Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4343/2024 14.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlu, İddiaçı Cavabdeh qarşı “ər-arvadın ümumi əmlakının bölünməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “ər-arvadın ümumi əmlakının bölünməs” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş - 0.45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi - ********** qeydiyyat nömrəli, - 0.3434 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi - ********** qeydiyyat nömrəli, - 1.0539 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi - ********** qeydiyyat nömrəli, - 2.2261 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi - ********** qeydiyyat nömrəli - 0.29 ha həyətyanı torpaq sahəsi JN-007 A nömrəli torpaq sahələri üzərində üçdə iki hissədə İddiaçı, üçdə bir hissədə isə Cavabdeh paylarının müəyyən edilməsi və həmin torpaq sahələrinin iddiaçı və cavabdehin arasında göstərilən nisbətdə naturada bölünməsi; Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon Mir Cəlal küçəsi 143 “b” saylı evin 125 saylı mənzili, - Qəbələ şəhəri Heydər Əliyev küçəsində yerləşən 450 “A” saylı fərdi yaşayış evi, - Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1054-cü məhəllə ünvanda inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 10-cu blok 10-cu mərtəbəsində ümumi sahəsi 142,5 kv.m, istifadə üçün yararlı sahəsi 125,31 kvm olan 3 otaqlı 53 saylı mənzilinin açıq hərracdan satılaraq əldə edilmiş pul vəsaiti ikidə bir nisbətdə İddiaçı, ikidə bir hissədə isə Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi ərazi aidiyyəti qaydalarına riayət edilmədən verilmişdir. Belə ki, Cavabdeh ünvan 2 ünvanda rəsmi qeydiyyata alınmışdır. İddiaçı hazırkı iddia tələbinə müstəsna aidiyyat qaydasında daşınmaz əmlaklardan birinin yerləşdiyi yer üzrə baxılmalı olduğunu qeyd etsə də, hazırkı tələbə müstəsna aidiyyat qaydasında deyil, cavabdehin rəsmi qeydə alındığı ünvan üzrə Bakı şəhəri Binaqədi rayon Məhkəməsində baxılmalıdır. Hazırkı iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə verildiyinə görə, ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatına qəbul edilə və baxıla bilməz. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Çünki, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 1/2024 nömrəli qərarının 10.14-cü bəndinə əsasən Mülki Prosessual Məcəllənin işlərin ərazi aidiyyətini tənzimləyən 4-cü fəslində ər-arvadın ümumi əmlakının bölünməsinə dair tələblər üzrə iddiaçının seçiminə görə aidiyyət qaydası nəzərdə tutulmadığı üçün belə mübahisələrə bir qayda olaraq, həmin Məcəllənin 35.1-ci maddəsinə uyğun olaraq, cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində baxılmalıdır (ümumi aidiyyət). Həmin Qərarın 10.15-ci bəndinə əsasən Konstitusiya Məhkəməsinin “Mülki Prosessual Məcəllənin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 iyun tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərdən də görünür ki, ər-arvadın ümumi əmlakda hər birinin payının müəyyən edilməsi onların mülkiyyət hüquqlarının tanınması hesab edilmədiyi üçün daşınmaz əşyalarla bağlı verilmiş belə tələblərə ümumi aidiyyət qaydasında baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 31, 35, 151, 152, 152.1.3, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “ər-arvadın ümumi əmlakının bölünməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Hökümət ödəniş portalı vasitəsilə xx.xx.2024-cü il tarixli ********* nömrəli ödəniş sənədinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-4343/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-4343/2024
14.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver