Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4802/2022 17.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı MMMC Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il – xx.xx.2021-ci il tarixləri dövründə kooperativ 2b binanın əmlakın saxlanması ilə bağlı xx.xx.2022-ci il tarixinə 2b №30 saylı 1 otaqlı mənzil üzrə yaranmış 144,72 manat borc, 30,40 manat məhkəmə rüsum xərci, notariat hərəkətləri ilə bağlı 26 manat notariat haqqı və xx.xx.2022-ci il – xx.xx.2022-ci il tarixləri ərzində xx.xx.2020-ci il tarixli ümumi yığıncaqda təsdiq edilmiş tariflə hər ay 4 manat olmaqla 10 ayda cəmi 40 manat, ümumilikdə 241,12 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MMMC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMMC-nin mənzil mülkiyyətçilərinin 26 yanvar 2020-ci il tarixli ümumi yığıncağında mənzil sahiblərinin aylıq tariflərlə ödənişlərin edilməməsi və yaranmış borcların qanunvericilik qaydasında alınması idarə heyəinin sədrinə və üzvlərinə tapşırılmışdır. Mənzil mülkiyyətçilərinin 26 yanvar 2020-ci il tarixli ümumi yığıncağında seçilmiş İdarə heyətinin üzvlərinin xx.xx.2022-ci il tarixində Nəzarət-Təftiş üzrə müfəttişlə birgə keçirilmiş iclasında mənzil mülkiyyətçilərinin xx.xx.2022-ci il tarixinə yaranmış borcları təsdiq edilmişdir. Borclular sırasında olan Cavabdeh mülkiyyətində olan bina 2b 30 nömrəli 1 otaqlı mənzil üzrə 144,70 manat məbləğində borc qeydə alınmışdır. 12 iyun 2022-ci il tarixində Cavabdeh xx.xx.2022-ci il tarixinə bina 2b 30 nömrəli 1 otaqlı mənzil üzrə yaranmış 144,70 manat borcunun olması ilə bağlı №11/S-İİN, 12 iyun 2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmiş və yaranmış borcun məhkəməyədək icra qaydasında ödənilməsi təklif edilmişdir. Lakin cavabdeh bu təklifə etinasız yanaşmış, borcunun ödənilməsi ilə bağlı hərəkətsizlik etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, Koroğlu Rəhimov küçəsi 865-ci məhəllədə yerləşən iki bina – 2a və 2b binaları koorperativ binalardır. Həmin binalar 1989-cu ildə tikilib başa çatdırılıb, istifadəyə verilib. 1990-cı ildən payçılar X3 Soveti İcra Komitəsi tərəfindən verilmiş orderlər əsasında mənzillərə köçülmüşdür. Ehtimal ki, Mənzil Tikinti Koorperativi Bakı şəhəri X4 İcra Komitəsində qeyri-kommersiya təşkilatı kimi qeydiyyata alınıb. Həmçinin Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində qeyri-kommersiya təşkilatı kimi qeydiyyata alınıb. Belə ki, 2020-ci ilin yanvar ayında ümumi iclas keçirmişlər. MTK-nın Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə çevrilməsində Mənzil Məcəlləsinin 6-cı bölməsinin bütün müddəları nəzərə alınmışdır. Mənzil Məcəlləsinin 38.1-ci maddəsinə əsasən çoxmənzilli binaların ümumi əmlakının saxlanması və idarə olunması üzrə xərclər binanın mənzil mülkiyyətçilərinin hesabına ödənilir. Cavabdeh onların binasında mülkiyyətçidir. Onlar qeyd olunan hüquq normaları əsasında 2020-ci ilin 26 yanvar tarixində keçirilmiş ümumi iclasda mənzil mülkiyyətçisi Cavabdeh 30 manat borcu olduğunu göstərmişlər. 2019-cu il üzrə borc göstərilmişdir. 2016-cı ildən onlarda 30 manat müəyyən edilmişdi. Cavabdeh 2019-cu ildə 30 manat ödəməmişdir. 2020-ci ildə tariflər dəyişdiyindən aylıq ödəniş 1-ci mərtəbə birotaqlılar üçün ay ərzində 4 manat, il ərzində 48 manat nəzərdə tutulmuşdur. Cavabdeh 1-ci mərtəbədə yaşamışdır. 2021-ci ildə də 48 manat müəyyənləşdirilmişdir. Onlar rüsumla birlikdə 148 manat iddia tələbi müəyyənləşdirmişlər. 2019-cu il üçün 30 manat, 2020-ci il üçün 48 manat, 2021-ci il üçün 48 manat və 30 manat dövlət rüsumunu cavabdehdən tələb edirlər. İddia ərizələrində onlar 175 manat müəyyən etmişlər. Məhkəməyə kağız daşıyıcılar üzərində sənədləri təqdim edəndə dəlilləri, sübutları notariat qaydada təsdiq etmək üçün o notariusa müraciət etmişdir. Bu səbəblə 26 manat notariat haqqı da ödəmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMMC-nin İdarə heyətinin sədri Nümayəndə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə ünvanladığı notarial qaydada təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, AZ1072, ünvan 1 ünvanda yerləşən "xxxx" Mənzil Mülkiyyətçilərinin Məhdud Cəmiyyətinin qeyri-kommersiya qurumu olaraq dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. "xxxx" MMMC-nin mülkiyyətçisi olduğu AZ1072, ünvan 2 ünvanda qeydiyyata alınmasına etiraz etmədiyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X1 Reyestrindən xx.xx.2021-ci il tarixli, 05/4547/2-14 saylı Çıxarışa əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə, 1121-MM8-0219 qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı MMMC-nin Cavabdeh ünvanladığı 11/S-İİN nömrəli, 12 iyun 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı MMMC tərəfindən MMMC-nin balansında olan Bakı şəhəri, K.Rəhimov küçəsi, 865-ci məhəllədə yerləşən kooperativ 2b binanın ümumi əmlakının saxlanılması və idarə olunması ilə bağlı Cavabdeh mülkiyyətçisi olduğu №30 saylı 1 otaqlı mənzil üzrə borcun ödənilməsi ilə bağlı mütəmadi olaraq hərəkətsizlik edilir. Yuxarıda adı çəkilən ünvanda yerləşən kooperativ 2b binanın ümumi əmlakının saxlanılması və idarə olunması ilə bağlı mülkiyyətçisi olduğu №30 saylı 1 otaqlı mənzil üzrə xx.xx.2022-ci il tarixinə 144,72 manat borc yaranmışdır. Yaranmış borcun məhkəməyədək icra (pretenziya) qaydasında 10 gün müddətində könüllü olaraq ödənilməsi təklif olunmuşdur. İş materiallarında olan "xxxx" mənzil mülkiyyətçilərinin ümumi yığıncağının № 01 saylı, 26 yanvar 2020-ci il tarixli Protokolundan görünür ki, "xxxx" bina 2B, blok №2 üzrə Cavabdeh borcu xx.xx.2020-ci il tarixə cəmi borcu 48,72 manat təşkil edir. Habelə protokolda qeyd edilmişdir ki, "xxxx"-nın mənzilləri üzrə 2020-ci il aylıq tariflər 1-3-cü mərtəbədə yerləşən 1 otaqlı mənzillər üzrə 4 manat təşkil edir. İş materiallarında olan İddiaçı (Neftemaş MTK) MMMC X5-Təftiş müfəttişi ilə birgə iclasının 01 (08) saylı, xx.xx.2022-ci il tarixli Protokolundan görünür ki, xx.xx.2022-ci il tarixinə İddiaçı (Neftemaş MTK) MMMC üzrə mənzil mülkiyyətçisi olan bina 2b, mənzil №30-da yaşayan Cavabdeh 2019-2021-ci il üzrə cəmi borcu 144,72 manat təşkil edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. 38.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. 43.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. 43.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək, çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətiər tətbiq edilməsi haqqında qərar qəbul etmək, çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək, çoxmənzilli binanın idarəetmə üsulunu seçmək, bu Məcəilə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid ediimiş digər məsələlər aiddir. 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəs mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənziltikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 138.5-ci maddəsinə görə isə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, "xxxx" mənzil mülkiyyətçilərinin ümumi yığıncağının № 01 saylı, 26 yanvar 2020-ci il tarixli Protokolundan görünür ki, "xxxx" bina 2B, blok №2 üzrə Cavabdeh borcu xx.xx.2020-ci il tarixə cəmi borcu 48,72 manat təşkil edir. Habelə protokolda qeyd edilmişdir ki, "xxxx"-nın mənzilləri üzrə 2020-ci il aylıq tariflər 1-3-cü mərtəbədə yerləşən 1 otaqlı mənzillər üzrə 4 manat təşkil edir. İş materiallarında olan İddiaçı (Neftemaş MTK) MMMC X5-Təftiş müfəttişi ilə birgə iclasının 01 (08) saylı, xx.xx.2022-ci il tarixli Protokolundan görünür ki, xx.xx.2022-ci il tarixinə İddiaçı (Neftemaş MTK) MMMC üzrə mənzil mülkiyyətçisi olan bina 2b, mənzil №30-da yaşayan Cavabdeh 2019-2021-ci il üzrə cəmi borcu 144,72 manat təşkil edir. İddiaçı MMMC Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu ilxx.xx.2021-ci il tarixləri dövründə kooperativ 2b binanın əmlakın saxlanması ilə bağlı xx.xx.2022-ci il tarixinə 2b №30 saylı 1 otaqlı mənzil üzrə yaranmış 144,72 manat borc, 30,40 manat məhkəmə rüsum xərci, notariat hərəkətləri ilə bağlı 26 manat notariat haqqı və xx.xx.2022-ci il-xx.xx.2022-ci il tarixləri ərzində xx.xx.2020-ci il tarixli ümumi yığıncaqda təsdiq edilmiş tariflə hər ay 4 manat olmaqla 10 ayda cəmi 40 manat, ümumilikdə 241,12 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MMMC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, iş materiallarında olan Neftemaş MTK” mənzil mülkiyyətçilərinin ümumi yığıncağının № 01 saylı, 26 yanvar 2020-ci il tarixli Protokolundan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixinə qədər olan borcu 30 manat, 2019-cu il ərzindəki borcu 18,72 manat olmaqla xx.xx.2020-ci il tarixinə kimi 48,72 manat təşkil etmişdir. Sözügedən protokolda qeyd edilmişdir ki, "xxxx"-nın mənzilləri üzrə 2020-ci il aylıq tariflər 1-3-cü mərtəbədə yerləşən 1 otaqlı mənzillər üzrə 4 manat təşkil edir. Bunu nəzərə alaraq müəyyən etmək olar ki, Cavabdeh xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə kimi borcu 48 manat (12 ay x 4 manat = 48 manat) təşkil edir. Eyni qaydada xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi Cavabdeh borcu 48 manat təşkil edir. xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi olan 10 aylıq müddət üçün isə borc 40 manat təşkil edir. (10 ay x 4 manat = 40 manat). Belə olduğu halda Bakı şəhəri, K.Rəhimov küçəsi, 865-ci məhəllə, kooperativ 2b binada yerləşən 30 saylı 1 otaqlı mənzilin saxlanmasına görə borc müvafiq illər üzrə (30+18,72+48+48+40=184,72 manat) kimi hesablanmalıdır. Yuxarıda qeyd edilmiş qanunvericilik aktlarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, K.Rəhimov küçəsi, 865-ci məhəllə, kooperativ 2b binada yerləşən 30 saylı 1 otaqlı mənzilin saxlanmasına görə cəmi 184,72 (yüz səksən dörd manat yetmiş iki qəpik) manat borc Cavabdeh alınaraq İddiaçı MMMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 15410 nömrəli qəzdən görünür ki, Nümayəndə tərəfindən notariat hərəkətlərinin edilməsi üçün 26 manat məbləğində notariat haqqı ödənilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı MMMC tərəfindən ödənilmiş dövlət rüsumu olaraq ödənilmiş 30,40 (otuz manat qırx qəpik) və notariat hərəkətləri ilə bağlı çəkilmiş 26 (iyirmi altı) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia ərizəsi təmin edilsin. Bakı şəhəri, K.Rəhimov küçəsi, 865-ci məhəllə, kooperativ 2b binada yerləşən 30 saylı 1 otaqlı mənzilin saxlanmasına görə cəmi 184,72 (yüz səksən dörd manat yetmiş iki qəpik) manat borc, dövlət rüsumu olaraq ödənilmiş 30,40 (otuz manat qırx qəpik) və notariat hərəkətləri ilə bağlı çəkilmiş 26 (iyirmi altı) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMMC-yə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli.
Məhkəmə qərarları › İş №e-2(004)-4802/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4802/2022
17.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver