Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-432/2024 22.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İlkin iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh1 və Cavabdeh4 qarşı “mənzildən istifadəyə xitam verilməklə mənzildən çıxartma” tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 cavabdehlər İddiaçı, X2 və Cavabdeh2 MTK-ya qarşı “alqı-satqı müqaviləsinin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İlkin iddia üzrə iddiaçı Hüseynova X1 Nailə Tahir qızı və Cavabdeh4 qarşı “mənzildən istifadəyə xitam verilməklə mənzildən çıxartma” tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 cavabdehlər İddiaçı, X2 və Cavabdeh2 MTK-ya qarşı “alqı-satqı müqaviləsinin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin və qarşılıqlı iddia ərizələri üzrə iddiaçıların nümayəndələri məhkəməyə ərizə ilə müraciət edərək tərəflər arasında mübahisənin həll olunması və barışmaları əsası ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmaqla iddianın baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Ərizə ilə iddiaçıların iradə ifadəsi həyata keçirilmişdir. İlkin iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə izahat verərək məhkəməyə təqdim edilmiş hər iki ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizələrini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizələr təmin edilməli, mülki iş üzrə ilkin və qarşılıqlı iddia ərizələri və ona əlavə edilmiş sənədlər iddiaçılara qaytarılmaqla iddianın baxılmamış saxlanılması barədə qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 259.0.11-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılmalıdır. Qeyd olunanlar nəzərə alınmaqla, MPM-in 259.0.11-ci maddəsinin tələbləri rəhbər tutulmaqla mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmaqla iddia tələbi baxılmamış saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, MPM-in 114.1.5-ci maddəsinin tələblərinə əsasən, əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. MPM-in 260.6-cı maddəsinə əsasən iş üzrə iddianın baxılmamış saxlanılması haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 263, 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh1 və Cavabdeh4 qarşı “mənzildən istifadəyə xitam verilməklə mənzildən çıxartma” tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmaqla iddia tələbi baxılmamış saxlanılsın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 cavabdehlər İddiaçı, X2 və Cavabdeh2 MTK-ya qarşı “alqı-satqı müqaviləsinin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmaqla iddia tələbi baxılmamış saxlanılsın. ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən Cavabdeh4 qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-432/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-432/2024
22.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver