Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-52/2025 22.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X30 Vidadi qızının sədrliyi, Vəliyeva Heyvagül Valeh qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “daşınmaz əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “daşınmaz əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh Əmin qızının ünvan 1 ünvanında yerləşən mənzilinə aid sahəsi 33 kv.m olan binanın çöl fasadından baxdıqda 1 eyvanı və eyvanın qapı və pəncərəsi olan otaqdan çıxarılması, həmin otağın cavabdeh tərəfindən zəbt edilməsinə son qoyulması, otağın divar hörgüsünün Cavabdeh Əmin qızının vəsaiti hesabına sökülərək əvvəlki sərhədlər çərçivəsinə qaytarılması və bununla əlaqədar iddiaçıya dəymiş maddi və mənəvi zərərin Cavabdeh Əmin qızından tutularaq İddiaçı ödənilməsinə dair qanunsuz sahibliyindən alınıb iddiaçıya qaytarılması, birgə cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında olan mənzilin 1/3 hissəsi üzərində onun - İddiaçı, 2/3 hissəsi üzərində isə digər vərəsə X11 mülkiyyət hüquqları vardır. Bildirmişdir ki, sözügedən mənzilin ümumi sahəsi 119 kv.m olduğu halda qeydiyyat vəsiqəsində 71 kv.m, yerində faktiki ölçülərlə isə 84 kv.m təşkil edir. O, həmin mənzildə böyümüş, bu mənzilin miras qaldığı atası mərhum X25 ölüm ayağında olarkən onun yaşadığı eyvanı olan otagda şəxsən yanında olmuş, atasının vəfatından sonra mənzildə verilən cümə axşamı mərasimində həmin otaqda oturmuşdur. Lakin, Yasamal Rayon Məhkəməsinin icraatında gedən digər mülki işlə əlaqədar təyin edilmiş məhkəmə mühəndislik ekspertizası zamanı çox böyük çətinliklə mənzilə daxil olduqdan sonra o, gördüklərindən dəhşətə gəlmişdir ki, yuxarıda qeyd etdiyi həmin otağı evdə tapa bilməmişdir. Qeyd etmişdir ki, 1 eyvanı, 1 eyvan qapısı, 1 pəncərəsi olan və arxitekturni binanın çöl fasadında açıq aydın nəzərə çarpan o əsas qonaq otağını o, evdə tapa bilməmişdir. Uzun araşdırmadan sonra Əliyev Nailə ona bildirmişdir ki, həmin otaq qonşu - 31 saylı mənzilin mülkiyyətçisi olan Cavabdeh Əmin qızına aiddir. Məlum olmuşdur ki, Əliyeva Nailə - yəni onun mənzilinin digər mülkiyyətçisi, 31 saylı qonşu mənzilin mülkiyyətçisi olan Zamanova ilə birlikdə həmin otağı hörüb onun qonşu Zamanovanın istifadəsinə, daha dəqiq zəbtinə vermişdir. Onunla mənzilin digər mülkiyyətçisi olan X11 aralarında baş verən və 6 ildən çox davam edən məhkəmə prosesini, Əliyeva Nailə onun vərəsə olduğunu bildiyi halda onun varlığını notariusda gizlətməsi halları və ümumi yanaşmanı təhlil edərək bu qənaətə gəlmişdir ki, Əliyeva Nailənin bu hərəkəti etməkdə məqsədi ondan ibarətdir ki, atalarından miras qalan bu əmlakın 33 kv.m sahəsi olan otağını yoxa çıxartmaqla evin sahəsindən ona düşən payı süni şəkildə azaltsın və sonradan o, öz payını az kv.m naturada qiyməti hesablanmaqla alıb uzaqlaşdıqdan sonra həmin görgünü qaldırsın və mənzili daha baha qiymətə satsın. Bu hal istər qonşu istərsə də Əliyeva Nailə tərəfindən vicdansızcasına mənimsənilməsindən başqa bir şey deyildir. Bu niyyətinə çatmağından ötrü də Əliyeva Nailə qonşu Cavabdeh Əmin qızının iş birliyindən və köməkliyindən istifadə etmişdir. Hesab edir ki, bu halla əlaqədar adları qeyd edilən bu 2 şəxsin əməlinə hüquqi qiymət verilməli və əməldə cinayət tərkibinin əlamətləri aşkara çıxarıldığı təqdirdə bu işdə “əməyi” keçən bütün şəxslər barəsində xüsusi qərardad qəbul edilməlidir. Beləliklə, hazırki iddia ərizəsinə müvafiq sübutları əlavə etmişdir: 1. xx.xx.2022-ci il tarixində Yasamal rayon icra məmurunun iştirakı ilə tərtib edilən Aktda da X22 qeyd etmiş və altından da doğruluğunu imzası ilə təsdiq edərək bəyan etmişdir ki, “sözügedən balkonun bizə aididyyatı yoxdur, o balkon qonşuya məxsusdur”. 2. 31 saylı mənzilin texniki pasportunu təqdim edir. Sözügedən texniki pasport vaxtilə sözügedən ünvanın mülkiyyətçisi olmuş yəni Zamanovlardan öncə X7 məxsus olmuşdur. Bu texniki pasporta nəzər salsalar aydın görünəcək ki, mənzilin quruluşu hansı vəziyyətdədir və 29 saylı mənzildən hər hansı otağın 31 saylı mənzilə qatılması həmin texniki pasportda öz əksini tapmamışdır. 3. AR DƏDRXdən vəkil sorğusuna verilmiş cavab məktubunun 2-ci səhifəsinin 2-ci abzasına nəzər salsalar məlum olacaqdır ki, 31 saylı mənzilin hazırki mülkiyyətçisi Cavabdeh Əmin qızıdır. Belə ki, xx.xx.2003-cü il tarixində Zamanova ilə Quliyev arasında sözügedən 31 saylı mənzilin 41 saylı notariat kontorunda alqı-satqı müqaviləsi əsasında sonuncunun mülkiyyətinə verilmişdir. 4. e- 2(004)-3812/2023 saylı mülki iş üzrə məhkəmənin xx.xx.2023-cü il tarixli e-2(004)-3812/2023 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Həmin ekspert qərarına əsasən mənzilin sahəsi 84.5 kv.m ölçülmüşdür. Lakin, mənzilin fasadından bu mənzilə aid olması açıq gözlə görünən eyvanın kimə məxsusluğu və ümumiyyətlə bu otağa suallara ekspert cavab verməmişdir ki, məhkəmə ekspertiza qarşısında bu sualı qoymayıb. Beləliklə, hazırda məsələ ondan ibarətdir ki, ünvan 3 ünvanda yerləşən qonşu M.Fətəli küç, B.3, m. 31 saylı mənzilin mülkiyyətçisi tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Zəbt edilmə süni şəkildə 28 saylı mənzillə aralarında divar hörgüsü hörməklə həyata keçirilmişdir. Hazırda iddiaçının tələbi odur ki, onun mənzilinin sahəsi süni şəkildə cavabdeh tərəfindən zəbt edildiyindən həmin otağı zəbtdən azad etməkdir. Əgər hörmətli cavabdeh 28 saylı mənzilin həmin bu 33 kv.m sahəni təşkil edən otağının onun tərəfindən əldə edilməsinin qanuni əsaslarını sübut edə bilərsə, buyursun müvafiq sənədlərini təqdim etsin, əgər təqdim edə bilməzsə o zaman hazırki iddianın təmin olunmasını məhkəmədən xahiş etmək zərurəti yaranır. İşə baxılan zaman İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə 05 aprel 2024cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əmin qızının İddiaçı paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilinin tərkib hissəsini təşkil edən, sahəsi 33 kv.m. olan, binanın çöl fasadından baxdıqda 1 eyvanı və eyvanın qapı və pəncərəsi olan otaqdan çıxarılması, həmin otağın cavabdeh tərəfindən zəbt edilməsinə son qoyulması, otağın divar hörgüsünün Cavabdeh Əmin qızının vəsaiti hesabına sökülərək əvvəlki sərhədlər çərçivəsinə qaytarılması və bununla əlaqədar iddiaçıya dəymiş maddi və mənəvi zərərin Cavabdeh Əmin qızından tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə 08 may 2025-ci il tarixdə AZEMİS elektron informasiya sistemi vasitəsilə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh Əmin qızının İddiaçı paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilinin tərkib hissəsini təşkil etmiş, binanın çöl fasadından baxdıqda 1 eyvanı və eyvanın qapı və pəncərsi olan otaqdan çıxarılması, həmin otağın cavabdeh tərəfindən zəbt edilməsinə son qoyulması və otağın divar hörgüsünün Cavabdeh Əmin qızının vəsaiti hesabına sökülərək əvvəlki sərhədlər çərçivəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 02 aprel 2024-cü il tarixdə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı onun mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən mənzilin 33 kv/m istifadə hüququmun itirilməsinə dair qətnamə çıxarılmasını xahiş edib. Hesab edir ki, iddiaçının iddiası əsassızdır, o təmin edilə bilməz. Bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə iddiaçı X4 göstərdiyi ünvan 4 ünvanında 2003-cü ildən ailə üzvləri ilə birlikdə yaşayır. Bildirmişdir ki, iddiaçı bundan öncə öz ailə üzvlərini ev bölgüsü ilə əlaqədar olaraq Yasamal Rayon Məhkəməsinə vermişdir ki, guya onlara məxsus mənzilin yaşayış sahəsi böyük olduğu halda faktiki mülkiyyətin sahibi Qurbanova Rüxsarənin bacısı X22 onu aldadaraq evin yaşayış sahəsini az göstərmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin mülkiyyətçi X17 (X11 atası) xx.xx.2005-ci il tarixli 30/23558 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir ki, həmin vəsiqədə yaşayış sahəsinin 61.0 kv.m olmağı göstərilmişdir. Bundan sonra Yasamal Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/2-10/6807-9/6878 saylı ekspert rəyinə əsasən göstərilən mənzilin faktiki sahəsi 84.5 kv/m-dir. Yəni iddiaçının iddia etməsinə görə guya iddaçının ailə üzvlərindən biri onlara əlavə olaraq hansısa otağı eyvanı ilə birlikdə satmışdır. Hesab edir ki, bu tamamilə absurdur faktiki, əldə olan sənədlərdən də bu açıq aydın görünür. Göstərilənlərə əsasən məhkəməyə onun iştirakı olmadan baxılmasını, iddiaçı X4 iddiasının əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, hakim sorğusuna DƏDRX tərəfindən verilmiş cavab: həmin sənəd toplusunun 23 və 24-cü səhifələrində hazırda mübahisə predmetini təşkil edən mənzilin 3 otaq deyil 4 otaq olmasını sübut edən 1992-ci il tarixli müqavilə vardır. Həmin müqavilənin elə predmetində qeyd edilmişdir ki, X12 verilən Mirzə Fətəli 3 küçəsi mənzil 28 ünvanındakı mənzil 4 otaqlı olmuşdur. Hesab edir ki, bu əsas sübutdur. Çünki, bütün məhkəmə prosesi boyunca ondan tələb olunan o idi ki, həmin mənzilin həqiqətən 4 otaqlı olduğunu sübut etsin və məhz bu sənədin sayəsində onun qeyd etdiyi hallar öz təsdiqini və sübutunu tapmış olur. Burdan isə bu nəticəyə gəlir ki, onunla onun doğma bacı və qardaşı olan X3 Eldar Elmar oğlu ilə olan məhkəmə çəkişmələri tarixçəsinə baxdıqda bütün həqiqətən və iddiaçının qeyd etdiyi otağın gizlədilməsi motivi öz təsdiqini tapır. Məntiq sadədir. Sözügedən mənzil iddiaçıya və onun bacısına miras əmlakı olaraq qalıb və məhkəmədə - hazırda icraatı dayanmış - həmin əmlakın qiymətləndirilməsi və hərracda satılması məsələsi vardır ki, Nailə Əliyeva naturada mənzilin hissəsinin bir otağını qonşu - hazırki Cavabdeh aid olan hissədə divardan hörmüşdür ki, mənzilə ölçüyə gələn mühəndislər evi 4 deyil, 3 otaq kimi görsünlər. Nailə Əliyevanın beynindəki mənfur plana görə evin naturada sahəsi az olarsa, həmin sahənin 1/3 hissəsindən İddiaçı düşən pul da az olacaqdı. Lakin, haqq ədalət geciksə də öz yerini həmişə tapır və illərdir həmin otağın mübahisəsinin artıq məhz bu sübutla üstü açılmış olur. Yəni bu sənəd toplusu məhkəmə sorğusu əsasında arxivdən qaldırılmışdır və onun içərisində sözügedən hər iki mənzilin bütün tarixçəsi əks olunur. Bu birbaşa sübutdur. Həmin sənəd toplusunun 41-ci səhifəsinə nəzər saldıqda aşkar edilir ki, hələ 21 aprel 2003-cü il tarixində Tarix və Mədəniyyət abilərinin texniki vəziyyəti haqqında 233 saylı Akt bağlanan zamanı həmin Aktın 3-cü bəndində İnteryer elementləri yarim bölməsində Ağalarovun mənzilinin təcrid olunmuş 3 otaq olması qeyd edilmişdir. Bu da onun bariz sübutudur ki, hələ 2003-cü ildə Ağalarovun mənzilinin otaq sayı 3 idi. Digər bir sübut 43 saylı MKİS-dən vəkil sorğusuna verilən cavabdır ki, burada da öz təsdiqini tapır ki, Cavabdeh öz orjinal 3 otağının sahəsinə görə kommunal ödənişini ödəməsi ilə yanaşı əlavə olaraq da kiçik bir sahəyə görə ödəniş ödəməsi ortaya çıxır. Bu isə o deməkdir ki, iddiaçının həmin zəbt edilməsi iddia edilən otağın Zamanovanın mənzilinə qatılması faktı bir daha öz təsdiqini tapdı. Çünki, iş materiallarında Zamanovanın mənzilinin texniki pasportu mövcuddur, ondan öncəki mülkiyyətçi olan Ağalarovun da mülkiyyəti dövründə mənzilin parametrləri dəyişdirilməmiş olduğu kimi Ağalarovlardan Zamanovlara satılmışdır. Bu isə o deməkdir ki, əgər Zamanovlar mənzili alarkən orda həmin otaq olmuş olsaydı Zamanovların mənzilin yeni texniki pasportu tərtib edilən zaman həmin otaq da mənzilin texniki pasportuna daxil edilmiş olardı. Növbəti sübutu X11 Yasamal rayon icra şöbəsinin məmuruna vermiş olduğu izahatda gizlidir. Belə ki, həmin izahatın məzmununda icra məmurunun Əliyevaya vermiş olduğu sualların cavabında Nailə həmin otağın varlığını istəmədən etiraf etmiş olur, bu azmış kimi hətta həmin otağın qonşuda olması faktını da etiraf edir. Məhkəmənin yerli baxış protokolunda da qeyd bilavasitə qeyd edilir ki, həqiqətən də cavabdehin mənzilinə baxış keçirən məhkəmə cavabdehin mənzilində əlavə otaq və hörgü yerini gördüyünü təsdiqləyir. xx.xx.2023-cü il tarixli 3-16-16-/2-10 /6807-9/6878 saylı ekspert rəyinin çertyoju vardır, digər iş üzrə orada otaq yerinin boş olduğu görsənir. Bu boşluq da həmin otağın qonşu tərəfindən zəbt edilməsinin bariz sübutudur. Çünki, həmin bu çertyoju binanın ümumi planı ilə üst-üstə qoyduqda bu otağın “Aliyev”lərə - yəni iddiaçının anası olan Əliyeva Solmaz və atası olan Əliyev Elmara məxsus olması açıq aydın görsənir. İş materiallarında o otaqda çəkilmiş şəkillər vardır. Atasının nəşi həmin otaqdan çıxmışdır. Bütün uşaqlığı həmin otaqda keçmişdir. Həmin evdə böyümüşdür. Otağın həmin evdə olmamasının qeyd edilməsi absurddur. Göstərilənlərə əsasən məhkəmədən Cavabdeh Əmin qızının İddiaçı paylı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən mənzilinin tərkib hissəsini təşkil etmiş, binanın çöl fasadından baxdıqda 1 eyvanı və eyvanın qapı və pəncərsi olan otaqdan çıxarılması, həmin otağın cavabdeh tərəfindən zəbt edilməsinə son qoyulması və otağın divar hörgüsünün Cavabdeh Əmin qızının vəsaiti hesabına sökülərək əvvəlki sərhədlər çərçivəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və üzrlü hesab edilməsi barədə məhkəməyə heç bir məlumat verməmiş, cavabdeh məhkəməyə təqdim etdiyi etirazında məhkəmə iclaslarının onun iştirakı olmadan baxılmasını, iddiaçı X4 iddiasının əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqların Qeydiyyat İdarəsinin ÖM seriyalı, 253716 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, M.Fətəli küçəsi, ev 3, 28 saylı mənzil X14 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 667 saylı reyestr kitabında 30/23558 nömrə ilə, xx.xx.2005-ci ildə qeydiyyat aparılmışdır. - Xalq Deputatları sovetinin Oktyabr rayon İcra Komitəsinin xx.xx.1989-cu il tarixli, 27/11 nömrəli qərarı ilə icarəçi E.Ə.Əliyevin 61.0 kv.m sahəsi olan 3 otaqdan ibarət olan M.Fətəli küçəsi, ev 3, mənzil 28 yaşayış sahəsinin bölgüsü 15.6 kv.m sahəsi olan təcrid olunmuş otağı iki nəfər ailə tərkibi olan onun qızı R.E.Əliyevaya, 45.4 kv.m sahəsi olan 2 həmmərz otağı üç ailə tərkibi olan icarəçi E.Ə.Əliyevə verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6878 saylı, 13 dekabr 2023-cü il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsindəki 3 nömrəli yaşayış evinin 28 saylı mənzilin ümumi faktiki sahəsi 84,5 kv.m. təşkil etdiyi müəyyən edilir. Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsindəki 3 nömrəli yaşayış evinin 28 saylı mənzilin ümumi sahəsinin 84,5 kv.m. olduğunu nəzərə alaraq, tədqiq olunan mənzilin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 185900.0 (2200 x 84,5 kv.m.) manat məbləğində müəyyən edilir. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 187 saylı, xx.xx.2003-cü il tarixli texniki pasportuna əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi, 3 saylı evin 31 saylı mənzili 3 yaşayış otağından ibarət olmuşdur. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5934/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, ünvan 6 ünvanında yerləşən mənzildə faktiki ölçülərə uyğun olan mülkiyyət hüquqlarına dair dövlət reyestrindən çıxarışın və müvafiq texniki pasportun verilməsi məqsədilə ölçü işlərinin aparılmasına maneələrin yaradılmasının cavabdeh X15 qadağan edilməsi qət edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı ünvan 7 ünvanladığı xx.xx.2022-ci il tarixli məktubuna əsasən ünvan 8 ünvanı xx.xx.1991 -ci il tarixdə X10 adına xx.xx.1992-ci il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri 41 saylı DNK-nın 4ə-473 reyestr nömrəli 08.11,2005-ci il tarixli 4ə-775 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X14 mülkiyyətinə keçmişdir. Bakı şəhəri 31 saylı NK-nın 2V-15 reyestr nömrəli xx.xx.2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən həmin əmlak X11 mülkiyyətinə keçmişdir. Bakı şəhəri 5 saylı NK-nın 4ə-152 reyestr nömrəli xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzil X2 adına qeydiyyata alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-14462/2019 saylı məhkəmə qərarı ilə X22 və X2 hüquqları ləğv edilmişdir. Arxiv qovluğunda saxlanılan sənəd toplusu içərisində qeyd olunan mənzilin 29 və 30 saylı mənzillər ilə bağlılığına dair hər hansı məlumat aşkar edilməmişdir. Həmçinin bildirmişdir ki, ünvan 9 ünvanı X13 ilə Cavabdeh Əmin qızı arasında imzalanmış Bakı şəhəri 41 saylı DNK-nın 4ə-285 reyestr nömrəli xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsi əsasında sonuncunun mülkiyyətinə verilmişdir. Qeyd edilmişdir ki, X6 adına ünvan 10 ünvanının, habelə Visotskiy Leonidin adına ünvan 11nın qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Sözügedən ünvanlarda digər fiziki şəxslərin adlarına qeydiyyata alınmış mənzillər mövcuddur. - İcra məmuru, tələbkar və borclunun iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda qeyd olunmuşdur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5934/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq ünvan 12 ünvanında olmuş və tərəflərindən müəyyən edilmişdir ki, mənzil 3 otaqdan ibarətdir. Tələbkar İddiaçı bildirmişdir ki, divar oyuğu içərisində saat yerləşdirilmiş (arxaya bənzər) yerdə vaxtilə otaq olmuş və həmin otaqdan balkona çıxış olmuşdur. Borclu N.Əliyeva isə öz növbəsində bildirmişdir ki, mənzil həmişə 3 otaqlı olmuşdur. Borclu N.Əliyevaya qonşu mənzilin texniki pasportunun surəti təqdim olunaraq, qonşu mənzilin 4 otaqdan ibarət olması göstərilmiş və qonşu mənzildə eyvan (balkon) olduğu onun diqqətinə çatdırılmışdır. N.Əliyeva bildirmişdir ki, mənzil həmişə 3 otaqlı olmuşdur. Həmçinin N.Əliyevanın diqqətinə çatdırılmışdır ki, mənzilin yerləşdiyi binada 2 balkon mövcuddur. N.Əliyeva bildirmişdir ki, balkonun onların mənzilinə aidiyyatı yox, qonşuya aiddir. Qonşu mənzilin nömrəsi 31 idi və həmin mənzildə akt tərtib edilərkən kimsə yox idi. - X11 Yasamal Rayon Məhkəməsinin 2(004)-5934/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri Yasamal rayon icra şöbəsinə verdiyi 15 aprel 2022-ci il tarixli izahatına əsasən qarşı tərəfin iddia etdiyi və guya ki, onun tərəfindən gizlədilən otağa onun mənzilindən giriş yoxdur. Həmin divar hörgülüdür və qonşunun mənzilinə aiddir. O, tam əminliklə qeyd etmişdir ki, sözügedən mənzildə otaq gizlətmir. Faktiki mənzil həmişə 3 otaqdan ibarət olub və bunu sübut edən sənədlər də var. - Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən 09 dekabr 2021-ci il tarixli müayinə (baxış) aktında qeyd olunmuşdur ki, ünvan 13 ünvanında yerləşən mənzilə baxış keçirilmiş, mənzilin faktiki vəziyyəti 2018-ci il tarixdə tərtib olunan arxiv sxeminə uyğundur və binanın ilkin vəziyyətində nəzərdə tutulub. Ümumi istifadə dəhlizinin bir hissəsi mənzilə qatılmışdır və plan sxemdə 1, 2 saylı yerləşkədən ibarətdir. Sxemdə 6 və 7 saylı yerləşgələr ərizəçinin istifadəsində göstərilsə də, faktiki olaraq qapılar bağlanmışdır və texniki baxış keçirilməsi mümkün deyil. (otaq gizlədilə bilər). Yüklülük arayışında yaşayış sahəsi 61.0 kv.m, ümumi sahəsi 71.0 kv.m göstərilən mənzilin yaşayış və köməkçi sahələr olduğunu təyin etmək mümkün olmamışdır. Sxemdə yaşayış otaqlarının sahəsi 63.5 kv.m, ümumi sahəsi isı 119.3 kv.m göstərilib. 119.3 kv.m sahə ümumi istifadə dəhlizi ilə birlikdədir. Ərizəçi mənzilə daxil ola bilmir. Mübahisə predmeti var. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu, X29 küçəsi, ev 3, mənzil 28 xüsusi mülkiyyət hüququ ilə ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixdə 1/3 hissəsi İddiaçı, 2/3 hissəsi isə ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixdə X11 mülkiyyətində qeydiyyata alınmışdır. - xx.xx.2020-ci il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə vəfat etmiş-X14 vərəsəsidir və miras əmlak olan ünvan 14 ünvanında yerləşən ümumi sahəsi 71 kv/m, yaşayış sahəsi 61 kv/m olan 28 saylı mənzildən 1/3 hissədə pay almalıdır. - Bakı Apelyasiya Məhkəməsinin 2(103)-14462/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, İddiaçı cavabdehlər X22, X26, X8, Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoru və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və s.” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmış və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5432/2018 saylı iş üzrə 11 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş. Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi 3 nömrəli evin 28 nömrəli mənzilinə dair Bakı şəhəri 31 saylı notariat kontoru tərəfindən X15 verilmiş xx.xx.2018-ci il tarixli, reyestrdə 2v-15 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X11 adına verilmiş xx.xx.2018-ci il tarixli çıxarış, X22 ilə X8 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, reyestrdə 4Ə-152 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsi, habelə həmin mənzil barəsində daşınmaz əmlakın dövlət reyestrində X11 və X2 adına aparılmış qeydiyyatlar etibarsız hesab edilmiş, reyestr qeydi əvvəlki vəziyyətinə qaytarılmış, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi 3 nömrəli evin 28 nömrəli mənzili üzərində 1/3 (üçdə bir) payına dair vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsi Bakı şəhəri 31 saylı notariat kontorunun üzərinə qoyulmuşdur. - Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3673/2020 saylı, xx.xx.2020-ci il tarixli Qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 dekabr 2019-cu il tarixli qətnaməsindən cavabdehlər X22 və X8 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 18 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX, ******* saylı çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu, X29 küçəsi, ev 3, mənzil 28 ünvanında yerləşən mənzil sahəsi tam xüsusi mülkiyyət hüququ ilə X11 adına xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - 2V-15 nömrəli, xx.xx.2018-ci il tarixli Qanun üzrə Vərəsəlik haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2018-ci il tarixdə ölmüş X14 vərəsəsi X22 – ünvan 1 və o, miras əmlakdan 2/2 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 16 ünvanında yerləşən ümumi sahəsi 71 kv.m. olan daşınmaz əmlak (torpaq sahələrindən başqa) ibarətdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu, X29 küçəsi, ev 3, mənzil 28 ünvanında yerləşən mənzil sahəsi tam xüsusi mülkiyyət hüququ ilə X11 adına 2/3 hissə ilə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - X5 qızı ilə X27 arasında bağlanmış 08 noyabr 2005-ci il tarixli bağışlama müqaviləsinə əsasən X5 qızı ona məxsus ümumi sahəsi 71,0 kv.m., yaşayış sahəsi 61,0 kv.m. olan Bakı şəhəri, M.Fətəli küçəsi, ev 3-də yerləşən 28 saylı mənzilini əri X18 bağışlamışdır. - X9 (Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi) ilə X19 arasında bağlanmış 17 iyun 1993-cü il tarixli müqaviləyə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 1992-ci il tarixli fərmanına əsasən Bakı şəhəri, M.Fətəli küçəsi, ev 3, 28 saylı mənzildə yerləşən dörd otaqlı yaşayış sahəsini 61,0 kv.m., ümumi sahəsi 71,0 kv.m. olan mənzili X10 şəxsi mülkiyyətinə vermişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/10172/2024 saylı, 19 mart 2025-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatına əsasən ekspertizanın aparılmasından imtina edilərək, iş üzrə materiallar icrasız geri qaytarılmışdır. - 06 dekabr 2024-cü il tarixli, 02/56 nömrəli AR Bakı şəhər Yasamal Rayonu İcra Hakimiyyəti Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 43 saylı Mənzil-Kommunal İstismar Sahəsinin məktubuna əsasən ünvan 17 ünvanı ünvan 18 mənzil 28 ünvanının sakini və mülkyyətçisi X15 məxsus olmuş mənzilin 2022-ci ildə 71,0 m2 olan ümumi sahəsinə 0,02 qəpikdən istismar yığımı hesablanmışdir. Müvafiq olaraq illik məbləğ 17,04 manat ödəniş olmuşdur. Mirzə Fətəli küçəsi ev 3 mənzil 31 ünvanının sakini və kirayəçisi Cavabdeh Kərim qızının 91,1 m2 olan mənzilinin ümumi sahəsinə 0,02 qəpikdən istismar yığımı hesablanmışdir. Müvafiq olaraq illik məbləğ 21 manat 0,84 qəpik ödəniş olmuşdur. Mənzil nömrəsi olmayan Zamanovaya məxsus 16.6 kv.m. olan ümumi sahəsinə 0,02 qəpikdən istismar yığımı hesablanmışdir. Müvafiq olaraq illik məbləğ 3 manat 0,96 qəpik ödəniş olmuşdur. - "xxxx" MMC tərəfindən Yasamal rayon məhkəməsinin 2(004)-5432/2018 saylı 29 avqust 2018-ci il tarixli qərardadı əsasında “22” noyabr 2018-ci il tarixdə Qiymətləndirmə işi aparılmış və ünvan 19 ünvanında yerləşən 28 saylı mənzilin orta bazar qiymətinin 126.500 (bir yüz iyirmi altı min beş yüz) manat olmasına dair mütəxəssis rəyi tərtib edilmişdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1215/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeha qarşı “əmlak” tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin mütəxəssisləri cəlb olunmaqla, məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, məhkəmə tikinti-texniki ekspertizasının aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. - Tətqiqat obyektinə baxışın nəticələrinə dair tərtib olunmuş xx.xx.2025-ci il tarixli akta əsasən ilkin olaraq Bakı şəhəri, Yasamal rayonu, Mirzə Fətəli küçəsi ev 3, 28 saylı mənzilin qapısını açar vasitəsilə açmaq mümkün olmadığından baxış keçirilməsi mümkün olmamışdır. Tədqiq olunan 31 saylı mənzilin qapısı bağlı olduğundan, eyni zamanda cavabdeh baxışda iştirak etmədiyindən baxış keçirilməsi mümkün olmamışdır. Qeyd olunur ki, iddiaçının bildiridiyinə görə 28 saylı mənzildə hal-hazırda X22 yaşayır və onun tərəfindən baxış keçirilməsinə maneəçilik yaradılır. - Məhkəmə yerli baxış iclasının 14 may 2024-cü il tarixli protokoluna əsasən yerində müayinə prosessual hərəkəti zamanı müəyyən olunmuşdur ki, cavabdehə məxsus 31 saylı mənzildə qonaq otağı ilə ortaq divarı olan bir otaq mövcuddur. Həmin otağa giriş-çıxış etmək mümkün deyildir. Cavabdeh sözlərinə görə mənzili alan zaman həmin otaq mənzilinin tərkib hissəsi olaraq onlara satılmışdır. Həmin otaq və hazırki qonaq otağı arasında açıq keçid olmuşdur və onlar həmin keçidi bağlamışlar və divarı hörmüşlər. Ev sahibləri gələcəkdə ehtiyac olarsa bu otağı övladlarına verəcəklərini və bu məqsədlə otaqdan binanın dəhlizinə çıxmaq üçün qapı qoyacaqlarını düşünmüşlər. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirilmişdir ki, cavabdehin ailəsi mənzili Ağalar Quliyev adlı şəxsdən almışdır. Balkon da həmin otağın qabağındadır və otaqla birlikdə divarın digər tərəfində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir.” Mülki Məcəllənin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Mülki Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 14 ünvanında yerləşən 28 saylı mənzilə İddiaçı 1/3 hissədə pay hüququ tanınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5934/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, ünvan 6 ünvanında yerləşən mənzildə faktiki ölçülərə uyğun olan mülkiyyət hüquqlarına dair dövlət reyestrindən çıxarışın və müvafiq texniki pasportun verilməsi məqsədilə ölçü işlərinin aparılmasına maneələrin yaradılmasının cavabdeh X15 qadağan edilməsi qət edilmişdir. Mübahisəli mənzilə dair faktiki ölçülərə uyğun olan mülkiyyət hüquqlarının dövlət reyestrindən çıxarışın və müvafiq texniki pasportun tərtib edilərək verilməsi məqsədilə ölçü işlərinin aparılması Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən 09 dekabr 2021-ci il tarixli müayinə (baxış) aktından da göründüyü kimi mümkün olmamışdır. Hal-hazırda iddiaçı Cavabdeh Əmin qızının İddiaçı paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilinin tərkib hissəsini təşkil etmiş, binanın çöl fasadından baxdıqda 1 eyvanı və eyvanın qapı və pəncərsi olan otaqdan çıxarılması, həmin otağın cavabdeh tərəfindən zəbt edilməsinə son qoyulması və otağın divar hörgüsünün Cavabdeh Əmin qızının vəsaiti hesabına sökülərək əvvəlki sərhədlər çərçivəsinə qaytarılmasını tələb edir, cavabdeh isə iddia tələbinə etiraz edir. Məhkəmə ilk növbədə qeyd edir ki, ünvan 1 ünvanında yerləşən mənzilinin 4 otaqlı olması iş materialları ilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan X9 (Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi) ilə X19 arasında bağlanmış 17 iyun 1993-cü il tarixli müqaviləsinə əsasən Bakı şəhəri, M.Fətəli küçəsi, ev 3, 28 saylı mənzildə yerləşən dörd otaqlı mənzilin X10 şəxsi mülkiyyətinə vermişdir. Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən 09 dekabr 2021-ci il tarixli müayinə (baxış) aktında da sözügedən mənzilin sxemində 6 və 7 saylı yerləşgələrin ərizəçinin istifadəsində göstərildiyi qeyd edilsə də, faktiki olaraq qapıların bağlandığı və texniki baxış keçirilməsinin mümkün olmadığı, otaq gizlədilə biləcəyi qeyd edilmişdir. Ən əsası isə məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən cavabdehə məxsus 28 saylı mənzilə yerli baxış keçirilmiş, baxış zamanı 31 saylı mənzilin qonaq otağına bitişik, lakin qonaq otağından divarla ayrılmış, giriş qapısı olmayan, daxildən isə eyvana çıxışı görünən otağın olduğu müəyyən edilmişdir. Həmin otağın istifadəsiz, giriş qapısız olduğu göründü. Cavabdeh mənzili bu formada aldığını, əvvəl tağla qonaq otağına birləşdiyini, daha sonra tağlı keçidi hördüklərini bildirmişlər. Göründüyü kimi, işdə olan sübutlarla, eləcə də məhkəmənin yerində müayinə prosessual hərəkəti ilə də müəyyən olundu ki, mərtəbədə iki mənzil mövcuddur. Hal-hazırda 31 saylı mənzilin tərkibinə qatılmış giriş qapısı olmayan, istifadəsiz otaq mövcuddur. Arxiv sənədlərlə də iddiaçının 28 saylı mənzilinin faktiki 4 otaqlı olması müəyyən edildi. 31 saylı mənzilin isə iş materiallarında olan sənədlərlə 3 otaqlı mənzil olması müəyyən olunur. Eyni zamanda binanın fasadına vizual baxış zamanı mənzillərin eyvanlı olması görünsə də, hal-hazırda həmin eyvanlı otaqlar 31 saylı mənzilin daxilindədir, 28 saylı mənzildə isə eyvanlı otaq yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbi haqlıdır. Paylı mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan 28 saylı mənzilin onun məlumatı və razılığı olmadan hal-hazırda 31 saylı mənzilə qatılmış mənzillərin sərhəddində yerləşən eyvanlı bir otaq iddiaçının mülkiyyətinə qaytarılmalı, mənzilin əvvəlki vəziyyəti bərpa edilməlidir. Eyni zamanda bununla bağlı məhkəmə bildirir ki, hazırki iş üzrə təyin edilmiş ekspertiza tədqiqatı cavabdeh tərəfin mənzilə baxış üçün şərait yaradılmaması səbəbindən keçirilməmişdir. Belə ki, tərəflərə müvafiq bildiriş göndərilməsinə, eləcə də məhkəmə iclas katibi vasitəsilə bilavasitə tərəflərə məxsus mobil telefonlarla əlaqə saxlanılmaqla obyektə baxış keçirilməsi üçün məlumat verilsə də, 2024-cü ilin may ayında təyin edilmiş ekpretiza qərardadının icrası cavabdehin iştirakı olmaması və baxışa şərait yaratmaması səbəbindən Ekpertiza Mərkəzinin 29 noyabr 2024cü il tarixli və 19 mart 2025-ci il tarixli imtina məktubları ilə geri qaytarılmışdır. Halbuki hazırki iddia tələbi üzrə ekspert tədqiqi labüd olmuşdur. Belə ki, mənzildə sözügedən eyvanlı otağın olubolmaması, hansı mənzilə aid olması əsas mübahisə predmeti idi. Məhkəmə onu da nəzərə alır ki, hazırki mülki iş üzrə ekspertizanın keçirilməsi zəruridir. Belə olan halda, yəni şəxs ekspertizaya zəruri tədqiqat obyektinə baxış keçirilməsinə ekspertə şərait yaratmadıqda məhkəmə Mülki Prosessual Məcəllənin qeyd edilən 97.5-ci maddəsini rəhbər tutaraq həmin şəxsin prosessual mövqeyini, ekspert rəyi ilə müəyyən edilə biləcək halın onun üçün əhəmiyyətini və bunun onun mövqeyinə təsirini, ekspertizaya getməməsinin səbəblərini və başqa əhəmiyyətli məqamları nəzərə almaqla ekspert rəyi ilə müəyyən edilməli olan faktın talehini həll etməlidir. Mülki prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Göründüyü kimi, Cavabdeh Əmin qızı hazırki mülki iş üzrə cavabdeh qismində çıxış edir, məhkəmə tikinti-texniki ekspertizası təyin olumuşdur. Cavabdeh məhkəmə-tikinti-texniki ekspertizasının keçirilməsinə şərait yaratmamışdır. Bu səbəbdən məhkəmə onun bu hərəkətlərini hazırki mülki işin suni yolla uzadılması və ədalətli araşdırılmasına maneə kimi qiymətləndirir və eyni zamanda iddianın etiraf edilməsinə bərabər tutur. Beləliklə məhkəmə qeyd edir ki, iddia təmin edilməli, ünvan 14 ünvanında yerləşən 28 saylı mənzilin tərkib hissəsini təşkil etmiş, hal-hazırda ünvan 14 ünvanında yerləşən 31 saylı mənzilə qonşu divarla birləşdirilmiş, 1 eyvanı, eyvanın qapı və pəncərəsi olan otaqdan Cavabdeh çıxarılmalı, həmin otağın divar hörgüsü Cavabdeh hesabına sökülərək əvvəlki vəziyyətinə qaytarılmalıdır. AR MPM-in 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Həmin Məcələlnin 223.2-ci maddəsinə əsasən cavabdeh müəyyən edilmiş vaxt ərzində qətnaməni icra etməsə, məhkəmə zəruri hesab etdikdə iddiaçının cavabdehdən zəruri xərcləri almaqla, həmin hərəkətləri cavabdehin hesabına etməyə haqlı olmasını qətnamədə göstərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 14 ünvanında yerləşən 28 saylı mənzilin tərkib hissəsini təşkil etmiş, hal-hazırda ünvan 14 ünvanında yerləşən 31 saylı mənzilə qonşu divarla birləşdirilmiş, 1 eyvanı, eyvanın qapı və pəncərəsi olan otaqdan Cavabdeh çıxarılsın, həmin otağın divar hörgüsü Cavabdeh hesabına sökülərək əvvəlki vəziyyətinə qaytarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-52/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-52/2025
22.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver