Məhkəmə qərarları › İş №e-2(004)-5080/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-5080/2025

16.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-5080/2025 16.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə2, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı "mənzildən çıxarılma, mənzilin boşaldılaraq təhvil verilməsi və görülmüş işlərin cavabdehin hesabına sökülməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı "mənzildən çıxarılma, mənzilin boşaldılaraq təhvil verilməsi və görülmüş işlərin cavabdehin hesabına sökülməsi" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 15-ci mərtəbə, ümumi sahəsi 90,4 kv.m, 2 otaqlı 343 nömrəli mənzildən Cavabdeh əşyaları ilə birlikdə çıxarılması, mənzildə görülmüş işlərin cavabdehin hesabına sökülməsi, mənzilin boşaldılması və iddiaçı X2 təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə2 və iddiaçının nümayəndəsi Nümayəndə1 hər biri ayrı-ayrılıqda mülki işlərin bir icraatda birləşdirilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 hər biri ayrı-ayrılıqda mülki işlərin bir icraatda birləşdirilməsinə etiraz etmədiklərini bildirdilər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hər iki tələb bir-biri ilə əlaqəli olduğundan, hər iki işlərin bir icraatda baxılması tərəflər arasında olan mübahisələrin daha tez və obyektiv həllinə xidmət etdiyi üçün hazırkı mülki işlər bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43.2-ci maddəsinə əsasən birbiri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən, bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. İş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-5670/2021 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında inşa edilmiş, hündür mərtəbəli yaşayış binasının 4-cü giriş (blok) 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 90,4 kv metr olan, 2(iki) otaqdan ibarət, 343 saylı mənzilin iddiaçı X1 istifadəsinə verilməsi öhdəliyi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması qət edilmişdir. Maraqlı şəxs Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2025-ci il tarixdə iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-5670/2021 nömrəli qiyabi qətnaməsinin əldə edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmin qətnamə xx.xx.2025-ci il tarixdə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 rəsmi şəkildə təqdim edilmişdir. Maraqlı şəxs Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2025-ci il tarixdə iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-5670/2021 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh maraqlı şəxs qismində mülki iş üzrə icraata cəlb edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-6189/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə maraqlı şəxs Cavabdeh ərizəsi təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-5670/2021 nömrəli qiyabi qətnaməsi ləğv edilmiş və işin məhkəmə baxışı xx.xx.2025-ci il tarixə saat 10:35-ə təyin edilmişdir. Həmin qərardadın məzmunundan müəyyən edilir ki, “İddiaçı X3 cavabdeh "xxxx" MMCyə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan birinci iddia üzrə iddiaçı X1 cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki iş məhkəmənin icraatına daha öncə daxil olduğundan, eyni zamanda hər iki tələb bir-biri ilə əlaqəli olduğundan, hər iki işlərin bir icraatda baxılması tərəflər arasında olan mübahisələrin daha tez və obyektiv həllinə xidmət etdiyi üçün hazırkı mülki işlər bir icraatda birləşdirilməli və mülki işə 2(004)-6189/2025 nömrə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 169.3, 263- 264cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı "mənzildən çıxarılma, mənzilin boşaldılaraq təhvil verilməsi və görülmüş işlərin cavabdehin hesabına sökülməsi" tələbinə dair 2(004)-5080/2025 saylı və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan birinci iddia üzrə iddiaçı X1 cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair 2(004)-6189/2025 saylı mülki işlər bir icraatda birləşdirilsin və mülki işə 2(004)-6189/2025 nömrə verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar