Məhkəmə qərarları › İş №e-2(004)-5255/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5255/2022

02.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5255/2022 02.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Ərizəçi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı xüsusi icraat qaydasında verilmiş “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi Maraqlı şəxsnə qarşı xüsusi icraat qaydasında verilmiş “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, XX.XX.1928-ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası X5 1928-ci il tarixdə Rusiya Federasiyasının Mordoviya Respublikasında anadan olmuşdur və ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayırdı. Anası X5 yaşadığı ünvanda səhhəti ağırlaşdı və buna görə də evə ona tibbi yardım göstərilməsi məqsədi ilə X3 Stansiyasının həkim briqadası çağırıldı. Lakin onlar gələnədək artıq anası vəfat etdi. Anasını Dağüstü 1 qəbirstanlığında atasının yanında dəfn etdilər. O, anası barəsində ölüm haqqında tibbi şəhadətnamənin təqdim edilməsi barədə qeydiyyatda olduğu ünvan 2 ünvanının aid olduğu ünvan 3 tərəfindən şifahi şəkildə ona bildirildi ki, anası ünvan 4 ünvanında qeydiyyatda olsa da, ambulator kartası və hər hansı bir xəstəliyi ilə əlaqədar müraciəti olmadığından ölüm haqqında 106 saylı arayışın verilməsi mümkünsüzdür. Sonradan həmin orqan tərəfindən ona yazılı imtina məktubu da təqdim edildi. Həmçinin o, ölümün qeydə alınması barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri, Nəsimi Rayon Qeydiyyat Şöbəsinə müraciət etdi. Həmin təşkilatdan ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməli olduğundan ölümün qeydiyyata alınmasının mümkün olmadığını və ölüm faktının müəyyən olunması ilə əlaqədar məhkəməyə müraciət etməli olduğunu bildirən imtina məktubu verdilər. Anası X2 ölüm faktını və Dağüstü 1 qəbirstanlığında dəfn edilməsi faktını təsdiqləyən şahidlər var. Ölüm faktının müəyyən olunması və qeydə alınması ona anası X2 ölümü ilə əlaqədar olan dəfn üçün müavinatın alınması üçün lazımdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, anası 8 sentyabrda 94 yaşında dünyasını dəyişdi. Xəstəlikləri çox olmuşur. 40 ilə yaxın olardı ki, yeriməsində problemlər var idi. Daha sonra isə ümumiyyətlə tərpənə bilməmişdir. Bundan əlavə ölməmişdən 1 ay yarım əvvəl insult keçirmişdi. H.Cavid küçəsində yaşayırdı. Yaşadığı ünvanda vəfat etmişdi. Anası rəhmətə gedərkən iddiaçı, anasına qulluq edən 2 nəfər və qardaşı yanında olmuşdur. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil yuxarıda qeyd olunan məzmunda izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, o, mərhum X1r. Anası uzun müddət ürək çatışmazlığından əziyyət çəkirdi. Ağ ciyərinin demək olar 40%-i işləmirdi. Böyrəklərində də problem var idi. Uzun müddət idi ki, yataq xəstəsi idi. Son vaxtlar vəziyyəti daha da kəskinləşmişdi. Dəfələrlə həkim çağırılmışdı. Onlar tərəfindən kifayət qədər tədbirlər görülməsinə baxmayaraq, xəstəlik inkişaf edirdi. Anası xx.xx.2022-ci il tarixində, yaşadığı evdə vəfat etdi. Həmin vaxt o, qardaşı, yoldaşı da orada idilər. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirdi ki, o, mərhumun qonşusudur. Onun mərhum ilə heç bir ədavəti olmayıb. Mərhum uzun müddət idi ki, xəstə idi. Dəfələrlə evinə X12 gəlirdi. Mərhum sentyabr ayında rəhmətə gedib. Dəfn mərasimində o da iştirak etmişdir. Mərhum Yasamal qəbirstanlığında basdırılmışdır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Təcili və X4 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, X12 briqadasının tərkibinə xx.xx.2022-ci il tarixdə ünvan 5 ünvanına çağırış edilmiş, həkim briqadası 09:34-də xəstənin yanına çatmışdır. Xəstə 1928-ci il təvəllüdlü X2 meyidi aşkar edilmişdir. İş materiallarında olan AZE seriyalı, 04822919 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 XX.XX.1928-ci il tarixdə Rusiya Federasiyasının Mordoviya Respublikasında anadan olmuşdur. İş materiallarında olan Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05/2-1494/75 nömrəli məktubdan görünür ki, vəfat etmiş vətəndaş X2 ölümünün qeydiyyatı barədə ərizəyə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadərnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölümün qeydə alınması üçün zəruri olan sənədi təqdim etmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. İş materiallarında olan 1 nömrəli Şəhər Poliknikası tərəfindən 18 saylı Vəkil Bürosuna ünvanlanmış xx.xx.2022-ci il tarixli, 254 nömrəli məktubdan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olmuş, lakin xx.xx.2022-ci ildə ünvan 1 ünvanında vəfat etmiş 1928-ci il təvəllüdlü Fomina Anastasiya 1 nömrəli Şəhər Poliklinikasında ambulator kartası və hər hansı xəstəliyi ilə əlaqədar müraciətləri olmadığına görə ölüm haqqında 106 saylı arayışı verilməsi mümkünsüzdür. İş materiallarında olan Bakı şəhəri Yasamal Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1281 saylı arayışdan görünür ki, XX.XX.1928-ci il təvəllüdlü X5 Şərifzadə küçəsində yerləşən Dağüstü 1 qəbistanlığında xx.xx.2022-ci il tarixdə Ərizəçi tərəfindən dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin qərarın 9.1-ci maddəsinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin qərarın 9.3-cü maddəsinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki XX.XX.1928-ci il tarixdə anadan olmuş X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. XX.XX.1928-ci il tarixdə anadan olmuş X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar