Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4781/2022 23.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “əmlak və pul” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “əmlak və sənəd” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlak və pul” tələbi ilə məhkəməyə müraciət edərək mebel dəsti (taxt, şifoner, termo, 2 künclük,1 kamot, künc divanı, 1 stol, 6 stul, televizor altı)-cəmi 6000 manat, mətbəx mebel dəsti - 3 metrlik stol və 4 stulu ilə- 1400 manat, soyuducu, televizor (108 ekran) və paltaryuyan maşın - 3100 manat, çörəkbişirən soba - 150 manat, tozsoran - 180 manat, şirəçəkən - 80 manat, ətçəkən - 220 manat, ütüaltı-150 manat, blender-mikser - 160 manat, aspirator - 50 manat, qaz sobası - 250 manat, 2 ədəd çilçıraq - 200 manat, 2 ədəd gecə lampası - 30 manat, saat-30 manat, karniz-jalüz - 50 manat, 1 ədəd örtük - 350 manat, 1 ədəd ədyal (tüklü) - 70 manat, 3 ədəd müxtəlif ölçülü xalçalar - 600 manat, 1 ədəd samovar-250 manat, yorğan döşək dəsti (1 ədəd taxt döşəyi, 1 ədəd taxt yorğanı, 1 tək döşək, 1 tək yorğan, 4 ədəd döşəkçə, 4 balış, 300 manat, 2 türk yorğanı, 4 balış, 1 taxt dəsti, 1 tək dəst-300 manat, balta bıçaq dəsti (taxta) - 10 manat, 1 çemodan bıçaq-100 manat, çuğun qazan dəsti-150 manat, 1 çemodan qaşıq - 50 manat, qazan dəsti (nerjevaykadan) - 320 manat, 4 ədəd tava dəsti-150 manat, 1 ədəd termos - 15 manat, 4 ədəd sini - 4 5 manat, çaydanlı fincan dəsti - 2 5 manat, soyuducu qabı - 10 manat, tərəvəz doğrayan - 15 manat, çaydan dəsti-50 manat, dolça dəstii - 15 manat, mətbəx dəsti - 35 manat, 2 ədəd külqabı - 10 manat, 2 balaca sürməyi vaza - 30 manat, dəm çaydanı (sürməyi) - 12 manat, 3 mərtəbə ləbləbi qabı - 20 manat, 6 ədəd mürəbbə qabı - 30 manat, 12 ədəd kasa - 40 manat, 18 ədəd mürəbbə nəlbəkisi - 40 manat, 3 ədəd billur qəndqabı - 30 manat, 12 böyük və 6 balaca nəlbəki - 25 manat, 6 ədəd armudu stəkan - 10 manat, 6 ədəd armudu fincan - 30 manat, 18 ədəd böyük stəkan- 20 manat, tək dolça - 10 manat, 2 ədəd billur fındıqqabı - 30 manat, 6 ədəd masqura(kasa) - 20 manat, 6 ədəd billur qədəh - 30 manat, mətbəx fincanları (6+6) və 2 ədəd pendir qabı - 55 manat, 6 ədəd ağ-qara fincan - 25 manat, 6 ədəd qədəh - 10 manat, döşəmə vedrəsi fırça ilə - 50 manat, soba üçün şüşəli qab - 15 manat, masa üstü ləbləbi qabı-150 manat, asılqan - 10 ədəd, ayaqqabıgeyən, zibilyığan, sabun qabı, fırça - 30 manat, 9 ədəd plastik qab, asılqanlar və qabı - 25 manat, şəkər qabı, ağızaçan (otkrıvalka), paltaryığan, kartofəzən - 15 manat, 12 ədəd meyvə bıçağı-6 manat, mətbəx üstü duz, salfet qabı və iynə qabı - 12 manat, suvenir dəsti - 70 manat, 2 ədəd çörək qabı mətbəx dəsti ilə - 60 manat, zibil qabı - 25 manat, 18 ədəd billur qədəh-42 manat, 6 ədəd orta billur qədəh - 10 manat, 2 ədəd konfet qabı - 10 manat, 48 ədəd boşqab dəsti buludu ilə -70 manat, 2 ədəd taxt örtük dəsti - 100 manat, 1 ədəd tək yataq örtük dəsti - 25 manat, 2 qətvə və 2 dəsmal - 30 manat, 6 ədəd əl-üz dəsmalı, 1 ədəd mətbəx dəsmalı 40 manat, 2 ədəd balış üzü - 10 manat, 2 ədəd naxışlı süfrə və 2 ədəd plastik süfrə - 80 manat, 10 ədəd çay dəsmalı - 20 manat, 6 salfetkalı böyük süfrə - 30 manat,dəsmal dəsti - 30 manat, 1 ədəd yataq dəsti, 2 ədəd tək yataq dəsti - 45 manat, 1 ədəd xəmir süfrəsi - 10 manat, 1 ədəd qabyuyan (suçəkən)-15 manat, 2 ədəd asılqanlı balış üzü-30 manat, yataq və qonaq otaqları üçün tül-pərdə dəstləri-600 manat, qızıl-zinət əşyaları (qızıl boyunbağı, üzük, sırğa dəsti, bilərzik) - 2000 manat olan əşyaların, valideynlərinin ona verdiyi 1500 manat pul və ödənilmiş dövlət rüsumu və mediasiya xərcinin əvəzinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2022-ci il tarixdə İddiaçı qarşı “qızılzinət əşyaları və sənədlərin qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2022-ci il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək Cavabdeh məxsus olan 350 manat dəyərində nişan üzüyü, qızıl-zinət əşyası mümkün olmadığı təqdirdə isə onun dəyərinin, hərbi biletin və doğum haqqından şəhadətnamənin İddiaçı alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddia təmin tədbiri barədə ərizə verərək tələb etdiyi əşyaların siyahıya alınması, istifadəsinin cavabdehlərə qadağan olunmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2019-cu ildə Bakı şəhər 3 saylı Asan Xidmət Mərkəzində rəsmi nikah münasibətlərinə daxil olmuş və birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il X2 adında 2 övladları anadan olmuşdur. Münasibətləri pozulmuş və bu səbəbdən də hazırda Bakı şəhər Yasamal Rayon Məhkəməsində nikahın pozulması və aliment tələbinə dair iddia qaldırılmışdır. Ailə həyatı quran vaxt onlar ona və valideynlərinə məxsus ünvan 1 ünvanında yaşamışdır və bu səbəbdən də İddiaçı bütün cehiz və şəxsi əmlakları həmin evdədir. Bütün şəxsi və cehiz əmlakları həmin evdə qalmış, dəfələrlə Cavabdeh əmlaklarını istəsə də o, əmlakları İddiaçı qaytarmamışdır. Halbuki həmin əmlaklar İddiaçıdür və ona da qaytarılmalıdır. Əmlakların siyahısı iddia ərizəsində qeyd edilmişdir. Şəkildən görünür ki, uşaqların 1 yaşı tamam olur və televizor divardadır. Eyni zamanda televizor altı yerindədir və üzərinə oyuncaq ayı qoyulmuşdur. Şəkildən görünür ki, televizor və televizorun altı onlarda və Könül xanımın istifadəsində olmuşdur. Aktda da qeyd edilmişdir ki, televizor yerində yoxdur. Könüldə qarşı tərəfin sənədləri və üzüyü isə yoxdur. Həmin əşyalar həmişə evdə, qızıl üzük isə ya Zamiqin istifadəsində ya da, evdə olmuşdur. Əgər bu əşyalar Könül xanımda olsa idi, qarşı tərəf əvvəldən müvafiq orqanlara müraciət edərdi. Həyat yoldaşı ilə Könül ayrı yaşamışlar onlarla daimi yaşayan olmamışdır. Digər şəxslər isə gəlib-getmişdir. Suala cavab olaraq bildirir ki, televizordan və televizor altından başqa icra məmuru tərəfindən tərtib edilmiş aktda göstərilən digər əşyalar da çatışmır. Könül sonuncu dəfə evdən çıxanda bilmirdi ki, ailəsi dağılacaq. O, atasının evinə qonaq getmişdir. Uşaqları ilə valideynlərinin yanına getmişdir. Yəqin ki, qızın atası aparmışdır. Ola bilər ki, yanlışlığa yol versin, həyat yoldaşı ilə birgə gedib. Birgə yaşadıqları vaxt qızıl evdə ümumi şkafın içində saxlanc yeri olmuş və orada qızılın qabı olmuş, orada saxlanmışdır. Yaşadıqları otaqda olmuşdur. Həmin qızıl qabı da yoxdur. Əlavə olaraq bildirir ki, Könülün mehribanlıqla həyat yoldaşı tərəfindən atası evinə gətirilməyi sübut edir ki, Könül qızılları özü ilə aparmamışdır. Belə olan halda Könül qızılları özü ilə aparmalı deyildi. O zaman şübhə olardı ki, evdən çıxarkən münaqişə ilə çıxmış olardı. İlkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, qız gedərkən qızıllarını da özü ilə aparmışdır. Hətta iddia ərizəsində 3 xalça göstərilsə də icra məmuru əşyaları siyahıya alarkən dördüncü xalçanı da Zaminin anası özü könüllü bildirmişdir. Buna görə onlarda qeyri-səmimilik yoxdur. 2 oğlanları var. 3 il ərzində boşqab və külqabı kimi əşyalar sına bilər. Nə də varsa evdədir. Külqabı və stəkanı Zamin nə edə bilər ki? Televizor məsələsi də aydındır. Televizor olsa evdə olar. Televizoru nə edəsidir ki? Bir televizoru var, atası götürüb ordan ora qoyub, ordan da baxıb. Başqa əşyalara da nəyi varsa gəlsin aparsın. Zamin və Zaminin bacısı Könülün xəyanətini aşkar etdiyinə görə o da heyif çıxmaq, qisas almaq üçün qızılları istəyir və bu iddianı qaldırmışdır. Zamin heç vaxt üzük taxmamışdır və onun üzüyü ümumi qızılların içində olmuşdur, gedəndə də Könül götürüb aparmışdır. Eyni zamanda hərbi bilet və doğum haqqında şəhadətnaməni də aparmışdır. Əlavə olaraq bildirir ki, televizorla bağlı iddianı qəbul edir, ama 3 il istifadə olunduğu üçün istismar xərci çıxılmalıdır. Bununla bağlı ekspertiza keçirilə və ya mütəxəsis rəyi alına bilər. Televizor altı ilə bağlı isə iddianı qəbul etmir. Qızılların Zamində qalmasını təsdiq edən sübut yoxdur. Könül cavan gəlindir, 10 və ya 15 günlük atası evinə gedirsə qızılları evdə qoymalı deyildi, özü ilə aparmalı idi. Zaminin anası onlarla yaşamamışdır, atası isə dükanda olmuş və ev sahibsiz qalmışdır. Sahibsiz evdə kim qızıl qoyar? Könül qızılı gedərkən özü ilə aparmışdır. İlkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh izahat verərək bildirmişdir ki, şəkildə göstərilən televizor və ev onların deyil. Ora qardaşının evidir. Televizor da qardaşınındır. Qardaşının uşağı ilə onun uşağının doğum günləri arasında yaxınlıq olduğu üçün hər ikisinin ad gününü qardaşıgildə bir yerdə keçirmişlər. Göstərilən şəkil də məhz həmin vaxt çəkilmişdir. Hətta iddia ərizəsində 3 xalça göstərilsə də icra məmuru əşyaları siyahıya alarkən dördüncü xalçanı da anası özü könüllü bildirmişdir. Soyuducu, paltaryuyan, qaz sobası, soba, ətçəkən, mikser bunlar hamısı yerindədir. Bunları deyərkən, niyə televizoru yalan deməlidirlər? Qızıl isə bahalısını almamışdır, ***-**** manat civarında qızıl almışdır. Qarşı tərəf də ona 280 manatlıq nişan üzüyü almışlar. Qızın atası ilə özü gedib Sumqayıtda Karvan deyilən yerdən almışlar. Onun hərbi bileti, doğum haqqında şəhadətnaməsi və yoldaşının qızılları ilə onun qızılı həmişə yoldaşının qara çantasında olurdu. Oradan yadındadır ki, karantin olanda yoldaşının anasıgilə gedərkən post keçirdilər. Yoldaşı rayon, o isə şəhər qeydiyyatı olduğu üçün postu rahat keçirdilər. Həmişə gedərkən qızıllar və sənədlər bir yerdə olmuşdur. Şəxsiyyət vəsiqəsi ilə, sürücülük vəsiqəsi isə maşında olduğuna görə özündə olmuşdur. Yoldaşı hicab bağlamışdır, buna görə də heç bir şahid deyə bilməz ki, qızılları üzərinə taxmamışdır. Yoldaşı ayrılmamışdan 4 ay əvvəldən hicaba keçmişdir. Hicabda isə taxılan qızılın görsənməsi mümkün deyil. Yoldaşının xəyanətini tutduğu üçün ona bu cür iddia qaldırmışdır. Sonradan uşaqlarının xatirinə yoldaşına onu bağışlaya biləcəyini desə də, razı olmamışdır. Onun hərbi bileti, doğum haqqında şəhadətnaməsi, nişan üzüyü - hamısı çantasında olmuşdur və bir yerdə getmişdir. Suala cavab olaraq bildirir ki, uşağın 1 yaş mərasimini Qızıldaş qəsəbəsində qardaşının evində keçirmişdir. Həmin ev isə 3-4 ay əvvəl satılmışdır. Hazırda qardaşı kirayə yaşayır. Uşağın 1 yaş mərasimi ilə bağlı çəkiliş aparılmamışdır, hər hansı disk yoxdur. Ad günündə qardaşı, qardaşı arvadı iştirak etmişdir. Uşağın ad gününün öz evləri ola-ola qardaşıgildə keçirilmə səbəbi qardaşının qızı ilə onun oğlunun yaxın günlər aralığında ad gününün olmasıdır. O, evə gələndə görmüşdür ki, qara çanta yoxdur və özü ilə aparmışdır. Onların evinə başqa adamlar girib-çıxmırdı. Yoldaşının əşyalarını ona apararkən qara çantanın otaqda olmadığını görmüşdür. 4 dəfə yoldaşına maşın dolu əşyalarını aparmışdır. Qara çantanı görməyəndən sonra Könüldən qızılların harda olduğu sualını soruşmuşdur, o isə onda olduğunu bildirmişdir. “Whatsapp” platforması vasitəsilə yazışmalarında qızılların apardığını deməz. Səsli danışıqla qızılların harada olduğunu soruşmağına dair səs yazısı yoxdur. X1 980 manata almışlar. Qızıl komplekt idi. Qolbaq, iki sırğa, boyunbağı və üzük idi. Əlavə olaraq, ona aldığı nişan üzüyü idi. Onu da 330 manata almışdır. Qızılın hamısını bir yerdə 980 manata almışdır. O öz üzüyünü heç vaxt taxmamışdır, barmağını sıxırdı. Həmin üzük də çantada olurdu. Onlar qayınanasıgilə tez-tez getdiyi üçün çantanı nə vaxt apardığını bilmir. Qızılın orada olmadığını qızıl söhbətini edəndən sonra aşkar etmişdir. Qızıl söhbəti onların münasibəti korlanandan 10-15 gün sonra yaranmışdır. Həmişə anasıgilə gedəndə geyinib və çantasını da götürüb getmişdir. İlkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(004)-2988/2022 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında 3 saylı Bakı Asan Xidmət Mərkəzinin qeydiyyat şöbəsində xx.xx.2019-cu il tarixdə, 3635 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. İş materiallarında olan Xəzər rayon İcra şöbəsinin icra məmuru Yaqub Qafarov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətinə əsasən ünvan 2 ünvanında yerləşən yaşayış evinə baxış keçirilmiş və orada icra sənədində qeyd olunan əşyalardan 1 ədəd televizor, 1 ədəd televizor altı, 1 ədəd külqabı, 12 ədəd böyük stəkan, 5 ədəd asılqan, 4 ədəd meyvə bıçağı, 16 ədəd billur qədəh, 1 ədəd plastik süfrə, 1 ədəd naxışlı süfrə, 10 ədəd çay dəsmalı və qızıl-zinət əşyaları istisna olmaqla digər əşyalar aşkar olunaraq, istifadəsi qadağan edilmişdir. İş materiallarında olan “LC Elektronix” mağazasının rəhbəri X3 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixlli, 14 nömrəli arayışın surətinə əsasən Şahid4 Sumqayıt şəhərində fəaliyyət göstərən “LC elektronix” satış mərkəzindən xx.xx.2018-ci il tarixdə “Haus” markalı, 108 ekran televizor almış və 1050 manat ödəniş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində bildirmişdir ki, Könül xanımın toyunda da, nişanında da olmuşdur. Zal və mətbəx mebeli, yataq mebeli, televizor, soyuducu, paltaryuyan və digər əşyalar, nə lazımdırsa Könülə cehiz verilmişdir. Onun çatışmayan bir şeyi olmamışdır. Könül xanımın gəlin köçdüyü evdə olmuşdur, ev bəzəməyə getmişdir. Televizor televizor altının üstündə qoyulmuşdu. Könül xanım sonuncu dəfə evə gələndə üstündə qızıl görməmişdir. Toyda, nişanda üzərində qızıl görsə də son dəfə evə gələndə üzərində qızıl yox idi. Könül ona bildirmişdir ki, qızılları onun yoldaşı saxlayır. Yoldaşı deyirmiş ki, evdə heç kim olmur, evə gələn gedən olduğu üçün qızıl itə bilər. Bu səbəbdən onda qalmalıdır. Könül televizor altını cehiz kimi aparmışdır. X7 özü gətirirdi, son dəfə də bayramqabağı mart ayında Zamin özü gətirmişdir. Könül ona bildirmişdir ki, qızıl itə biləcəyi üçün Zamin deyib ki, qızıl onda qalmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində bildirmişdir ki, Könülün anasıdır. Martın əvvəli xəstə idi. Könülü çağırmışdır ki, həm ona baxsın, həm də kömək etsin. 10 gün onlarda qaldı. 10 gündən sonra getmək istəyəndə yoldaşı zəng etmişdir ki, gəlib Könülü götürəcək. Bu zaman baldızı Könülü telefonda təhqir etməyə başlamışdır. Ondan sonra da onlar Könülü getməyə qoymamışlar. Könülə mətbəx mebeli, yataq dəsti, qonaq dəsti-ümumilikdə hər şeyini vermişdir. Həbs qoyulan vaxtı o gedəndə televizor və televizor altı yerində yox idi. O, həbs qoyulanda getmişdir, başqa vaxt getməmişdir. Televizoru Sumqayıtdan öz adına almışdır. Televizor aşkarlanmayanda onun yerini soruşmuş və Könülün qayınanası ona demişdir ki, Könül televizoru aparmışdır. Könül onlara gələndə üzərində qızıl yox idi. Könül toydan sonra onlara gələndə heç vaxt qızıl taxmamışdır. Qızılı yoldaşı özündə saxlamışdır ki, “sən kənd yerinə gəzməyə gedirsən, qızılı neynirsən”. Qızı hicabda olmuşdur, gündəlik qızıl taxmamışdır. Televizoru 1050 manata almışdır. 3 ildir televizoru almışdır, 3 il istifadə olunmuşdur. Uşağın televizoru top ilə qırması halı olmamışdır. Sonuncu dəfə Könül şəkərbura bişirməyə gəlməmiş, evi təmizləməyə gəlmişdir. Zamin Könülü mehribancasına gətirmişdir. O, hərbi bilet görməmişdir, onun nəyinə lazımdır ki, Zaminin hərbi biletini alsın, ona şər atır. Zaminin sənədləri maşınında olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 öz ifadəsində bildirmişdir ki, Könülün xalasıdır. Könülə bütün cehiz əşyaları ailə qurarkən verilmişdir. Mart ayı idi, bacısı xəstə idi, o, bacısına baxmağa getmişdir. Saat 6-7 radələrində Könülü Zamin gətirmişdir. Oturub danışmışlar. Heç bir mübahisə olmamışdır. Anasının evini yığışdırmağa gəlmişdi. Könül hicabda idi. Hicabı başından çıxaran zaman qızıllar üzərində deyildi. Könüldən soruşduqda bildirmişdir ki, Zamin toydan-toya qızılları ona verir ki, Könül qızılları itirər və Zaminin seyfi var qızılları orada gizlədir. Hazırda da qızıllar Zamindədir və Zamin gizlətmişdir. Könülün gəlin köçdüyü evdə olmuşdur. Onlar televizoru televizor altı ilə birlikdə vermişdilər. Əşyalar siyahıya alınarkən televizorun orada olmağını, televizor altının isə orada olmadığını eşitmişdir. Könüldən qızılının harada olmasını soruşmaq səbəbi üzərində qızılın olmaması idi. Çünki, gəlinin üzrəində qızıl olmalıdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində bildirmişdir ki, Zaminin anasıdır. Əşyaları ordadır. Neçə dəfə demişdir ki, əşyalarını gəlib aparsınlar amma gəlib aparmırlar. Televizor, televizor altı kimi olmayan şeyləri istəyirlər. Qızıllar da ki onun özündə olmuşdur. O, 1 il idi ki, onların yanında olmamış, ayrı yaşamışdır. O, qızının yanında qalırdı. Hamısı onun çantasında olmuşdur. Uşağının hərbi biletinə qədər aparmışdır. O da orada olmamışdır ki, desinlər ki, o, əlindən almışdır. O, dava eləyib getməmişdir. Mart ayında mehribancasına aparıb qoymuş, qızıllar da, sənədlər də üstündə olmuşdur. Sadəcə anasıgildə olanda elədiyi hərəkətlərin üstü açılmışdır. Olmayan şeyləri istəyirlər. Televizor olan şəkilin harada çəkildiyini bilmir. Şəkildəkilər isə onun nəvələridir. Ad günü onlarda da oldu, sonra anasıgil gəlmədiyi üçün gedib onlarda da qeyd etmişdilər. Şəkildə göstərilən televizoru ad gününü keçirmək üçün qızıgildən gətirib taxmışlar. Həmişə qız evindən qonaq gələndə gedib televizoru götürüb gəlib taxırdılar. Hələ kiçik oğlu da qonaq gələndə televizoru aparıb evinə taxırdı. Həmin televizor onun qızının evindədir və televizor onundur. Amma televizor altı və televizor onlarda olmamışdır. 3 xalçanı icra məmuru əşyaları siyahıya alarkən dördüncü xalçanı da o özü göstərmişdir şifonyerdə olan şeylərdən də siyahıda yox idi ama o özü onları göstərmişdir. Anasından qalma vazanı da göstərmişdir ki, o da onlarındır. Anası da gəlmişdi. Ona bildirmışdir ki, onun yeri yoxdur bu əşyaları aparmağa. Onun hər şeyi verib 2 şey saxlamağı onun nəyinə lazımdır? Ona onun televizor və televizor altısı lazımdır? Gəlin qızılı özündə saxlayırdı. O hətta oğlunun sənədlərini də ayırıb ona vermişdir. Zaminin üzüyü də onda idi, onu da onlar almışdır. Könül xanım mart ayında evdən gedib, onu da oğlum özü aparıb qoyub. Mehribanlıqla çıxıb. Könül xanım 2 ay idi ki, hicaba keçmişdir. Könül evdən çıxanda o, evdə olmamışdır. Qızı ilə qalırdı. Könülün qızılları və sənədləri hara qoyduğunu bilmirdi. Bu yaxınlarda özü deyəndən sonra bilmişdir ki, qızılları yoxdur. O gedəndən 2-3 ay sonra bilmişdir ki, qızıllarını aparmışdır. Zaminin işi üçün hərbi bileti Könüldən istədikdə bildirmişdir ki, hərbi bileti də aparıb və faizə pul götürərək, hərbi bileti ora vermişdir. Könül deyirdi ki, qızılları təzədən ondan aldıracaqdır. Bu barədə səs yazısının və yazının olduğunu bilmir. Qızının maşını var televizoru maşınla gətirirdi. Uşağın ad günündə də gətirib taxmışdır. Qonaq gəlməmişdən bir gün qabaq bilirdilər, qızı televizoru gətirirmişdir ki, guya evlərində televizor var. Televizor böyük idi, 108 ekran olmalı idi. Sonuncu dəfə qızı televizoru öz uşağının ad günündə onlara gətirmişdir. Şəkildəki evin kimin olduğunu bilmirdi, amma ad günü onların evində də olmuşdur, nəvələri də onun evində. Deyesən qızın anasıgildə də ad günü keçirmişlər. Qızılları o özü gedib almışdır. Qızılı 900 manata Moskva univermağından Orxan adlı zərgərdən almışdır. Oğlu ilə getmişdir. Komplektin qiyməti 900 manat idi, komplektə üzük, qolbaq, boyunbağı, sırğa daxil idi. Nişan üzüyü də almışlar. Nişan üzüyünü alarkən o getməmişdi. Onu oğlu gedib almışdır. Neçəyə aldıqlarını bilmir. Deyəsən iki yüzə almışlar. Adi qaşlı idi, amma dəqiq hansı qaş olduğunu bilmir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində bildirmişdir ki, Zaminin qardaşının həyat yoldaşıdır. Könül həmişə anasıgilə gedərkən qızılları özü ilə aparmışdır. Onlar onun qızılını görməmişlər. Cəhizlərindən də nə gətiribsə, hamısı evdədir. Gəlsin aparsın. Könül xəyanət etmiş və qaynı xəyanətə görə onu boşamışdır, qızılları da ona görə, acıq çıxmaq üçün tələb edir. Halbuki, qızılları həmişə gedəndə özü ilə aparmışdır. Xəyanətini ən birinci o aşkar etmiş, yazışmalarını tutmuşdur. Sonra qaynanası, baldızı bilmiş, söhbət böyümüşdür. Hər kəs bilmişdir. O, Könülə xəbərdarlıq etsə də, sildirsə də, amma gizlin başqa profillərlə başqa nömrə ilə danışmışdır. Evdə gizlin 3 ay danışmışdır. Zamini qardaşı kimi, özünü boşanmış kimi və bir uşağı olan şəxs kimi təqdim edirmiş. Qızılları həmişə anasıgilə gedəndə sənədlərlə birlikdə çantada özü ilə aparmışdır. Televizor qayınanasının televizoru idi. Könül televizorun sınmağını bilmişdir. Sonuncu dəfə Könülün nə vaxt evdən çıxması yadından çıxmışdır. Həmin vaxt evdə olmamışdır. Evdən necə çıxmasını görməmişdir. Sonuncu dəfə gedəndə qızıllar anasıgildə idi, artıq qoyub gəlmişdir. Uşağın - Ömürün ad günü onların evində olmuşdur. Baldızının televizorunun Zamiqin yaşadığı evə gətirilməsi halı olmamışdır. O, onlara gələndə evlərində televizor olurdu, smart, 108 ekran televizor idi, televizor isə qonaq otağında idi. Qonaq otağında Könülə məxsus əşyalar var idi. Divanı, komotları, servantı var idi. Televizor altı görməmişdir, gətirməmişdir. Televizor divardan asılırdı. Həmin televizor indi orada deyil. Onun uşaqları televizoru zədələdiyi üçün qaynanası televizoru satmışdır. Həmin televizor o gələndən orada var idi. O isə 2018-ci ildə gəlmişdir. Könül isə ondan sonra gəlmişdir. 2018-ci ilin martında Könül gəlmişdir, o isə noyabrdan orada idi. Könül ondan 6 ay sonra gəlmişdir. Köhnə televizor isə qayınatasının dükanındadır. Hazırda həmin evdə həmin köhnə televizordur. Qızılın alınma prosesində olmamışdır. Qaynı özü almışdır. Qızıl-zinət əşyalarının evdən yoxa çıxması haqqında məlumatı nə vaxt almağı ilə bağlı bildirir ki, təzə gəlin gələndən bir neçə ay sonra o, toya gedəndə demişdir ki, nişan üzüyünü versin taxsın, o isə bildirmişdir ki, qızıllar anasıgildədir, qorxur ki, oğurlayarlar, onun üçün də ora qoymuşdur. Sonradan da qızılı gətirməmişdir. Həmin vaxtlar 2018-2019cu illər olar. 2021-ci ildə də aparmışdır. Soruşanda bildirmişdir ki, anasındadır, gətirməmişdir. Qayınının üzüyünü də aparmışdır. Qayınanasıgildə həftə ilə ay ilə tez-tez qaldığı üçün bunları bilir. Həmişə görmüşdür ki, gedəndə qızılları və sənədləri çantasına qoyub aparır. Elə olmuşdur ki, qızılları anasında qalıb heç gətirməmişdir. Onlar evdə onun qızılını görməmişdir. Özü aparıb evlərinə qoyurdu ki, burda oğurlayarlar. Televizor olan şəkil onların evidir, şəkildəkilərdən biri onun qızıdır. Divardakı televizor onlarındır. Ölçüsü 108-dir. Uşaqlar televizoru təxmini qızının 2 yaşı olanda sındırmışdır, qışda isə 3 yaşı olacaqdır. 1-1,5 ildir. Televizorun ekranını topla partlatmışlar. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, tərəflər birgə nikaha daxil olaraq ailə qurmuş və xx.xx.2022-ci il tarixdə nikahları pozulmuşdur. Onlar nikah dövründə ünvan 2 ünvanında yerləşən yaşayış evində yaşamış, ilkin iddia üzrə iddiaçının cehiz və digər şəxsi əşyaları həmin mənzildə olmuşdur. Hazırda İddiaçı həmin yaşayış evində qalmış ona məxsus əşyaların və 1500 manat məbləğində pulun ilkin iddia üzrə Cavabdeh tərəfindən ona verilməsini xahiş edir. Cavabdeh isə qarşılıqlı iddia ərizəsi verərək ona məxsus olan 350 manat dəyərində nişan üzüyü, qızıl-zinət əşyası mümkün olmadığı təqdirdə isə onun dəyərinin, hərbi biletin və doğum haqqından şəhadətnamənin İddiaçı alınaraq ona verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi ünvan 2 ünvanında yerləşən mebel dəsti taxt, şifoner, termo, 2 künclük,1 kamot, künc divanı, 1 stol, 6 stul, mətbəx mebel dəsti - 3 metrlik stol və 4 stulu ilə, soyuducu, televizor (108 ekran) və paltaryuyan maşın, çörəkbişirən soba, tozsoran, şirəçəkən, ətçəkən, ütüaltı, blender-mikser, aspirator, qaz sobası, 2 ədəd çilçıraq, 2 ədəd gecə lampası, saat, karniz-jalüz, 1 ədəd örtük, 1 ədəd ədyal (tüklü), 3 ədəd müxtəlif ölçülü xalçalar, 1 ədəd samovar, yorğan döşək dəsti (1 ədəd taxt döşəyi, 1 ədəd taxt yorğanı, 1 tək döşək, 1 tək yorğan, 4 ədəd döşəkçə, 4 balış, 2 türk yorğanı, 4 balış, 1 taxt dəsti, 1 tək dəst, balta bıçaq dəsti (taxta), 1 çemodan bıçaq, çuğun qazan dəsti, 1 çemodan qaşıq, qazan dəsti (nerjevaykadan, 4 ədəd tava dəsti, 1 ədəd termos, 4 ədəd sini, çaydanlı fincan dəsti, soyuducu qabı, tərəvəz doğrayan, çaydan dəsti, dolça dəstii, mətbəx dəsti, 1 ədəd külqabı, 2 balaca sürməyi vaza, dəm çaydanı (sürməyi), 3 mərtəbə ləbləbi qabı, 6 ədəd mürəbbə qabı, 12 ədəd kasa, 18 ədəd mürəbbə nəlbəkisi, 3 ədəd billur qəndqabı, 12 böyük və 6 balaca nəlbəki, 6 ədəd armudu stəkan, 6 ədəd armudu fincan, 6 ədəd böyük stəkan, tək dolça, 2 ədəd billur fındıqqabı, 6 ədəd masqura (kasa), 6 ədəd billur qədəh, mətbəx fincanları (6+6) və 2 ədəd pendir qabı, 6 ədəd ağ-qara fincan, 6 ədəd qədəh, döşəmə vedrəsi fırça ilə, soba üçün şüşəli qab, masa üstü ləbləbi qabı, 5 ədəd asılqan, ayaqqabıgeyən, zibilyığan, sabun qabı, fırça, 9 ədəd plastik qab, asılqanlar və qabı, şəkər qabı, ağızaçan (otkrıvalka), paltaryığan, kartofəzən, 8 ədəd meyvə bıçağı, mətbəx üstü duz, salfet qabı və iynə qabı, suvenir dəsti, 2 ədəd çörək qabı mətbəx dəsti ilə, zibil qabı, 2 ədəd billur qədəh, 6 ədəd orta billur qədəh, 2 ədəd konfet qabı, 48 ədəd boşqab dəsti buludu ilə, 2 ədəd taxt örtük dəsti, 1 ədəd tək yataq örtük dəsti, 2 qətvə və 2 dəsmal, 6 ədəd əl-üz dəsmalı, 1 ədəd mətbəx dəsmalı, 2 ədəd balış üzü, 1 ədəd naxışlı süfrə və 1 ədəd plastik süfrə, 6 salfetkalı böyük süfrə, dəsmal dəsti, 1 ədəd yataq dəsti, 2 ədəd tək yataq dəsti, 1 ədəd xəmir süfrəsi, 1 ədəd qabyuyan (suçəkən), 2 ədəd asılqanlı balış üzü, yataq və qonaq otaqları üçün tül-pərdə dəstlərinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində təmin edilməlidir. Belə ki, televizor istisna olmaqla qeyd edilən əşyaların mövcudluğu və cavabdehdə qalması icra məmuru tərəfindən tərtib edilmiş akt və iş materialları ilə sübut olunur. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı tərəfindən qeyd edilən əşyaların dəyərinə dair sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, ilkin iddia tələbində qeyd olunan 1 ədəd televizor sözügedən ünvanda aşkar edilməsə də iş materiallarından müəyyən olunur ki, iddiaçının anası 2018-ci ildə 1050 manata “Haus” markalı, 108 ekran plazma televizor almışdır. Bu halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən həmin televizorun iddiaçıya verilməsi mümkün olmadıqda onun dəyəri olan 1050 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının iddia ərizəsində tələb etdiyi qızıl-zinət əşyaları və 1500 manat məbləğində pul sözügedən ünvanda aşkar edilməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının təqdim etdiyi fotoşəkillər və video görüntü özü-özlüyündə tələb edilən qızıl zinət əşyasının cavabdehdə olmasını və göstərilən dəyərdə olmasını təsdiq edən birmənalı sübut kimi qəbul oluna bilməz. Məhkəmə qeyd edir ki, hazırkı halda qızıl-zinət əşyalarının cavabdehdə olmasını sübut etmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə qızıl-zinət əşyalarının cavabdehdə olmasını sübut edə bilməmişdir. Məhkəmə qarşılıqlı iddia tələbini əsassız hesab edir. Belə ki, iddiaçı qarşılıqlı iddia üzrə üzüyün və sənədlərin cavabdehdə olduğunu bildirsə də, bununla bağlı iş materiallarına heç bir sübut əlavə etməmişdir. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddiaçının qeyd etdiyi əşyaların cavabdehdə olmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşdüyündən iddia əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə görə nikaha girənədək ər-arvaddan hər birinə məxsus olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, ünvan 2 ünvanında yerləşən mebel dəsti taxt, şifoner, termo, 2 künclük,1 kamot, künc divanı, 1 stol, 6 stul, mətbəx mebel dəsti - 3 metrlik stol və 4 stulu ilə, soyuducu, televizor (108 ekran) və paltaryuyan maşın, çörəkbişirən soba, tozsoran, şirəçəkən, ətçəkən, ütüaltı, blendermikser, aspirator, qaz sobası, 2 ədəd çilçıraq, 2 ədəd gecə lampası, saat, karniz-jalüz, 1 ədəd örtük, 1 ədəd ədyal (tüklü), 3 ədəd müxtəlif ölçülü xalçalar, 1 ədəd samovar, yorğan döşək dəsti (1 ədəd taxt döşəyi, 1 ədəd taxt yorğanı, 1 tək döşək, 1 tək yorğan, 4 ədəd döşəkçə, 4 balış, 2 türk yorğanı, 4 balış, 1 taxt dəsti, 1 tək dəst, balta bıçaq dəsti (taxta), 1 çemodan bıçaq, çuğun qazan dəsti, 1 çemodan qaşıq, qazan dəsti (nerjevaykadan, 4 ədəd tava dəsti, 1 ədəd termos, 4 ədəd sini, çaydanlı fincan dəsti, soyuducu qabı, tərəvəz doğrayan, çaydan dəsti, dolça dəstii, mətbəx dəsti, 1 ədəd külqabı, 2 balaca sürməyi vaza, dəm çaydanı (sürməyi), 3 mərtəbə ləbləbi qabı, 6 ədəd mürəbbə qabı, 12 ədəd kasa, 18 ədəd mürəbbə nəlbəkisi, 3 ədəd billur qəndqabı, 12 böyük və 6 balaca nəlbəki, 6 ədəd armudu stəkan, 6 ədəd armudu fincan, 6 ədəd böyük stəkan, tək dolça, 2 ədəd billur fındıqqabı, 6 ədəd masqura (kasa), 6 ədəd billur qədəh, mətbəx fincanları (6+6) və 2 ədəd pendir qabı, 6 ədəd ağ-qara fincan, 6 ədəd qədəh, döşəmə vedrəsi fırça ilə, soba üçün şüşəli qab, masa üstü ləbləbi qabı, 5 ədəd asılqan, ayaqqabıgeyən, zibilyığan, sabun qabı, fırça, 9 ədəd plastik qab, asılqanlar və qabı, şəkər qabı, ağızaçan (otkrıvalka), paltaryığan, kartofəzən, 8 ədəd meyvə bıçağı, mətbəx üstü duz, salfet qabı və iynə qabı, suvenir dəsti, 2 ədəd çörək qabı mətbəx dəsti ilə, zibil qabı, 2 ədəd billur qədəh, 6 ədəd orta billur qədəh, 2 ədəd konfet qabı, 48 ədəd boşqab dəsti buludu ilə, 2 ədəd taxt örtük dəsti, 1 ədəd tək yataq örtük dəsti, 2 qətvə və 2 dəsmal, 6 ədəd əl-üz dəsmalı, 1 ədəd mətbəx dəsmalı, 2 ədəd balış üzü, 1 ədəd naxışlı süfrə və 1 ədəd plastik süfrə, 6 salfetkalı böyük süfrə, dəsmal dəsti, 1 ədəd yataq dəsti, 2 ədəd tək yataq dəsti, 1 ədəd xəmir süfrəsi, 1 ədəd qabyuyan (suçəkən), 2 ədəd asılqanlı balış üzü, yataq və qonaq otaqları üçün tül-pərdə dəstləri iddiaçıya təhvil verilməli, “Haus” markalı, 108 ekran plazma televizor olmadığı halda isə onun dəyəri olan 1050 (bir min əlli) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin olunmamalı, qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ilkin iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu və mediasiya xərcinin əvəzi olan 140 manat məbləğində pul ilkin iddia üzrə Cavabdeh İddiaçı xeyrinə tutulmalı, qarşılıqlı iddia rədd edildiyindən qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. ünvan 2 ünvanında yerləşən mebel dəsti taxt, şifoner, termo, 2 künclük,1 kamot, künc divanı, 1 stol, 6 stul, mətbəx mebel dəsti - 3 metrlik stol və 4 stulu ilə, soyuducu, televizor (108 ekran) və paltaryuyan maşın, çörəkbişirən soba, tozsoran, şirəçəkən, ətçəkən, ütüaltı, blender-mikser, aspirator, qaz sobası, 2 ədəd çilçıraq, 2 ədəd gecə lampası, saat, karniz-jalüz, 1 ədəd örtük, 1 ədəd ədyal (tüklü), 3 ədəd müxtəlif ölçülü xalçalar, 1 ədəd samovar, yorğan döşək dəsti (1 ədəd taxt döşəyi, 1 ədəd taxt yorğanı, 1 tək döşək, 1 tək yorğan, 4 ədəd döşəkçə, 4 balış, 2 türk yorğanı, 4 balış, 1 taxt dəsti, 1 tək dəst, balta bıçaq dəsti (taxta), 1 çemodan bıçaq, çuğun qazan dəsti, 1 çemodan qaşıq, qazan dəsti (nerjevaykadan, 4 ədəd tava dəsti, 1 ədəd termos, 4 ədəd sini, çaydanlı fincan dəsti, soyuducu qabı, tərəvəz doğrayan, çaydan dəsti, dolça dəstii, mətbəx dəsti, 1 ədəd külqabı, 2 balaca sürməyi vaza, dəm çaydanı (sürməyi), 3 mərtəbə ləbləbi qabı, 6 ədəd mürəbbə qabı, 12 ədəd kasa, 18 ədəd mürəbbə nəlbəkisi, 3 ədəd billur qəndqabı, 12 böyük və 6 balaca nəlbəki, 6 ədəd armudu stəkan, 6 ədəd armudu fincan, 6 ədəd böyük stəkan, tək dolça, 2 ədəd billur fındıqqabı, 6 ədəd masqura (kasa), 6 ədəd billur qədəh, mətbəx fincanları (6+6) və 2 ədəd pendir qabı, 6 ədəd ağ-qara fincan, 6 ədəd qədəh, döşəmə vedrəsi fırça ilə, soba üçün şüşəli qab, masa üstü ləbləbi qabı, 5 ədəd asılqan, ayaqqabıgeyən, zibilyığan, sabun qabı, fırça, 9 ədəd plastik qab, asılqanlar və qabı, şəkər qabı, ağızaçan (otkrıvalka), paltaryığan, kartofəzən, 8 ədəd meyvə bıçağı, mətbəx üstü duz, salfet qabı və iynə qabı, suvenir dəsti, 2 ədəd çörək qabı mətbəx dəsti ilə, zibil qabı, 2 ədəd billur qədəh, 6 ədəd orta billur qədəh, 2 ədəd konfet qabı, 48 ədəd boşqab dəsti buludu ilə, 2 ədəd taxt örtük dəsti, 1 ədəd tək yataq örtük dəsti, 2 qətvə və 2 dəsmal, 6 ədəd əl-üz dəsmalı, 1 ədəd mətbəx dəsmalı, 2 ədəd balış üzü, 1 ədəd naxışlı süfrə və 1 ədəd plastik süfrə, 6 salfetkalı böyük süfrə, dəsmal dəsti, 1 ədəd yataq dəsti, 2 ədəd tək yataq dəsti, 1 ədəd xəmir süfrəsi, 1 ədəd qabyuyan (suçəkən), 2 ədəd asılqanlı balış üzü, yataq və qonaq otaqları üçün tül-pərdə dəstləri iddiaçıya təhvil verilsin. “Haus” markalı, 108 ekran plazma televizor olmadığı halda isə onun dəyəri olan 1050 (bir min əlli) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu və mediasiya xərcinin əvəzi olan 140 (yüz qırx) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı Cavabdeh məxsus olan 350 manat dəyərində nişan üzüyü, qızıl-zinət əşyası mümkün olmadığı təqdirdə isə onun dəyərinin, hərbi biletin və doğum haqqından şəhadətnamənin İddiaçı alınaraq Cavabdeh verilməsi barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №e-2(004)-4781/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4781/2022
23.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver