Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4324/2025 18.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Ərizəçi tərəfindən verilmiş (Maraqlı şəxs) “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair mülki iş (açar sözlər: barışıq sazişi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi iştirakı ilə, Ərizəçi tərəfindən verilmiş (Maraqlı şəxs) “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İ. Xüsusi icraat üzrə tələbin mahiyyəti
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, barışıq sazişinin təsdiq edilməsi və ödənilmiş dövlət rüsumunun yarısının ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə Ərizəçi oğlu ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixində Bakı 3 saylı Mediasiya Təşkilatında barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən, tərəflər nikaha xitam verilməsi, X1 ananın himayəsində qalmağı və ata tərəfindən sabit aliment məbləğinin ödənilməsi, eynizamanda cehiz və qızılzinət əşyalarının Ərizəçi verilməsi ilə bağlı razılığa gəlmişdirlər. Lakin buna baxmayaraq, Uşağın atası Maraqlı şəxs valideynlik vəzifələrini icrasına laqeyd yanaşır, uşağın maddi təminatının ödənilməsində heç bir köməklik göstərmir, bir ata kimi öz vəzifələrini icra etmir. İndiyədək uşağa heç bir aliment məbləği ödənilməmişdir.
İİ. Ərizəçi və maraqlı şəxsin mövqeyi
3. Ərizəçinin nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
5. Məhkəmə iclasının maraqlı şəxsin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.
İİİ Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. – 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. – 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır – 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355- 26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.
İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Ərizəçi ilə maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/3/2025-00069 nömrəli barışıq sazişinə əsasən:
1. 1-ci tərəf Ərizəçi və 2-ci Maraqlı şəxs ilə xx.xx.2022-ci ildə Nizami Rayon Qeydiyyat şöbəsində 197 nömrəli akt qeydi ilə aralarında bağlanmış nikahın məhkəmə tərəfindən 3 ay vaxt verilmədən pozulmasına razıdırlar.
2. 2-ci tərəf Maraqlı şəxs 1-ci tərəf Ərizəçi ilə birgə nikahdan doğulmuş xx.xx.2023-cü il X2 anasının (Ərizəçi) himayəsində saxlanılmasına etiraz etmir.
3. 2-ci tərəf Maraqlı şəxs 1-ci tərəf Ərizəçi ilə birgə nikahdan dünyaya gəlmiş xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 246 manat, sabit pul məbləğində aliment ödəməsini öhdəsinə götürür.
4. 1-ci tərəf Ərizəçi etibarnamə üzrə nümayəndəsi Vəkil ünvan 1 ünvanında yerləşən cehiz əşyalarının: 1. yataq dəsdi; 2. qonaq otağı; 3. divan kreslo; 4. stol stul; 5. qabyuyan maşın; 6. paltaryuyan maşın; 7. mebel içi soba; 8. listur – 4 ədəd; 9. xəmir edən maşın; 10. termapot; 11. sok çəkən; 12. ət çəkən; 13. tozsoran; 14. kiçik mətbəx əşyaları;
15. yemək dəsdi; 16. 2 dəsd başqa servis; 17. xrustal qabları; 18. iki qaşıq dəsti; 19. qazan dəsdləri; 20. palto geyim; 21. çoxlu sayda ədyallar; 22. çoxlu sayda dəsmallar; 23. yataq dəsdləri; 24. yataq dəstləri; 25. süfrələri; 26. 1 qolbaq; 27. 1 üzük; 28. 1 sepi tələb etdi.
5. 2-ci tərəf Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi X3 cehiz əşyalarının evdən çıxarılmasına etiraz etmədi.
8. Məhkəmə tərəfin izahatını dinləyib ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir.
9. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflərin barışıq sazişi qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, maraqlı şəxs sazişlə müəyyən edilmiş könüllü icra müddəti ərzində üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Odur ki, ərizə təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
11. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
13. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur.
14. Məhkəmə həmçinin qeyd edir ki, ərizə təmin edildiyindən ödənilmiş dövlət rüsumu 50 manat məbləğdə Ərizəçi aid edilməli, 50 manat məbləğdə isə Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir.
V Nəticə:
15. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin:
1. 1-ci tərəf Ərizəçi və 2-ci Maraqlı şəxs ilə xx.xx.2022-ci ildə Nizami Rayon Qeydiyyat şöbəsində 197 nömrəli akt qeydi ilə aralarında bağlanmış nikahın məhkəmə tərəfindən 3 ay vaxt verilmədən pozulmasına razıdırlar.
2. 2-ci tərəf Maraqlı şəxs 1-ci tərəf Ərizəçi ilə birgə nikahdan doğulmuş xx.xx.2023-cü il X2 anasının (Ərizəçi) himayəsində saxlanılmasına etiraz etmir.
3. 2-ci tərəf Maraqlı şəxs 1-ci tərəf Ərizəçi ilə birgə nikahdan dünyaya gəlmiş xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 246 manat, sabit pul məbləğində aliment ödəməsini öhdəsinə götürür.
4. 1-ci tərəf Ərizəçi etibarnamə üzrə nümayəndəsi Vəkil ünvan 1 ünvanında yerləşən cehiz əşyalarının: 1. yataq dəsdi; 2. qonaq otağı; 3. divan kreslo; 4. stol stul; 5. qabyuyan maşın; 6. paltaryuyan maşın; 7. mebel içi soba; 8. listur – 4 ədəd; 9. xəmir edən maşın; 10. termapot; 11. sok çəkən; 12. ət çəkən; 13. tozsoran; 14. kiçik mətbəx əşyaları;
15. yemək dəsdi; 16. 2 dəsd başqa servis; 17. xrustal qabları; 18. iki qaşıq dəsti; 19. qazan dəsdləri; 20. palto geyim; 21. çoxlu sayda ədyallar; 22. çoxlu sayda dəsmallar; 23. yataq dəsdləri; 24. yataq dəstləri; 25. süfrələri; 26. 1 qolbaq; 27. 1 üzük; 28. 1 sepi tələb etdi.
5. 2-ci tərəf Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi X3 cehiz əşyalarının evdən çıxarılmasına etiraz etmədi. Ödənilmiş dövlət rüsumu 50 manat məbləğdə Ərizəçi aid edilməli, 50 manat məbləğdə isə Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ülkər Xəlil