Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-438/2024 01.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş pul vəsaitinin bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ““birgə nikah dövründə əldə edilmiş pul vəsaitinin bölünməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş 30.000 manat pul vəsaitinin 2/3 hissəsinin, yəni 20.000 manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, birgə nikah dövründə əldə edilmiş 60.000 manat pul vəsaitinin 2/3 hissəsinin, yəni 40.000 manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, tərəflər mübahisəni sülhlə həll etməyə razılaşırlar. Bu barədə tərəflər xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlayırlar. xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən Cavabdeh tərəflərin razılaşdıqları 15.000 (on beş min) manat vəsaitin 5.000 (beş min) manatını xx.xx.2024-cü il tarixədək, qalan 10.000 (on min) manatı isə xx.xx.2024-cü il tarixdən hər ay 1.000 (min) manat olmaqla 10 (on) ay müddətində İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. Bu səbəbdən İddiaçı hazırkı iddia tələbindən imtina edir. Həmçinin aliment tutulmasına dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə razılaşır və bu qətnamənin qüvvədə saxlanılmasına dair apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verməyəcəkdir. Barışıq sazişinin nəticələri iddiaçıya aydındır. Odur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdehin irəli sürdüyü şərti qəbul edir və mübahisəni sülhlə həll etməyə razıdır. Bu barədə cavabdehlə xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlamışdır. xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən Cavabdeh razılaşdıqları 15.000 (on beş min) manat vəsaitin 5.000 (beş min) manatını xx.xx.2024-cü il tarixədək, qalan 10.000 (on min) manatı isə xx.xx.2024-cü il tarixdən hər ay 1.000 (min) manat olmaqla 10 (on) ay müddətində iddiaçı ona ödəməyi öhdəsinə götürmüşdür. Bu səbəbdən o, hazırkı iddia tələbindən imtina edir. Həmçinin aliment tutulmasına dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə razılaşır və bu qətnamənin qüvvədə saxlanılmasına dair apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verməyəcəkdir. Barışıq sazişinin nəticələri ona aydındır. Odur ki, Cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş edir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında izahat verərək bildirdi ki, tərəflər mübahisəni sülhlə həll etməyə razılaşırlar. Bu barədə tərəflər xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlayırlar. xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən Cavabdeh razılaşdıqları 15.000 (on beş min) manat vəsaitin 5.000 (beş min) manatını xx.xx.2024-cü il tarixədək, qalan 10.000 (on min) manatı isə xx.xx.2024-cü il tarixdən hər ay 1.000 (min) manat olmaqla 10 (on) ay müddətində İddiaçı ödəməyi öhdəsinə götürür. Bu səbəbdən İddiaçı hazırkı iddia tələbindən imtina edir. Həmçinin aliment tutulmasına dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə razılaşır və bu qətnamənin qüvvədə saxlanılmasına dair apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verməyəcəkdir. Barışıq sazişinin nəticələri cavabdehə aydındır. Odur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişini nəzərdən keçirib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən Cavabdeh razılaşdıqları 15.000 (on beş min) manat vəsaitin 5.000 (beş min) manatını xx.xx.2024-cü il tarixədək, qalan 10.000 (on min) manatı isə xx.xx.2024-cü il tarixdən hər ay 1.000 (min) manat olmaqla 10 (on) ay müddətində İddiaçı ödəməyi öhdəsinə götürür. Bu səbəbdən İddiaçı hazırkı iddia tələbindən imtina edir. Həmçinin aliment tutulmasına dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə razılaşır və bu qətnamənin qüvvədə saxlanılmasına dair apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verməyəcəkdir. Barışıq sazişinin nəticələri tərəflərə aydındır. Odur ki, tərəflər İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş edirlər. "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli D88332 nömrəli “faizləri müddətin sonunda ödənilən müddətli əmanət” müqaviləsinə əsasən Cavabdeh 30.000 manat pul vəsaitini "xxxx" KB ASC-yə depozit hesabına mədaxil etmişdir. "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli D90292 nömrəli “faizləri müddətin sonunda ödənilən müddətli əmanət” müqaviləsinə əsasən Cavabdeh 30.000 manat pul vəsaitini illik 10,5 faizlə 12 ay müddətinə xx.xx.2024-cü il tarixə kimi "xxxx" KB ASC-yə depozit hesabına hesabına mədaxil etmişdir. "xxxx" KB ASC-nin xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə göndərilmiş hesab üzrə çıxarışdan müəyyən edilir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli D88332 nömrəli müqaviləyə əsasən depozit hesabına mədaxil etdiyi 30.000 manat pulu və xx.xx.2023-cü il tarixli D90292 nömrəli müqaviləyə əsasən depozit hesabına mədaxil etdiyi 30.000 manat pulu xx.xx.2023-cü il tarixdə depozit hesabından cari hesabına köçürmüşdür. Azərbaycan Respublikası MPM-in 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Repsublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52.3, 191.1, 191.2, 261, 261.0.5, 262-264, 267-268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş pul vəsaitinin bölünməsi” tələbinə dair mülki iş üzrə - İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin və e-2(004)-438/2024 nömrəli mülki iş üzrə icraata xitam verilsin. xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən tərəflərin razılaşdıqları 15.000 (on beş min) manat vəsaitin 5.000 (beş min) manatını xx.xx.2024-cü il tarixədək, qalan 10.000 (on min) manatı isə xx.xx.2024-cü il tarixdən hər ay 1.000 (min) manat olmaqla 10 (on) ay müddətində İddiaçı ödənilməsi Cavabdeh öhdəsinə qoyulsun. Razılaşdırılmış 15.000 (on beş min) manatın qəbul edilməsi İddiaçı öhdəsinə qoyulsun. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-438/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-438/2024
01.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver