Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-5196/2025 01.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Oruclu Aydan Adəm qızı, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “pul” tələbinə dair iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Vilayət oğlundan ödənilməmiş 29.931 (iyirmi doqquz min doqquz yüz otuz bir) manat məbləğində pulun tutularaq İddiaçı Məlikməmməd oğluna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Məlikməmməd oğlu ilə Cavabdeh2 Vilayət oğlu arasında Çin Xalq Respublikasından xüsusi injeksiya qurğularının gətirilməsi barədə şifahi razılaşma olmuşdur. Razılaşmaya əsasən, dəyəri 40.000 ABŞ dolları olan bu qurğunun 25.000 ABŞ dolları (42500 manat) məbləğində hissəsini İddiaçı ödəməli, digər xərclər – pulun qalan hissəsi, yol xərcləri və vergi rüsumları isə Cavabdeh2 və onun şəriki tərəfindən qarşılanmalı idi. İddiaçı razılaşmaya uyğun olaraq cavabdehin idarə etdiyi "xxxx" MMC-nin hesabına köçürmə yolu ilə 25.000 ABŞ dolları (42500 manat) ödəmişdir. Lakin ilkin alqı-satqı satıcıya olan inamsızlıq səbəbindən baş tutmamış, cavabdeh başqa satıcıdan qurğunu almışdır. Bu zaman əldə edilən 28.000 manat məbləğində ümumi gəlir mənfəətinin yarısının (14.000 manat) İddiaçı ödənilməsi nəzərdə tutulsa da, ödəniş həyata keçirilməmişdir. Bundan əlavə, cavabdeh 42.500 manatlıq ilkin ödənişdən qalan 14.200 manat, müxtəlif vaxtlarda aldığı 550 manat məbləğində pulu da qaytarmamışdır. Bundan əlavə vəkil haqqının məbləği 1000, həmçinin 181 manat isə dövlət rüsumu təşkil edir. Nəticədə, cavabdeh ümumilikdə 29.931 manat məbləğində borclu vəziyyətindədir. Tərəflər arasında yazılı müqavilə olmasa da, elektron qaimələr və bank köçürmələri ilə aparılmış hesablaşmalar mövcuddur. Cavabdeh ona dəfələrlə müraciət edilməsinə baxmayaraq öhdəliklərini icra etməmişdir. Bu səbəbdən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə cinayət işinin başlanması üçün müraciət edilmiş, lakin cinayət tərkibi olmadığı müəyyən edildiyindən, iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 28-ci bəndinə əsasən, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən İddiaçı fərdi sahibkar kimi vergi orqanında uçota alınmışdır (VÖEN **********). “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən Cavabdeh2 fərdi sahibkar kimi vergi orqanında uçota alınmışdır (VÖEN **********). “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti kommersiya hüquqi şəxsdir (VÖEN **********). Beləliklə, məhkəmə tərəflərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı məhkəmə aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah olunsun. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 181 (bir yüz səksən bir) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-5196/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-5196/2025
01.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver