Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4763/2023 23.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil oğlunun iştirakı ilə, Ərizəçi “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2023-cü ildə məhkəməyə müraciət edərək, onun əri - xx.xx.1970-ci ildə Bakı şəhərində doğulmuş X3 xx.xx.2001-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə Bakı şəhəri Maraqlı şəxs kimi göstərilmişdir. Ərizəçi nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizəni müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.1970-ci ildə Bakı şəhərində doğulmuş X8 Ərizəçi əridir. X8 xx.xx.2001-ci il tarixdə yaşadıqları ünvan 1 ünvanda vəfat etmişdir. X5 Bakı şəhəri X13 küçəsində yerləşən Dağüstü 1 qəbirstanlığında xx.xx.2001-ci il tarixdə dəfn etmişlər. Lakin ona ölüm haqqında şəhadətnamə almamışlar. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş və ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Odur ki, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərmişdir. Lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, şahid X6 məhkəmə iclasında ifadə verərək bildirdi ki, mərhum X8 onun əmisi oğlu X4r. Əmisi nəvəsi X8 xx.xx.2001-cü il tarixdə vəfat etmişdir. X5 xx.xx.2001-ci il tarixdə Bakı şəhəri X13 küçəsində yerləşən Dağüstü 1 qəbirstanlığında dəfn etmişlər. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-16-5/8-2367/15/23 nömrəli arayışından görünür ki, xx.xx.1970-ci ildə Bakı şəhərində doğulmuş X3 ölümü haqqında məlumat aşkar edilməmişdir. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-16-5/8-3861/15/23 nömrəli məktubu ilə X3 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığından, onun ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi Ərizəçi tövsiyyə etmişdir. Bakı şəhəri Yasamal Bələdiyyəsinin verdiyi xx.xx.2023-cü il tarixli 1113 nömrəli arayışdan görünür ki, X8 qəbirdaşına əsasən (xx.xx.1970-xx.xx.2001) xx.xx.2001-ci ildə Bakı şəhəri X13 küçəsində yerləşən Dağüstü 1 qəbirstanlığında dəfn edilmişdir. Bakı şəhəri Nizami rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1997-c il tarixli V-JQ № 494260 nömrəli nikah haqqında şəhadətnamədən müəyyən edilir ki, X8 ilə Ərizəçi xx.xx.1997-ci il tarixdə 184 nömrəli akt qeydi ilə nikahlarını bağlamışlar. Nikah bağlanandan sonra arvada “Şahbazova” soyadı verilmişdir. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-16-5/8-13-4125/23 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş doğum akt qeydindən müəyyən edilir ki, X8 xx.xx.1970-ci ildə Bakı şəhərində doğulmuşdur. X1, X2r. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırılması zamanı ərizəçinin nümayəndəsi və vəkilinin izahatından, şahidin ifadəsindən və təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, xx.xx.1970-ci ildə Bakı şəhərində doğulmuş X8 Ərizəçi əridir. X8 xx.xx.2001-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir və xx.xx.2001-ci il tarixdə Bakı şəhəri Dağüstü 1 qəbristanlığında dəfn edilmişdir. Ərizəçi ərinin ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307- 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1970-ci ildə Bakı şəhərində doğulmuş X3 xx.xx.2001-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. X3 adına ölüm haqqında şəhadətnamə verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-4763/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4763/2023
23.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver