.1.6. cəmiyyətə xidmət göstərən və cəmiyyət üçün işləri yerinə yetirən şəxslərə müqavilə üzrə maddi və pul vəsaitlərini vermək; 122.1.7. cəmiyyətə məxsus olan əmlakı satmaq, dəyişdirmək və müvəqqəti istifadəyə vermək. 125.1-ci maddəsinə əsasən, Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və bu Məcəllə, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.-ci maddəsinə əsasən, Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0.6-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, İddiaçı "xxxx" MMMC-nin mübahisələndirdiyi protokollar və maliyyə arayışları tərtib edildiyi tarixlərdə ("xxxx" MTK-nın xx.xx.2022-ci il tarixli, 105 saylı protokolundan çıxarış, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli maliyyə arayışları) "xxxx" MMMC hüquqi şəxs kimi mövcud olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 Reyestrindən çıxarışa və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş X2 X5 görünür ki, "xxxx" MMMC 23 avqust 2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası qanunvericiliyinə görə, hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan yaranır. Göründüyü kimi, mübahisələndirilən protokolların və maliyyə arayışlarının tərtib edildiyi tarixlərdə "xxxx" MMMC hüquqi şəxs statusuna malik olmadığı üçün, həmin əqdlərin ləğvini tələb etmək üçün müvafiq subyektiv hüquqa malik deyildir. İddiaçının xx.xx.2022-ci il tarixli protokola istinadı da bu faktı dəyişmir, çünki hüquqi nəticə yalnız dövlət qeydiyyatı ilə yaranır. Bundan başqa qeyd olunmalıdır ki, Cavabdeh1 mülkiyyət hüquqları ardıcıl olaraq və qanuni prosedurlar əsasında dövlət reyestrində qeydiyyata alınmışdır. Belə ki, cavabdeh 620.4 kv.m sahəni (binanın 1-ci mərtəbəsi) xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi əsasında X7 əldə etmişdir. Müqavilə notariat qaydasında təsdiqlənmiş və öhdəlik tam yerinə yetirilmişdir (xx.xx.2022-ci il tarixli məktub). Nəticədə bu barədə xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış alınmışdır. İddiaçı bu alqı-satqı müqaviləsinin etibarsızlığını tələb etməmişdir. 448.3 kv.m sahə üzrə (binanın zirzəmisində yerləşən) isə Cavabdeh1 tərəfindən "xxxx" MTK-ya pay haqqını tam ödəməklə (xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli maliyyə arayışları) əldə edilmiş və kooperativin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli protokollarından çıxarışlar əsasında xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış alınmışdır. Yuxarıda qeyd olunan iki sahə birləşdirilərək xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adına ********** qeydiyyat nömrəli ümumi çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh1 daşınmaz əmlakı reyestrdə qeydiyyatı olan şəxslərdən və ya MTK-dan pay haqqını tam ödəyərək əvəzli əldə etmişdir. İddiaçının nümayəndəsi qeyd edir ki, Cavabdeh1 yığıncaqda iştirak etməklə MMMC-nin mövcudluğunu bilib. Lakin bu, onun kooperativlə münasibətlərində vicdanlı alıcı statusunu inkar etmək üçün kifayət deyil. Cavabdeh1 öhdəliyini MTK qarşısında tam yerinə yetirmiş və çıxarışını qanuni əsasla, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən verilmiş sənədlərə əsasən əldə etmişdir. Həmçinin, "xxxx" ASC-də Cavabdeh1 adına rəsmi sənədlər olduğu üçün xx.xx.2023-cü il tarixli İpoteka müqaviləsini bağlamışdır. Bankın (üçüncü şəxsin) hüquqları da vicdanlı əldə edən kimi qorunmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1798 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən, Cavabdeh1 faktiki istifadəsində olan zirzəmi sahəsinin (512.8 kv.m) onun rəsmi sənəd üzrə mülkiyyətində olan sahənin (620.4 kv.m) hüdudlarında olmadığı, eləcə də əlavə tikililərin inşa edildiyi müəyyən edilmişdir. Bu faktiki vəziyyət Cavabdeh1 mülkiyyət hüququ əsasında qeydiyyata alınmış 1068.7 kv.m (620.4 kv.m + 448.3 kv.m) sahədən kənarda əlavə sahəni (təxminən 512.8 - 448.3 = 64.5 kv.m) zəbt etdiyini göstərir. Həmçinin məhkəmə tərəfindən 31 yanvar 2025-ci il tarixdə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisinin və tərəflərin iştirakı ilə keçirilən yerində müayinə zamanı müəyyən olunmuşdur ki, ünvan 14 ünvanında binanın qarajının bir hissəsi və qarajın zirzəmisi cavabdehin sahibliyindədir. Qarajdan düz içəriyə daxil olduqda qarajın sol divarında qapı müşayiət olunur, həmin qapıdan içəri daxil olduqda mətbəx və mətbəxdən də irəliyə getdikdə dəhliz, ona açılan 3 qapı və yuxarıya qalxan pilləkənlərə rast gəlinir. "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisi qeyd edir ki, pilləkənlərə qədər olan sahə çıxarışda qeyd edilən sahəyə uyğun gəlsə də, ondan yuxarısı artırmalar olmaqla sxemdə qeyd edilməmişdir. Həmin dəhlizin giriş hissəsindən sağa tərəf irərilədikdə sol və sağ istiqamətə gedən dar yola rast gəlinir, onun sağ tərəfindən irəriləyərək “Lost” restoranına daxil olmaq mümkündür. "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisinin bildirdiyinə görə təxminən 4,70 metr texniki pasportda göstərilən sahədən kənarlaşma var, qalan sahə isə texniki pasportda göstərilən sxemə daxildir. Qarajın sağına tərəf irərilədikdə Cavabdeh1 məxsus daha bir otağa açılan qapı, həmçinin qarajın sağ divar küncündə binanın layihəsində olmayan əlavə bir sahə olması müəyyən edilir, həmin sahədə bir neçə qutu, şüşə bankalar, ipdən asılmış paltarlar müşahidə edilir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə görə, çoxmənzilli binanın ümumi əmlakına yalnız mühəndis qurğuları olan zirzəmilər (texniki zirzəmi) daxildir. İşin hallarından göründüyü kimi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X20 mühəndisləri yerində baxış keçirərək binanının mübahisəli zirzəmi sahəsinə (448.3 kv.m) mülkiyyət hüququnu qeydiyyata almışdır. Bu fakt zirzəminin həmin hissəsinin mühəndis qurğuları olmayan və ya MTK tərəfindən ayrıca mülkiyyət predmeti kimi özgəninkiləşdirilə bilən sahə olduğunu göstərir. İddiaçı zirzəminin bu hissəsinin mühəndis qurğuları olan və ya birdən artıq sahəyə xidmət edən avadanlıq yerləşən texniki zirzəmi olmasını, yəni çoxmənzilli binanın ümumi əmlakına aid olduğunu təsdiq edən və çıxarışın ləğvinə səbəb ola biləcək tam əsaslandırılmış və təkzibedilməz sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının MMMC-nin ümumi əmlakına daxil olmayan və özgəninkiləşdirilə bilən sahəyə dair cavabdehin qanunsuz olaraq zəbt etdiyi sahələrin boşaldılaraq iddiaçının istifadəsinə verilməsi barədə tələbi də əsassızdır. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli protokollardakı imzaların saxta olduğunu və şahid ifadələrini əsas gətirsə də, Cavabdeh1 nümayəndəsi imzaların saxta ola biləcəyini, lakin Cavabdeh1 vicdanlı alıcı olduğunu, əmlakın dəyərini MTKya tam ödədiyini və maliyyə arayışının qanuni əsas olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, protokolların saxtalaşdırılması faktı şahid ifadələri ilə qismən müəyyən edilsə də, bu fakt əmlakı əvəzli əldə edən və vicdanlı alıcı hesab olunan Cavabdeh1 mülkiyyət hüquqlarına xitam verilməsinə səbəb ola bilməz. Bundan başqa iddiaçı "xxxx" MMMC-nin nümayəndəsi Nümayəndə xüsusi qərardad çıxarılması barədə vəsatətinə münasibətdə məhkəmə hesab edir ki, iş üzrə xüsusi qərardadın çıxarılmasına əsas yoxdur. Belə ki, MPM-nin 265.4-cü maddəyə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə araşdırması zamanı proses iştirakçılarının əməllərində cinayətin əlamətləri aşkar edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" MTK-ya qarşı "protokolun və maliyyə arayışının etibarsız hesab edilməsi, çıxarışın ləğvi, cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin iddiaçıya qaytarılması" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki (inşaat) ekspertizasının dəyəri olan 100 (bir yüz) manat pul iddiaçı "xxxx" MMMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" MMMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" MTK-ya qarşı "protokolun və maliyyə arayışının etibarsız hesab edilməsi, çıxarışın ləğvi, cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin iddiaçıya qaytarılması" tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki (inşaat) ekspertizasının dəyəri olan 100 (bir yüz) manat pul iddiaçı "xxxx" MMMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X4 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ **********0000003944, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-412/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-412/2025
03.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver