Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4800/2024 19.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi İddiaçı nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi İddiaçı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” (Maraqlı şəxs qismində cəlb edilməklə) barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesinin (mediator Rüstəm Məhərrəmov) nəticəsində İddiaçı ( etibarnamə üzrə nümayəndəsi Vəkil ) ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/6-00624 saylı barışıq sazişinin xx.xx.2022-ci il təvəllüdlü X1 atası İddiaçı ilə xx.xx.2024-cü il tarixindən başlayaraq hər həftənin şərşənbə (3-cü gün) saat 12:00-dan 19:00-a kimi və hər həftənin şənbə günü (6-cı gün) 12:00-dan 19:00-a kimi görüşməsi hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 2(007)-711/2024 saylı qətnaməsi ilə İddiaçı ilə Maraqlı şəxs arasında olan nikah pozulmuş, birgə nikahdan anadan olmuş 03 mart 2022-ci ildə anadan olmuş X3 anası Maraqlı şəxs yanında saxlanılmışdır. Bundan sonra İddiaçı qanunvericiliyin tələbinə uyğun olaraq uşaqla ünsiyyət qaydalarının müəyyən edilməsi ilə bağlı mediasiya təşkilatına müraciət etmişdir. Mediasiya prosesində tərəflər iştirak edərək qanunvericiliyin tələbinə uyğun olaraq mediasiya mərhələsində uşaqla ünsiyyət qaydalarının müəyyən edilməsi ilə bağlı razılığa gələrək barışıq üşünxx.xx.2024-cü il tarixli , MŞB/6-00624 saylı barışıq sazişi imzalamışlar. Qeyd edilən saziş mediator Rüstəm Məhərrəmov tərəfindən təsdiq edilmişdir. Barışıq sazişində Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş xx.xx.2022-ci il təvəllüdlü X2 atası İddiaçı ilə xx.xx.2024-cü il tarixindən başlayaraq hər həftənin şərşənbə (3-cü gün) saat 12:00dan 19:00-a kimi və hər həftənin şənbə günü (6-cı gün) 12:00-dan 19:00-a kimi görüşməsinə etiraz etməməsi öz əksini tapmışdır. Lakin hazırda İddiaçı övladı ilə görüşə blmir. Bu səbəbdən qanunvericiliyin tələbinə uyğun olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahatında bildirmişdir ki, iddiaçının onu nəyə görə məhkəməyə verdiyini başa düşmür. İddiaçının övladı ilə görüşünə problem yaratmamışdır. Övladı körpədir. Özünü ifadə edə bilmir. Buna baxmayaraq mediasiya prosesində hətta uşağın iki gün atası ilə qalamasına da razılaşmışdır. İlk vaxtlar problem olmasa da, son vaxtlar iddiaçı barışıq sazişində nəzərdə tutulmuş görüş vaxtlarında uşağı götürməmişdir. Ona bildirmişdir ki, uşağa tək baxa bilmir. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edirki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İV seriyalı 718493 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında İddiaçı, ana qrafasında Maraqlı şəxs göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 1415 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan birinci tərəf qismində İddiaçı və ikinci tərəf qismində Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/6-00624 nömrəli Barışıq sazişinin 1-ci hissəsinə əsasən, 1. İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş övladı: xx.xx.2022-ci il təvəllüdlü X1 atası birinci tərəf kimi çıxış edən İddiaçıyla xx.xx.2024-cü il tarixindən başlayaraq hər həftənin çərşənbə (3-cü gün) saat 12:00-dan 19:00-a kimi və şənbə günü (6-cı gün) 12:00-dan 19:00-a kimi görüşünə etiraz etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin barışıq sazişinin ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş bəndləri hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/6-00624 nömrəli barışıq sazişi ərizəçinin tələb etdiyi hissədə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355- 23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. İddiaçı və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/6-00624 nömrəli Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş övladı: xx.xx.2022-ci il təvəllüdlü X1 atası birinci tərəf kimi çıxış edən İddiaçıyla xx.xx.2024-cü il tarixindən başlayaraq hər həftənin çərşənbə (3-cü gün) saat 12:00-dan 19:00-a kimi və şənbə günü (6-cı gün) 12:00-dan 19:00-a kimi görüşünə etiraz etmir. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: Kərim Xudayev