Məhkəmə qərarları › İş №e-2(004)-4922/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4922/2024

19.09.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4922/2024 19.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, Ərizəçinin səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin 3-cü bəndinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin 3-cü bəndinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında xx.xx.2024-cü il tarixdə Bakı 18 saylı Mediasyia təşkilatında bağladıqları Barışıq sazişinin 3-cü bəndinin məcburi icrası üçün təsdiq olunmasına dair qətnamə qəbul çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsində rəsmi nikaha girərək ailə qurmuşdular. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü oğlu X3 olmuşdur. Bakı 18 saylı Mediasiya təşkilatında bağladıqları xx.xx.2024-cü il tarixli Barışıq sazişi ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində qeydə alınmış nikahın məhkəmə qaydasında, əlavə vaxt verilmədən pozulması, övladı X2 onun yanında qalması, barışıq sazişinin bağlandığı xx.xx.2024-cü il tarixdən başlayaraq oğlu X2 yetkinlik yaşına çatana qədər hər ay sabit pul şəklində 235 (iki yüz otuz beş) manat məbləğində alimentin Maraqlı şəxs tərəfindən onujn bank kartıma ödənilməsi razılaşdırılmışdır. Yasamal Rayon Məhkəməsinin 2(004)-3499/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onunla Maraqlı şəxs arasında xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı «ASAN xidmət» mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış və akt qeydləri kitabında 521 nömrə ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Lakin Barışıq sazişinin bağlanmasından xeyli müddət keçməsinə və qarşı tərəfə alimenti ödəməli olduğunu dəfələrlə xatırlatmağına baxmayaraq Maraqlı şəxs alimentin ödənilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliyi könüllü icra etmir, hətta alimenti ödəməkdə qərəzli olaraq yayınır. Barışıq sazişinin 6-cı bəndinin tələbinə görə əgər sazişdə ayrı qayda nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır, sazişdə ayrı müddət müəyyən edilməyibsə, tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü icra edilməlidir. Odur ki, hesab edir ki, Maraqlı şəxs, onunla xx.xx.2024-cü il tarixdə Bakı 1 8 saylı Mediasyia təşkilatında bağladıqları Barışıq sazişinin digər tərəfi olaraq Barışıq sazişinin 3-cü bəndini könüllü olaraq icra etmədiyindən, məcburi icra üçün, Barışıq sazişinin 3-cü bəndi məhkəmə qaydasında təsdiq olunmalıdır. Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək, bildirmişdir ki, ilkin Mediasiya prosesində oğlu xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşma çatana qədər ondan 235 manat miqdarda alimentin tutularaq, Ərizəçi ödənilməsinə dair və nikahın pozulmasına dair Ərizəçilə aralarında saziş bağlanılmışdır. Bildirmək istəyir ki, ilkin Mediasiya prosesində oğlu xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər məndən 235 manat miqdarda alimentin tutularaq Ərizəçi qızma ödənilməsinə və nikahın pozulmasına razılıq vermişdir. İddiaçıdan alimenti ödəməyi üçün dəfələrlə onun adnıa açılan rekvizit və ya adına olan hesab kartının şəklini istəməyinə baxmayaraq, iddiaçı ona kiminsə hesab kartını (adı, soyadı bəlli olmayan) onun Whatsappına göndərmişdir. O da iddiaçıya bildirmişdir ki, iddiaçıya məxsus olmasını təsdiq edən rekvizit və ya kart hesabı mənə göndərməsə, o başqa tanımadığı hesaba aliment pulu göndərməyəcəkdir. Ona görə də icraatınızda olan mülki işə onun iştirakı olmadan baxılaraq qətnamə qəbul edilməsinə etiraz etmir və xahiş edir ki, qətnamə qəbul edilərək icra vərəqəsi müvafiq icra şöbəsinə yollansın. Məhkəmə iclasında ərizəçinin səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat veərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış maraqlı şəxs yuxarıda qeyd edildiyi kimi məhkəməyə ərizə verərək, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş edərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, maraqlı şəxin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Tərəflər arasında 18 saylı Mediasiya təşkilatında bağlanmış 20 may 2024-cü il tarixli MŞB/18/2024-00487 saylı barışıq sazişinin 3-cü şərtindən görünür ki, “İİ Tərəf (Maraqlı şəxs) uşağın (xx.xx.2019-cu il təvəllüdlü X2) saxlanılması üçün barışıq sazişinin bağlandığı xx.xx.2024-cü il tarixdən başlayaraq, uşaq yetkinlik yaşına çatana qədər hər ay sabit pul şəklində 235 (iki yüz otuz beş) manat məbləğində alimentin İ Tərəfə (Ərizəçi) məxsus bank kartına ödəməyi öz öhdəsinə götürür.” Sazişin 6-cı bəndinə görə saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır və sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Sazişin 8-ci bəndinə görə sazişin könüllü icrasından imtina olunarsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3499/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməklə, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı ‘’Asan Xidmət’’ Mərkəzinin qeydiyyat şöbəsində bağlanmış və akt qeydləri kitabında 521 nömrə ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3499/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməklə, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı ‘’Asan Xidmət’’ Mərkəzinin qeydiyyat şöbəsində bağlanmış və akt qeydləri kitabında 521 nömrə ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Tərəflər mediasiya prosesində uşağın ananın himayəsində saxlanılması və aliment ilə bağlı məsələdə barışıq əldə etmişdirlər. Ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Maraqlı şəxs sazişlə müəyyən edilmiş könüllü icra müddəti ərzində üzərinə götürdüyü öhdəliyini icra etməkdən yayınmışdır. Hal-hazırda Maraqlı şəxs məhkəməyə ərizə verib məhkəmədən Ərizəçi ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə həmçinin analogiya tətbiq etməklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinin tələbini də nəzərə alır. Belə ki, Mülki prosessual qanunvericiliyə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, tərəflər arasında xx.xx.2024-cü il tarixdə Bakı 18 saylı Mediasiya təşkilatında bağlanmış Barışıq sazişinin 3-cü bəndi “Maraqlı şəxs xx.xx.2019-cu il təvəllüdlü X1 üçün barışıq sazişinin bağlandığı xx.xx.2024-cü il tarixdən başlayaraq, uşaq yetkinlik yaşına çatana qədər hər ay sabit pul şəklində 235 (iki yüz otuz beş) manat məbləğində alimentin Ərizəçi məxsus bank kartına ödəməyi öz öhdəsinə götürür.” məzmununda təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 355-25, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə Bakı 18 saylı Mediasiya təşkilatında bağlanmış Barışıq sazişinin 3-cü bəndi aşağıdakı məzmunda təsdiq edilsin: “Maraqlı şəxs xx.xx.2019-cu il təvəllüdlü X1 üçün barışıq sazişinin bağlandığı xx.xx.2024-cü il tarixdən başlayaraq, uşaq yetkinlik yaşına çatana qədər hər ay sabit pul şəklində 235 (iki yüz otuz beş) manat məbləğində alimentin Ərizəçi məxsus bank kartına ödəməyi öz öhdəsinə götürür.” Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar