Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-536/2024 17.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh3, Cavabdeh7, Cavabdeh1 ASC-nin nümayəndəsi X1, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh8, Cavabdeh3, Cavabdeh7, Cavabdeh4, Cavabdeh1 ASC, Cavabdeh2 ASC, "xxxx" ASC, "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh8, Cavabdeh3, Cavabdeh7, Cavabdeh4, Cavabdeh1 ASC, Cavabdeh2 ASC, "xxxx" ASC, "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh8 25 yanvar 2023-cü il tarixdə saat 02:30 radələrində ünvan 1 ünvanında yerləşən “Mandarin” çay evinin qarşısında saxlanılmış X3 məxsus “Mercedes-Benz” markalı, “G63 AMG” modelli, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön alətlər panelində yerləşən saxlanc yerindən İddiaçı saxlaması üçün ona verdiyi həmin dövrə görə milli manat məzənnəsi ilə 51.000 manat dəyərində olan 30.000 ABŞ dollarını tamah niyyəti ilə gizli olaraq talamaqla, zərərçəkmiş şəxs İddiaçı 51.000 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1457/2023 saylı 29 sentyabr 2023-cü il tarixli hökmü ilə Cavabdeh8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cavabdeh8 ibtidai istintaq zamanı oğurladığı məbləğdən 18.900 (on səkkiz min doqquz yüz) manat İddiaçı qaytarmışdır. Qaytarılmamış məbləğ 32.100 (otuz iki min yüz) manat təşkil etmişdir. Həmin hallar hökmdə öz əksini tapmışdır. Cavabdeh8 oğurluq etdikdən sonra ünvan 2 ünvanında yaşayan qeyri-rəsmi nikah münasibətində olduğu Cavabdeh7 evinə gələrək oğurladığı pulları ona vermişdir. Cavabdeh7 və onun anasıCavabdeh3 həmin puldan öz borclarının ödənilməsi üçün istifadə etmişlər. Belə ki, Cavabdeh3 adından 25 yanvar 2023-cü il tarixində Cavabdeh5 ASC-yə 3643,33 manat, 25 yanvar 2023-cü il tarixində Cavabdeh2 ASC-yə 1952,74 manat, 25 yanvar 2023-cü il tarixində Cavabdeh1 ASC-yə 1000 manat, 25 yanvar 2023-cü il tarixində “Kontakt Home” mağazasına 3316,95 manat, 26 yanvar 2023-cü il tarixində fərdi sahibkar Cavabdeh4 məxsus olan lombarda 3520 manat məbləğlərində ödənişlər həyata keçirilmişdir. Qalan məbləğləri də adlarını qeyd etmədikləri şəxslərə olan borclarının qaytarılmasına istifadə etmişlər. Bütün bu faktlar ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı Cavabdeh7 və onun anası Cavabdeh3 tərəfindən təsdiq olunmuşdur. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh7 məhkəmə iclasında iştirak edərək tələbin təmin olunmaması barədə qətnamə qəbul edilməməsini xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasında iştirak edərək tələbin təmin olunmaması barədə qətnamə qəbul edilməməsini xahiş etmişdir. Cavabdeh1 ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında iştirak edərək tələbin təmin olunmaması barədə qətnamə qəbul edilməməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 məhkəmə iclasında iştirak edərək tələbin təmin olunmaması barədə qətnamə qəbul edilməməsini xahiş etmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, Cavabdeh8 25 yanvar 2023-cü il tarixdə saat 02:30 radələrində ünvan 1 ünvanında yerləşən “Mandarin” çay evinin qarşısında saxlanılmış X3 məxsus “Mercedes-Benz” markalı, “G63 AMG” modelli, **-MY- *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön alətlər panelində yerləşən saxlanc yerindən İddiaçı saxlaması üçün ona verdiyi həmin dövrə görə milli manat məzənnəsi ilə 51.000 manat dəyərində olan 30.000 ABŞ dollarını tamah niyyəti ilə gizli olaraq talamaqla, zərərçəkmiş şəxs İddiaçı 51.000 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1457/2023 saylı 29 sentyabr 2023-cü il tarixli hökmü ilə Cavabdeh8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 182.2-ci maddəsinə əsasən, daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərər dedikdə, maddi (real zərər və əldən çıxmış fayda) və mənəvi zərər başa düşülür. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 əsas şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır.
3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə araşdırması müəyyən edilir ki, Cavabdeh8 25 yanvar 2023-cü il tarixdə saat 02:30 radələrində ünvan 1 ünvanında yerləşən “Mandarin” çay evinin qarşısında saxlanılmış X3 məxsus “Mercedes-Benz” markalı, “G63 AMG” modelli, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön alətlər panelində yerləşən saxlanc yerindən İddiaçı saxlaması üçün ona verdiyi həmin dövrə görə milli manat məzənnəsi ilə 51.000 manat dəyərində olan 30.000 ABŞ dollarını tamah niyyəti ilə gizli olaraq talamaqla, zərərçəkmiş şəxs İddiaçı 51.000 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1457/2023 saylı 29 sentyabr 2023-cü il tarixli hökmü ilə Cavabdeh8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cavabdeh8 ibtidai istintaq zamanı oğurladığı məbləğdən 18.900 (on səkkiz min doqquz yüz) manat İddiaçı qaytarmışdır. Qaytarılmamış məbləğ 32.100 (otuz iki min yüz) manat təşkil etmişdir. Həmin hallar hökmdə öz əksini tapmışdır. Cavabdeh8 oğurluq etdikdən sonra ünvan 2 ünvanında yaşayan qeyri-rəsmi nikah münasibətində olduğu Cavabdeh7 evinə gələrək oğurladığı pulları ona vermişdir. Cavabdeh7 və onun anası Cavabdeh3 həmin puldan öz borclarının ödənilməsi üçün istifadə etmişlər. Belə ki, Cavabdeh3 adından 25 yanvar 2023-cü il tarixində Cavabdeh5 ASC-yə 3643,33 manat, 25 yanvar 2023-cü il tarixində Cavabdeh2 ASC-yə 1952,74 manat, 25 yanvar 2023-cü il tarixində Cavabdeh1 ASC-yə 1000 manat, 25 yanvar 2023-cü il tarixində “Kontakt Home” mağazasına 3316,95 manat, 26 yanvar 2023-cü il tarixində fərdi sahibkar Cavabdeh4 məxsus olan lombarda 3520 manat məbləğlərində ödənişlər həyata keçirilmişdir. Cavabdeh8 əməlində delikt hüquq institutunun hər 3 (üç) dispozitiv şərtinin olması xüsusatı (hökmün preyudisiallığı da nəzərə alınmaqla) müəyyən edilir. Bu səbəbdən, zərər qismində mübahisə predmeti olan pul vəsaitinin Cavabdeh8 tutulması qanuni və əsaslıdır. Cavabdehlər Cavabdeh7 və onun anası Cavabdeh3 mübahisə predmeti olan pul vəsaitinə münasibət vicdansız əldə edən olması xüsusatı məhkəmə araşdırması nəticəsində sübuta yetirilməmişdir. Cavabdeh8 başqa digər cavabdehlər Cavabdeh3, Cavabdeh7, Cavabdeh4, Cavabdeh1 ASC, Cavabdeh2 ASC, "xxxx" ASC, "xxxx" MMC-yə münasibətdə iddianın təmin edilməsi əsaslı hesab edilə bilməz. Belə ki, MM-in 182.2-ci maddəsinin dispozitiv şərtləri mülki dövriyyənin obyekti olan fərdi müəyyən əşyalara münasibətdə tətbiq edilir. Sözügedən dispozitiv şərtlərin pul vəsaitinə tətbiq edilməsi əsaslı hesab edilə bilməz. Sözügedən maddənin sonuncu cümləsi olan “Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur.” hissəsi isə digər kontekstdən qiymətləndirilməli və hazırki mübahisə üzrə situasiyaya tətbiq edilməməlidir. Mübahisə üzrə cavabdehlər Cavabdeh1 ASC, Cavabdeh2 ASC, "xxxx" ASC, "xxxx" MMC-nin üzərinə maddi məsuliyyətin qoyulması qanunu, əsaslı, ədalətli və ağlabatan hesab edilmir. Məhkəmə qərarı qanuni və əsaslı olmalıdır. Sübutetmə yükü tərəflərin üzərindədir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı, cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs və s.) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. İddiaçı tərəfindən dövlət rüsumunun cavabdehlər tutulması tələbi olmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh8 32.100 (otuz iki min yüz) manat pul tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi digər cavabdehlər Cavabdeh3, Cavabdeh7, Cavabdeh4, Cavabdeh1 ASC, Cavabdeh2 ASC, "xxxx" ASC, "xxxx" MMC-yə münasibətdə olan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh8, Cavabdeh3, Cavabdeh7, Cavabdeh4, Cavabdeh1 ASC, Cavabdeh2 ASC, "xxxx" ASC, "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh8 32.100 (otuz iki min yüz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi digər cavabdehlər Cavabdeh3, Cavabdeh7, Cavabdeh4, Cavabdeh1 ASC, Cavabdeh2 ASC, "xxxx" ASC, "xxxx" MMC-yə münasibətdə olan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Fariz Əlizadə