Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4241/2022 01.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildə payın naturada ayrılması, bu mümkün olmadıqda isə mənzilin hərracdan satılaraq satış pulunun payçılar arasında onların paylarına mütənasib surətdə bölünməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən ümumi paylı mülkiyyətdə olan mənzilin paylara uyğun naturada faktiki bölgüsü, bu mümkün olmadıqda isə, paylı mülkiyyətdə olan payın kompensasiya ödənilməklə itirilməsi, ödənilməyən təqdirdə ümumi əmlakın açıq hərracdan satışı və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların payların mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsinə əlavə edilmiş çıxarışdan görünür ki, mübahisəli əmlak iddiaçı və X2 bərabər paylı mülkiyyətindədir. Eyni zamanda iddia ərizəsindən görünür ki, mübahisəli əmlakın mülkiyyətçisi H.Hacıyev ölmüşdür. İddiaçı H.Hacıyevin ölməsini, cavabdehlərin mərhum H.Hacıyevin vərəsələri olaraq həmin əmlakı vərəsəlik qaydasında qəbul etməsini və hazırda həmin əmlakın paylı mülkiyyətçisi olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərin mübahisəli əmlakın paylı mülkiyyətçisi olmasına dair sübutları məhkəmə təqdim etmədiyindən onun tərəfindən cavabdehlərə göndərilmiş payın naturada alınması, bu mümkün olmadıqda isə, onun payının dəyərinin kompensasiya şəklində ödənilməsi barədə təklifləri Mülki Məcəlləninn 220-ci maddəsi ilə nəzərdə tutulmuş mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair sübut kimi qəbul edilə bilməz. Bundan əlavə iddia ərizəsinə əlavə edilmiş qəbzlərdən və teleqramdan görünür ki, cavabdehlərə ünvanlanmış təkliflərdən yalnız Cavabdeh4 ünvanlanmış təklif sonuncuya çatdırılmışdır. Odur ki, hesab edirəm ki, iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş mübahisənin məhkəməyə qədər həlli qaydasına əməl olunmadığından iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilə bilər. Hakim Təhminə Xəlilova İş № 2(004)-4241/2022 MƏHKƏMƏDƏN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Yasamal rayon məhkəməsi Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçı X1 Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildə payın naturada ayrılması, bu mümkün olmadıqda isə mənzilin hərracdan satılaraq satış pulunun payçılar arasında onların paylarına mütənasib surətdə bölünməsi tələbinə dair iddia ərizəsini 01 avqust 2022-ci il tarixdə saat 15.00-da Bakı şəhərində, məhkəmənin binasında nəzərdən keçirərək məhkəmədən kənar ayrıca prosessual hərəkət edərək, iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etdim Prosessual hərəkət saat 15:20-də başa çatdı. Protokol 01 avqust 2022-ci il tarixdə tərtib olunmuşdur. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-4241/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-4241/2022
01.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver